Somali idmançılarından xəbər var
Azərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir
Bürclər - 26 MAY
Tanınmış müğənni evləndi

Endokrinoloq: “Zobu olan hər kəs əməliyyata qaçmamalıdır”

Endokrinoloq: “Zobu olan hər kəs əməliyyata qaçmamalıdır”
Bölmə :
Sağlamlıq
Yayım tarixi :
15/5/2017 [18:56]
Baxılıb :
493 dəfə

Ailem.az-ın müsahibi endokrinoloq Nadirə Ağazadədir.
 
- Əhali arasında zob kimi tanınan xəstəlik əslində nədir?
 
- Əhali arasında zob adı ilə tanınana xəstəlik qalxanabənzər tiroid vəzinin ölçülərinin hər hansı səbəbdən böyüməsidir. Bu ya tiroid vəzisində olan düyünlər, ya automun proses, qalxanabənzər vəzin ölçülərinin böyüməsi ilə özünü göstərir. Qalxanabənzər vəzin böyüməsinə səbəb tiroid düyünləridirsə, biz artıq bir çox vacib məqamlara toxunuruq. Tiroid düyünləri ya xəstənin özü tərəfindən, ya da həkimin fiziki müayinəsi əsasında aşkara çıxarılır. Və ya adi müayinələrdən keçdikdə təsadüf nəticəsində xəstəlik aşkarlanır. Düyün aşkarlanan hər bir xəstədə bizi maraqlandıran bəzi sualları araşdırırıq. Düyün aşkarlandı, bu düyünün hiperfunskiyası varmı, bu düyündə xərçəng olma ehtimalı varmı, düyünün ölçüləri böyükdürsə, ətrafa təzyiq simptomları varmı? Bunları araşdırıb sonrakı mərhələlərə keçirik. Düyün aşkarlandıqdan sonra xəstənin keçmiş həyat tarixçəsini toplayırıq. Yəni uşaq çağlarından baş-boyun bölgəsindən şüa terapiyası alıbmı, ailəsində hər hansı tiroid xəstəlikləri, xərçəng hekayəsi, ailəsində digər endokrinoloji xəstəlikləri varmı? Bunlardan sonra xəstənin yaşı və cinsi bizim üçün çox önəmlidir. Uşaq və 20 yaşdan az olan insanlarda qalxanabənzər vəzidə düyün aşkarlanıbsa və ya şəxs kişi cinsinə məxsusdursa, bu düyünlərdə bədxassəli olma ehtimalı digərlərinə nisbətən yüksək olur. Ona görə də anamnizidən sonra ultrasəs müayinəsi aparılır və düyünün bədxassəli olma ehtimalına fikri verilir. Sonra tiroid hormonlar yoxlanılır. Nəticəyə baxaraq biopsiyaya göndərə bilərik.
 
- Bu xəstəliyin əlamətləri hansılardır? Hansı şikayətlər zobun olmasına işarədir?
 
- Tiroid vəzində hər hansı düyün aşkarlanıbsa, bu düyünün funksional aktivliyini bilmək üçün tiroid hormonlar mütləq yoxlanmalıdır. Tiroid vəzi kiçik bir endokrin orqan olduğuna baxmayaraq, insan üçün həyati önəm daşıyan funksiyaları - böyümə və cinsi inkişaf, mübadilə və bədən temperaturunun tənzimlənməsini, sinir sisteminin normal inkişafını idarə edir. Ona görə hər bir insanın tiroid tərəfindən sintez olunan tiroid hormonlarına ömür boyunca ehtiyacı vardır. Tiroid vəzin çox işləməsi - hipertiroid adlanır, yəni vəzi özündən normadan artıq T3, T4 hormonları sintez edərək, bədəndə bütün funksiyaların artmasına, xəstədə kliniki şikayətlərin meydana çıxmasına səbəb olur. Xəstələr hansı şikayətlərlə gəlirlər: dərinin quru olması, son vaxtlarda çəki almaq, tüklərin tökülməsi, yaddaşın pozulması, qəbizlik, qadınlarda menstrual tsiklin pozulması, hətta sonsuzluq, süd vəzilərinə südün gəlməsi, yuxunun pozulması, depressiyaya meyllilik, ürək döyüntülərinin artması, çəki azalması, ishal və s.
 
- Tam müalicəsi varmı?
 
