Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan regionun əsas oyunçularından birinə çevrilib

Azərbaycan regionun əsas oyunçularından birinə çevrilib
Bölmə :
KİVDF
Yayım tarixi :
12/5/2017 [22:26]
Baxılıb :
1745 dəfə
Atəşksədən keçən 23 ildə ölkəmiz bütün sahələrdə qat-qat güclənib
Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən düz 23  il ötür.  1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
1994-cü ilin mayında atəşkəs haqqında sənədi ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.

Amma erməni tərəfi ötən 23 il ərzində daim razılığı pozaraq ərazilərimizi atəş altında saxlamağa çalışıb. Atəşkəsdən ötən 23 il müddətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttində dəfələrlə monitorinqlər keçirilib. Elə bu monitorinqlər zamanı da düşmən tərəfin atəşkəsi pozması halları qeydə alınıb.

Qeyri-rəsmi məlumatlara görə, 23 il müddətində cəbhə xəttində 6 mindən çox hərbçimiz düşmən gülləsi, mina partlayışları və digər səbəblərdən həlak olub. Əlbəttə, Azərbaycan tərəfi daim düşmənə layiqli cavab verib və sözsüz ki qarşı tərəf də itkilərə məruz qalıb.

Bəzi ekspertlər düşünürlər ki, atəşkəsdən daha çox Ermənistan xeyir qazanıb, ərazilərimizin 20 faizini işğal edən düşmən ölkə bundan istifadə edərək sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə çalışır. 

ATƏT-in Minsk qrupu Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

 Lakin bu illər ərzində Minsk qrupu heç bir  nailiyyət əldə edə bilməyərək kağız zərində formal bir təşkilat xarakteri daşıyıb. Qrupun  müharibə zonasına  səfərləri isə sanki turistik xarakter daşıyıb. Bu mövqe Azərbaycan rəhbərliyi tərəfindən də dəfələrlə  dilə gətirilib, narazılıq ifadə olunub.
Politoloqların rəyinə görə  ABŞ tərəfi çox yaxşı anlayır ki, bu bölgədə Rusiyanın dominantlığı daha çoxdur: “Dünya birliyinin son vaxtlarda Dağlıq Qarabağda baş verәn gərginliyə yanaşması maraqlarına mütənasib şəkildə baş verib. Rusiya üçün Cənubi Qafqaz, sərhədləri deməkdir. İndiki durumda çox strateji cinahdır. Bu baxımdan bölgədə istənilən hərbi aktivlik Rusiyanın maraqlarına ABŞ-ın maraqlarından daha çox toxunur.
