Somali idmançılarından xəbər var
Azərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir
Bürclər - 26 MAY
Tanınmış müğənni evləndi
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Bakı istənilən halda Ankara ilə məsləhətləşib qərar qəbul edəcək"

Bölmə :
KİVDF
Yayım tarixi :
18/5/2017 [22:31]
Baxılıb :
348 dəfə
"Ümumrusiya Azərbaycanlıları Konqresinin xırda bəhanə ilə qapadılması əslində Moskvanın Azərbaycanı Qarabağ kartı ilə şantajından başqa bir şey deyil"

Rövşən Əliyev: «Rusiya heç bir halda Cənubi Qafqazdakı forposu olan Ermənistanın maraqlarına qarşı çıxmayacaq»

"Ümumrusiya Azərbaycanlıları Konqresinin xırda bəhanə ilə qapadılması əslində Moskvanın Azərbaycanı Qarabağ kartı ilə şantajından başqa bir şey deyil"

Amerika Birləşmiş ştatlarının prezidenti Donald Trampın ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini bəyan etməsi bir sıra suallara yol açıb. Vaşinqtonun bölgədə ən yaxın müttəfiqi olan İsraili deyil, Səudiyyəni seçməsini birmənalı qarşılamayanlar seçimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ştatlara səfərinin rol oynadığını düşünür. Hadisələrin bu qədər bir-biri ilə uzlaşmasını təsadüf, yoxsa qanunauyğunluq adlandırmazdan öncə ekspert rəyini öyrənməyə çalışdıq. Suallarımızı cavablandıran politoloq Rövşən Əliyev regionda gedən proseslərin Azərbaycana da necə təsir edəcəyi barədə fikirlərini bölüşüb. 

- Rövşən bəy, hazırda ABŞ-da Donald Trampın ən istənilməyən prezident olduğu məlumdur. Ölkə daxilində təkcə, Demokratlar deyil, partiyadaşları olan Respublikaçılar da prezidentə qarşı çıxmağa başlayıb. Buna səbəb kimi Rusiya ilə əlaqələr göstərilsə də, xarici siyasət kursunun tənzimlənməsində yaranan boşluqların olması da öz sözünü deyir. Siz necə düşünürsüz, nə baş verir?
- Birləşmiş Ştatların xarici siyasət kursu barədə danışarkən, ilk növbədə Trampın seçki kompaniyasına nəzər salmaq lazımdır. Seçkiöncəsi odlu-alovlu bəyanatlar verən Tramp seçicinin ürəyini ələ ala bildi. Hər kəsdə belə bir fikir formalaşdı ki, ABŞ-ın dünyada hegemonluğunu əlində saxlaması və ən böyük təhlükə olan Rusiya-Çin birliyinə qarşı Tramp ən yaxşı namizəddir. Lakin qısa zaman kəsiyində anlaşıldı ki, ABŞ məhz özünəməxsus “demokratik dəyərlər”i dünyaya sırıdığı üçün güclü imiş. Halbuki Tramp bu “dəyərlər”in dünyaya dağıdıldığını düşünür. Digər yandan Rusiya faktoru hazırda Trampın hakimiyyətini sual altında qoyub. Konqresdə artıq İMPİÇMENT sədaları ucalmağa başlayıb. “Moskvanın adamı” olmaqda ittiham edilən “Ağ Ev” rəhbəri bu ittihamlardan yaxa qurtarmaq üçün Suriyaya “Tomaqavk” raketləri atdı. Amma sonradan Rusiya XİN başçısı Serqey Lavrovun ABŞ səfəri yenidən səngiməkdə olan ittihamları gündəmə gətirdi. 

- Müsahibələrinizdən birində “Rusiya Suriyada ABŞ-la qarşılaşmağa hazır deyil” ifadəsini işlətmisiz. Amma indi tendensiya yaranıb. Bunu necə izah edərdiniz?
- Trampın Rusiya ilə əlaqələrinin tamamilə omaması fikri ilə razılaşmıram. Bəli, Tramp iş adamıdır və onun üçün iqtisadi maraqlar hər şeydən üstündür. Mən, müsahibələrdən birində xatırlayırsınızsa, Trampın istisnasız olaraq, siyasi maraqlara iqtisadi prizmadan baxdığını da qeyd etmişəm. Amma heç vaxt qeyd etməmişəm ki, Tramp Rusiyanın “adamıdır”. Digər tərəfdən, ilk baxışda Trampın Rusiyaya müəyyən gzəştlər etdiyini sezmək olar. Məsələn, keçmiş Sovet məkanında güclü təsir imkanları olan maliyyə təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq Moskva üçün göydəndüşmə fürsət sayıla bilər. Amma yenə də bu o demək deyil ki, ABŞ bu coğrafiyada daxil olmaqla mövqelərini asanlıqla Rusiyaya qurban verəcək. Son prosseslər artıq ilkin konturların cızıldığını göstərir. Ilk xarici səfərin hansı ölkəyə olduğuna diqqət etsək, mənzərə aydınlaşar. Heç kimə sirr deyil ki, Vaşinqton rəsmiləri səudlarla İransız ortaq İslam ordusunun yaradılmasını müzakirə edəcək. 

