Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşdi
Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü
Sumqayıtda məktəblərin stadionu satılıb - VİDEO
İrkutsk-Bakı aviareysi açılır
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qlobal problemə çevrilən Qarabağ münaqişəsi…

Qlobal problemə çevrilən Qarabağ münaqişəsi…
Bölmə :
KİVDF
Yayım tarixi :
8/5/2017 [23:11]
Baxılıb :
527 dəfə
Azərbaycan sivl dünyaya inteqrasiya olunsa da dünya birliyi problemin həllinə lazımi dəstəyi vermir
Qabil Hüseynli: «Yaxın şərqdə şimal qonşumuz məğlub olarsa, Qarabağ məsələsində işlərin rəvan getməsinə səbəb ola bilər»

Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, İslam və xristian sivilizasiyaları arasında, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində, geosiyasi cəhətdən əhəmiyyətli zonada yerləşən və zəngin karbohidrogen resursları olan, Qafqazın ən böyük potensiala malik ölkəsi - Azərbaycan bu üstünlükləri ilə daim diqqət mərkəzində olub. Nəinki yalnız qonşu ölkələr, hətta dünyanın böyük dövlətləri də Azərbaycanın yerləşdiyi bu regionda öz mövqelərini möhkəmlətməyə çalışmışdır və hal - hazırda da bu proses davam edir. Bu məslədə Dağlıq Qarabağ problemi isə çox zaman alət kimi istifadə olunur.

Politoloq Qabil Hüseynli Dağlıq Qarabağ probleminin həllinin dünyada gedən proseslərə birbaşa bağlı olduğunu hesab edir: “Bu məsələnin həlli regional bir problem olmasa da, amma dünyada gedən qlobal proseslərlə sıx bağlıdır. Əvvəllər bunu regional  problem kimi qəbul etmək olardı. Amma indi qloballaşmış bir problemə çevrilib. Söhbət Rusiya-Türkiyə münasibətlərinin necə olacağından xeyli dərəcədə asılıdır. Hər iki ölkə arasında münasibətlər yaxşı olarsa  Qarabağ probleminin həllinə də müsbət təsir edə bilər. Ukrayna məsələsini də bu problemin həllində diqqətə almaq lazımdır. Çünki Ukrayna probleminin obyektiv həlli Qarabağ üçün nümunə ola bilər. Ən azından pozitiv təsir göstərər. Bundan başqa Yaxın Şərqdə qaynar nöqtələr var. Burada Rusiya fəal şəkildə iştirak edir. Şimal qonşumuz məğlub olarsa, Qarabağ məsələsində işlərin rəvan getməsinə səbəb ola bilər. İndiyə qədər Rusiya-Azərbaycan münasibətlərinin yaxın olduğu vaxtlarda, şimal qonşumuz Qarabağın hüdudlarından kənarda 7 rayonun qaytarılmasına razılıq vermişdi. Bu barədə onların politoloqları, mətbuatları geniş təbliğat aparırdılar. Son zamanlar Rusiya özünün əlaltısını ciddi sürətdə silahlandırır, xeyli sayda silah ötürür. Ermənistan hazırda silahla doldurulmuş, təchiz olunmuş bir bölgəyə çevrilib. Qonşu ölkələrlə iqtisadi əlaqələrin sürətləndirilməsi  problemin həllinə təkan verə bilər. Qarabağ probleminin açarı tamamilə Rusiyanın əlindədir. Siyasi vasitələr tükənərsə, dövrəyə hərbi vasitələr daxil ola bilər”.

Son zamanlar Fransa mətbuatında Azərbaycan və Ermənistan arasında artıq 30 ilə yaxın müddətdə davam edən və vaxtaşırı qanlı hadisələrlə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsi barədə analitik yazıların sayı nəzərəçarpan dərəcədə artmışdır. Bu, bir tərəfdən, Fransanın münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk qrupunun həmsədrlərindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, son illərdə Azərbaycan həqiqətlərinin Fransada daha geniş yayılmasından və nəticədə, uzun müddət həll olunmamış qalan bu münaqişəyə elmi, siyasi və diplomatik dairələrdə marağın artmasından qaynaqlanır.

