Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Hollivud studiyalarını gəzən jurnalistin səfər qeydləri

Hollivud studiyalarını gəzən jurnalistin səfər qeydləri
Bölmə :
Maraqlı
Yayım tarixi :
8/5/2017 [10:50]
Baxılıb :
192 dəfə

“Kinoçəkənlərin” dünyasında bir neçə saat...


Və son iki ayda Amerikaya ikinci səfərim. Bundan öncəsini diqqətli oxucular xatırlayır. Nyu-Yorkdan Vaşinqtona, ordan Çikaqoya və San Fransiskoya qədər davam edən bir macəra idi. Şəhərlər, onlarla insanlar, tədbirlər, reportajlar...

Budəfəki daha sakit keçdi. Cəmi 4 günlük və 3 şəhəri əhatə edən bir səfər. Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və təşkilatçılığı ilə keçən səfərin əsas tədbiri barədə ötən saylarımızda xəbər vermişdik. Sözügedən təşkilatın 36-cı ildönümü ilə bağlı genişmiqyaslı tədbir... Ondan öncəsə...


Sərhəddə həbs təhlükəsi - viza növü azadlığın qarantı imiş


Amerika məni bu dəfə o qədər də sıcaq qarşılamadı. Bəlkə də, aşırı heyranlığımı azaltmaq üçün “düşünülmüş ilahi plan” idi, deyə bilmərəm. Amma Amerikanın San Jose aeroportundan enər-enməz, gömrük əməkdaşlarının həddən artıq çox sorğu-sualı və... mən “ilişdim”. Onların qərəzi idi? Yox! Mənim səhvim idi? Bəlkə də. Məsələ isə ondan ibarət idi ki, Amerikaya viza qazanmış bir çox şəxs viza barədə elementar bilgiləri yadından çıxarmamalıdır. Məsələn, bəndənizə səfirlik tərəfindən verilən viza jurnalist vizası idi. Bunu da gömrük xidməti əməkdaşı pasportu yoxlayan zaman soruşdu. Bu dəfə müsahibə, reportaj, araşdırma... planlarım daha az olduğu üçün öz aləmimdə “yeni qərar” verib, “turist kimi” gəldiyimi dedim. Onlayn sistemdə redaksiyaya material yollamayacaq, gecəni gündüzə qatıb, reportaj, videomaterial yollamaq üçün təlaş etməyəcəkdim. Demək ki, turistəm də... deyə, düşündüm və elə bu azadlığın vermiş olduğu əminliklə də bunu söylədim. Sərhəd xidməti əməkdaşı dönə-dönə soruşdu, “jurnalist kimi gəlməmisizmi” deyə. Cavab dəyişmədi. Pasportumu alıb, məni gözləmə otağına yolladılar. O otağa ki, orda şübhəli şəxslər gözlədilir, barələrində araşdırma aparılır, şəcərələri üzə çıxarılır və sair və ilaxır. Eyni şey mənim üçün də keçərli oldu. Otaqda mən qarışıq 6-7 nəfər var idi. Pakistanlı, meksikalı, koreyalı və mən, azərbaycanlı. Təxminən 50 dəqiqə gözlədim. Polisin biri gəldi, o biri getdi... Pasportuma biri baxdı, o biri başqa şöbəyə apardı. Bundan öncə Amerikada 45 gün həbsdə qalmış azərbaycanlı Samir Kazımovun hekayəsini xatırladım. O da gömrükdə eynən mənim kimi vizanın növünə görə sorğu-suala tutulmuşdu. Davamı...? 45 günlük Amerika türməsi, sarı məhbus geyimi, dadsız yeməklər, stress, əsəb və... Sözügedən otaqda gözlədiyim 50 dəqiqə ərzində o ardıcıllığı az-çox təxmin etsəm də, “şəcərəm” təmiz çıxdığından məni də sözügedən müddətin sonunda azad etdilər. Amma dedilər ki, əgər gələcəkdə bura turist kimi gəlsəm, viza növümü mütləq dəyişməliyəm. Əks halda, bir növ viza ilə gəlib, başqa növ səyahət qanunla yolverilməzdir. Sərhəddəki soyuq duşdan sonra isə səyahətə davam...