- Tiroid vəzin xəstəlikləri çoxdur. Hərəsinin özünün ayrı-ayrı müalicə prinsipləri var. Əgər zəhərli urdursa, üç müalicə prinsipi var. Birinci sadə dərman müalicəsidir. Dərman müalicəsi 12-24 ay davam edir. Bu müalicə təsir etmədikdə radioaktiv yodla müalicə təyin edirik. Bu da təsir etmirsə, cərrahi müalicəyə əl atırıq. Hipetiroid olduqda isə ömürlük dərman atmaqdır. Qalxanabənzər yetməzliyi halında xəstə ömrünün axırına qədər dərman atır. Əgər düyünün ölçülərində sürətli böyümə olarsa, yenidən biopsiyaya yollayırıq.
 
- Tiroid düyünləri hansı hallarda cərrahi əməliyyatla kəsilib götürülür?
 
- Tiroid düyünü olan hər adam dərhal cərrahi əməliyyata qaçmamalıdır. Cərrahi əməliyyatın öz göstərişi var. Biz biopsiyaya yollayırıq, orada şübhə oldusa və ya bədxassəli törəmə çıxdısa, artıq birbaşa göstəriş cərrahi əməliyyatdır. Və ya zəhərli urlar dərman müalicəsinə, radioaktiv yoda cavab vermirsə, cərrahiyyə əməliyyatı burada göstərişdir. Digər halda, çoxlu düyünlərdir, ölçüləri böyükdür və nə vaxtsa baş-boyun bölgəsində şüa terapiyası alıb. Bu halda da cərrahiyyə əməliyyatı olunur. Həddən artıq böyük ur digər orqanlara təzyiq edir. Bu halda əməliyyat qaçılmazdır. Bir də kosmetik baxımdan böyük urlar əməliyyatla kəsilib götürülür. Hər düyün əməliyyat olunmur. Bunun üçün mütləq göstəriş olmalıdır.
 
- Vəzilərin xərçəngə çevrilmə ehtimalı nə qədərdir?
 
- Tiroid düyünu olan hər kəs bu düyünlərdə xərçəng olma riskinin özəlliklərini bilməlidir. Bu özəlliklər hansılardır?  Düyünün sürətlə böyüməsi, ölçüsü, ailədə tiroid xərçənginin olması, öncədən baş-boyun radioterapiyası alanlar, ssintiqrafiya müayinəsi zamanı soyuq düyünlərin aşkara çıxarılması və s. Bütün bu özəlliklər xəstələr tərəfindən diqqətə alınmalı və tiroid düyününə səhlənkar yanaşılmamalıdır. Endokrinoloq tərəfindən təyin olunmuş müayinələr (Tiroid USM, Punksion biopsiya, Ssintiqrafiya) zamanında, gecikdirilmədən edilirsə, tiroid xərçənginin qarşısı alınmış olacaqdır.


