BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!

Manata 6 milyardlıq TƏHLÜKƏ

Bölmə :
Köşə
Yazar :
Qulu İbrahimli
Təqdimat :
Vergilər Nazirliyinin və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı
Yayım tarixi :
21/4/2017 [11:34]
Baxılıb :
18128 dəfə

Xüsusən manatın 2015-ci ildəki ikinci kəskin devalvasiyası və ondan sonrakı ucuzlaşması ilə bağlı mənim mövqeyim lap əvvəldən belə olub ki, manatın ucuzlaşması ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) problemi arasında birbaşa əlaqə vardır. Məhz ABB-nin problemli kreditlərinin Aqrarkreditə ötürülməsi müqabilində Mərkəzi Bankın (AMB) havadan emissiyaya yol verməklə ABB-yə vəsait ayırması, AMB-nin balansında tarazlığın pozulmasına səbəb olur və bu da öz növbəsində manatın inzibati yolla süni ucuzlaşdırılmasını labüd edib. Mövcud olmuş məzənnə rejimi “ABB sindromlu məzənnə rejimi” olub. ABB-nin sağlamlaşdırılması üçün çox yanlış mexanizm müəyyən olundu.
2016-cı ilin ikinci yarısından sonra manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da ABB-yə vəsait ayrılmasının növbəti mərhələsi ilə bağlı olub. Məhz 2017-ci ildən Dövlət Neft Fondundan AMB-yə transfertlər nəzərdə tutulması manatın ABB probleminə görə labüd süni ucuzlaşdırılmasının davam etdirilməsinin qarşısını alıb. 

Çox təəssüflər olsun ki, 2017-ci ilin fevral ayından manatın dəyər qazanması mətbuatda guya dövriyyədə manat qıtlığının olması ilə əlaqələndirilməyə başlanıldı. Halbuki rəsmi monetar statistikadan da görünür ki, pul bazasının əsas tərkibi olan "Dövriyyədə nağd pul" məbləği 2017-ci ilin həm yanvar, həm də fevral ayında 6,5 milyard manat olub ki, bu da son 19 ay ərzində, yəni, 2015-ci ilin avqust ayından 2017-ci ilin fevral ayınadək olan dövrdə bütün aylardakından (2016-dekabr istisna olmaqla), həmçinin 2016-ci ilin orta aylıq göstəricisindən (6,1 milyard) yüksək olub. Fevral ayında 6,0 milyard manat olan “Banklardan kənarda nağd pul” və “Banklardakı nağd manat” komponentləri üzrə müqayisə aparsaq, vəziyyət təqribən qeyd etdiyimiz kimidir. Kommersiya banklarının kassasında son 19 ay ərzində hər ay 500-600 milyon manat olub, həmin  dövrdə orta aylıq göstərici 572,0 milyon manat təşkil edib. 2017-ci ilin yanvar və fevral aylarında banklarda, müvafiq olaraq, 618,1 və 541,1 milyon manat nağd manat olub.

İqtisadiyyatın kiçilməsini də nəzərə almaq lazımdır. Hesab edirəm ki, dövriyyədə manat qıtlığı və əlavə manat kütləsinin buraxılmasından sonra manatın ucuzlaşacağı ilə bağlı söylənilənlər təbliğata xidmət edir. Kimlərsə ya bilərəkdən, ya da bilməyərəkdən bu təbliğata xidmət edir. Ona görə ki, Mərkəzi Bankın havadan emissiya ilə ABB-yə ayrıdığı vəsaitlərdən  6,0 milyard manatı (2016-cı ilin birinci yarısının rəqəmi) və bəlkə də daha çoxu Mərkəzi Banka illik 5%-lə depozit yatırılıb. Azərbaycan Beynəlxalq Bankı bu vəsaiti gələcək aylarda Mərkəzi Bankdakı hesabından çıxara, dövriyyədəki manat kütləsi arta bilər. İndidən ictimai rəy hazırlanır. Manata real təhlükə bu depozitdir.

2016-cı ilin dövlət büdcəsinin icrası ilə Mərkəzi Bankın analitik balansı düz gəlmir

Fizika, kimya elminin araşdırmalar üçün öz laboratoriyaları olduğu kimi, pul siyasətinin də əsas laboratoriyası Mərkəzi Bankın icmal və analitik balansları, pul-kredit statistikasıdır. Məhz balans maddələrinin vəziyyəti və onlarda baş verən dəyişikliklər araşdırılmalıdır. Əks halda, söylənən fikirlərin heç bir elmi əsası olmaz.

