Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Məhsul bol, qiymət baha - Bazardan REPORTAJ

Məhsul bol, qiymət baha -  Bazardan REPORTAJ
Bölmə :
Reportaj
Yayım tarixi :
12/5/2017 [12:48]
Baxılıb :
8764 dəfə
Satan da narazı, alan da...

Havalar istiləşdikcə bir-birindən ləziz və dadlı meyvə- tərəvəzlər yetişir və ilboyu istifadə olunan məhsullar yenisiylə əvəzlənir.  Bazara yeni məhsullar gəlsə də, bəzən qiymətinə görə onlar əlçatmaz olur. Mövsümün meyvələri arasında isə üstünlüyü hələ ki alça və çiyələk təşkil edir. Bizimyol.info xəbər verir ki, Modern.az-ın əməkdaşı “Yaşıl Bazar”a gedərək, bazarda ümumi vəziyyət və üzü yaya doğru qiymətlərin durumu barədə satıcılarla söhbətləşib.

“1 manat 40 qəpiyə aldığımız  məhsulu 1.50 manata  satırıq"

Satdığı məhsulları Qubadan gətirən Gülbəsti xala qiymətlərin əvvəlki illərə nisbətən bahalaşdığını söyləyib:   “1 manat 40 qəpiyə aldığımız  məhsulu 1.50 manata  satırıq. Alça təzə yetişir deyə, bahadır. Alçanı 4 manata almışam 5 manata satıram. Kök isə Tovuzdan gətirilib. Kökü 1 manata alıram,  1.30-a satıram. Gül kələmi isə 1 manatdır”. Rayona məhsul gətirmək  üçün iki dəfə getdiyini  deyən satıcı bayramlarda qiymət artımının olduğunu, bunun səbəbini isə bilmədiyini söyləyir.

Buradan ayrılıb başlıyırıq qiymətləri müşahidə etməyə. Mövsüm meyvələrindən çiyələk və alçanın qiyməti Gülbəsti xalanın dediyi kimi, “od tutub yanır”.  Alçanın qiyməti  4 manatdır.  Çiyələyi isə  2 - 2.50 manata satırlar. Cəlilabadın “türk sortu” olan çiyələyin qiyməti isə 5 manatadır. 
Məhsullarını əsasən Gədəbəydən gətirən satıcılardan biri əsas problemin qıtlıq olduğunu deyir:
“Köhnə kartof qurtarır, yenisi çıxır deyə, bir az qıtlıqdır. Həm də yeni məhsullar hələ ki istixana məhsuludur. Aldığımız kartofun da qiyməti yerində baha olduğu üçün müəyyən çətinliklərlə üzləşirik. Gədəbəy kartofunu 1.50 və 1.20 manat, Şəmkir kartofunu isə 1.60-1.80 manata satırıq.
Müsahibimiz qışla müqayisədə hazırki məhsulların qiymətində 20-30 qəpik fərq olduğunu deyir. Alıcıların isə əsasən qiymətdən şikayətlənməsi barədə danışarkən o, gələn ayın axrına qədər  ucuzlaşma ehtimalının olduğunu söyləyir.

"Yəqin ki, Ramazan bayramına qədər qiymət normallaşacaq”

Növbəti həmsöhbətimiz isə çiyələk satışı ilə məşğul olur. Satdığı məhsulu Cəlilabaddan gətirən satıcı da qıtlığın olduğunu deyir: “Çiyələyin qiyməti keçən illə müqayisədə 30-40 qəpik dəyişib.  Bu il soyuqla əlaqədar olaraq çiyələk gec yetişib. Keçən il 20 gün əvvəl yetişmişdi, bu il 1 ay gec yetişib. Çiyələk  təzə yetişir deyə, qiymətlər bahadır,  yay fəslinə doğru qiymətlərdə enmə olacaq. Yəqin ki, Ramazan bayramına qədər qiymət normallaşacaq”.  O, bazarda müştəri sayının azalmasından, alverin zəif  olmasından şikayətləndi.

