Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Bakı İdarəetmə və Texnologiya Kolleci yazılanlara cavab verdi

Bakı İdarəetmə və Texnologiya Kolleci yazılanlara cavab verdi
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
26/5/2017 [15:49]
Baxılıb :
767 dəfə

“Bizim yol” qəzetinin 23 may 2017-ci il tarixli sayında Elmar imzası ilə “Kollecdən Təhsil Nazirliyinə şikayət” başlıqlı məqalə dərc olunub. Həmin məqalədə bir qrup naməlum, adı çəkilməyən (?) tələbələrə istinad edilməklə, Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol), eləcə də təhsil müəssisəsinin müəllimlərinin, xüsusən də şöbə müdiri Balaş Babayevin ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirilib. Arzuolunan hal idi ki, məqalə qəzetdə dərc edilməzdən öncə müəllif, yaxud mətbuat orqanı yazıda adı hallanan təhsil müəssisəsi ilə də əlaqə yarada, qarşı tərəfin də mövqeyini işıqlandırmaqla tam obyektiv mövqe ortaya qoyardı. Lakin bu baş vermədiyindən təhsil müəssisəsinin, həmçinin pedaqoji kollektivin ünvanına səsləndirilən əsassız ittihamlarla bağlı Sizə - “Bizim yol” qəzeti redaksiyasına ünvanladığımız məktubla cavab verir, əsl reallıqları diqqətinizə çatdırırıq. 

Qeyd edək ki, BİTKol-a 2016-cı ilin noyabr ayında Varis Allahverdiyev direktor təyin olunub. O, kollecə rəhbərlik etdiyi andan etibarən təhsil müəssisəsində ciddi nizam-intizama riayət edilməsi, tədrisin keyfiyyətinin artırılması, imtahan sessiyalarında tələbələrin biliklərinin tam şəffaf və obyektiv qiymətləndirilməsi, qeyri-qanuni, neqativ halların bütünlüklə qarşısının alınması üçün qanun çərçivəsində mühüm tədbirlər həyata keçirib. Bunun nəticəsində kollecdə əvvəlki dövrlərdən fərqli olaraq, tamamilə sağlam abu-hava yaradılıb.  BİTKol-da rüşvət halları ümumiyyətlə aradan qaldırılıb. Ötən 6 ay müddətində, eləcə də günü bu gün heç kim iddia edə bilməz ki, kollecdə hansısa müəllim kimdənsə nəyəsə görə rüşvət alıb, yaxud hansısa tələbə kiməsə nəyə görəsə rüşvət verib. Bu haqda media qurumlarına dezinformasiya ötürənlər heç bir fakta, sübuta söykənmir, kollecə qarşı sadəcə “çirkab” atırlar. İddia olunur ki, “tələbələrin dərs yükü süni şəkildə ağırlaşdırılıb, onlar ixtisaslarına aid olmayan fənlərdən imtahan vermək məcburiyyətinə qalıblar, bununla da rüşvətə münbit şərait yaradılıb”. Bu, ağ yalandır. Tələbələrin ixtisaslarına aid olmayan fənnlərin tədrisi qətiyyən ola bilməz. Çünki, kollecdə fənlər Nazirlər Kabinetinin qərarı, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Təhsil Proqramları” ilə tədris olunur. Həmin qərarda hansı müddəalar, tələblər yer alırsa, kollec də qanunauyğun olaraq bu fənlərin tədrisi ilə məşğul olur. Bu fənləri, onların tədrisini, yeri gəldikdə Təhsil Nazirliyi də dəyişə bilməz. Belə olan halda kollec rəhbərliyinin hansısa fənni yalnız öz istəyi əsasında tədris etdirməsi qeyri-mümkündür. 