Paylaş:
26/5/2017 [00:22]: Somali idmançılarından xəbər var
26/5/2017 [00:12]: Azərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir
26/5/2017 [00:09]: Bürclər - 26 MAY
25/5/2017 [23:46]: Tanınmış müğənni evləndi
25/5/2017 [23:42]: İlhamə Quliyevanın həbsdən çıxan köməkçisi Mehribana vəzifə verildi
25/5/2017 [23:33]: Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu
25/5/2017 [23:14]: 17 ildən sonra altı əkiz doğdu - FOTO
25/5/2017 [22:26]: Koalisiya gücləri 101 dinc sakini öldürdü
25/5/2017 [22:15]: Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul
25/5/2017 [22:04]: Ölkədə 77 evdə çökmə baş verib, ailələr təxliyə olundu
25/5/2017 [21:49]: Alfa lipoik turşusu - Gənclik və arıqlama iksiri
25/5/2017 [21:41]: Sabiq baş nazirin avtomobili partladıldı - Yunanıstanda
25/5/2017 [21:20]: Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzi yaradılacaq
25/5/2017 [21:07]: Bakı polisi Somalidən gələn idmançıları axtarır
25/5/2017 [20:54]: Oruc tutmayanların iftar məclisinə getməsi düzdürmü? – Din xadimi İZAH ETDİ
25/5/2017 [20:51]: Yeni və güclü antibiotik yaradıldı
25/5/2017 [20:29]: Bu şəxslərə işsizliyə görə sığorta ödənişi veriləcək
25/5/2017 [20:24]: Sərnişin avtobusu qəza törətdi- ölən var
25/5/2017 [20:09]: Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş - Maraqlı məhkəmə işi
25/5/2017 [20:06]: AMEA magistrantlarına təqaüd veriləcək - SƏRƏNCAM
25/5/2017 [20:01]: Qonşu ölkəylə elektrik enerjisinin idxal-ixracı dayandırıldı
25/5/2017 [19:56]: Rusiyada azərbaycanlılar qəzaya düşdülər
25/5/2017 [19:41]: Xalq artistinin doğum günü hədiyyəsi:”Utanıram deməyə…”
25/5/2017 [19:12]: Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb
25/5/2017 [19:05]: Su anbarında bir nəfər batdı
25/5/2017 [18:55]: “Mercedes-Benz” noutbuk buraxdı
25/5/2017 [18:53]: Gömrük Komitəsinin sədri "Şöhrət" ordeni ilə təltif edildi
25/5/2017 [18:50]: Pul ala bilmədi, damarlarını doğradı
25/5/2017 [18:44]: Dənizdən meyit tapılıb
25/5/2017 [18:30]: Azərbaycanın adını heç olmazsa, ” alo suriya ” paketinə daxil edəcəklərmi?..
25/5/2017 [18:23]: Əhali ucuz telefonlar alır
25/5/2017 [17:21]: Dolların sabaha olan məzənnəsi
25/5/2017 [17:19]: “Nar”ın dəstək olduğu informatika üzrə olimpiadanın qalibləri mükafatlandırılıb
25/5/2017 [16:39]: Valyuta hərracında satılan məbləğ məlum oldu
25/5/2017 [16:35]: ARB TV-nin efirində mübahisə: İştirakçı aparıcıya hücum çəkdi - VİDEO
25/5/2017 [15:59]: “Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”
25/5/2017 [15:48]: “Qaçqınkom” köçkünlərə “ev verən” qadınla bağlı açıqlama verdi
25/5/2017 [15:47]: İlk dəfə "CinemaPlus Azerbaijan" kinoteatrı fasiləsiz ‎işləyəcək.‎ - FOTOLAR
25/5/2017 [15:30]: Moskvada terror TƏHLÜKƏSİ: Saxlanılanlar var
25/5/2017 [15:26]: Ermənistanda Azərbaycan almaları ilə əlaqədar qalmaqal davam edir
25/5/2017 [15:15]: Unibank ilin ən innovativ bankı seçildi
25/5/2017 [15:11]: Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı
25/5/2017 [14:48]: Ramazan ayı ərəfəsində bazarda qiymətlər - Qiymət siyahısı - VİDEO
25/5/2017 [14:12]: Kişiləri evə çağırıb başına oyun açan qadından ŞOK ETİRAFLAR - VİDEO
25/5/2017 [14:06]: Yeni messencer yaradıldı - "TamTam"
25/5/2017 [14:05]: Kaxa Kaladze: "Gürcüstan Azərbaycan qazından asılıdır"
25/5/2017 [14:00]: Bu şəxslər oruc tuta bilməz
25/5/2017 [13:36]: Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər
25/5/2017 [13:21]: “Bazarstore”un filiallarından biri də bağlandı
25/5/2017 [13:17]: Azərbaycanda dini icma sədrinin gizli fəaliyyəti aşkar olundu
25/5/2017 [13:02]: Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi
25/5/2017 [12:58]: Dollar valyuta hərracında ucuzlaşdı
25/5/2017 [12:40]: Sabaha olan HAVA PROQNOZU
25/5/2017 [12:38]: Əxlaqsızlıq yuvası saxlayan qadın ələ keçdi
25/5/2017 [12:34]: Taleh Bağırovun işi icraata götürüldü
25/5/2017 [12:13]: Nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - XƏRİTƏ
25/5/2017 [11:48]: Bakının mərkəzində evlər kəskin ucuzlaşdı
25/5/2017 [11:44]: II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib
25/5/2017 [11:35]: Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi - TƏFƏRRÜAT
25/5/2017 [11:27]: Bəzi siqaretlərin qiyməti ucuzlaşdı – SİYAHI
25/5/2017 [11:25]: Qeyri-iş günlərinin sayı artırıldı
25/5/2017 [10:50]: Sosial evlər üçün qeydiyyat başlayır: DƏQİQ TARİX AÇIQLANDI
25/5/2017 [10:48]: 22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı
25/5/2017 [10:21]: Bakıda nazirliyin qarşısında ağır qəza: ölən var
25/5/2017 [10:16]: "Qalatasaray"ın 103 yaşlı əfsanəsi öldü
25/5/2017 [10:15]: Hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batdı
25/5/2017 [10:07]: Karateçilərimizin şərəfinə verilən ziyafətdə şok ölüm
25/5/2017 [09:54]: 29 şəhər və rayonda sınaq imtahanları keçirəcək
25/5/2017 [09:44]: Cəbhə xəbərləri
25/5/2017 [09:35]: Mərkəzi Bankın valyuta məzənnələri
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com