Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Bizim olmayan 8 may

Bizim olmayan 8 may
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
8/5/2017 [12:53]
Baxılıb :
395 dəfə

Şuşa. Hər daşında bir tarix yaşayan qədim şəhər. Tarixi şəxsiyyətləri yetirən məkan. Azərbaycanın musiqi beşiyi. Şərqin Konservatoriyası... 

Şuşa haqqında indi ancaq xatirələrdə, xəyallarda, keçmiş və gələcək zamanlarda danışırıq. İndiki zamanda vəziyyəti, halı ifadə etmək o qədər çətin ki... hər şey ahlı, ağrılı pauza ilə, sükutla ötürülür. Baxışı bəlkə də yerin yeddinci qatına gedən əyilmiş başı qaldırıb nə qarşındakı adamın, yanındakı uşağın üzünə, nə mənən yox olan, təkcə güzgüdən görünən özünə, nə də durduğun yerdən görünməyən, səndən indi çox uzaqlarda qalan, sənin əvəzinə utanıb xəcalətdən kiçilən dağlara baxa bilirsən...

Hələ tam saralmayan, öləziyən ümidlərə, gümanlara bel bağlayıb o, 17 məhəllənin xatirə pillələrini qalxıb Cıdır düzündən – həmişə dayandığın yüksəklikdən şəhərə, ətrafa baxmaq istəyirsən. Gördüklərin ürəyini yandırır. Çabalayan, hələ yaşamaq istəyən ümidlərinə əl uzanır. Əl atılır...

Son günlər ermənilər özlərinin olmayanını dağıdaraq qədimliyi itirməyə çalışdığı, özününkü kimi təqdim edərək, yerinə yeni-bər-bəzəkli, erməniləşdirmək istədikləri Şuşada toy-bayram düzənləyib, festivallar keçirirlər. Bizdən daha çox canfəşanlıq göstərərək.


Ermənilərin Qarabağ savaşında ən böyük qalibiyyət saydıqları Şuşanın işğal gününü-8 mayı cəbhə xəttindəki mövqeyimizlə üzbəüz, Xocavəndin Qarakəndindəki erməni qadını heykəlini qıpqırmızı işıqlandırıb səmaya işıq saçan güllələrlə “8 may” yazaraq təmtəraqla qeyd edirlər. Atışma səhərədək davam edir. Bizdən bizə gələn hücuma qarşı. Hər kolu, hər ağacı, hər yarpağı, hər daşı, sənə doğma olan yurda atəş açmaq çox ağırdır. Özünə atəş açmaq kimi. Bu da özünü intiharın bir növüdür.
Bir zamanlar qonşuluqdakı Ağdamın Abdal-Gülablı kəndindən “Maşında gələn Qurban Pirimov, Sara Qədimova, Geyhun Mirzəyev, Səxavət Məmmədov, Rəmiş, Qulu Ağsəsdi”- deyib, sevinən kəslər, indi o yerlərdən gələnin ermənilərin fəxri “Şuşa” batalyonun tankı olduğundan narahat olmağa başlayırlar. Oralardan indi işığın gəlməsini istəmirlər. Zamana, taleyə bir bax... 

Ermənilər Şuşanı alanda “qələbə sevinci yaşadıq”larını, Ağdam işğal olunanda “Azərbaycanın mənəviyyat sütunu sındı”ğını yazırdılar. Hələ ki nə uçurulub dağılmış sütunu düzəldib, qaldırıb yerinə qoya, nə də özümüzlə birlikdə üzümüzdən, könlümüzdən didərgin düşmüş sevinci özünə qaytara bilirik. 

25 ildi 8 mayda Şuşasızlığımızı yad edirik. 25 ildi Şuşasığıq. 
Bir yay Şuşaya - cənnət Qarabağın dilbər guşəsinə - Çıdır düzünə, İsa bulağına, Turşsuya getməyəndə darıxanlar 25 ildi Şuşasızlığa dözürlər. Dözürük. Dözülülük. 
Qacarın böyük bir orduyla ala bilinmədiyi Şuşa laqeydliyin, xəyanətin qurbanı oldu.

Əlin çatmayan, ünün yetməyən o yerlərdə xatirələr də azır. Kimsəsiz xatirələr...
Yanmış daşlarla, qurumuş ağaclarla birlikdə xiffətdən cadarlamış torpaqlarımızdakı əl, ayaq izlərimiz çoxdan yox olub. Nişanələrimiz kimi. 

Ölməyən, öləziyən ümidə bir qığılcım, alışıb-yanan arzumuza, istəyimizə ani bir fürsət, bir təpər lazımdır. Və bir də əsas olan, “Get!” əmri. Bu səsin, bu əmrin, bu istəyin qarşısında heç nə tab gətirə bilməz. Nə dünyanın ən güclü ordusu, nə təzə bər-bəzəkli yalançı Şuşa sevgisi. O gün, o səs közün üstündəki külü düşmənin üzünə üfürəcək. O közün şöləsində nə insan, nə tank dayana bilər. 
Türkün alovlanan sevgisi amansız olur.
Tam silinməmiş xatirələrin izi ilə o yerləri, o doğma yurdu bir daha addımlayaraq, sevgi dolu baxışlarımızla sevindirəcəyik. Ən müqəddəs borcumuz kimi... 
Zəfərə gedən yolun mübarək, Vətən!

Qаrаbаğ,
meyvələr sоvulub gedir,
qаyа kimi igidlərin
dözəmmir, оvulub gedir.

Keçmişində Şuşа аdlı
аlınmаyаn qаlаn qаlıb,
оğullаrın səpələnib
аrаn bоyu, qаlаn qаlıb.

Qаrаbаğ,
аğаcındаn çоmаq istə,
bu qədər ərlər içində
bir Qаrаcа qоçаq istə.

Üzümə bir şillə çəkib 
yахаmdаn çəkənim gəlsin,
bаrmаğım kоtаn kimidi
qоşdurub əkənim gəlsin.

Qаrаbаğ,
gedib yenə gələcəyik,
yurd uğrundа sоn sаvаşdа
biz ölümə güləcəyik.

     Rəfail Tağızadə

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]