Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşdi
Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü
Sumqayıtda məktəblərin stadionu satılıb - VİDEO
İrkutsk-Bakı aviareysi açılır

Qastroenteroloq : "Onların zərərsiz olduğunu bilsəydim arıqlamaq üçün istifadə edərdim"

Qastroenteroloq :
Bölmə :
Sağlamlıq
Yayım tarixi :
19/5/2017 [18:18]
Baxılıb :
356 dəfə

Stress, fəst-fudlar, sərinləşdirici içkilər, sərt dieta sizi qastreoenteroloqların qapısına aparan səbəblərdir. Buna bir də genetik faktorları əlavə etsək, demək qastroenteroloqdan qaçış yolunuz yoxdur. Amma xilas yolu var. Bunun üçün etməli olduqlarınızı Nəsrəddin Tusi adına Klinikanın qastroenteroloqu Gülnarə Məmmədova deyəcək.

Gülnarə Məmmədovanın müsahibəsini təqdim edirik:

- Klinikanıza müraciətləri nəzərə alaraq son vaxtlar ölkəmizdə ən çox hansı qastroenteroloji xəstəliklər yayılıb?

- Xəstələri müayinə zamanı mədə xoraları, bir sıra mədə xəstəliklərinin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, gənc nəsil fəst-fud, meyvəli qəlyanlardan istifadə edir. Bunun nəticəsində 8-10 yaşlı uşaqlarda mədə xoraları qeydə alınır. Artıq mədə xərçəngi belə gəncləşib. Qastroenterologiyada qaraciyərlə bağlı xəstəliklərə də çox rast gəlirik. Bu məsələlər tez-tez ictimai müzakirəyə çıxarılmalıdır. Mən qohumlarıma adi diş müayinəsinə, gözəllik mərkəzlərində sterilizasiya məsələsinə xüsusi diqqət etmələrini tövsiyə edirəm. Çünki hepatit B və C qanla keçən xəstəliklərdir. Bu məsələlərə ciddi nəzarət edilsə, hepatit B və C eləcə də, qaraciyər serrozunun da qarşısı alınar. Düzdür, hepatit B-nin peyvəndinin tapılması müsbət haldır. İnanıram ki, hepatit C-nin də peyvəndi tapılacaq və insanlar bu böyük bir bəladan qorunaq.

- Mədə xəstəliklərində genetik faktorların rolu nə qədərdir?

- Əlbəttə, xəstə müayinə edilərkən ailə vəziyyəti barədə məlumat toplanır. Valideynlər, yaxın qan qohumlarında bu xəstəliklərin müşahidə edilməsi barədə informasiyalar öyrənirik. Ailədə mədə xəstəlikləri varsa, uşaqlar da müayinədən keçməlidir.

- Bu gün mədə xəstəlikləri ən çox hansı yaşda aşkarlanır?

- Mədə xorası əvvəl daha çox kişilərdə aşkarlanırdı. Çünki onlar siqaret çəkirdilər. Lakin əvvəl bu qədər fəst-fud yox idi. Bu qidalara ən çox işləyən şəxslər müraciət edir. 30-35 yaşlı, günün əsas hissəsini işdə keçirən şəxs qidalanmasına çox da diqqət ayıra bilmir. Ona görə indi mədə xəstəlikləri 30 yaşdan da cavanlaşıb. Çünki valideynlər sevinərək uşağını fəst-fud satılan yerlərə aparır. Onların təklif etdiyi qidaların tərkibində cürbəcür nitritlər, əlavələr olur. Onlar kanserogen növlü olduğuna görə valideynlərə övladlarını bu qidalardan qorumağı məsləhət görürəm. Gənclər həmin fəst-fud qidaların təklif edildiyi yerlərə gedəndə, mənim bu müsahibədəki sözlərimi gözlərinin önünə gətirmələrini istərdim.

- Son illərdə ən gənc xəstəniz hansı yaşda olub?

