Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

“Bəşər Əsəd, Səddam Hüseyn, Hüsnü Mübarək diktator olsalar da, ölkələrini irəliyə aparırdılar”

“Bəşər Əsəd, Səddam Hüseyn, Hüsnü Mübarək diktator olsalar da, ölkələrini irəliyə aparırdılar”
Bölmə :
Müsahibə
Yayım tarixi :
5/5/2017 [11:05]
Baxılıb :
755 dəfə
Gövhər Baxşəliyeva: “İntihar edənlər bütün dövrlərdə lənətləniblər”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın Modern.az saytına müsahibəsini təqdim edirik. 

 - Şərqşünaslıq İnstitutunda nə kimi yeniliklər var?

-İnstitutumuzda yeniliklər çoxdur. Biz hər il institutun fəaliyyəti barədə hesabat veririk. 2016-cı ildə biz ümumi istiqamətimiz  - “Şərq ölkələrinin iqtisadi, siyasi, tarixi və mədəni inkişafı” - üzrə işlərimizi davam etmişik. 2016-cı ildə institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb, plan üzrə icra olunan 105 elmi-tədqiqat işindən 55-i başa  çatıb. Qalan 50 iş keçicidir, bu ilə düşən mərhələləri tamamlanıb. İl boyu institutda 19 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub.  İnstitut əməkdaşlarının 200-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 33 elmi məqalə xaricdə (Qazaxıstan, Hindistan, Rusiya, Ukrayna, Polşa, Türkiyə, İran, Fransa, Almaniya, Amerika və s.) nəşr edilib. İl ərzində institut əməkdaşları 24 dəfə xaricdə (Türkiyə, İran, Gürcüstan, İspaniya, Fransa, Polşa və s.) və 80 dəfə Azərbaycanda keçirilən cəmi 104 beynəlxalq elmi konfranslarda məruzə ediblər. 

İnstitutun hazırda fəlsəfə doktorluğu üzrə 15 doktorantı və 25 dissertantı, elmlər doktorluğu üzrə 10 doktorantı və 8 dissertantı var.

- Gövhər xanım, tez-tez cəmiyyətdə belə bir fikirlər irəli sürülür ki, AMEA-nın bəzi institutlarına ehtiyac yoxdur, onlar bağlanmalıdır. Siz bu barədə nə deyə bilərsiniz? 

- Bəzən belə fikirləri işin içində olmayan insanlar, qeyri-mütəxəssislər səsləndirirlər. Bağlamağa nə var ki... Hətta Elçibəyin hakimiyyəti dövründə AMEA-nı bağlamaq istəyirdilər. Burada elə alimlər çalışır ki, onlar 10 ildə yetişmir. Uzun illərin gərgin əməyinin nəticəsində belə mütəxəssislər yetişir. Ona görə də düşünürəm ki, AMEA-nın bəzi institutlarını bağlamaq ümumi maraqlarımıza xidmət etmir. Biz SSRİ-nin tərkibində olduğumuz dövrü tənqid edirik, amma onu da etiraf etməliyik ki, SSRİ bizə müsbət çox şey verdi. Onlardan da biri Elmlər Akademiyasıdır. Türk həmkarlarımızdan dəfələrə eşitmişəm: xoşbəxtsiniz ki, ixtisaslaşmış elmi-tədqiqat institutlarınız var.  Əgər elmi-tədqiqatlar mərkəzləşdirilmiş şəkildə olmasaydı, onlar sistemli xarakterini itirərdi. Koordinasiya olmazdı. Odur ki, bu elm ocağını qoruyub yaşatmalıyıq.  
 
- Son vaxtlar Azərbaycan cəmiyyətində qadına şiddət, zorakılıq, qadın qətlləri və intiharlar çoxalıb. Bunun səbəblərini siz necə izah edə bilərsiniz? Hansısa təklifləriniz varmı?