- İslam ordusu ideyası buna qədər də mövcud olub. Amma bu konsepsiya kağız üzərində qalıb. İndi yenidən gündəmə gətirilən fikirin ölü doğulan uşaq olmadığına əminlik hardandır?
- Bəli, bu ideya ötən il elə Səudiyyə Ərəbistanı tərəfindən ortaya atılıb. O zaman da Ər Riyad İransız hərbi birliyin tərəfdarı idi. Amma bu fikr həm pərakəndə idi, həm də konkret konsepsiya halına salınmamaışdı. Bu dəfə isə məsələ Vaşinqtonun nəzarətində həyata keçiriləcək. Trampın səfəri zamanı mövcud planın detallarının müzakirəsi istisna deyil. Digər yandan, ideyanın Türkiyə tərəfindən dəstəklənməsi barədə xəbərlər yayılıb. Yəni Rəcəb Tayyib Ərdoğan Trampla müzakirələr zamanı ideyaya dəstək nümayiş etdirib. Bunun şayə olmadığını anlamaq üçün isə Ankaranın hərbi qüdrətinə nəzər salmaq kifayətdir. Çünki amerikalı siyasətçilər də anlayır ki, başında NATO-nun ikinci ən böyük ordusunun dayandığı yeni hərbi birlik nələrə qadir ola bilər. Sössüz ki, Türkiyənin quruma daxil edilməsi elə də asan görünmür. Bunun üçün ilkin şərt Vaşinqtonun PKK-YPG işbirliyinə son qoymasıdır. Onsuz da yeni yaradılması planlaşdırılan koalisiya İŞİD, Taliban, Əl Qaidə və s. terror təşkilatları ilə mübarizə üçün nəzərdə tutulmayıb. Burda söhbət bölgədə konkret olaraq, ABŞ-ın görən gözü, vuran əli və hadisələrə daha cəld reaksiya verəcək hərbi birliyin yaradılmasından gedir. Bu birliyin ilk hədəfinin İran və onun nəzarətində olan Hizbullah olacağı isə ən böyük ehtimaldır. Sirr deyil ki, Tramp İranla “altılıq ölkələri” arasında bağlanan nüvə sazişini hər zaman sərt tənqid edib. Fikir verin, Suriyada belə Türkiyə-Rusiya və İranın səyləri ilə təhlükəsizlik zonalarının yaradılması barədə Astana sazişini alqışlayan Vaşinqton İranın zəmanətçi ölkələr arasında olmasını qəbul etmədi.
- Mənzərə Azərbaycan üçün də qorxulu hala gəlir. Bir yanda İran, digər yanda isə Rusiya. Hərbi birlik sözssüz ki, Moskvanı da hədəf alır. Türkiyənin qurumda söz sahibi olmaq iddiası isə rəsmi Bakını arzuolunmaz situasiya ilə üz-üzə qoyur. 
- Tamamilə doğrudur. Amma rəsmi Bakının balanslaşdırılmış uğurlu siyasəti zaman-zaman Rusiya və İran tərəfindən qorxaqlıq kimi başa düşülür. Buna görə də istər Tehran, istərsə də, Moskva vaxtaşırı bölgədə özlərinin söz sahibi olduqlarını çox kobud şəkildə Azərbaycana nümayiş etdirirlər. Bu işdə xülyalara qapılıb birbaşa addım atılmalı deyil. Hadisələrin inkişaf dinamikasını izləmək yerinə düşər. Hələ ötən il xarici işlər naziri İslam ordusunun yaradılması fikrinə birmənalı cavab vermədi. Nazir bildirmişdi ki, məsələ araşdırılacaq və müzakirələrdən sonra yekun qərar veriləcək. Amma o zaman ideya tədricən gündəmdən düşdü. Amma indi vəziyyət fərlidir. Yeni quruma ABŞ-la yanaşı İsrailin də hərbi dəstək verməsi gündəmdədir. Azərbaycan isə adıçəkilən bütün ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. Ona görə əminliklə demək olar ki, əgər İslam ordusu yaradılarsa, rəsmi bakı bu qurumun sıralarında yer ala bilər. Buna mövcud vəziyyət də diqtə edir. Baxmayaraq ki, Azərbaycan “Birliklərə qoşulmamaq” hərəkatının üzvüdür, rəsmi Bakı milli və dövlət maraqları naminə istənilən vaxt fikrindən daşınmaq hüququnu özündə saxlayır. Rusiyada Azərbaycana qarşı son günlər yaranan ab-hava da deməyə əsas verir ki, Kreml üçün Azərbaycan o qədər də əhəmiyyət daşımır. Bu baxımdan, Bakının Moskvaya qarşı demarşının olması əhəmiyyət kəsb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin xırda bəhanə ilə qapadılması əslində Moskvanın Azərbaycanı Qarabağ kartı ilə şantajından başqa bir şey deyil. Ən böyük diaspor təşkilatımıza belə etinasız yanaşan Rusiyaya qarşı Türkiyə ilə birgə addım atmaq hazırda çox vacibdir. Son beynəlxalq hadisələr də göstərdi ki, qlobal terrorla mübarizədə Ankarasız atılan addımlar effektsiz olmaqla yanaşı, Yaxın Şərqdə münaqişə ocaqlarının daha da fəallaşmasına gətirib çıxarır. Belə olan halda, Bakının Ankara ilə məsləhtləşmələr aparması, tezliklə qərar qəbul etməsi gözləniləndir. Məsələ həmçinin Türkiyə-Rusiya yaxınlaşmasından sonra baş qaldıran müsbət gözləntilərin puça çıxmasından ümidini itirən cəmiyyətimiz üçün də önəmlidir. Sadə, statistik vətəndaş məhz Ankara və Moskvanın birlikdə Qarabağ problemini həll edəcəyini gözləyirdi. Tezliklə, məlum oldu ki, Rusiya heç bir halda Cənubi Qafqazdakı forposu olan Ermənistanın maraqlarına qarşı çıxmayacaq. İslam Ordusunun yaradılması və ABŞ-ın regional məsələlərdə Türkiyəyə güzəştə getməyə məcbur qalması Ankaranı bölgədə daha güclü edəcək. Bu isə böyük ölçüdə Qarabağ münaqişəsinin həllinə töhfəsini vermiş olacaq.     
           