Dərslərə davamiyyətə, nizam-intizam məsələsinə gəlincə, kredit sisteminin prinsiplərinə görə, semestr ərzində keçirilən dərs saatlarının (məşğələ və seminarların) 25 faizindən, ənənəvi üsulla təhsil alanlarda isə 40 faizindən tələbənin qayıbı, yəni dərsə gəlmədiyi müəyyən olunduğu hallarda, mövzunu, predmeti mənimsəməməsi səbəbindən o, imtahana buraxıla bilməz. Həmin tələbə kredit sisteminə uyğun olaraq, nəzərdə tutulan fənlər üzrə tam kursu dinləməlidir. Bu, kollecin qəbul etdiyi qayda deyil, dünyada, eləcə də bizim ölkədə qanun çərçivəsində müəyyən edilən prinsiplərə söykənir. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə kollecdə ən “çirkli” yer məhz bu sahə olub. Yəni, bəzi müəllimlər məqsədli şəkildə, nəyinsə müqabilində tələbəyə qayıb yazmayıblar, beləcə dərs saatları başa çatıb, sonra da həmin tələbə hansısa yolla imtahandan “qiymət alıb”, kursdan kursa keçib. Ancaq indi belə hallara qarşı mübarizə aparılır, nizam-intizama ciddi fikir verilir. Hər bir tələbə yalnız biliyinə görə qiymət alır. Bundan başqa, dövlətin müəyyən etdiyi qaydalara görə, əgər 60 saatlıq fənnin 15 saatını tələbə dərsə gəlməyibsə, o, imtahana buraxıla bilməz. Tələbə öz məsuliyyətini dərk etməli, dərslərdə iştirak etməli, mühazirələrə qulaq asmalı, seminarlarda iştirak etməlidir. Ona görə də kollec əleyhinə yazılan məqalədə “şikayətçi tələbələrin” bununla bağlı gətirikləri arqumentlər gülüncdür, əsassızdır. 

Məqalədə qeyd olunub ki, “qayıblarının çoxluğuna görə imtahana buraxılmayan, kursda qalan tələbələr təqaüdddən məhrum edilir, bununla da onlara çatacaq vəsait sonradan müəllimlər arasında bölüşdürülür”. Bu, cinayət xarakterli ittihamdır və bunun üçün ciddi faktlar ortaya qoyulmalıdır. Məlumunuz olsun ki, qış imtahan sessiyasının nəticələrinə uyğun olaraq, 104 təqaüd yeri boş qalıb. Bununla da dövlətin bu məqsədlə ayıracağı vəsait dövlətin öz büdcəsində qalıb. Yəni, qış imtahan sessiyası tam obyektiv, şəffaf təşkil olunub. Beləliklə də tələbələrə yalançı qiymət yazılmasının qarşısı alınıb, tələbələrin bilikləri real olaraq qiymətləndirilib. Tələbələrdən sadə tələbimiz budur ki, nizam-intizama riayət etsinlər, dərslərini oxusunlar, dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində imtahan versinlər, yüksək nəticə göstərdikləri halda dövlət təqaüdü alsınlar. Bir daha qeyd edirik ki, tələbələrə ayrılacaq təqaüdlər kollecin deyil, dövlətin büdcəsindəndir. Əgər tələbə davamiyyətə fikir vermir, dərslərini oxumursa, imtahanda yüksək nəticə göstərmirsə, buna uyğun olaraq da ona dövlət büdcəsindən təqaüd ayrılmırsa, o zaman hansı təqaüddən, hansı mənimsəmədən söhbət gedə bilər?
Məqalədə direktor Varis Allahverdiyevin kollecin şöbə müdiri Balaş Babayevə geniş meydan verdiyi də vurğulanıb. Bəli, nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin daha da artırılması üçün nəinki Balaş müəllimə, ümumilikdə bütün şöbə müdirlərinə direktor tərəfindən geniş meydan verib. Çünki kollecin şöbə müdiri ali təhsil müəssisəsindəki dekan vəzifəsini icra edən şəxs deməkdir. Kollecdə iki mindən artıq tələbə var və onları bir nəfərin – direktorun idarə etməsi qeyri-mümkündür. On görə də şöbə müdirlərinə geniş meydan verilib. Hər şöbə müdiri öz tələbələrinə cavabdeh olduğu kimi, məqalədə adı hallandırılan Balaş müəllim də öz şöbəsinə, tələbələrinə cavabdehdir. O, öz şöbəsində daha ciddi və konkret mövqe tutub. Bunun üçün də ciddi əsaslar var. Çünki məhz onun şöbəsində əvvəlki illərdə kollecə “qara yollarla” qəbul olunmuş, tələbə adına yaramayan xeyli adamlar var idi. Balaş müəllim nizam-intizamı, tədrisi təşkil etmək üçün məcbur idi ki, həmin adamlar barəsində qanun çərçivəsində tədbirlər görsün. Qayıbların yazılması məsələsinə gəlincə, burada nə direktorun icazəsinə ehtiyac yoxdur, nə də bu məsələ yalnız Balaş müəllimə tapşırılmayıb. Hər bir müəllim auditoriyaya daxil olduğu andan etibarən 10 dəqiqə ərzində jurnalı yoxlayır, dərsdə iştirak edənlər və etməyənlər barədə müvafiq qeydlər aparır. Bu, hər bir təhsil müəssisəsində icra edilən adi prosedurdur. Buna görə kimisə ittiham etmək absurddur. Əgər hansısa tələbə nizam-intizama riayət etmir, 10 dəqiqədən artıq müddətdə dərsə gecikir, yaxud ümumiyyətlə dərsə girmirsə, ona qayıb yazılmamalıdırmı? Belə olan halda həmin tələbə kollecdən kənarda hər hansı qanunsuz əməl törədərsə, başına hər hansı arzuolunmaz hadisə gələrsə, bunun məsuliyyətini kim çəkəcək? Əgər tələbə dərsdə yoxdursa, müəllim ona qayıb yazmayıbsa, həmin tələbə hardasa qanunsuz əmələ yol verirsə bu zaman müəllim cinayət məsuliyyəti daşıyır. Çünki, tələbənin valideyni öz övladını dərsə göndərib. O tələbənin dərsə davamiyyəti də mütləq jurnalda qeyd olunmalıdır. Müvafiq qeydiyyat aparılan jurnala da təkrar müdaxilə etmək, ikinci dəfə düzəliş etmək qətiyyən olmaz. Bu da nizam-intizama, şəffaflığa xidmət edən amildir.

