Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

“Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir”

“Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir”
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
17/5/2017 [18:19]
Baxılıb :
80226 dəfə

Sabah Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.
Modern.az saytının Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi o zaman Laçında yerləşən hərbi hissənin tağım komandiri olmuş İsabala Əsgərovdur.
O, 1992-cü ilin 17 mayını ürək ağrısı ilə xatırlayır…
 
“Əfqanıstanda döyüşən qüvvələr Laçında vuruşurdu”
“Artıq mayın 17-də Laçındakı vəziyyət dözülməz həddə çatmışdı. Bir tərəfdən silah-sursat tükənmişdi, digər tərəfdən də yuxarıdakıların başı hakimiyyət uğrunda savaşa qarışmışdı. Laçına güclü təzyiqlər mayın 5-dən başlamışdı. Ermənistan və rus qoşunları əl-ələ verib Laçının və Şuşanın işğalını həyata keçirməyə çalışırdılar. Buna baxmayaraq, Laçının qəhrəman oğulları döyüş bölgələrinə səpələnmişdi. Heç kəs səngərdən çıxmırdı. Bizim polkun üzvləri Əfqanıstan müharibəsində döyüşmüş insanlar idi. 1979-1981-ci illərdə Əfqanıstan döyüşlərində mən də iştirak etmişəm. Əfqanıstan döyüşçülərindən ibarət dəstənin üzvləri Laçının müdafiəsində canla-başla xidmət göstərirdi. Əsas missiyamız döyüş əməliyyatlarını uğurla həyata keçirmək idi”.
 
“Etibar Məmmədov heç kim idi”
İsabala Əsgərov deyir ki, o dövrdə hakimiyyət adamları nə etdiklərini bilmirdilər.
“Lakin Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Laçın mühasirədə qaldı. Laçındakı döyüşçülərin bir missiyası da qadınların, uşaqların, yaşlıların erməninin əlinə keçməsinə mane olmaq idi.  70 minə yaxın insanı mühasirədən çıxarmaq lazım idi. Başqa çıxış yolumuz da yox idi. Təəssüf ki, Şuşada döyüşən qüvvələr Laçında döyüşmədilər və qaçıb getdilər. Müəyyən  qüvvələr var idi ki, onlar da  təxribatçı işlərlə məşğul idi. Ölkədə hakimiyyət davası gedirdi. Ona görə də Laçının müdafiəsi üçün bizə heç bir kömək gəlmirdi. Ayaz Mütəllibovun silahlı dəstələri bizi köməksiz qoyub gedəndən sonra qruplaşmalar yaranmışdı. Həmin qruplaşmalar xarici ölkələrə işləyirdi. İşğal ərəfəsində o zamankı müdafiə naziri Rəhim Qazıyev Laçına gəlməmişdi. Qaçıb hardasa gizlənmişdi. Onu tapmaq mümkün deyildi. Amma o zamankı AXC nümayəndəsi Etİbar Məmmədov Laçına gəlmişdi. Həmin vaxt Etibar Məmmədov heç kim idi. Onun sözü keçmirdi. Etibar Məmmədov universitet tələbələrini döyüşlərdə iştirak etmək üçün özü ilə Laçına gətirmişdi. Onlar bir az döyüşlərdə iştirak etdilər. Sonra isə çıxıb getdilər. Əslində, həmin dövrün porsesləri İranda, Rusiyada  hazırlanmış ssenari üzrə aparılırdı. Ermənilər Qradla, BMP, BTR-lə, biz isə quş tüfəngi ilə döyüşürdük”.
 