Hollivudu tanımaq üçün 120 dollarından keçməlisən


Keçəndəfəki səfərlərdə San Fransiski və San Joze şəhərlərinin gözəlliklərindən bəhs etmişdik. Hətta daha sonra onları bir film halında oxucuya da təqdim etmişdik. Bu dəfə növbə Los Anceles şəhərindədir. Daha dəqiq desək, bu şəhərin göz bəbəyi olan Universal City-yə. Məşhur Hollivud filmlərinin, seriallarının çəkildiyi müdhiş studiyalar, inanılmaz turlar, qorxu otaqları, film qəhrəmanları... Bir neçə dəqiqə ərzində duyğu seli yaşayırsan: sevinc, həyəcan, qorxu, heyranlıq, doymazlıq, gülüş... 
Ümumiyyətlə, Los Ancelesin ən həyəcanverici yeri Universal City sayılır. 1915-ci ildə inşa edilmiş və 1964-cü ildən xalqa açılan bu studiyaları tam gəzmək üçün iki günlük vaxta ehtiyac var. Mənim cəmi bir günüm vardı. Daha doğrusu, 6-7 saatım. Odur ki, dabana qüvvət verib, başdan-ayağa qədər gəzməyə çalışdım. İçəri girmək üçün 120 dollardan keçmək lazımdır. Biletin qiyməti o qədərdir. İçəridəki əksər aktivitələrə bu biletlə qatılmaq mümkündür. Amma bəzilərinə əlavə ödəniş etmək lazımdır.


Studiyalara giriş yolunda qırmızı xalça var. İstəsəz, onun üzəri ilə yeriyə bilərsiz. Bəxtiniz varsa, orda Merlin Monro, ya da Bred Pittin oxşarları ilə şəkil də çəkdirə bilərsiz. Həmin yolda xeyli hədiyyəlik əşya mağazaları da var. Hollivuda dair hər şeyi tapmaq mümkündür orda. Bəzək əşyaları, aksesuarlar, köynəklər və daha nələr, nələr...


Soyuq buxar, skelet adam qorxusu və süni zəlzələ qorxusu


İçəri girirəm. Hava olduqca isti. Mayın ilk günü, amma elə bil avqustun cırhacırındasan. Bəxtimizdən “kinoçəkənlər” bu işin də çarəsinə baxıblar. Yolboyu bir neçə yerdə soyuq buxar verilən xüsusi soyuducular var. Qarşısında dayanıb, sərinləyir və yola davam edirsən.


Hər tərəfdən Drakulalar, Simpsonlar, Hörümçək adamlar, robotlar çıxır qabağına. Problemsiz, bir qəpik belə ödəmədən şəkil çəkdirmək imkanı var. Skelet adamla şəkil çəkdirmək isə ürək istəyir, məsələn. Sən onunla şəkil çəkdirmək üçün qoluna girirsən, poza verirsən. Aralanmaq istəyəndə səni bərk-bərk tutur. O biri dünyanı görüb gəlirsən, məsələn. 
Girişdə park işçiləri sizə xəritə üzərindəki aktivitələri göstərirlər və seçimini özün edirsən. Amma bura gəlmisizsə, ilk olaraq yanları açıq olan qatarlarla Studio turlarına qatılmaq lazımdır. Bu turda müxtəlif növ Hollivud filmlərinin studiyaları gəzilir. Keçmiş Westernlerden Jaws’a, Psycho’dan War of the Worlds’e, Jurassic Park’tan King Kong’a qədər bir çox filmn ən yaddaqalan səhnələri tamaşaçılar üçün yenidən canlandırılır. Xüsusən də 3 boyutlu King Kong və San Francisco zəlzələsini xatırladan “Zəlzələ” filminin seti adamın yadından çıxmır. Təsəvvür edin, tur avtobusundasan və birdən zəlzələ effekti yaradırlar. Avtobus titrəyir, sular daşır, evlər dağılır... Tam bir fəlakət. Hətta su ayaqlarını da bir az yaş edir. Sən gerçəkdən zəlzələnin mərkəzindəsən hissinə qapılırsan.


Adam əlində bıçaqla üstümə gəldi və...