- Bu yaxınlarda bir qızı dayısı gətirmişdi. 8 yaşında iki öpüşən xorası var idi. Uşağın anası rəhmətə getdiyindən dayısı onu çox əzizləyib. İstədiyi hər şeyi alıb nəticə də belə olub. Uşağın dayısına cürbəcür qidalar, günəşin altında satılan məhsullar almaqdan çəkinməyi tövsiyə etdim. Yol kənarında günəşin altında plasmas qablarda içkilər saxlanılmasını dəfələrlə müşahidə etmişik. Bilməliyik ki, Günəş şüalarının təsirindən qabın tərkibindəki bütün maddələr suya keçir. Mən pediatr deyiləm, lakin 8 yaşlı uşağın mədəsində iki öpüşən xora olması nə deməkdir? Nəsrəddin Tusi klinikasına olan müraciətlər əsasında bu xəstəliyin gəncləşdiyini deyə bilirik. 6 yaşlı uşağın yoğun bağırsağında polip aşkarlanır. Bəzi mədə-bağırsaq xəstəlikləri var ki, əvvəllər onları azyaşlı uşaqlarda müşahidə etməmişik. Bunun səbəbini axtarırıq, məlum olur ki, əsas məsələ hər gün istifadə etdiyimiz qidalardır. Məktəb və universitetlərdə təhsil alan şagird, tələbə oğlanlara müraciət edirəm meyvəli qəlyandan uzaq dursunlar. Onun çəkildiyi mühitdə oturmaq belə zərərlidir. Çünki onun yalnız uc hissəsi dəyişir, alt hissədəki mikroblardan xəbəriniz yoxdur.

- Yəqin ki, ancaq qidalanma, genetik faktorlar rol oynamır. Stress və digər səbəblər mədə xəstəliklərinin yaranmasında nə qədər təsirli ola bilir?

- Mədə-bağırsaq xəstəliklərinin yaranmasında yüzlərlə səbəb ola bilər. Mikrob, qidalanma, stres, genetik faktor və digər səbəblərin hamısınıbu sıradan saya bilərik. Lakin insan özünə baxanda, övladına evdə bişirilmiş qida verəndə xəstəliklərdən müəyyən qədər uzaq ola bilər.

- Pəhriz günümüzün aktual mövzularındandır. Qadınlar qədər kişilər də son vaxtlar bu prosesdə aktivdir. Amma çox zaman mütəxəssisə müraciət etmək əvəzinə, internetdə gördükləri pəhriz nümunələrini, ya da gün ərzində saatlarla ac qalaraq arıqlamağa çalışırlar. Bu cür pəhrizlər sonda mədə xəstəliklərinə səbəb ola bilərmi?

- Normal qidalanmaq, bədən tərbiyəsi vacibdir. Bəzən, valideynlər 20 yaşlı qızını mədə şikayətləri ilə gətirir. Məlum olur ki, kök olduğuna görə günün böyük bir hissəsini ac qalıb. Bu insanlar bir gündə 2 kilo da kökələ bilərlər. Ona görə də, hər şeyi tədricən etmək lazımdır. Kilo verməzdən əvvəl şirniyyat, tortlardan əl çəkib, sonra sağlam qidalanmağa başlamaq lazımdır. Sağlam qidalanmaq deyəndə menyuda həftədə iki dəfə yumurta, toyuq, balıq, ət olması, habelə axşam 18:00-dan sonra qida qəbul edilməməsi nəzərdə tutulur. Zərərli qidalardan uzaq duraraq arıqlamaq mümkündür. Lakin bunu psixoloji olaraq özünə problem etmək doğru deyil. Bu gün küçədə diqqət edəndə kilolu qızlar görmürəm. Bu çox yaxşıdır, amma ən vacibi bunu sağlam, bədən tərbiyəsi ilə etməkdir.

- Bəs özbaşına dietalar hansı mədə xəstəlikləri ilə nəticələnə bilər?

- Əlbəttə, nəticələr çox pis ola bilər. Bu cür dietalar mədədə xora yarada bilər, lakin xora olduğu kimi qalmır. Bizə qanaxma ilə müraciət edən xəstələr olur. Elə xəstəliklər var ki, onlar mədənin 2/3 hissəsinin kəsilməsi ilə də nəticələnə bilər.

- Arıqlama çayları barədə nə deyə bilərsiniz?

- Qətiyyən əleyhinəyəm. Gördüyünüz kimi, mən heç də arıq həkim deyiləm, lakin heç vaxt buna əl atmamışam. Çünki onların içərisindəki bitkilər arıqlamağa kömək edirsə, o zaman dağlardan həmin bitkiləri toplayıb içsinlər. İnsanlar müxtəlif həblərlər arıqlamağa çalışırlar, bəzən 30 kiloya qədər çəki itirdiklərini deyirlər, amma həblərdən imtina edən kimi yenidən kökəlmə başlayır. Əgər onların zərərsiz olduğunu bilsəydim, arıqlamaq üçün istifadə edərdim. Ancaq məsləhət görmürəm. Normal qida və normal həyat tərzi ilə istədiyiniz çəkiyə çatacaqsınız.

