Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Açıq hökumətin “elektron üzü”

Açıq hökumətin “elektron üzü”
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
19/5/2017 [18:02]
Baxılıb :
350 dəfə


Azərbaycan  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda elektron xidmətləri daha da təkmilləşdirməyi nəzərdə tutub. 
Nəzərdə tutulur ki, Nazirlər Kabinetinin hələ 2011-ci ildə təsdiqlədiyi “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyəti təmin edilsin və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya olunsun.

Yaxın iki ildə “Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysinin, mobil tətbiqinin və ödəniş imkanlarının təkmilləşdirilməsi, “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi də nəzərdə tutulan tədbirlərdəndi. 
Eyni zamanda, Fəaliyyət Planında o da əks olunub ki, dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayı azaldılsın.

Ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsinin təmin edilməsi də iki ildə tam mexanizmlə işləməlidir. 

Ancaq  Fəaliyyət “Elektron Xidmətlərin təkmilləşdirilməsi” bölümündə görüləcək işlər bununla bitmir. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması, ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsi də nəzərdə tutulur. O cümlədən, bələdiyyə vergilərin və ödənişlərin də elektron ödəmə sisteminə keçirilməsi planlaşdırılır.

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, prezident İlham Əliyevin bir neçə ay öncə imzaladığı “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda da ölkədə informasiya texnologiyalarının inkişafı nəzərdə tutulur.

“Elektron hökumət”

Azərbaycanda “Elektron hökumət” artıq bir neçə ildir ki, xidmət göstərir. Burada bir çox dövlət xidmətləri elektronlaşıb, yəni evdən çıxmadan bu xidmətdən istifadə edə bilərsən. Bunun üçün bircə kompüter və internet şəbəkəsi lazımdır. 
“Elektron hökumət” portalı bütün elektron xidmətlərin siyahısını verir. Onlar vətəndaşlar və ayrıca olaraq, sahibkarlar üçün qruplaşdırılıb. Hansı xidmətin necə elektronlaşdırıldığını burada görmək mümkündür. Düzdür, bəzi xidmətlərə giriş elektron imza və ya “e-gov” identifikasiyası, asan imza, yaxud “Elektron Hökumət”in istifadəçiyə verdiyi ad və şifrə tələb edir. Bir çox xidmətə isə qeydiyyat tələb olunmur.
Xidmətlərin əksəriyyəti lisenziya və icazələrin verilməsi üçün sənəd qəbulu ilə bağlıdır. Bu xidmətlərin nə qədər effektiv işləyib-işləməməsi ayrı bir mövzudur, amma “Elektron hökumət” portalından hər gün onlarla istifadəçi yararlanır. Son rəqəm 45 milyonu ötüb. Ən çox müraciət edilən xidmət ünvanlı sosial yardım, mobil telefonların, əmək müqaviləsi bildirişlərinin qeydiyyatıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlar 20-dən çox elektron xidmətlə“Elektron hökumət”dən çox müraciət qəbul edən qurum sayılırlar: “Nazirliyin elektron xidmətlərinə bu ilin aprel ayında 1 milyon 225 mindən çox müraciət edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur”,  qurumun sözçüsü Elman Babayev  belə deyir.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 3 milyon 832 min 213 müraciət qeydə alınıb.
Elman Babayev deyir ki, nazirlik əhaliyə elektron xidmətlərin dairəsini getdikcə genişləndirir: “Bu  il aprelin 1-dən məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi üçün yeni elektron sistem də istifadəyə verilib. Bu sistemə ötən ay ərzində 330-dan çox müraciət olunması ona böyük sosial tələbin olduğunu göstərir”.
Nazirlik həmin vaxt Asan İmza və ya Elektron İmza almaqda çətinlik çəkən fiziki şəxslərin üzləşdiyi problemi anında həll etmiş, yəni, bəzi işçisi olmayan sahibkarlar öz bəyannamələrini onlar üçün az müddətdə yaradılmiş elektron sistem vasitəsilə göndərə bilmişdilər. 

Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz elektron xidmətlərin təkmilləşmə səviyyəsindən razıdır, deyir ki, Nazirlər Kabinetinin 2011-ci ildə təsdiqlədiyi “Elektron xidmət növlərinin Siyahısın”dakı, amma fəaliyyətsiz xidmətlərin də işə salınması və “Elektron hökumət” portalına inteqrasiya olunmasının da Fəaliyyət Planına daxil edilməsi təqdirəlayiqdir: “Əsas problem inteqrasiyadadır, elə nazirlik var ki, xidmətini elektronlaşdırıb, amma “Elektron hökumət” portalına inteqrasiya edilməyib. Halbuki, prezidentin “Elektron hökumət”lə bağlı bir pəncərə sistmenin tətbiqi ilə bağlı fərman var”.

Osman Gündüz vurğulayır ki,  ölkə ərazisində yerli icra hakimiyyətlərindən tutmuş nazirlik, dövlət komitələrinə qədər hamısında göstərilən bütün dövlət xidmətlərini əhatə edən Dövlət Xidmətləri Portalı internet resursunda 700-ə qədər xidmət var: “Amma onların təxminən 300-350-si elektronlaşıb, deməli, hələ 300-dən çox xidmətin elektronlaşmasına ehtiyac var”.

İcra hakimiyyətləri “Açıq hökumət”dən geri qalır

Osman Gündüz onu da deyir ki, elektron xidmətlərlə bağlı əsas problem paytaxtla region arasında informasiya bərabərsizliyi var: “Regionlarda elektron xidmət sahəsində ciddi boşluq var və bölgələrdə bir çox xidmət işləmir. İcra hakimiyyətləri 40-dək xidmət göstərir, ancaq demək ki, 99 faizi heç biri elektron xidmətə keçməyib. Gərək siz bu xidməti almaq üçün icra hakimiyyətinə ayaq döyəsiniz”.

Müsahibimizin fikrincə, regionlarda elektron xidmətlərin passivliyi maliyyə vəsaitinin çatışmazlığı və hüquqi norma bazasının zəifliyi ola bilər.

Məqalə Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində hazırlanıb.

S.Mehdiyeva

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com