Ardınca tur davam edir. Bir gizəmli evin qabağından keçirsən. Bir kişi qadın meyitini maşının arxasına yerləşdirir və birdən tur avtobusunu görür. Cibindən çıxardığı iri bıçaqla maşını təqib edir. Tam bir ekşn, həyəcan... Serialların çəkildiyi evlər, heyran qaldığımız bağçalı villalar... Dejavu hissinə qapılırsan. Mən burda daha öncə olmuşammı? Yox, olmamışam, amma bu filmlərin hamısını seyr etmişəm. Ona görə də özünü bir an öz doğma məhəlləndə, məsələn, Biləcəridəki kimi hiss edirsən... Tanışdır ya, ona görə..


Bir də görürsən yağış yağır, bir də baxırsan leysan. 3D formatındakı studiyaların içindən keçəndə birdən qarşına dəniz mənzərəsi çıxır və “sənə hücum edən” köpək balığı. Aha, tanıdın. “Jaws” filmindəki qatil köpək balığıdır bu. Tur avtobusundan qışqırıqlar göyə yüksəlir. Bu arada heç də hamı üçün mənzərə adi deyil. Məsələn, avtobusun arxasındakı qışqırıqlar birdən necə yüksəlirsə, dəhşət və isterika həddinə çatır. Çinli bir ailənin iki azyaşlı uşağı qorxuya düşürlər. Avtobus dayanır, tez Təcili Yardım maşını gəlir, həkimlər uşaqları sakitləşdirməyə çalışır. Ailə avtobusdan düşür, risk etmək istəmirlər. Biz sadistcəsinə qorxmağa davam edirik. Soyuq mağaralar, əyləncəli parti effektləri və daha nələr, nələr...


Daha sonra Dünyalar Müharibəsi adlı filmin çəkiliş studiyasından keçirik. Burda da dağılmış evlər, yerə çaxılmış bir təyyarə, təyyarədən ətrafa səpələnmiş oturacaqlar var. Elə bil qəza bir dəqiqə öncə baş verib. Daha bir məlumat. Burada 4 yerə parçalanmış təyyarəni 4 dəqiqəlik səhnə üçün 60 min dollara alıb, 150 min dollara daşıyıblar. Necədir sizinçün?


Müharibə meydanı da hazırdır, kəsilmiş başlar da...


Bu tur da təxminən 1 saat davam edir. Turdan sonra hansı aktivitələrə qatılmacağınıza qərar verib, o bölgəyə getməniz lazımdır. Bu arada iri ekranlarda bütün tədbirlərin başlanğıc zamanları və nə qədər gözləmə müddəti olduğu yazılır. Hollivud filmlərinin necə çəkildiyini öyrənmək üçün pavilion gəzintiləri zamanı əfsanəvi film studiyasının kulisləri arxasına da baxmaq olar. Məsələn, siz filmlərdə xarabalıqların necə çəkildiyini, müharibə meydanlarının necə düzəldildiyini maraq edirsiz, deyilmi? Amma o studiyalar hər zaman hazır vəziyyətdə olur. Kəsilmiş başlar, dağıdılmış evlər, yanğın yeri... dünəndən hazırdır. Piter Ceksn tərəfindən yaradılan “King Konq3-D” attraksiyonu dünyanın ən böyük və ən gerçək 3 - D projesidir. Onu sadəcə görmək yox, duymaq, hiss etmək üçün də fürsələr yarana bilər. İnanılmaz özəl effektlərin neçə çalışdığı barədə məlumatları burden almaq və işin sirrini öyrənmək mümkündür. Atraksiyonlara qatılıb “Mumiya”, ‘Jurassic Park’, ‘Şrek’ kimi məşhur filmlərə həsr olunan şouları da yaddan çıxarmaq olmaz.


Burada bir neçə restoran da var. Təbii ki, amerikanların maraqlı mətbəxi olmadığını hamınız bilirik. Fast foof, qızartma, steyk, düyü, kartof püresi. Hollivud Studiyadakı yeməklər də ondan uzağa getmirdi. Şəkildə gördüyünüz menyunu nuş etməyə çalışdıq. Harda bizim dolma, harda bunların düyü süzməsi?


Bura gələn çox adam ikigünlük turlardan istifadə edir. Çünki bir günə doya-doya hər yeri gəzmək mümkün deyil. Ümumiyyətlə, Hollivud studiyalarını bir neçə günə kəşf etmək də mümkünsüzdür. Adı üstündə - Hollivud. Macəralar, gözəllik və fərqliliklər məkanı...( Müsavat.com)

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]