- Mədə xəstəliklərinin müalicəsində başlıca şərt nədir?

- Birinci xəstənin qidalanması ilə maraqlanırıq. Məsələn, orta yaşlı xəstə gəlir, atasının 95 yaşında öz əcəlindən öldüyünü deyir. Amma məlum olur ki, özü səhər yemir, günorta mağazadan aldığı hazır qidaları qəbul edir, lakin axşam evə gələndə stolun üstündəki hər şeyi yeyir. Gün ərzində yeməyib, axşam birdəfəlik yemək ciddi problemdir. Bu gün mədə xəstəliklərinin 2/3-si azərbaycanlıların sevdiyi bir dəfə qidalanmadan yaranır. Saat 8-də evə çatır, 9-da yemək yeyir, 11-də hamı yatır. Belə olan halda mədə, diafraqma yırtıqları da əmələ gələ bilər. Mədənənin ağzının qapanmaması səbəbindən turşuluğun geri qayıtması və ağır xəstəliklər meydana gəlməsi mümkündür. Xəstəliyin müalicəsində birinci növbədə pəhriz, ikinci dərmanlar kömək edir. Pəhrizsiz mədə xəstəliklərinin müalicəsi mümkün deyil. Helicobacter Pylori deyilən bir mikrob tapılacaqsa, onun müalicəsi antibakterial terapiya ilə olmalıdır. Lazımsız yerə antibakterial terapiya immunitetin zəifləməsinə səbəb olur. Müalicə kompleks aparılmalıdır.

- Son olaraq oxucularımıza nə məsləhət görərdiniz?

- Allah bizə zəngin təbiət verib. Gənclərə müraciət edərək demək istəyirəm ki, təbiətin bizə verdiyi qidaları qəbul etməliyik. Fəst-fudları yeməkdənsə, təbiətin verdiyi nemətlərlə qidalanın. Siqaretdən, meyvəli qəlyandan uzaq durun. O zaman da, mənim kim qastroenteroloqlara ehtiyac qalmayacaq. 20-25 yaşlı gəncin axı nə üçün həkimə ehtiyacı olmalıdır? Stressdən uzaq durun. Yediyiniz qidalara diqqətli yanaşın, cibinizin pulunu verib aldıqlarınıza diqqət edin./Publika.az