Politoloq Zaur Məmmədovun fikrinə görə, Fransadakı prezident seckiləri bütün dünya ucun əhəmiyyətli seckilər idi. "Bu nöqteyi- nəzərdən yanaşdıqda təbii ki, Azərbaycan və region ücün də kimin seciləcəyi maraqlı idi. Eyni zamanda , Fransadakı seckilərin birbaşa Azərbaycandakı siyasi proseslərə və ya Dağılq Qarabağ münaqişəsinə təsir edəcəyi minimaldir. Fransa Cənubi Qafqazda nə söz sahibidir, nə də tərəflərə təsir etmek imkanına malikdir. Qarabağ münaqişəsinin həllində əsas söz sahibi Rusiya, ABŞ və qonşu dövlətlər olan Iran və  Türkiyədir"

Bu  gün Azərbaycan xarici siyasi strategiyasında iki başlıca məsələ ön plana çəkilir:
1. Regionun enerji resursları ilə zəngin dövləti olan Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi;
2. Cənubi Qafqaz regionunda böhrana səbəb olan və ölkəmizin üzləşdiyi ən böyük problem - Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli.
Bunlar, qeyd etdiyimiz kimi, Azərbaycanın strateji əhəmiyyətindən yaranan əsas məsələlərdir.
Tarixi faktlar göstərir ki, xüsusən Rusiya bu regionda öz mövqeyini möhkəmlətməyə can atan əsas dövlət olmuşdur və XIX əsrin əvvəllərindən etibarən bu mövqeyin zəifləməsi təhlükəsi ilə üz - üzə qalması onu regionda özünə dayaq yaratmaq üçün erməni əhalisindən istifadə etməyə məcbur etmişdir.

Məhz Rusiyanın o zamankı köçürmə siyasəti əsasında erməni əhalisinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi bugünkü Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin yaranmasının tarixi kökü hesab olunur. Bu ərazilərdə müxtəlif etnik qrupların məskunlaşmasını təmin edən Rusiya sonrakı mərhələdə lazım gəldikdə bu etnik qruplar arasında münaqişə yaradaraq onları özündən asılı vəziyyətdə saxlamağa müvəffəq olmuşdur.
Sonrakı mərhələdə isə Rusiyadan dəstək alan ermənilərin Azərbaycanın strateji baxımdan böyük əhəmiyyətə malik olan Qarabağ bölgəsinə tarixən iddiaları bu torpaqlar hesabına öz dövlətinin yaradılması və getdikcə ərazisinin genişləndirilməsi, nəticə olaraq “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi məqsədi daşımışdır. Bu məqsədlə erməni separatçılarının 1988-ci ildən başlayan və bu günə qədər davam edən Azərbaycan və Türkiyəyə qarşı “xaç yürüşü” qanlı terror aktları ilə reallaşdırılmışdır. Daha sonra SSRİ-nin süqutu və dövlətlərin müstəqillik qazanmasından sonra intensivləşən erməni hücumu nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur.
Bu günə qədər öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükə mənbəyi olmaqla yanaşı, həmçinin beynəlxalq aləmi də maraqlandıran məsələlərdən biri olmuşdur. Lakin bununla belə, Azərbaycan Respublikasının apardığı fəal xarici siyasət nəticəsində bir sıra beynəlxalq təşkilatların münaqişənin həllinə cəlb olunması gözlənilən nəticəni verməmişdir.

Məlum olduğu kimi, münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu münaqişə ilə bağlı ən fəal aktor hesab olunur. Lakin bu istiqamətdə ATƏT-in fəaliyyətinə qısa nəzər yetirsək görərik ki, istər Budapeşt sammitində (5-6 dekabr 1994-cü il), istərsə də Lissabon sammitində (2-3 dekabr 1996-cı il) qəbul olunan qərarlar yerinə yetirilməmişdir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflər də (“Step by Step”, “Package Deal”, “Commonwealth”) etibarsız olmuşdur.

2004 - cü ildən etibarən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada baş tutmuş görüşü ilə münaqişənin həllində yeni mərhələ başlanmışdır. ATƏT-ə görə, Praqa prosesləri nəticəsində iki əsas irəliləyiş əldə olunmuşdur:.

