Bürclər: 29 aprel
Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
49 yaşlı kişini ilan vurdu
Məktəbdən gələn şagirdi avtomobil vurub

İcra Hakimiyyətindən “Sovetski”dəki məscidlə bağlı AÇIQLAMA

İcra Hakimiyyətindən “Sovetski”dəki məscidlə bağlı  AÇIQLAMA
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
20/4/2017 [14:47]
Baxılıb :
20298 dəfə

Yasamal Rayon İcra Hakimiyyəti Bakının “Sovetski” adlanan məhəlləsinin söküntüsü, bu ərazidə aparılan quruculuq işləri, “Hacı Cavad” məscidi ilə bağlı proseslərə aydınlıq gətirib.  

Yasamal Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu yaşayış massivi uzun illər əvvəl salınıb, istismar müddətini artıq tam başa vurub. Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmır. 

 “Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmayıb. 

Aprelin 12-də “Sovetski” ərazisindəki söküntüyə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı gündəmə gələn məsələyə gəlincə, Yasamal Rayon İcra Hakimiyyəti qeyd edib ki, həmin tikili nəinki Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də məscid kimi icması qeydiyyatdan keçməyib:

“Məscidin içərisinə daxil olan hər kəs bu tikilinin nə qədər köhnə, yararsız, antisanitar vəziyyətdə olduğunun şahidi olur. Lakin orada ibadət edən dindarlar məscidin söküntüsünə etiraz etdilər. Bu məsələ ölkə rəhbərinin birbaşa nəzarətinə götürüldü. Dövlət başçısının tapşırığı ilə “Hacı Cavad” məscidinin söküntüsü dayandırıldı. Mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiya işə başlayıb. Prezidentin tapşırığını aldıqdan sonra yeni məscidin inşasına başlanacaq.

Bakının “Sovetski” adlanan ərazisinin sakinləri Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edərək öz təşəkkürlərini bildirdilər. Aprelin 12-də söküntü ərazisinə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələnin yüksək səviyyədə həll olması nəticəsində “Sovetski” sakinlərinin narahatlığına son qoyulması hamı kimi bizi də çox sevindirdi. Lakin həmin vaxtdan bu günə qədər bəzi mətbuat orqanlarında Yasamal Rayon İcra Hakimiyyətinin əleyhinə bəzi haqsız yazılar dərc olunur və nəticədə bu hal bizi çox məyus edir”.

İcra Hakimiyyəti bildirir ki, “Haci Cavad” məscidinin sökülməsi məsələsi ilə bağlı aprelin 12-də hadisə yerinə gələn Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev icma nümayəndəsi ilə danışmaq üçün kənara çəkilir: “Bu zaman mövcud vəziyyətlə bağlı açıqlama almaq istəyən və özünü müstəqil jurnalist adlandıran Fərqanə Novruzova öz fotokamerası ilə icra başçısına dəfələrlə yaxınlaşır. İcra başçısı həmin jurnalistə açıqlamanı sonra verə biləcəyini, hazırda isə xidməti vəzifəsini yerinə yetirdiyini və icma üzvləri ilə görüşün daha vacib olduğunu nə qədər çatdırmaq istəsə də, F.Novruzova icra başçısını eşitmirmiş kimi davranır. 

Düşünürük ki, müstəqil jurnalist Fərqanə Novruzovanın yaratdığı bu cür vəziyyət, ilk növbədə, Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Bunun üçün isə mətbuat orqanları mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməlidir. Bu tələb Mətbuat Şurasının “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə əksini tapıb”.

