Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Təhsil çağdaş dünyaya inteqrasiyanın önəmli pəncərəsidir

Təhsil çağdaş dünyaya inteqrasiyanın önəmli pəncərəsidir
Bölmə :
KİVDF
Yayım tarixi :
3/5/2017 [23:25]
Baxılıb :
2015 dəfə
Azərbaycanın təhsili dünya təhsil sisteminin standartları ilə uyğunlaşır

Azərbaycan Respublikasının müstəqil dövlət kimi bərp olunmasının ötən zaman kəsiyində dövlətimiz özünü təsdiq etmiş, çoxsaylı problemləri dəf edərək dünya dövlətləri sırasında özünə müvafiq yerini tutmuşdur. İctimai həyatın bütün sahələrində həyata keçirilən quruculuq işləri nəticələrini verməkdədir. Hər bir sahədə müstəqilliyin əsaslarının yaradılması və onu qabaqcıl dünyanın müasir standartları səviyyəsində qurmaq istiqamətində işlər həyata keçirilir. Ən başlıcası isə, ilk gündən tutmuş olduğu demokratik ənənələrə sadiq qalan Azərbaycan Respublikası qabaqcıl Qərb dünyasına, onun ayrılmaz hissəsi olan Avropaya inteqrasiya xəttini ardıcıl olaraq reallaşdırmaqdadır.

Azərbaycanın ali təhsildə Avropa təhsil məkanına inteqrasiya xəttinin tələblərinə uyğun keçirdiyi islahatların uğurunun vacib şərtlərindən biri bu prosesin mahiyyətinin araşdırılması, qaranlıq və zidiyyətli məqamlara aydınlıq gətirilməsi və nəhayət, onun qanunauyğunluqlarının axıra kimi dərk edilməsidir. Eyni zamanda, Avropa ali təhsil modeli Azərbaycanda tətbiq edilərkən yerli mühitin xüsusiyyətlərinin nəzərə alınması, bu təcrübənin onlara uyğunlaşdırılması, habelə bu vaxta qədər Azərbaycanın ali təhsil sahəsində toplanmış  müsbət təcrübəsinin və milli ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi günün vacib məsələlərindəndir.

Ulu öndər Heydər Əliyev ölkənin təhsil sahəsində milli siyasətin müəyyənləşdirilməsi ilə bağlı öz töhfələrini verdi. O, Azərbaycanın inkişaf etdirilməsi və müasir dünyadakı mövqeyinin möhkəmləndirilməsi məqsədilə Təhsil İslahatı komissiyasının iclasında çıxış edərək bildirdi ki, “indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan dünya təhsili sisteminin standartlarına uyğunlaşsın”. 

 Avropanın ali təhsil məkanına  inteqrasiya xətti götürmüş Azərbaycan, ölkənin özünəməxsus  reallıqlarından irəli gələn çoxsaylı məsələlərlə məşğul olmaqla yanaşı, həmin ümumi məsələlərin həllində də öz töhfəsini verməlidir. 

Ali təhsil sahəsində qloballaşmanın ən nəzərəçarpan təzahürlərindən biri vahid Avropa təhsil məkanının formalaşdırılması olub ki, onun da təməlində Avropada ali təhsilin inkişafının magistral xəttini təşkil edən və bir sıra vacib prinsiplər əsasında qurulan Boloniya prosesi durur. Təbii ki, həmin prosesdən özünütəcridetmə mümkün deyil, ona görə ki, bu, ali təhsil sahəsində ciddi geriliyə səbəb ola bilər. Azərbaycan tədricən ümumavropa təhsil məkanına qovuşmaq kursunu götürdüyündən, biz ali təhsil sistemimizdə ciddi keyfiyyət və struktur dəyişiklikləri ərəfəsindəyik. Bununla əlaqədar ali təhsil sahəsində mövcud olan başlıca problemlər artıq müəyyənləşdirilib, onların müəyyən hissəsi aradan qaldırılıb: “Azərbaycanda ali təhsil sovet hakimiyyəti illərində müəyyən inkişaf yolu keçib. Həmin dövrdə ali məktəb şəbəkəsinin inkişafı, mütəxəssis hazırlığının genişləndirilməsi, problem laboratoriyalarının, hesablama mərkəzlərinin, elmi-tədqiqat institutlarının təşkili sahəsində bir sıra addımlar atılmışdı. Lakin dünya ali təhsil sistemindən təcridolunma, sərt mərkəzləşdirmə və ideoloji müdaxilələr ümumilikdə sovet təhsil sisteminə xas olduğu kimi, Azərbaycanda da ali təhsilin inkişafına mənfi təsir göstərirdi. Müstəqillik illərində, 1993-cü ildən başlayaraq ali təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarəolunması və bir çox digər sahələrdə islahatlarla başlandı. 1997-ci ildə bakalavrların ilk buraxılışı baş tutdu, eyni zamanda həmin il respublikanın 26 ali məktəbində magistr hazırlığına başlanması ilə əlamətdar oldu.  Ali təhsildə struktur dəyişiklikləri aparıldı, müəssisələrin şəbəkəsi optimallaşdırıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu. Təhsil müəssisələrinin müstəqilliyi, səlahiyyətləri genişləndirildi, bir sıra ali məktəblərə özünüidarəetmə hüququ verildi. 2001-ci ildən etibarən həmin ali məktəblər dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməyə başladı. Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik müəllim kadrlarının hazırlığı istiqamətində 2003-2008-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası” hazırlandı, 2007-ci ildə hökumət tərəfindən təsdiq edildikdən sonra pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanıldı.