Məhsulu Ağdaş və Bərdə rayonlarından gətirən başqa bir satıcı isə tam olmasa da, istədikləri satışın baş tutduğunu söyləyir:
“Qiymətlər normaldı, pis deyil. Kələmdən tutmuş gül kələmə qədər bir çox məhsul satırıq. Hələ ki elə bir çətinliyimiz yoxdur.  Gül kələmi 60-80 qəpik, kök 1-1.20  manat arası qiymətlərədir.  Xiyarın qiyməti isə 1 manatdır. Tənək yarpağı hələ təzə yetişir deyə bahadır. Tənək yarpağı 2-2.50 manat arasında dəyişir. Qırmızı kələm isə 2 manatdır”.
 
10 ilə yaxındır bazarda alma satışı ilə məşğul olan satıcılardan biri isə müştəri sayının normal olduğunu və onların daim alış-verişdən razı qaldıqlarını deyir:

“Almanı Qubadan gətiririk. Mayın 20-nə kimi payız almasının sezonu bitir, iyulun 10-dan sonra isə bazara yay almaları gəlir. Onların sezonu avqusta qədər olur. Qiymətləri stabil olur, çox da baha olmur. Ən çox satılan payız almaları isə cırhacı, simerenka, fuje, palmetdir”.

“Çiyələyin dadından şikayətlənirlər”

“Çiyələyi Cəlilabaddan  2.50-yə alırıq, 3.00 manata satırıq. Çiyələyin sezonu sentyabra qədər davam edir. Göycəni isə Göyçaydan gətiririk. Keçən il alçanın qiyməti 6-7 manat arası idi, bu il ucuzlaşıb” - bu sözləri mövsümün əsas meyvələrinin bir satıcısı söylədi. Müsahibimiz qeyd edir ki, hər hansı bir çətinliklə üzləşməsələr də, alıcılar əsasən çiyələyin dadından şikayətlənirlər:

“Mən 2-3 gündür ki, bura gəlmişəm, elə bir şikayət olmasa da, alıcılar çiyələyin dadından narazıdırlar. Deyirlər ki, 2-3 il qabaq çiyələk başqa cür dadırdı,  indi isə su kimi dadır”.

Göyərti satışıyla məşğul olan başqa bir satıcının sözlərinə görə, qiymətlərdən şikayət yoxdur.  Göyərtilər əsasən Bakı, Gəncə, Şəmkir, Bərdə rayonlarından gətirilir. Ən çox satılan göyərtilər isə tərxun, soğan, keşniş, şüyüddür.

"Ərəblər gələndə satış daha yaxşı olur"

Göy-göyərti satan digər satıcının sözlərinə görə isə vəziyyət ürəkaçan deyil: “Alıcılar malların ucuz olmasını istəyir. Vəziyyət keçən ilki ilə eynidir, hətta mənfiyə doğru irəliləmə var, camaat məhsul almır. Bəlkə də böyük marketlər var deyə, oradan alış-veriş edirlər”. O qeyd edir ki, əsas qarşılaşdığı çətinlik satışın zəifləməsidir: 
“Göyərtinin 7 dəstəsi 1 manatdır. Ayrılıqda  isə 15 qəpiyə satılır. Ən çox satılan göyərtilər isə keşniş, şüyüd və soğandır. Göyərtiləri əsasən Bakı və Gəncədən alıram. Hər aldığım məhsulun qiymətini cəmi 1-2 qəpik artıraraq 12 qəpiyə aldığımızı 13 qəpiyə satırıq. Bayram günlərində isə qiymətlər artırılır. Məcburən biz də  16-17 qəpiyə alırıq, 20 qəpiyə satırıq. Ümumilikdə isə gündəlik alverimiz fərqli olur. Bir gün 20, o bri gün isə 70 manatlıq satış  olur”.

Digər bəzi müsahibimiz yerpulunun bahalığından və alıcıların azlığından şikayətləndilər:
 
“Qiymətlər ucuzdur, yerpulu isı baha. Alan da yoxdur. Yumurtanı  11 qəpiyə alıb 12 qəpiyə satıram.  
Ərəblər gələndə satış daha yaxşı olur. Onlar əsasən, sumaq, kəkotu və yumurta alır”.
 
Bazarda quru meyvələrin qiymətilə də maraqlanırıq. Şabalıd 10 manata, alma qaxı 5 manata, badam 7 manata satılırdı. Satıcılar yay aylarında şabaladın qiymətinin qalxmasını Ramazan  bayramı ilə deyil, fəsillə bağlı olduğunu dedilər.

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]