Əgər manatın məzənnəsi ilə pul bazası arasında əlaqəni və ümumilikdə yürüdülən pul siyasətini elmi əsaslarla ciddi şəkildə kimsə həqiqətən araşdırıb dərinliklərə baş vursaydı, dərinliklərdən “quru” deyil, müəyyən məsələlərə bulaşıb “yaş” çıxmalıydı. Məsələn, Beynəlxalq Bankın Mərkəzi Banka “yatırdığı” depozitin manatın məzənnəsinə olan təsirlərini görməliydi. Halbuki bu məbləğ, həm Mərkəzi Bankın rəsmi xalis valyuta ehtiyatlarının manat ifadəsində məbləğinə, həm də pul bazasına təqribən bərabərdir. Bu boyda təsiri görməmək olarmı?! 2016-cı ilin dövlət büdcəsinin icrası barədə məlumatla, daha doğrusu Neft Fondundan illik edilməli transfertin yarıya qədərinin ilin sonuncu ayında – dekabrda baş verməsi ilə Mərkəzi Bankın analitik balansı arasında uyğunsuzluğu görməli idi, müəyyən şübhələr yaranmalıydı.

Pul bazası barədə Mərkəzi Bankın məlumatı düz deyil.

Hesab edirəm ki, Mərkəzi Bankın pul bazası barədə statistikası konseptual baxımdan yanlışdır. Əslində, pul bazası elan olunandan daha çoxdur. Məsələn, Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı hesablarında saxlanılan vergi ödəyicilərinin ƏDV depozit hesabı məbləğləri pul bazasına salınırmı? Halbuki bu məbləğlər də pul bazasına daxil edilməlidir. Beynəlxalq Bankın Mərkəzi Bankda bloklaşdırılan xarici valyutası da dollarla pul bazasına daxil edilməyib. ABB-nin MB-dakı bəhs etdiyim manat depozitinə də, əslində, pul bazası kimi baxmaq lazımdır. Bu vəsaitlərin iqtisadiyyata daxil olma forması fərqlənsə də, emissiya təsirləri dövriyyədəki nağd vəsaitlərlərlə eyni gücə malikdir. Qeyd edilənləri nəzərə alanda görürük ki, MB-ın analitik balansında “Mərkəzi Bankın pulu” tarixində rekord həddə çatıb.

Fevralda manatın məzənnəsi ilə bağlı nə baş verib?

2017-ci ilin 02 fevralında çərşənbə axşamı manat pik həddə ucuzlaşdırılb USD/AZN məzənnəsi 1,9200 manata yüksəldilib və fevralın 16-da (yenə çərşənbə axşamı) ayın ən aşağı səviyyəsi olan 1,7296 manata salınıb, növbəti gün isə yenidən manat ucuzlaşdırılmağa (1,7352) başlanıb.
Hesab edirəm ki, bu hal təsadüfi olmayıb. İki həftə ərzində ABB-nin problemli kreditlərinin növbəti hissəsinin ötürülməsinin və ona vəsait ayrılmasının baş verdiyini düşünürəm. Fikrimcə, fevralın 2-də ABB-nin dollarla olan problemli aktivləri ən yüksək məzənnə əsasında (1,92) manatla qiymətləndirilib Aqrarkreditə ötürülüb ki, Mərkəzi Bankdan daha çox vəsait alınsın. Fevralın 15-16-da da Neft Fondundan Mərkəzi Banka valyuta transferti məbləğindən ABB-yə xarici valyuta ödənib. Ona görə də manat həmin gün bahalaşdırılıb ki, daha çox xarici valyuta ödənsin. Fevralın sonrakı günlərində manat yenidən ucuzlaşdırılb.

Hazırda manatın gələcək məzənnəsi “ABB sindromlu məzənnə rejimi”ndən və Beynəlxalq Bankın Mərkəzi Bankdakı depozit hesabındakı məbləğin taleyindən asılıdır. “Təbliğatçılar” bu depozitin indi hansı məbləğdə olduğunu ilk növbədə araşdırıb, sonra proqnozlar versinlər.

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com