Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Sarı zolaqlar, cərimə qorxusu tıxaclara səbəb olur

Sarı zolaqlar, cərimə qorxusu tıxaclara səbəb olur
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
16/5/2017 [22:35]
Baxılıb :
540 dəfə


Polis qanuvericliyi əsas gətirir, sürücülər biri-birini, vətəndaşlar isə hər ikisini qınayır 

Mayın 5-dən etibarən paytaxtın küçələrində İslam Həmrəylik Oyunlarına görə sarı zolaqlara giriş qadağan olunub. Ay sonuna qədər davam edəcək bu qadağa özü ilə bərabər çətinliklər də gətirib. Şəhərin müxtəlif küçələrinə çəkilən bu zolaqlarda sürücülərin hərəkətinə icazə verilmir. Avtomobilini bu zolaqla idarə edən sürücü isə 40 manat məbləğində cərimə olunur. Bu səbəbdən ötən10 gün ərzində müxtəlif saaatlarda şəhərin bəzi yerlərində tıxacların şahidi oluruq. 


Zolaqlar hərəkətin intensiv olduğu yerləri, Ziya Bünyadov prospektindən Atletlər kəndinə qədər, Bakı Dairəvi yolu, Bakı Atıcılıq Mərkəzindən başlayır və Salyan şosesində sona çatır. Salyan şosesi zolağı Dairəvi yoldan Bibiheybət yoluna qədər, Bibiheybətdən Avropa oyunları parkından keçərək birbaşa Bayraq Meydanına gedən, Neftçilər prospekti zolağı Bayraq Meydanından Bakı İdman Zalına, Qara Qarayevdə bütün yol, Atatürk prospektindəki zolaq isə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski zolağı Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Hənifə Ələsgərova zolağına Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospektindəki zolaq Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsindəki zolaq Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şosesindəki zolaq isə Koroğlu metro stansiyasından Aeroport şosesinin başlanğıcınadək ərazini əhatə edir.

Mayın 5-dən 15-nədək isə 941 sürücü sarı zolağa daxil olduğundan cərimələnib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir. O, həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: “Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.
Bəs sürücülər nə deyirlər?

Sürücü Fuad Məmmədov deyir ki, sarı zolaq qadağasından bu yana dəfələrlə tıxacda qalmağa məcbur olub. Xüsusi ilə səhər saatlarında başalayan tıxac işə gecikməyə səbəb olur: “Yoldaşım da, mən də işləyirik, saat 9-da işdə olmalıyıq. Ancaq evdən nə qədər tez çıxmağımızdan asılı olmayaraq hər ikimiz işə gecikirik. Səbəb isə yolun bir hissəsinin sarı zolağa ayrılmasıdır. Normal halda evimizdən iş yerimizə məsafə 15 dəqiqəlik olmasına baxmayaraq indi 1 saatdan çox tıxacda qalıb, gecikirik. Bilirisiniz, bizim tərəfdən sarı zolaq yolun sol hissəsindən başlayır ancaq 20 yanvara yaxınlaşan zaman zolaq orta xəttə keçir. Bu səbəbdən aləm qarışır bir-birinə. Səhər tezdən ki, yarışlar keçirilmir. Həmin vaxtı zolaqda hərəkətə icazə verilsə daha az tıxac olar. Insanların əsəbi bu qədər tarıma çəkilməz”.
Bir başqa xanım sürücü Leyla Həsənova isə deyir ki, bəzən tıxaclarda polis işarə verərək sarı zolaqla hərəkət edilə biləcəyini deyir. Halbuki buna heç kim risk etmir: “Bilirsiniz, polis yolu açmaq üçün davamlı qışqırır ki, sarı zolağa keçsin sürücülər. Ancaq qarşıda radar, kamera olur. Sonra həmin şəxsin evinə cərimə gəlir. Gəl sonra sübut et ki, həmin zolağa keçməyimə polis icazə verdi. Hələ Avropa Oyunları zamanı bu mənim neçə tanışımın başına gəlib. Ona görə də camaat qorxur. Deyir eybi yox, qoy tıxacda qalım, əsəbləşim amma cərimə olunmayım”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sarı zolaqlarla bağlı mətbuata açıqlamasında bildirib ki, bu zolaqlar təkcə yarışların keçirildiyi zaman kəsimi üçün yox, həm də yarışlara cəlb olunmuş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Onun sözlərinə görə, yarışda xidmət göstərən personalın hərəkəti də sarı zolaq vasitəsilə gerçəkləşir: “Yəni bu halda sarı zolaq sıravi sürücülərin də üzünə müvəqqəti olaraq açılsa, bu halda oyunlara cəlb edilmiş maşınların hərəkətində problemlər yaranacaq. Ona görə də dediyiniz bu təklifin həyata keçmə perspektivi yoxdur. Hesab edin ki, sarı zolaqda da hərəkətə icazə verildi. Bu halda yarışda xidmət üçün nəzərdə tutulmuş maşınlara yol verən olmayacaq. Bu da işin ümumi ahənginə mənfi təsir edəcək. Amma hansısa ərazidə sıxlıq yaranırsa, sözsüz ki, orda bizim əməkdaşlar xidmət edirlər. Sıxlığın aradan qaldırılması məqsədilə müəyyən məsafələrdə, sıxlığı yönəltmək üçün ora yönəldilirlər. Biz əvvəldən müəyyən etmişdik ki, respublikanın digər rayonlarından Bakıya maşınların gəlişi nisbətən məhdudlaşsın, eləcə də paytaxtda fərdi nəqliyyatdan mümkün qədər az istifadə olunsun. Sürücülər 10-15 gün müddətində fərdi nəqliyyat vasitəsindən imtina edə bilər. Metromuz da normaldır, avtobuslar da. İctimai nəqliyyatdan istifadə etmək heç də sürücülər üçün problem olmayacaq. Bu, həm özlərinin rahatlığı, həm də şəhərdəki sıxlığın aradan qaldırılması üçün lazımdır”.

Bəs ən çox tıxac hansı küçələrdə yaşanır?
Izləyicimiz Osman Əlimirzəyev deyir ki, səhər tezdən 08:00 - 09:00 kimi Sabunçu körpüsü inanılmaz tıxac olur: “Zabrat Balaxanı yolundan düz Koroğlu körpüsünə kimi. Hər gün işə gedəndə azı yarım saat tıxacda gözləyirik”.
Elay Həmdəm deyir ki, tıxacda qalmağımızın ən böyük günahkarı sürücülərdir: “Sarı zolaq oldu-olmadı, normal insanlar sıraya düzəlib yolunu tutanda bəziləri basıb keçir. Sonra sıraya girmək üçün hər meymunluğu edirlər. Bu da zaman itkisinə səbəb olur”.
Murat Tağıyev deyir ki, Xalqlar, Neftçilər, Q. Qarayev tamamilə tutulub.
İmamqulu Yunisoğlu isə Ziya Bünyadov, Dərnəgül, Tiblisi prospektlərində tıxac olmasından şikayətçidir. 
Saday Quliyev dərnəgül yolunun 20 yanvara qədər tıxac olduğunu deyir. İzləyicilərimizin əksəriyyəti Dərnəgül yolunun, Şamaxinkanın, Ziya Bünyadov prospektinin tıxac olmasından şikayətlənirlər. 
AYSEL

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]