Paylaş:
26/5/2017 [00:22]: Somali idmançılarından xəbər var
26/5/2017 [00:12]: Azərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir
26/5/2017 [00:09]: Bürclər - 26 MAY
25/5/2017 [23:46]: Tanınmış müğənni evləndi
25/5/2017 [23:42]: İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana vəzifə verildi
25/5/2017 [23:33]: Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu
25/5/2017 [23:14]: 17 ildən sonra altı əkiz doğdu - FOTO
25/5/2017 [22:26]: Koalisiya gücləri 101 dinc sakini öldürdü
25/5/2017 [22:15]: Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul
25/5/2017 [22:04]: Ölkədə 77 evdə çökmə baş verib, ailələr təxliyə olundu
25/5/2017 [21:49]: Alfa lipoik turşusu - Gənclik və arıqlama iksiri
25/5/2017 [21:41]: Sabiq baş nazirin avtomobili partladıldı - Yunanıstanda
25/5/2017 [21:20]: Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzi yaradılacaq
25/5/2017 [21:07]: Bakı polisi Somalidən gələn idmançıları axtarır
25/5/2017 [20:54]: Oruc tutmayanların iftar məclisinə getməsi düzdürmü? – Din xadimi İZAH ETDİ
25/5/2017 [20:51]: Yeni və güclü antibiotik yaradıldı
25/5/2017 [20:29]: Bu şəxslərə işsizliyə görə sığorta ödənişi veriləcək
25/5/2017 [20:24]: Sərnişin avtobusu qəza törətdi- ölən var
25/5/2017 [20:09]: Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş - Maraqlı məhkəmə işi
25/5/2017 [20:06]: AMEA magistrantlarına təqaüd veriləcək - SƏRƏNCAM
25/5/2017 [20:01]: Qonşu ölkəylə elektrik enerjisinin idxal-ixracı dayandırıldı
25/5/2017 [19:56]: Rusiyada azərbaycanlılar qəzaya düşdülər
25/5/2017 [19:41]: Xalq artistinin doğum günü hədiyyəsi:”Utanıram deməyə…”
25/5/2017 [19:12]: Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb
25/5/2017 [19:05]: Su anbarında bir nəfər batdı
25/5/2017 [18:55]: “Mercedes-Benz” noutbuk buraxdı
25/5/2017 [18:53]: Gömrük Komitəsinin sədri "Şöhrət" ordeni ilə təltif edildi
25/5/2017 [18:50]: Pul ala bilmədi, damarlarını doğradı
25/5/2017 [18:44]: Dənizdən meyit tapılıb
25/5/2017 [18:30]: Azərbaycanın adını heç olmazsa, ” alo suriya ” paketinə daxil edəcəklərmi?..
25/5/2017 [18:23]: Əhali ucuz telefonlar alır
25/5/2017 [17:21]: Dolların sabaha olan məzənnəsi
25/5/2017 [17:19]: “Nar”ın dəstək olduğu informatika üzrə olimpiadanın qalibləri mükafatlandırılıb
25/5/2017 [16:39]: Valyuta hərracında satılan məbləğ məlum oldu
25/5/2017 [16:35]: ARB TV-nin efirində mübahisə: İştirakçı aparıcıya hücum çəkdi - VİDEO