Məqalədə qeyd olunur ki, guya Balaş müəllim kolleci bitirməkdə olan 7 nəfər IV kurs tələbəsini təhsil müəssisəsindən qovdurub. Bu “fakt” da sadəcə yalandır. Kollecdən hansısa tələbəni xaric etdirmək şöbə müdirinin səlahiyyətinə aid məsələ deyil. Bu işlə direktorun təlim-tərbiyə işləri üzrə müavini məşğul olur. Ancaq kollecdə maksimum çalışılır ki, xırda xətalara yol verən tələbələrə qarşı sərt cəzalar tətbiq edilməsin. Yalnız dava-dalaşa, ciddi xətaya yol verən, nizam-intizam qaydalarını kobud surətdə pozan tələbə kollecdən xaric edilir. Bu günə qədər də yalnız ciddi nizam-intizam pozuntusuna yol verən, inzibati tənbehlərdən nəticə çıxarmayan tələbələr kollecdən xaric olunublar. İmtahandan kəsilməsinə görə heç bir tələbə kollecdən xaric olunmayıb. Davamlı olaraq barəsində polisə şikayət edilən, digər tələbə yoldaşı ilə dalaşıb ona ciddi xəsarət yetirən, nizam-intizama tabe olmayan, təhsil müəssisəsinin əmlakına ziyan vuran tələbəni kollecdə saxlamaq olmaz. O ki, qaldı birinci kursda təhsil alan 20 tələbənin guya qayıba görə kollecdən qovulmasına, bu da yalandır, heç bir həqiqəti əks etdirmir. İndiyə qədər heç bir birinci kurs tələbəsi kollecdən çıxarılmayıb.

Göründüyü kimi, Elmar adlı şəxsin imzası ilə qəzetinizdə dərc olunan “Kollecdən Təhsil Nazirliyinə şikayət” başlıqlı məqalə və orada əks olunan “faktlar” dezinformasiya xarakterlidir. Bununla məqalə müəllifi kollecin və bütünlükdə pedaqoji kollektivin ünvanına şər-böhtan atır, müəllimlərin işgüzar nüfuzuna xələl gətirir. Azərbaycan ictimai rəyinə təsiri olan mətbuat orqanı kimi bu amili nəzərə almanızı, gələcəkdə yarana biləcək hər hansı sualla bağlı birbaşa kollecə müraciət etmənizi, bununla da daha obyektiv mənzərənin ortaya çıxmasına dəstək olmanızı istərdik.   

Bakı İdarəetmə və Texnologiya Kolleci
Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 51
Əlaqə telefonu: (012) 567-78-76

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]