Münaqişənin həlli istiqamətində, təbii ki, Azərbaycan bununla kifayətlənməyərək digər əhəmiyyətli beynəlxalq təşkilatlar olan BMT, Avropa Şurası, NATO, Avropa İttifaqı və başqa qurumların diqqətini münaqişənin həllinə yönəltməyi bacarmışdır. Lakin həmin təşkilatlar çərçivəsində də bu günə kimi problemin həlli mümkün olmamışdır. Hətta BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə ( 822, 853, 874 və 884-cü qətnamələr) ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, Ermənistan tərəfi buna məhəl qoymamışdır.
 Dağlıq Qarabağ probleminin müasir reallıqlar kontekstində araşdırılması nəticəsində məlum olur ki, artıq bu problem regionallıqdan çıxaraq qlobal mahiyyət kəsb etməyə başlamışdır. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının siyasi strategiyasının ən ümdə məsələlərindən biri enerji təhlükəsizliyidir. Bu gün Qərbə  inteqrasiya siyasəti çərçivəsində reallaşdırılan neft və qaz layihələri ilə Avropanın enerji təhlükəsizliyi aktorlarından birinə çevrilmiş respublikamızın üzləşdiyi bu problem həm də onun enerji təhlükəsizliyinə, dolayısı ilə Avropa ölkələrinin enerji resursları ilə təminatına təsir göstərir. Bununla yanaşı, Azərbaycanın bölgədə ən inkişaf etmiş ölkə olması və regionun  ən mühüm strateji hissəsində yer alması münaqişənin həllində müxtəlif maraqlarla çıxış edən aktorların sayını artırır.

Bu baxımdan Dağlıq Qarabağ münaqişəsində tərəflərdən əlavə 5 əsas aktor özünü göstərir: ABŞ, Rusiya, Avropa Birliyi, İran, Türkiyə. Məhz bu aktorlar öz mənfəətləri və bu istiqamətdəki manevrləri ilə Dağlıq Qarabağ problemi ilə bağlı fərqli həll yolları axtarışındadırlar.
 Rusiyanın problemin həllində fəal rol oynaması heç də onun münaqişənin həllinə maraqlı olması ilə əlaqədar deyil. Sadəcə olaraq, Rusiya münaqişə həll ediləcəyi tədqirdə məhz onun liderliyi əsasında həll edilməsini istəyir.

Məsələnin həlli ilə bağlı digər mühüm aktor ATƏT-in həmsədrlərindən biri, hazırda dünyada superdövlət səviyyəsinə yüksəlmiş Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Dağlıq Qarabağ məsələsinə münasibəti hər zaman Rusiya ilə münasibətlərinə uzlaşdırılmış şəkildə cərəyan edir. Ümumilikdə ABŞ - ın Dağlıq Qarabağla əlaqədar mövqeyi aşağıdakı kimi xarakterizə olunur:

- Problemin mərhələli həllinin dəstəklənməsi;
-  problemin həllində çoxtərəflilik prinsipi;

Son dövrlərdə ABŞ-ın bu məsələdə Azərbaycanı dəstəklədiyi göz qabağındadır. Lakin erməni lobbisinin təsirinin güclü olduğu həmsədr dövlətlərin münaqişə ilə bağlı cəhdlərinin uğursuzluqla nəticələnməsi göstərir ki, Azərbaycan diplomatiyası bununla əlaqədar daha fəal iş görməlidir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olan digər aktor İran İslam Respublikasıdır. İran öz təhlükəsizliyi və ictimai sabitliyinin qorunması üçün digər aktorların iştirakı ilə də olsa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Çünki Şimalda baş verən hər hansı bir müharibə İrana təsirsiz ötüşə bilməz. İranı da Rusiya kimi qıcıqlandıran məsələ olan Azərbaycanın enerji siyasəti nəticəsində Qərbə yönəlməsi Avropa ölkələri və ABŞ-ın burada mövqelərinin daha da möhkəmlənəcəyi anlamına gəlir.

Münaqişənin həllində Azərbaycana daim tərəf duran yeganə aktor Türkiyə Respublikasıdır. Azərbaycanla etnik, mədəni və dil yaxınlığı olan Türkiyəyə görə, Azərbaycan Orta Asiyaya çıxış üçün mühüm strateji məkan olmaqla yanaşı, həmçinin enerji təminatçısı rolunu da oynayır. Bu baxımdan da Dağlıq Qarabağın işğal olunması Türkiyə üçün Qafqazla bağlı planlarında əngəl yaradır.