- Həyatı müşahidə edə-edə o qənaətə gəlmişəm ki, bəzən müsbət bir ixtira, yaxud yenilik özündə mənfi çalarlar da daşıya bilər. Məsələn, internet. İndi internetə baxmamaq olmur. Yeniliklərdən xəbərdar olmaq üçün internetdən istifadə etməliyik. Amma çox təəssüf  ki, internet gətirdiyi çox böyük informasiya axınında mənfi hallar da çox olur. O ki qaldı zorakılığa, bu  bir millət vəkili, vətəndaş kimi məni çox düşündürür. Mən onlara çox heyfslənirəm. Cəmiyyətimizdə boşanmaların, qadına qarşı zorakılıqların, eləcə də insanların bir-birinə qarşı zorakılıqları artıb. Hesab edirəm ki, cəmiyyətimizdə maarifləndirmə güclənməlidir, mədəni səviyyə artmalıdır. Sivil boşanma qaydaları bərqərar olunmalıdır. Elə şəxslər var ki, sivil qaydada ayrılırlar. Amma elələri də var ki, həyat yoldaşından ayrılır, amma onu ömrü boyu izləyir. Bu düzgün deyil. Belə şəxslərin uşaqları da böyüyəndən sonra valideynlərinin etdiklərini təkrarlayırlar. Boşanmaların sayının artması təkcə bizim cəmiyyətə xas deyil. Bütün dünyada ailə institutu zəifləyir. Bu ənənəvi ailə-məişət münasibətlərinin artıq köhnəlməsi, insanların sərbəstliyi ilə bağlıdır. Bilirsiniz ki, mən bərdəliyəm. 50 il bundan əvvəl Bərdədə boşanma hadisəsi təsəvvür etmək mümkün deyildi. İndi 3 ailə qurandan 1-i boşanır və artıq buna normal baxılır. Düşünürəm ki , insanlara ailə mədəniyyəti aşılanmalıdır. Əgər könül xoşluğu, xoş rəftar olsa, insanlar yola gedərlər. Bizim kişilər zahirən müasir, daxilən isə şərqlidir. Yəni mənim atam anamla belə rəftar edib, mən də belə etməliyəm. Şərqdə qadına başqa münasibət olub. Bizim kişilər də bunu gen yaddaşında yaşadırlar. 
Boşanmaların artmasına ikinci səbəb isə ailələrin işinə böyüklərin qarışmasıdır. İnsan ailədə necə görürsə, illər sonra da onu təkrarlayır. Bu isə müasir qızlar üçün bir az çətindir. Məncə mümkün olduğu qədər  yeni ailə həyatı quran insanlar valideynlərdən ayrı yaşamalıdırlar. Cəmiyyətimizdə intiharların sayının artmasının səbəbi isə çoxdur. Cavanlar hələ anlamırlar ki, intihardan sonra həyat bitir. Elə bilirlər ki, sabah hər şey filmlərdə olduğu kimi yenidən təkrarlanacaq. İntihar etmək zəifliyin əlamətidir.  İntihar edənlər bütün dövrlərdə lənətləniblər. Çünki bu addım nə Allaha, nə də bəndəyə xoş gedir.

-  Gövhər xanım, atanız 18 il sovet Azərbaycanında maliyyə naziri olub. Yəqin ki,   atanızın iş prinsipləri, fəaliyyəti barədə xatırladıqlarınız vardır..

- Mənim atam maliyyə sahəsinin unikal mütəxəssisi olub. Mənim tam yadımdadır: atam telefon kitabçasında 15-20 nömrə yazılan vərəqə baxırdı və hamısını bir baxışla yaddaşında saxlayırdı. Bu dərəcədə möhkəm yaddaşa malik, həm də o sahənin yüksək peşəkarı idi. Atam çox düzgün adam olub. Həmin düzgünlüyü də bizə aşılayıbdır. Atam heç vaxt bizi sinif yoldaşlarımızla axşam tədbirlərinə getməyə qoymurdu. Həmişə deyirdi ki, yadda saxla ki, sən müsəlman qızısan. Biz universitetdə oxuyan zaman dili tam öyrənmək üçün xaricə ezam olunurduq. Atam məni ora da qoymadı ki, gedim. Nə öyrənirsən, otur burada öyrən. Həmçinin atam bizi çox çalışmağa öyrətdi. Mən tələbələrimə də aşılayıram ki, ancaq gərgin əmək nəticəsində nəyəsə nail olmaq mümkündür. Yalançı, lovğa və tənbəl insanlar mənim düşmənimdir. Elə adam olub ki, mən ona hər cür şərait yaratmışam, ancaq görmüşəm ki, xoşa gəlməyən işlərlə məşğuldur. Belələrindən birdəfəlik üz döndərmişəm. Bura elmi müəssisədir. Mən həmişə düşünmüşəm ki, bu millətin ziyalısı həmişə örnək olmalıdır.  

- Bildiyimizə görə sizin xəritələr kolleksiyanız var. Bu xəritələri necə əldə etmisiniz? Onları yığmaqda məqsədiniz nədir?
 
- Mənim xəritələri toplamaqda məqsədim odur ki, sübut edim ki, bu yerlərin yerli əhalisi azərbaycanlılardır. Yəni ermənilər gəlmədir. Bunu mən sübut etmişəm, edirəm və ömrümün sonuna qədər edəcəyəm. Mən bununla mütəmadi olaraq məşğulam. Ermənilər Tiqranakert şəhərinin qalıqlarını Ağdamda, Əsgəranda axtarırlar. Mənim xəritələrim isə sübut edir ki, Tiqranakert Assuriya ilə Mesopotamiyanın arasında olub. Yəni ki, ermənilərin Qafqaza aidiyyatı olmayıb.
 
- Sizdə yalnız Azərbaycanın, yoxsa digər ölkələrin də xəritələri var?
 
- Məni ölkəmizin ərazi bütövlüyü məsələsi maraqlandırır. Ona görə də, mən Azərbaycan, Qafqaz, Şərq ölkələrinin xəritələrini toplamışam. Sübut edirəm ki, ermənilər Qafqaza gəlmə xalqdır. Biz bu isə ərazilərdə həmişə yaşamışıq.
 
- Son bir il ərzində hansı Şərq ölkələrinə səfərləriniz olub?

