Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

İlhamə Quliyevanın bahalı gödəkçəsi girovluqda - sensasion araşdırma

İlhamə Quliyevanın  bahalı gödəkçəsi girovluqda   - sensasion araşdırma
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
21/4/2017 [13:52]
Baxılıb :
750 dəfə

Nadir xəzdən olan gödəkcə 15-20 min manat civarında qiymətləndirilir, korifey sənətkarın oğulluğu isə deyir ki...

Mərhum korifey sənətkar İlhamə Quliyevanın sevə-sevə geyindiyi bahalı gödəkçəsi ilə bağlı maraqlı məlumat yayılıb. Xəbərlərə görə, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun oğulluğu Orxan Nadirov həmin gödəkçəni girov qoyub və min manat pul alıb.

İ.Quliyevanın həmin gödəkçəsi dünyaca məşhur “GreekFurs” firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkçələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan “GreekFurs”un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkçələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.

İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkçənin qiyməti haqda dəqiq məlumat yoxdur. Müraciət etdiyimiz xəz mütəxəssisləri həmin gödəkçənin bahalı mal olduğunu təsdiqlədilər. Bildirdilər ki, belə xəzlərdən olan gödəkçənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkçəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkçənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə “gödəkçəni mənə alıb” deyirmiş. Yayılan xəbərdə bahalı gödəkçənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu: “Səhv məlumatdır, gödəkçə evdədir, şəklini çəkib vathcapla yollayacağam”.

Bununla belə, korifey sənətkarın məşhur gödəkçəsinin girovluqda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkçə girov qoyub.

“Xəz gödəkçə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub kredit alıblar. Gödəkçə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar” - deyə lombardda çalışan bir xanım söyləyib. Az sonra redaksiyamızla əlaqə saxlayan və özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkçənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar: “Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkçəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkçə bizdədir”.

Bəs gödəkçənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkçəsini satışa çıxarmasınlar: “Həmin gödəkçəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkçəni ora təhvil verə bilərik. Hazırda gödəkçə bizim əmlakımızdır”


Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.

Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb. ( müsavat.com)


Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com