Paylaş:
29/4/2017 [00:03]: Bürclər: 29 aprel
28/4/2017 [23:59]: Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
28/4/2017 [23:50]: 49 yaşlı kişini ilan vurdu
28/4/2017 [23:21]: Məktəbdən gələn şagirdi avtomobil vurub
28/4/2017 [22:50]: Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib
28/4/2017 [22:30]: Yəməndə “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib
28/4/2017 [21:57]: Əziz Seyidov yeni vəzifəsinə başladı
28/4/2017 [21:33]: Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən möcüzəvi resept
28/4/2017 [21:00]: Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA
28/4/2017 [20:45]: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – XİN rəsmisi
28/4/2017 [20:21]: Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
28/4/2017 [20:13]: Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ
28/4/2017 [19:50]: “Sovetski”də söküləcək evlərin sayı açıqlanıb
28/4/2017 [19:33]: Ən yaxşı baş məşqçilər - SİYAHI
28/4/2017 [19:30]: "Ovçular evi" ərazisində park salınır - FOTOLAR
28/4/2017 [19:20]: Bakının bu qəsəbəsində su olmayacaq
28/4/2017 [19:03]: Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
28/4/2017 [19:00]: Azərbaycanda tikinti sektoru ilə bağlı vacib yenilik
28/4/2017 [18:46]: "ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28/4/2017 [18:29]: Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra intihar etdi
28/4/2017 [18:10]: Rusiya Ukraynanın sabiq baş nazirini beynəlxalq axtarışa verdi
28/4/2017 [17:45]: “British Film Spring” festivalı Bakıda
28/4/2017 [17:28]: Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxundu
28/4/2017 [17:10]: Dolların yeni məzənnəsi
28/4/2017 [17:03]: Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi
28/4/2017 [16:51]: Sürücülərin nəzərinə: bu yollarda təmir gedir - SİYAHI
28/4/2017 [16:31]: “Neftçi” baş məşqçi axtarışına başladı
28/4/2017 [16:15]: ABŞ-da son 8 gündə 4 məhbus edam olunub - Səbəb çox qəribədir
28/4/2017 [16:04]: Ərlərini zəhərləyib öldürdüyü iddia olunan qadınların məsələsi araşdırılır
28/4/2017 [15:59]: İngiltərədə polislə azarkeşlər arasında qarşıdurma - VİDEO
28/4/2017 [15:58]: Biri 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır - Biri 29-cu dəfə gedir
28/4/2017 [15:46]: Çoxuşaqlı ailələrin sayı və veriləcək uşaqpulunun məbləği açıqlandı
28/4/2017 [15:31]: Pedro Aqramunt bəyanat yaydı
28/4/2017 [14:50]: Bakıda bir-birinə bitişik 11 ev yandı
28/4/2017 [14:43]: XİN rəhbərlərinin görüşü başa çatdı - BƏYANAT
28/4/2017 [14:42]: Qadın hər kəsin gözü önündə intihara cəhd etdi
28/4/2017 [14:28]: Hansı nazirlə görüşmək istəyirsiniz? - Qəbul cədvəli
28/4/2017 [14:15]: "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlandı
28/4/2017 [14:00]: "Pul qıtlığı yaranıb" - Ziyad Səmədzadə
28/4/2017 [13:58]: Sabaha olan HAVA PROQNOZU
28/4/2017 [13:55]: "AŞPA prezidentinə etibar etmir"
28/4/2017 [13:40]: Atəşkəsi pozan erməni əsgər cavab atəşi ilə məhv edildi
28/4/2017 [13:09]: Moskvada XİN başçılarının görüşü keçirilir
28/4/2017 [12:58]: Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT
28/4/2017 [12:43]: May ayının HAVA PROQNOZU
28/4/2017 [12:39]: İcmal büdcənin kəsiri 1,1 mlrd. manatı ötdü
28/4/2017 [12:30]: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə etdi - RƏSMİ MƏLUMAT
28/4/2017 [12:17]: MSK partiyalarla bağlı geniş araşdırmalara başladı
28/4/2017 [12:03]: ABB: intihara cəhd bankın fəaliyyətinə aid deyil
28/4/2017 [11:58]: XİN Zaxarovanın Azərbaycan jurnalistləri təhqir etməsinə münasibət bildirdi
28/4/2017 [11:38]: Azərbaycan-İran sərhədində zəlzələ
28/4/2017 [11:37]: 930 tələbənin diplomu tanınmadı
28/4/2017 [11:23]: Telman İsmayılov kriminal müharibədə ittiham olunur
28/4/2017 [11:21]: Azərbaycanda dəhşətli hadisə: qadın yanaraq oldü
28/4/2017 [11:13]: Macarıstan Azərbaycana 100 min avro ayırdı
28/4/2017 [11:07]: Prezident Sumqayıta səfər etdi
28/4/2017 [10:56]: Rusiyada Azərbaycan vətəndaşı öldürüldü
28/4/2017 [10:52]: 7 yaşlı Ayana dəstək məqsədi ilə xeyriyyə konserti keçirilir
28/4/2017 [10:40]: Bankın qarşısında özünü yandırmaq istədi
28/4/2017 [10:35]: İki rayonun polis rəisi dəyişdi
28/4/2017 [10:06]: Daha bir dəhşətli intihar hadisəsi
28/4/2017 [09:51]: Atəşkəs rejimi 120 dəfə pozuldu
28/4/2017 [09:44]: Azərbaycanda kişi özünü qatarın altına atdı
28/4/2017 [09:39]: AMB-nin rəsmi valyuta məzənnələri
28/4/2017 [09:27]: Mariya niyə dingildəyirsən ki?
28/4/2017 [09:09]: Turizm şəhərində spirtli içkilər qadağan edilir
28/4/2017 [08:48]: Şəhid polkovnikin xanımına vəzifə verildi
28/4/2017 [08:32]: Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü
28/4/2017 [00:06]: Bürclər - 28 APREL
27/4/2017 [23:49]: Dünyanın ən dəhşətli görücüsündən qandonduran Proqnozlar
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com