Sabiq təhsil naziri,  Riyaziyyat Institutunun direktoru  Misir Mərdanov deyir ki, inkişafda və yüksək nailiyyətlərin əldə edilməsində insan potensialı həlledici rol oynayır. “Biliyə əsaslanan inkişafı qiymətləndirmək üçün BMT XXI əsrin əvvəllərində yeni göstərici olan Texniki Nailiyyətlər Əmsalını (TNƏ) təklif edib. Bu əmsalın hesablanmasında bir sıra göstəricilər, o cümlədən yeni ixtiralar və onların xaricdə istifadəsinə görə ölkəyə daxil olan gəlirlər, yüksək ixtisaslı mütəxəssislərin sayı, təbiət və texniki ixtisaslar üzrə təhsil alan tələbələrin ictimai elmləri öyrənən tələbələrə nisbəti və sair amillər nəzərə alınır. Hazırki dövrdə yeni biliklərin yaradılması, bu biliklərin bacarıqlara çevrilməsi və onların əsasında yaradılmış yeni texnologiya və məhsulların müxtəlif ölkələrə ixrac edilməsi iqtisadiyyatın çox gəlirli bir istiqamətinə çevrilmişdir. Artıq bir sıra ölkələr öz iqtisadiyyatını bu yolla inkişaf etdirməklə əhəmiyyətli nailiyyətlər əldə ediblər: “BMT hesablamalarına əsasən, TNƏ göstəricilərinə görə dünya ölkələri dörd qrupa bölünürlər: bu sahənin liderləri, potensial liderlər, yeni texnologiyalardan və biliklərdən geniş istifadə edən ölkələr və bu sahədə geridə qalan ölkələr. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə dünyanın 18 ölkəsi bu sahədə lider hesab edilə bilər ki, onların arasında ABŞ, Yaponiya, Böyük Britaniya, Norveç, İsveç ən qabaqcıl yerləri tuturlar. BMT-nin təsnifatına görə Azərbaycan ikinci qrupa, potensial liderlər qrupuna aiddir. Şübhəsiz, ölkəmizin potensial liderlər siyahısında olması ali təhsilin inkişafı ilə bilavasitə bağlıdır. Bunun üçün, ilk növbədə, təbiət və texniki elmlərə diqqət artırılmalı, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssislər hazırlayaraq insan potensialı yüksəldilməli, eyni zamanda ölkədə yüksək texnoloji məhsulların istehsalı və ixracdakı payının artırılması istiqamətində daha ciddi addımlar atılmalıdır. Ali təhsil sadəcə yüksək səviyyəli mütəxəssis yetişdirmir, o, həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə, insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir. Dövlət, cəmiyyət öz üzvlərini təhsillə təmin etmək üçün sərmayə qoyur, lakin bu xərclər sayəsində onun kapitalı da artır. Beləliklə, təhsil xərcləri nəinki humanist yanaşmanı əks etdirir, həm də istənilən digər xərclərdən daha effektivdir. Müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər ölkələr məhz insan kapitalından böyük gəlirlər əldə etməklə bugünkü inkişaf səviyyəsinə çatmışlar: “Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”

Ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müstəqilləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olunmasıdır. Müstəqil təhsil sistemini yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan axtarışlar onu Boloniya prosesinə qoşulmağa gətirib çıxardı. Qeyd etmək lazımdır ki, bu prosesə qoşulmaq ali təhsil sahəsində mövcud olan problemləri avtomatik olaraq həll etmir. O, ölkə qarşısında köklü islahatlar aparılmasını və bu sahədə xeyli problemləri həll etmək kimi böyük vəzifələr qoymuşdur.

Düşünürük ki, ali təhsil sahəsində ölkədə keçirilən islahatlar ölkə ictimaiyyətinin, xüsusən də ali məktəb müəllim və tələbələrinin fəallığından, onların proseslərdə yaxından iştirakından çoxasılıdır. Məhz bu nöqteyi-nəzərdən, həyata keçirilən layihədə ölkə ali təhsilində aparılan islahatlarla bağlı nəzəri və praktik məsələlərin araşdırılması ilə yanaşı, insanların diqqətini bu məsələyə daha çox cəlb etmək, onlar arasında maarifləndirmə işi aparmaq və onların gücünün səfərbər olunmasına kömək etmək kimi məqsədlər qarşıya qoyulmuşdur. Fondun apardığı tədqiqatların, o cümlədən sorğunun nəticələrinə görə, Boloniya prosesinə qoşulmağın və bu istiqamətdə islahatların aparılmasının özü qədər vacib olan məsələlərdən biri ali təhsil ictimaiyyətinin mümkün qədər geniş və ətraflı məlumatlandırılmasıdır.

Azərbaycan pedaqoji fikrində “inteqrativ təhsil”, yaxud “təhsilin inteqrasiyası”, eləcə də “inteqrativ təlim”, “inteqrativ dərs” və s. anlayışlar artıq özünə yer tutmaqla istifadə olunmaqdadır. Müasir təhsil quruculuğunda onlardan yaradıcı şəkildə istifadə edilməkdədir.

İlhamə Rəsulova

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com