Paylaş:
24/5/2017 [15:35]: Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşdi
24/5/2017 [15:35]: Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü
24/5/2017 [15:11]: Sumqayıtda məktəblərin stadionu satılıb - VİDEO
24/5/2017 [15:08]: İrkutsk-Bakı aviareysi açılır
24/5/2017 [14:56]: Qadını və azyaşlını soyan quldurlar tutuldu - VİDEO
24/5/2017 [14:50]: Suriya hakimiyyəti: İŞİD-in "hərbi naziri" məhv edilib
24/5/2017 [14:49]: Tramp administrasiyası Azərbaycana maliyyə yardımı 90 faiz azaldır
24/5/2017 [14:34]: “Bakı Metropoliteni”nin ötən il üzrə borcları açıqlandı
24/5/2017 [14:29]: Azərbaycanda it və pişik alveri - 3200 manata sifariş
24/5/2017 [14:23]: Eynicinsli nikahları qanuniləşdirən ilk Asiya ölkəsi oldu
24/5/2017 [14:15]: Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir
24/5/2017 [14:08]: “Birinci sinfə elektron sənəd qəbulu bütün subyektiv amilləri aradan qaldırır” - MÜSAHİBƏ
24/5/2017 [14:01]: Müğənni Abbasın toyundan VİDEO
24/5/2017 [13:58]: Azərbaycanda məhbus özünü asdı
24/5/2017 [13:43]: Quran kursları ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
24/5/2017 [13:16]: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”
24/5/2017 [13:04]: İstefada olan generaldan Xocalı aeroportu ilə bağlı ermənilərə XƏBƏRDARLIQ
24/5/2017 [12:55]: 79 yaşlı kişi özünü asdı
24/5/2017 [12:47]: Bakıda qanlı dava: ölən var
24/5/2017 [12:42]: Əli Abbasova yeni vəzifə verildi
24/5/2017 [12:39]: Bakıda səfirliyin maşını qəzaya düşdü
24/5/2017 [12:30]: 250 manatlıq сərimələmək üçün tələ - DİQQƏT (VİDEO)
24/5/2017 [12:24]: Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında
24/5/2017 [12:23]: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”
24/5/2017 [12:13]: “Dindarlar özbaşına bəyanat verməsinlər”
24/5/2017 [12:12]: Sabaha olan HAVA PROQNOZU
24/5/2017 [12:07]: Zəngə "alo" cavabı verməyən 12 ölkə - FOTOLAR
24/5/2017 [11:51]: Ramazan ayının başlama tarixi açıqlandı - FƏTVA
24/5/2017 [11:50]: QMİ-dən Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq
24/5/2017 [11:48]: Avropa Liqasının finalını yayımlayacaq kanallar - SİYAHI
24/5/2017 [11:41]: Bakının mərkəzində dəhşət - Özünü bankın qaşısında yandırdı
24/5/2017 [11:37]: Sürücülərin nəzərinə
24/5/2017 [11:32]: İnstagramdan daha bir yenilik
24/5/2017 [11:27]: Apreldə Azərbaycana gələn turist sayı AÇIQLANDI
24/5/2017 [11:20]: DİN-də kadr dəyişikliyi
24/5/2017 [11:17]: Kəbirə Məmmədovanın bacısının evində yanğın: bir nəfər öldü
24/5/2017 [11:17]: Türkiyədə 15 yaşlı qız telefona görə ata qatili oldu
24/5/2017 [11:11]: Tramp bu dəfə Romada pərt oldu - VİDEO
24/5/2017 [11:08]: ““Barselona” “Real”ı udmaq üçün bizə rüşvət verdi”
24/5/2017 [11:06]: Tramp: "Kim Çen In nüvə silahı olan dəlidir"
24/5/2017 [11:04]: Ana 8 yaşlı qızının ölümündən xəbərsizdir - Mançester faciəsi - FOTO
24/5/2017 [11:00]: Satışda olan benzinlə bağlı ŞOK AÇIQLAMA
24/5/2017 [10:58]: Bakıda anasını vəhşicəsinə döyən oğul saxlanıldı
24/5/2017 [10:45]: ABŞ “PYD”yə 100 TIR ağır silah verdi - VİDEO
24/5/2017 [10:45]: QMİ Ramazan təqvimini təqdim etdi - CƏDVƏL
24/5/2017 [10:44]: Baş həkim işdən azad edildi
24/5/2017 [10:43]: Dollar və avronun alış-satış qiymətləri – SİYAHI
24/5/2017 [10:36]: Bakıda yol polisi qəzaya düşdü
24/5/2017 [10:22]: Nazir Nyu-Yorka getdi
24/5/2017 [10:19]: 28 avtomobil yandı
24/5/2017 [09:56]: Bakıda silahlı insident: bir nəfər güllələndi
24/5/2017 [09:50]: Dövlət müəssisəsi ləğv olundu
24/5/2017 [09:42]: Cəbhə xəbərləri
24/5/2017 [09:38]: AMB-nin rəsmi valyuta məzənnələri
24/5/2017 [08:55]: "Mançester Yunayted" - "Ayaks": qalib bu gün müəyyənləşəcək
24/5/2017 [08:50]: Piyadanı vuran sürücü qaçdı
24/5/2017 [08:28]: “Azərişıq” 31 mln. zərərdə
24/5/2017 [08:21]: Avtobusun çaya düşdü, 22 nəfər ölüb
24/5/2017 [08:14]: Aeroportda şübhəli şəxs saxlanıldı
24/5/2017 [00:04]: Bürclər - 24 may
23/5/2017 [23:39]: Xəzərdən su içəcəyik - Rəsmi Açıqlama
23/5/2017 [23:23]: Ölkənin ən böyük dövlət banklarından biri özəlləşdirilir
23/5/2017 [22:53]: Bakıda top mərmisi tapıldı
23/5/2017 [22:43]: İki gündür internet niyə zəifdir? -AÇIQLAMA
23/5/2017 [22:28]: Aygün Bayramovanın toyudur - FOTOLAR
23/5/2017 [22:24]: Tarixin axarını dəyişən 9 xəta
23/5/2017 [21:56]: Gürcüstanda gənc soydaşımıza yüksək vəzifə verildi
23/5/2017 [21:29]: Xaricdə təhsil almış gənclərə ŞAD XƏBƏR
23/5/2017 [21:25]: Bütün dünya bu inəkdən danışır – “Facebook” səhifəsi də var
23/5/2017 [21:13]: Ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com