Türkiyə münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxmaqla Azərbaycanın ərazi bötövlüyünün qorunmasını dəstəkləmiş, hətta işğalçılıq prosesinə görə Ermənistanla sərhədlərini də bağlamışdır.
Beləliklə, müasir reallıqlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında mövcud olan qarşıdurma olmaqdan çıxaraq, böyük dövlətlərin də müdaxilə etdiyi bir problemə çevrilmişdir. Əslində, münaqişənin dondurulmuş şəkildə uzadılmasının da əsas səbəbi üçüncü dövlətlərin burada öz maraqlarını təmin etmək istəyidir. Bir tərəfdən, erməni lobbisi, digər tərəfdən isə enerji təhlükəsizliyi ilə bağlı maraqlar həmin dövlətləri bu maraqların ziddinə gedib münaqişə tərəflərinə təzyiq göstərə bilməməsinə səbəb olur.

Həmçinin mütəxəssislər hesab edirlər ki, münaqişənin beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti hələ də aşağıdır. Göründüyü kimi, digər dövlətlərin prosesə qoşulması münaqişənin həllinə töhfə verməkdən çox, onların öz maraqlarına uyğun hərəkət etmələri problemin həllində qarışıqlıq yaradır.
Məhz buna görə də ölkə rəhbərliyi münaqişənin diplomatik yollarla həllini tapmayacağı təqdirdə Azərbaycan ordusunun işğal redilmiş  torpaqlarımızı azad etməyə qadir olduğunu dəfələrlə bəyan edib.

