Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Polad Bülbüloğlu səfir postundan geri çağırılır -Təfsilat

Polad Bülbüloğlu səfir postundan geri çağırılır  -Təfsilat
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
9/5/2017 [21:37]
Baxılıb :
31132 dəfə

YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətinin başa vurmaq ərəfəsindədir...

Gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır.YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətini başa vurmaq ərəfəsindədir; Gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır

Xəbər verildiyi kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.

Qeyd edək ki, 2009-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə seçilən, 2013-ci ildə ikinci dəfə görəvinin başında qalan bolqarıstanlı diplomat İrina Bokovanın səlahiyyət müddəti payızda başa çatır. YUNESKO-nun qaydalarına görə, bir şəxs baş direktor vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Təcrübəli diplomat olan İrina Boyko YUNESKO-nun onuncu rəhbəridir. Payızda keçiriləcək seçkilərdə təşkilatın 11-ci rəhbərinin adı bilinməlidir.

Məlumat üçün deyək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransa paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif bölgələrindən 67 büro və alt bölmələr daxildir. Hazırda təşkilatın 191 üzvü var. Siyasi Şuranın 58 üzvü var. Oktyabrda 58 üzv toplaşaraq namizədlər irəli sürəcək, gizli səsvermə olacaq və ən çox etimad qazanmış namizəd təşkilatı baş konfransa gedəcək. Baş konfransda isə YUNESKO-nun 11-ci baş direktorunu seçəcək.

P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. P.Bülbüloğlu ingilis dilini yaxşı bilməməsi barədə iradlara münasibət bildirərək deyib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: “Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam”.

P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ namizədin hansı ideyalar irəli sürməsidir: “Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam”. 

P.Bülbüloğlunun namizədliyini irəli sürməsi və seçiləcəyi təqdirdə nüfuzlu bir təşkilata rəhbərlik etməsi şübhəsiz ki, Azərbaycan adına çox uğurlu bir iş olar. Amma indilikdə onun namizədliyini irəli sürməsi barədə çox sensasion hesab oluna bilən iddialar var.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq. 11 ildir ki, Azərbaycan üçün ən önəmli bir ölkədə səfir işləyən P.Bülbüloğlu özü də vəzifədən getmək niyyətindədir. Amma əsas məqam budur ki, iqtidar onun diplomat fəaliyyətindən çoxdan razı deyil. Bildirilir ki, P.Bülbüloğlunun xüsusilə Rusiyadakı diaspora ilə bağlı tutduğu mövqe Bakını ciddi narazı salır. Onun 11 illik fəaliyyəti dövründə Azərbaycanın bu ölkədəki diaspor təşkilatları parçalanaraq zəifləyib. Sirr deyil ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının böyük bir qismi amorf təşkilatlara çevrilib. Diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib. Rusiyadakı diaspora bu illər ərzində əsasən Heydər Əliyev Fondunun zəhməti sayəsində ayaqda qala bilib.

İddialara görə, P.Bülbüloğlu xüsusilə diaspora təşkilatları arasında koordinasiyanı lazımi səviyyədə edə bilməyib, hətta intriqalarda tərəf kimi çıxış edib. İqtidarın P.Bülbüloğlundan əsas narazılığı isə onun Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun vaxtilə rəhbərlik etdiyi “AzerRos”da baş verən parçalanmada sabiq məmurun tərəfini tutması olub. Həmin ərəfədə A.Abbasova qarşı cəbhədə yer alan Söyün Sadıqov səfiri öz həmyerlilərinin taleyinə biganəlikdə, rəsmi Bakıya qarşı yaradılmış “Milyarder ittifaqı” ilə bir gəmidə yer almaqda günahlandırmışdı.

Son aylar isə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi üçün Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti P.Bülbüloğlunu yenidən tənqid hədəfinə çevirib. Aprelin 26-na təyin edilən məhkəmə mayın 15-dək təxirə salınsa da, 50-dən çox regional təşkilatı olan ÜAK-ın taleyi bir qərarın ümidinə qalıb. ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti Azərbaycan mediasına şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinovun fikirləri də maraqlıdır. O, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfirimizin məsuliyyəti olduğunu demişdi. Politexnoloq iddia edib ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Maraqlıdır ki, bu qədər səs-küy doğuran məhkəmə barədə səfir hələ də danışmayıb ki, bu da müəmmaları artırır.

Gələn il həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri ilidir. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olsa da, bu münasibətlər etiraf etmək lazımdır ki, həm də ziqzaqvaridir. Zamanla Rusiya ilə rəsmi Bakı arasında gərginliklər müşahidə edilir. Bu cür hallarda isə P.Bülbüloğlu həmişə “kölgədə qalmağa” çalışır ki, bu da rəsmi Bakını razı sala bilməz. Bildirilir ki, iqtidar Rusiyadakı səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır. Bu səbəbdən də P.Bülbüloğlu iqtidarın xeyir-duası ilə YUNESKO-ya rəhbərlik üçün yarışa qatılıb ki, bu işdə ona Azərbaycan adına ancaq uğurlar arzulamaq lazımdır.(musavat.com)
 

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]