25/5/2017 [15:59]: “Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”
25/5/2017 [15:48]: “Qaçqınkom” köçkünlərə “ev verən” qadınla bağlı açıqlama verdi
25/5/2017 [15:47]: İlk dəfə "CinemaPlus Azerbaijan" kinoteatrı fasiləsiz ‎işləyəcək.‎ - FOTOLAR
25/5/2017 [15:30]: Moskvada terror TƏHLÜKƏSİ: Saxlanılanlar var
25/5/2017 [15:26]: Ermənistanda Azərbaycan almaları ilə əlaqədar qalmaqal davam edir
25/5/2017 [15:15]: Unibank ilin ən innovativ bankı seçildi
25/5/2017 [15:11]: Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı
25/5/2017 [14:48]: Ramazan ayı ərəfəsində bazarda qiymətlər - Qiymət siyahısı - VİDEO
25/5/2017 [14:12]: Kişiləri evə çağırıb başına oyun açan qadından ŞOK ETİRAFLAR - VİDEO
25/5/2017 [14:06]: Yeni messencer yaradıldı - "TamTam"
25/5/2017 [14:05]: Kaxa Kaladze: "Gürcüstan Azərbaycan qazından asılıdır"
25/5/2017 [14:00]: Bu şəxslər oruc tuta bilməz
25/5/2017 [13:36]: Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər
25/5/2017 [13:21]: “Bazarstore”un filiallarından biri də bağlandı
25/5/2017 [13:17]: Azərbaycanda dini icma sədrinin gizli fəaliyyəti aşkar olundu
25/5/2017 [13:02]: Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi
25/5/2017 [12:58]: Dollar valyuta hərracında ucuzlaşdı
25/5/2017 [12:40]: Sabaha olan HAVA PROQNOZU
25/5/2017 [12:38]: Əxlaqsızlıq yuvası saxlayan qadın ələ keçdi
25/5/2017 [12:34]: Taleh Bağırovun işi icraata götürüldü
25/5/2017 [12:13]: Nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - XƏRİTƏ
25/5/2017 [11:48]: Bakının mərkəzində evlər kəskin ucuzlaşdı
25/5/2017 [11:44]: II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib
25/5/2017 [11:35]: Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi - TƏFƏRRÜAT
25/5/2017 [11:27]: Bəzi siqaretlərin qiyməti ucuzlaşdı – SİYAHI
25/5/2017 [11:25]: Qeyri-iş günlərinin sayı artırıldı
25/5/2017 [10:50]: Sosial evlər üçün qeydiyyat başlayır: DƏQİQ TARİX AÇIQLANDI
25/5/2017 [10:48]: 22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı
25/5/2017 [10:21]: Bakıda nazirliyin qarşısında ağır qəza: ölən var
25/5/2017 [10:16]: "Qalatasaray"ın 103 yaşlı əfsanəsi öldü
25/5/2017 [10:15]: Hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batdı
25/5/2017 [10:07]: Karateçilərimizin şərəfinə verilən ziyafətdə şok ölüm
25/5/2017 [09:54]: 29 şəhər və rayonda sınaq imtahanları keçirəcək
25/5/2017 [09:44]: Cəbhə xəbərləri
25/5/2017 [09:35]: Mərkəzi Bankın valyuta məzənnələri
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com