Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

«Belə getsə bananı bayramdan-bayrama görəcəyik»

«Belə getsə bananı bayramdan-bayrama görəcəyik»
Bölmə :
Araşdırma
Yayım tarixi :
23/5/2017 [16:51]
Baxılıb :
13189 dəfə
Monopolist şirkət meyvə ixracından külli miqdarda gəlir götürür
«Televizorda bar-bar bağırırlar ki, uşaqlara meyvə verin. Deyin görüm 150 manatla hansı meyvəni alım, hansı xərcimi ödəyim?”

Son günlərdə ölkənin market və bazarlarında bananın qiymətinin artması ilə bağlı xəbərlər yer alır. Yanvar ayı ilə müqayisədə banan 2 dəfədən çox bahalaşıb. Əvvəllər 1 manat 80 qəpiyə satılan bananın hazırda kilosu 3 manat 50 qəpikdir. Xarici ölkələrdə banın qiyməti ilə bağlı rəqəmlərə baxsaq, ciddi artım olmadığının şahidi olarıq. Ölkəyə gətirilən yaşıl bananların tonunun yerində 250-300 dollara başa gəldiyi bildirilir. Bu kiloqram ifadəsində 25-30 sent deməkdir. Bura nəqliyyat və rəsmi gömrük rüsumu da əlavə edilir. Ekspertlər deyir ki, tədarükçü və pərakəndə satış məntəqələrinin mənfəəti də nəzərə alınsa, bananın 1 kiloqramı yekunda maksimum 1 dollar və ya 1,8 manat olmalıdır. Amma 3,5 manata satılır.

Alıcılar isə bananı ala bilmədiklərindən şikayət edirlər. Ümumiyyətlə banan çox faydalı meyvələrdən sayılır. Onun tərkibində beta-karotin, pektin, V1, V2, V6, S, vitaminləri, kalium, kalsium, maqnezium, dəmir, fosfor və natrium var. Xüsusi ilə uşaqların sevimlisi olan bu meyvə demək olar ki, bir çox ailə tərəfindən gündəlik istehlak olunur. Ancaq qiymətlər belə yüksək olduqda ailələr məcbur olub banandan imtina edirlər. 

“20 yanvar” metrostansiyası yaxınlığında yaxınlaşdığımız meyvə-tərəvəz mağazalarının birində meyvə alan Qənirə xala deyir ki, bananın qiyməti olduqca bahadır. Əvvəldən nəvələri üçün gündəlik 2 banan aldıqda 1 manat ödəyirdisə, indi 1 banan üçün 1 manat ödəməli olur: “Nəvələrim bananı çox sevirlər. Hər gün olmasa da həftədə 2 dəfə işdən evə gedəndə 1 manat verib 2 banan alırdım. Amma indi ala bilmirəm. 1 banan alıram ona 1 manat verirəm. Vallah adamın əli soyuyur. Bundan sonra banandan imtina etməli olacağıq. Ondansa 1 manat verib yerli alça alaram. Deyəsən əvvəlki illərdə olduğu kimi bananı yalnız bayramdan bayrama alası olacağıq”.

Digər alıcı xanım da Qənirə xalanın dediklərini təsdiqləyir. Deyir, artıq banan evə alınan meyvələr sırasından çıxıb: “Ay bala, qiyməti elə qaldırıblar ki, heç banana yaxın durmaq olmur. 150 manat maaş alıram. Elə onun  hər həftə 10 manatını banana versəm daha özümə nə qalar? Meyvənin qiymətini elə qoyurlar ki, elə bil camaat 500-1000 manat maaş alır. Sonra da televizorda bar-bar bağırırlar ki, uşaqlara meyvə verin. Deyim görüm 150 manatla hansı meyvəni alım, hansı xərcimi ödəyim?”
Mağazada satıcı işləyən gənc oğlan isə deyir ki, bananı yalnız bir adam ölkəyə gətirir ona görə də belə bahadır: “Xalamoğlu Rusiyada işləyir. Dedi ki, istəsən sənə kömək edim ölkəyə banan gətir sat. Qiyməti də münasibdir. Düzü sevindim. Özümün gətirib satacağım banan mənə daha ucuz başa gələcəkdi. Həm də qiyməti onda belə baha olmazdı, alıcım da çox olardı. Sonra isə gömrüyə getdim. Nəyə görə gəldiyimi soruşduqda dedim ki, ölkəyə banan gətirmək istəyirəm. Mənə bir kəlmə dedilər ki, “burnun girməyən yerə başını soxma”. Elə bununla da bütün ümidlərim öldü”.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu ilin birinci rübündə Azərbaycana 7 min 130 ton banan gətirilib. 2016-nın 1-ci rübü ilə müqaisədə idxal 63 faiz artıb: “Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat) rəsmiləşdirilən banan indi daha aşağı qiymətə - 77,5 sentə (1 manat 30 qəpik) bəyan edilir. Martdan bəri ölkədə bananın satış qiyməti, ortalama, 3 manat 50 qəpiyə qalxıb. Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət - “Asadov Capital Azərbaycan” MMC gətirir. Bu şirkətin Türkiyədə 2007-ci ildə yaradılan “Asadov Emlak Gida ve Dış Ticaret Limited” şirkəti tərəfindən təsis olunub, yeganə payçı isə Rafiq Həmid oğlu Əsədovdur. Uzun illərdir ki, banan ölkədə inhisarçılığın simvoludur, bir banan məsələsini həll edə bilməyən hökumət 12 əvəzinə lap 112 istiqamət üzrə iqtisadi islahatların yol xəritələrini qəbul etsə belə xeyri olmayacaq. Proseslər artıq iqtisadi deyil, iqtisadi böhran nəticədir, səbəb - idarəetmə böhranı və ədalətli məhkəmələrin olmamağıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov banan idxalının bir əldə cəmləşdiyini bildirir. O, mətbuata müsahibəsində deyib ki, bananın kəskin bahalanmasını başqa amillə deyil, elə inhisarçılıqla əlaqələndirmək lazımdır, çünki digər səbəb sadəcə yoxdur: “İnhisarçılar istədikləri qiymətləri qoyurlar, bazara nəzarət etməli olan qurum isə istehlakçıların keyfiyyətli və alıcılıq qabiliyyətinə uyğun məhsul almaq hüququnun qorunması üçün gərəkən tədbirləri görmür. Bu səbəbdəndir ki, regionda ən baha banan Azərbaycanda satılır”.
Qeyd edək ki, ilin əvvəlində, yanvar ayında banan market və bazarlarda 1,50-1,70 manata təklif edilirdi.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib. DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib.

AYSEL

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]