10 il əvvəl olsaydı durum bir qədər fərqli olardı, ABŞ-ın Azərbaycanda daha çox neft maraqları var idi, eyni zamanda İran maraqları var idi. Bu gün artıq ya tam aradan qalxıb, ya da az maraq kəsb edir. Artıq İran-Qərb münasibətləri əvvəlki vəziyyətdə, Azərbaycan nefti əvvəlki həcmdə deyil. Digər tərəfdən ABŞ-da demokartalar hakimiyyətdə olduqda onların xarici siyasətində mülayim siyasət daha ana xətti tutur. Məsələn 60 və 40 illik tarixə malik olan problemlər məhz Obama adminstrasiyasnın vaxtında həllini tapdı.Bu İran və Kuba ilə bağlı problemlər idi. ABŞ-da respublikaçılar hakimiyyətdə olduqda bu durumun hansı vəziyyətdə olduğunu yaxşı xatırlayırıq. Digər tərəfdən ABŞ tərəfi çox yaxşı anlayır ki, bu bölgədə Rusiyanın dominantlığı daha çoxdur. Eyni zamanda Qərb vә ABŞ Cənubi Qafqazda Ukrayna modelini tətbiq etsə, bu o demәkdir ki, müharibə olacaq. 
Ukrayna prosesi Rusiya-Ukrayna arasında lokallaşıb. Qərb Ukraynanı dəstəkləyib və digər tərəfdə Rusiya var. Amma bu bölgədə İranın, Türkiyənin, Rusiyanın, İsrailin, Avropanın maraqları var. Deməli bu bölgədə münaqişə baş verərsə, bölgə qaynar qazana çevrilə bilər. Bu amilin də müəyyən qədər təsiri var”.
 Ekspertlər  münaqişələrdə ABŞ-ın passivliyini Rusiya ilə anlaşması kimi təqdim edənlərlə də razılaşırlar .  “Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ və Rusiya anlaşmasına eyham vurmaq isə heç də inandırıcı deyil. Sadəcə ABŞ reallığı qəbul edir.ABŞ bütün sadalanan məsələləri nəzərə alaraq bölgəyə aktiv şəkildə müdaxilə etmək istəmir. Amma bu gün müşahidə olunan məsələ odur ki, Azərbaycanın aktiv əməliyyyatlarına Qərbdən heç bir sərt reaksiya olmadı. Biz indiyə qədər Qərbdən ermənipərəsət mövqe görmüşük. Bu artıq müəyyən dərəcədə uğur deməkdir. Təbii ki, itkilərimiz kifayət qədər ağırdır, amma Dağlıq Qarabağ problemi qaldıqca, ölkənin uğurlu inkişafına mane olacaq”.
Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey  qeyd edib ki, bu münaqişəni hərbi gücdən istifadə etməklə həll etmək mümkün deyil: “Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Avropa və Asiya arasındakı qapıların tam və stabil dəyişikliyinə gətirib çıxara bilər. O, AB-nin ATƏT-in Minsk Qrupuna münaqişənin həllində kömək göstərmək niyyətini təsdiqləyib: “Amma razılaşma əldə olunmasının məsuliyyəti Ermənistan və Azərbaycanın üzərindədir. Avropa Birliyi dəfələrlə ATƏT-in Minsk Qrupunun işinə kömək edəcək etimad mühitinin yaradılmasına yardım etməyə hazır olduğunu bəyan edib”. 

Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi və tərəfləri AB-nin xüsusi nümayəndəsini Dağlıq Qarabağa buraxmağa çağıran qətnamə ilə bağlı sualı cavablandıran Herman Van Rompey deyib ki, bu sənəd heç bir formada Dağlıq Qarabağın tanınması anlamına gəlmir. 
Bəli Avropanın və bütn dünyanıın  münaqişəylə bağlı mövqeyi təxminən bu yöndədir. Kənardan müşahidə, qərəzli və bitərəf olmayan mövqe. Başssağlıq vermək- bu qədər. 23 ildir Azərbaycan  problemin diplomatic yollarla həllinə səy göstərir. Lakin dövlət başçısının da dediyi kimi bizim səbrimiz sonsuz deyil . Lazım gələrsə Azərbaycan  öz torpaqlarını güc yolu ilə geri qaytarmaq qüdrəətini   artıq əldə edib.

Deputat, politoloq Zahid Oruc  vaxtaşırı Ermənistan tərəfindən verilən müharibə bəyanatlarını belə şərh edib: «Danışıqların aparıldığı gün Ohanyanın Qarabağa - ön cəbhəyə gəlməsi də sübut edir ki, Sərkisyan cəbhədəki vəziyyətdən çox narahatdır. İlham Əliyevin düşmənlə hərbi dildə danışması və diplomatik tövsiyələrə və ATƏT-in qərarına əsaslanıb ön xətdəki qüvvələrini geri çıxarmaqdan imtina etməməsi gerçəkdən də Minsk Qrupunu çıxılmaz vəziyyətdə qoyur. Faktiki olaraq, hər üç ölkənin təmsilçiləri yeni silahlı toqquşmaların tamamilə real olduğunu bilirlər. Sərkisyanın Berndən sonra Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında Azərbaycana qarşı siyasi hücuma keçməsi onun İsveçrə danışıqların diplomatik basqıya cavab reaksiyası sayıla bilər. Faktiki olaraq, bu mövqe erməni prezidentinin Rusiyadan başqa həmin qurum tərəfindən müdafiə olunmadığını sübuta yetirir. Əksinə, həmin təşkilatın üzvləri Azərbaycanın mövqeyinə ayrı-ayrılıqda dəfələrlə dəstək veriblər. Ermənistandan atılan güllələr Belarusun, yaxud Qazaxıstanın təhlükəsizliyinə heç bir təsir etmir. İrəvan sabitlikdə yaşamaq üçün qazağı, qırğızı, yaxud belarusu bizimlə toqquşdurmaq istəyirsə, ona heç vaxt nail ola bilməyəcək. ”Rusiya NATO-su"nu parçalayan elə ermənilərin təcavüzkarlıq siyasəti olacaq. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə dair vahid mövqe var, lakin ermənilərin 90-cı illərdəki birliyindən danışmaq mümkün deyil. İndi Qarabağ yalnız dağlıq hissədə yaşayan əhali üçün böyük vətən məsələsidir. Bununla bərabər, Azərbaycan parlamentində Qarabağ müzakirələri yeni siyasi yanaşmaların, təşəbbüs və planların meydana gəlməsinə, siyasi qüvvələrin torpaqlarımız uğrunda səfərbər olunmasına yalnız fayda verərdi. 2016-cı ildə regionda gərginlik yüksək fazada davam edəcək. Çünki Yaxın Şərq ətrafında gedən qlobal müharibənin Cənubi Qafqaza böyük təsiri var. Digər tərəfdən, Türkiyənin maraqları əleyhinə fəallaşan qruplar onu Rusiya ilə toqquşdurmaqla həm də bu bölgədə geopolitik dəyişikliklər etməyə çalışacaqlar. Etiraf edək ki, regionda qüvvələr nisbəti dəyişir və balanslı siyasəti qoruyub saxlamaq getdikcə daha çox itkilərə səbəb olur. Ona görə gələn il müharibədən daha çox Qafqazda kimlik məsələsi üçün həlledici savaşların genişlənəcəyi şübhə doğurmur".
XİN-in mətbuat katibi Hikmət Hacıyev isə bunları bildirib: “Adətən təcrübə göstərir ki, prezidentlər və ya digər səviyyələrdə görüşlər keçirilən zaman, yaxud görüşlərin keçirildiyi dövrdə, ondan sonra Ermənistan tərəf vəziyyətin gərginləşdirilməsinə yönəlmiş təxribatçı addımlar atır. 19 dekabr prezidentlərin Bern görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri verdikləri bəyanatda 2014-ci ilin Soçi, Nyu-Port və Paris görüşlərində əldə edilmiş razılaşmalara uyğun olaraq mövcud təkliflər əsasında danışıqları intensivləşdirmək üçün Ermənistana və Azərbaycana müraciət etdikləri halda, Ermənistan hədəfdən yayınmaq və münaqişənin həllinə imkan verməmək üçün qəsdən vəziyyəti gərginləşdirmək yolunu tutur”.

H.Hacıyev düşmənin hədəsini ciddi saymadığını bəyan etdi: “Azərbaycan həmişə deyib ki, işğalçı tərəf torpaqları azad edənə qədər sülhdən danışmaq mümkün deyil. Müharibə 20 ildir davam edir, sadəcə olaraq, nisbi atəşkəs rejimi var idi. Atəşkəs rejiminin pozulması və gərginliyin yaranmasının məsuliyyəti bilavasitə təcavüzkar dövlət kimi Ermənistanın üzərinə düşür”. Erməni tərəfin hədəsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunacaqmı? H.Hacıyev: “Ermənistanın təcavüzkar siyasəti və cəbhədəki təxribat-diversiya əməlləri barədə mütəmadi şəkildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciətlər edirik. Müraciətin əsasını da o təşkil edir ki, Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

İlhamə

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com