- Son bir il ərzində mənim İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İcraiyyə komitəsinin iclası zamanı Ankaraya səfərim olub. Bu səfər Türkiyədə çevriliş cəhdindən sonra oldu. Həmin iclas zamanı qətnamə qəbul olundu. FETO kəskin pislənildi və s. Daha sonra 2017-ci ilin yanvarında ənənəvi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının sessiyası zamanı Afrika ölkəsi olan Malinin paytaxtı Bamakoya səfərim oldu. Bu ilin fevral ayının 21, 22 , 23-ü İranda Fələstinə dəstək konfransında iştirak etdim.
 
- Gövhər xanım, siz Suriya, Livan, İraq və s kimi ölkələrə də səfərlər etmisiniz. Bəs o ölkələrdə hansı dəyişiklikləri müşahidə etmisiniz?

- Mən Şərq ölkələrində baş verən hadisələri çox ağrılı yaşayıram. Çünki bu region mənim üçün çox əzizdir. Təəssüf ki, biz bu ölkələrdə mənfiyə doğru dəyişikliklərin şahidi oluruq. Mən ürəkdən arzu edirəm ki, həmin regionda sülh, stabillik bərqərar olunsun. Bəşər Əsədə qarşı o hadisələr başlayanda, Azərbaycanda ilk olaraq mən dedim ki, bu səhvdir. Suriyanı Bəşər Əsəd başqa cür idarə edə bilməz. Bu mümkün deyil. Bu xalqlar demokratiyaya hazır deyillər. Bunlarda ya möhkəm avtoritar rejim olmalıdır. Bəşər Əsəd, Səddam Hüseyn, Hüsnü Mübarək diktator olsalar da, ölkələrini irəliyə aparırdılar.  Böyük proqramlar, layihələr həyata keçirirdilər. Xüsusən də sosial proqramlar. Bu ölkələrdə demokratik seçkilərə imkan yaradılsa, hakimiyyətə mütləq islamçılar gələcək. Çünki bu ölkələrdə dini təhsil çox güclüdür. Suriyada Bəşər Əsədin hakimiyyətdə olmağı xalqa daha xeyirlidir, nəinki İŞİD-in və yaxud digər radikal islamçıların hakimiyyəti. Mən 2010-cu ildə Dəməşqə getmişdim. Orada insanlarla söhbətim oldu və heç kim Bəşər Əsəddən narazılıq etmirdi.
 
- Sizcə müsəlman ölkələrində radikallıq meyllərinin artmasının səbəbi nədir?

-Mən elə düşünürəm ki, müsəlman ölkələrində radikallıq meyllərinin artması ilk olaraq qloballaşma ilə bağlıdır. Şərq aləmi buna hazır deyil idi. Ümumiyyətlə Şərqdə kənardan gələn insanlara, mədəniyyətə, qüvvələrə işğalçı kimi baxırlar. Və onlar işğalçı həmin ərazini tərk edənə qədər mübarizə aparırlar. Səddam Hüseynlə bağlı hadisələr başlayan zaman mən dedim ki, bu ölkəyə müdaxilə etmək olmaz. Səddam diktatordu, qəddardı, cəlladdır nədir, amma əhalinin çoxu ondan razıdır. Səddam Hüseyn də pis-yaxşı ölkəni irəli aparırdı. İndi isə ölkələri dağıtdılar. Hələ ki, hərbi hadisələrin sonu görünmür.
 
- Bu tendensiya Azərbaycana da təsir edə bilərmi?

-Azərbaycan rəhbərliyinin apardığı  çoxşaxəli iş nəticəsində bu günə qədər həmən dalğanın qarşısı alınıb. Ölkədə kənar müdaxilənin olmasına yol verilməyib. Həm təhlükəsizliyin möhkəmləndirilməsi, həm də ölkə başçısının düzgün xarici və daxili siyasəti nəticəsində Azərbaycan stabillik oazisinə çevirib. Bu böyük siyasətin nəticəsində əldə olunub. Müstəqilliyin ilk illərində bəzi ölkələr Azərbaycanda sabitliyin pozulmasına can atırdılar. Dağıstana, Çeçenistana keçdilər, orada nələr etdilər. Azərbaycanı isə Heydər Əliyev və İlham Əliyev belə müdaxilələrdən qorudular. Bu danılmaz faktdır. Bu günə qədər bu müdaxilələrin qarşısı alınır. Ümid edirik ki, gələcəkdə də alınacaq!
 
- Azərbaycanda hazırki dini durumu necə qiymətləndirirsiniz?

-Bu gün Azərbaycanda dini durum möhkəm nəzarət altındadır.  Şərqdə ən çox qarşıdurmalar sünni-şiə məsələsi ilə bağlıdır. Mən Azərbaycanda sünni-şiə qarşıdurmasının olacağını heç cür gözləmirəm. Bizim əhali tarixən tolerant və multikulturaldır. Həm də 70 il SSRİ-nin tərkibində olmaq bizim əhalini  müasirləşdirdi. Biz o qazanılmış nailiyyətlərdən imtina etməməliyik.
 

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]