İlhamə

Paylaş:
24/5/2017 [15:35]: Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşdi
24/5/2017 [15:35]: Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü
24/5/2017 [15:11]: Sumqayıtda məktəblərin stadionu satılıb - VİDEO
24/5/2017 [15:08]: İrkutsk-Bakı aviareysi açılır
24/5/2017 [14:56]: Qadını və azyaşlını soyan quldurlar tutuldu - VİDEO
24/5/2017 [14:50]: Suriya hakimiyyəti: İŞİD-in "hərbi naziri" məhv edilib
24/5/2017 [14:49]: Tramp administrasiyası Azərbaycana maliyyə yardımı 90 faiz azaldır
24/5/2017 [14:34]: “Bakı Metropoliteni”nin ötən il üzrə borcları açıqlandı
24/5/2017 [14:29]: Azərbaycanda it və pişik alveri - 3200 manata sifariş
24/5/2017 [14:23]: Eynicinsli nikahları qanuniləşdirən ilk Asiya ölkəsi oldu
24/5/2017 [14:15]: Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir
24/5/2017 [14:08]: “Birinci sinfə elektron sənəd qəbulu bütün subyektiv amilləri aradan qaldırır” - MÜSAHİBƏ
24/5/2017 [14:01]: Müğənni Abbasın toyundan VİDEO
24/5/2017 [13:58]: Azərbaycanda məhbus özünü asdı
24/5/2017 [13:43]: Quran kursları ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
24/5/2017 [13:16]: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”
24/5/2017 [13:04]: İstefada olan generaldan Xocalı aeroportu ilə bağlı ermənilərə XƏBƏRDARLIQ
24/5/2017 [12:55]: 79 yaşlı kişi özünü asdı
24/5/2017 [12:47]: Bakıda qanlı dava: ölən var
24/5/2017 [12:42]: Əli Abbasova yeni vəzifə verildi
24/5/2017 [12:39]: Bakıda səfirliyin maşını qəzaya düşdü
24/5/2017 [12:30]: 250 manatlıq сərimələmək üçün tələ - DİQQƏT (VİDEO)
24/5/2017 [12:24]: Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında
24/5/2017 [12:23]: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”
24/5/2017 [12:13]: “Dindarlar özbaşına bəyanat verməsinlər”
24/5/2017 [12:12]: Sabaha olan HAVA PROQNOZU
24/5/2017 [12:07]: Zəngə "alo" cavabı verməyən 12 ölkə - FOTOLAR
24/5/2017 [11:51]: Ramazan ayının başlama tarixi açıqlandı - FƏTVA
24/5/2017 [11:50]: QMİ-dən Ramazan təqvimindən istifadə ilə bağlı dindarlara xəbərdarlıq
24/5/2017 [11:48]: Avropa Liqasının finalını yayımlayacaq kanallar - SİYAHI
24/5/2017 [11:41]: Bakının mərkəzində dəhşət - Özünü bankın qaşısında yandırdı
24/5/2017 [11:37]: Sürücülərin nəzərinə
24/5/2017 [11:32]: İnstagramdan daha bir yenilik
24/5/2017 [11:27]: Apreldə Azərbaycana gələn turist sayı AÇIQLANDI
24/5/2017 [11:20]: DİN-də kadr dəyişikliyi
24/5/2017 [11:17]: Kəbirə Məmmədovanın bacısının evində yanğın: bir nəfər öldü
24/5/2017 [11:17]: Türkiyədə 15 yaşlı qız telefona görə ata qatili oldu
24/5/2017 [11:11]: Tramp bu dəfə Romada pərt oldu - VİDEO
24/5/2017 [11:08]: ““Barselona” “Real”ı udmaq üçün bizə rüşvət verdi”
24/5/2017 [11:06]: Tramp: "Kim Çen In nüvə silahı olan dəlidir"
24/5/2017 [11:04]: Ana 8 yaşlı qızının ölümündən xəbərsizdir - Mançester faciəsi - FOTO
24/5/2017 [11:00]: Satışda olan benzinlə bağlı ŞOK AÇIQLAMA
24/5/2017 [10:58]: Bakıda anasını vəhşicəsinə döyən oğul saxlanıldı
24/5/2017 [10:45]: ABŞ “PYD”yə 100 TIR ağır silah verdi - VİDEO
24/5/2017 [10:45]: QMİ Ramazan təqvimini təqdim etdi - CƏDVƏL
24/5/2017 [10:44]: Baş həkim işdən azad edildi
24/5/2017 [10:43]: Dollar və avronun alış-satış qiymətləri – SİYAHI
24/5/2017 [10:36]: Bakıda yol polisi qəzaya düşdü
24/5/2017 [10:22]: Nazir Nyu-Yorka getdi
24/5/2017 [10:19]: 28 avtomobil yandı
24/5/2017 [09:56]: Bakıda silahlı insident: bir nəfər güllələndi
24/5/2017 [09:50]: Dövlət müəssisəsi ləğv olundu
24/5/2017 [09:42]: Cəbhə xəbərləri
24/5/2017 [09:38]: AMB-nin rəsmi valyuta məzənnələri
24/5/2017 [08:55]: "Mançester Yunayted" - "Ayaks": qalib bu gün müəyyənləşəcək
24/5/2017 [08:50]: Piyadanı vuran sürücü qaçdı
24/5/2017 [08:28]: “Azərişıq” 31 mln. zərərdə
24/5/2017 [08:21]: Avtobusun çaya düşdü, 22 nəfər ölüb
24/5/2017 [08:14]: Aeroportda şübhəli şəxs saxlanıldı
24/5/2017 [00:04]: Bürclər - 24 may
23/5/2017 [23:39]: Xəzərdən su içəcəyik - Rəsmi Açıqlama
23/5/2017 [23:23]: Ölkənin ən böyük dövlət banklarından biri özəlləşdirilir
23/5/2017 [22:53]: Bakıda top mərmisi tapıldı
23/5/2017 [22:43]: İki gündür internet niyə zəifdir? -AÇIQLAMA
23/5/2017 [22:28]: Aygün Bayramovanın toyudur - FOTOLAR
23/5/2017 [22:24]: Tarixin axarını dəyişən 9 xəta
23/5/2017 [21:56]: Gürcüstanda gənc soydaşımıza yüksək vəzifə verildi
23/5/2017 [21:29]: Xaricdə təhsil almış gənclərə ŞAD XƏBƏR
23/5/2017 [21:25]: Bütün dünya bu inəkdən danışır – “Facebook” səhifəsi də var
23/5/2017 [21:13]: Ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com