“Laçınla Şuşanın işğalı eyni günə planlaşdırılıbmış”
Müsahibimiz deyir ki, erməni səngəri ələ keçirilməklə bir neçə məlumat öyrənilmişdi:
“Əslində Laçını bir müddət də qoruyub saxlamaq olardı. Heç bir kömək gəlmədiyindən bu, mümkünsüz oldu. Şuşa ilə Laçının arasında Kirs dağı var. Erməni birləşmələri oranı ələ keçirmişdilər. Bu da mayın 10-11-nə təsadüf etmişdi. Daha sonra biz ora gedib 24 saat əməliyyat keçirdik. 15-20 erməni meyiti ortalıqda qalmışdı. Həmin vaxt biz erməni səngərinə girə bilmişdik. Xəritələri, gizli hazırlıq planlarını  ələ keçirdik. O zaman bəlli oldu ki, ermənilər Laçının işğalını mayın əvvəlində gerçəkləşdirmək istəyib. Şuşanın işğal günündə Laçını da işğal etmək planları olub”.
Laçının ikinci dəfə alınması… Bu, niyə mümkün olmadı?!
Keçmiş döyüşçünün sözlərinə görə, o dövrdə hərbi qüvvələrə rəhbərlik edən Surət Hüseynov və Əzizağa Qənizadə də təxribatlarla məğul idi.
“1992-ci ilin sentyabr, oktyabr aylarında Kəlbəcər tərəfdən hücum etməklə Laçının 60-a yaxın kəndini azad etdik. Orada xüsusi döyüşlərimiz olmuşdu. Ermənilərlə üz-üzə gəlmişdik, çoxlu düşmən əsgəri məhv edilmişdi.
Həmin vaxt Laçınla Kəlbəcər arasında olan koridoru açmışdıq. Ona görə də ermənilər Laçına gedib-gələ bilmirdilər. Lakin Surət Hüseynov açdığımız koridorun bağlanmasını əmr edərək, bunun beynəlxalq dairələrə zidd olduğunu bildirmişdi. Təxribatlar nəticəsində koridor bağlandı. Koridorun bağlanması ərəfəsində Əzizağa Qənizadə də (1992-ci ildə 771 saylı hərbi hissənin komandiri olub-NB) orada idi. O, Surət Hüseynovun adamı idi. Korpus komandiri kimi ona tabe idi. Onların hər ikisi bizə qarşı təxribat etmişdilər.  Həmin vaxt Surət Hüseynov Yevlaxda otururdu. Onun qərargahı orada yerləşirdi”.
 
Çingiz Mustafayev yanlış informasiyalar yayıb
İsabala Əsgərov deyir ki, o zaman Laçında çəkilişlər həyata keçirən telereportyor Çingiz Mustafayevin bəzi kadrları rəzalətdir.
“Çingiz Mustafayev çəkiliş apardığı zaman bəzi  prosesləri dəqiq şərh etməyib. Laçından qaçanlara üzünü tutub deyir ki, “niyə qaçırsız?”. Halbuki, Laçından qaçanlar Laçının müdafiəsində sonuna qədər döyüşənlər olmayıb. Çingiz Mustafayevin bəzi kadrları Laçın döyüşçüləri üçün rəzalətdir. Şuşadan qaçan döyüşçüləri göstərməklə  “laçınlılar qaçır” demək yanlış idi. Laçınlılar qaçsaydılar, əhalinin 20 min nəfəri ermənilərə girov düşərdi.
Laçının işğal olunma prosesini 5 gün gecikdirdik.  Deyirlər ki, Laçın uğrunda döyüşlər getməyib. Necə getməyib ki, yaralıların əlindən xəstəxanalarda bir dənə də olsun yer yox idi?!. Laçın döyüşçülərinin sayəsində ikinci Xocalı faciəsi baş vermədi.
Laçının işğalı ərəfəsində Çingiz Mustafayevin təhlükəsizliyini qardaşım Mübariz Əsgərov qoruyurdu. Polk komandiri tapşırmışdı ki, “Çingiz yaxşı oğlandır. Qonaqdır. Onun təhlükəsizliyini yaxşı qoruyun”. Sonradan bəlli oldu ki, o da doğru informasiya yaymayıb”.

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com