Bürclər: 29 aprel
Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
49 yaşlı kişini ilan vurdu
Məktəbdən gələn şagirdi avtomobil vurub

Sosial media: reallıqlar və prespektivlər

Sosial media: reallıqlar və prespektivlər
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
20/4/2017 [12:59]
Baxılıb :
146 dəfə
Emin Hüseynzadə: “Onlayn mediamız daha çox sosial media alətlərinə çevrilməyə çalışmalıdırlar” 
Samir Mehdi: “Hətta bir çox ölkələrdə prezident və ya parlament seçkilərinə namizədliyini vermis şəxslər sosial media vasitəsilə öz seçicilərindən ianə də toplayır”  

Bir neçə gün öncə Milli Məclisin deputatı Araz Əlizadə “facebook” istifadəçilərini “avara” adlandırıb. Onun bu sözü sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı. Yüksək vəzifəli dövlət məmurlarının, eləcə də parlament üzvlərinin sosial şəbəkədə səhifələri olmasına baxmayaraq, o, sosial mediyaya qarşı bu səpkidə açıqlama verən ilk şəxs deyil.

Bu gün ölkələrdə müxtəlif hadisələr baş verir. Müşahidə edirik ki, həmin məsələlərə görə hökumətlər sosial şəbəkələri qınayırlar. Avtoritar hökumətlər sosial mediadan qorxurlar və sosial medianı bağlamağa cəhdlər edirlər. Baxmayaraq ki onların kifayət qədər hakimiyyətləri var. Məsələn, Misirdə Mübarək sosial medianı bağlamağa, mobil şəbəkələri dayandırmağa cəhd göstərdi. Bu uğursuzluqla başa çatdı. Nəticədə “Facebook” inqilabı baş verdi. 

Təcrübə göstərir ki, sosial media dünyasından ən yaxşı müdafiə sosial mediada yaxşı iştirakçılıqdır. 
Rəsmi rəqəmlərə görə, bu gün Azərbaycanda təkcə 3 milyona yaxın “facebook” istifadəçisi var. Bəli, “facebook” ictimai-siyasi həyatın an qaynar məkanıdır və insan həyatının ayrılmaz bir hisssəsinə çevrilib. Sosial şəbəkələrdə insanların çox vaxt keçirməsi heç kimə sirr deyil. Sosial şəbəkə istifadəçilərin əksəriyyəti deputata “kim həyatda necədirsə, “facebook”da da elədir” ismarıcını verdilər. 

Onlayn mediada çalışan jurnalist olaraq bildirmək istəyirəm ki, indi hər hansı onlayn  media orqanını “facebook” olmadan inkişaf etdiyini düşünmək mümkünsüzdür. Demək olar ki, hər bir media orqanının özünün rəsmi səhifəsi var. Onlar öz oxucuları ilə daha rahat məhz belə əlaqə saxlayırlar. Oxunuş sayı bir çox halda məhz “Facebook” üzərindən paylaşımlardan asılıdır. Ümumilikdə desək, elə bir media nümayəndəsi tapmaq çətindir ki, gün ərzində ən azı bir dəfə “Facebook” hesabına daxil olmasın. Sosial şəbəkə indi bir çox peşələr üçün həm də əvəzolunmaz iş yerinə çevrilib. 

***
Sosial media nədir? Sosial medianın cəmiyyətə hansı təsirləri var? Bu və digər suallarla sosial media üzrə ekspertlərə müraciət etdik. 

Emin Hüseynzadə bildirib ki, sosial media onlayn cəmiyyətlərin bir-bir ilə ünsiyyət yaratmaq üçün platformadır: “Əgər ikitərəfli ünsiyyət imkanları və istifadəçi məzmununun yüklənməsi imkanı yaradılarsa, hər hansı onlayn media sosial mediaya çevilə bilər. Sosial medianin cəmiyyətə əsas təsiri də əlçatımlığı və rahatlığıdır. Cəmiyyət də məhz buna görə sosial mediadan istifadə edir”.

E.Hüseynzadə bildirir ki, ənənəvi media birtərəflidi məlumat ötürmə yoludur. Onlar yalnız məlumatı ötürür, amma məlumatın düzgünlüyü və keyfiyyətinə də cavabdehdir. Sosial mediada isə məkanlar yalnız nominal olaraq kiməsə məxsusudur. Burada məlumat sahibi istifadəçilərin özüdür. 
“Bəzi şəxslər sosial mediaya məxsus etik problemlərin olduğunu deyirlər. Bu doğru deyil. Sosial media bir platformadır, bura insanlar gəlir və ünsiyyət yaradır. İnsanların xasiyyətləri, mədəniyyət və dünyagörüşləri fərqli olduğu üçün etik məsələlər ortaya çıxır. Amma bu problemlər sosial medianın deyil, məhz istifadəçilərindir. İstifadəçilər sosial media olmasa belə eyni xüsusiyyətlərini saxlayırlar və istənilən digər platformalarda ünsiyyət qurduqda bu etik məsələlər ortaya çıxır. Ümumiyyətlə mən sosial mediada problem deyil, imkan görürəm. Onlayn mediamız daha çox sosial media alətlərinə çevrilməyə çalışmalıdırlar. Saytlar öz “sosial” fəaliyyətlərini kənar platformalarda deyil, öz saytlarında həyata keçirməlidirlər. Bu onların biznes modellərinə də kömək edər. 

Sosial media vasitəsi ilə vəsait toplamaq mümkündür. “Kickstarter”, “Indiegogo”, “Kiva”, “Patreon” və digərləri məhz belə sosial media vasitəsidir. İnsanlar bura vəsait toplamaq üçün gəlirlər. Bu platformaların məhz ixtisaslaşması budur. Amma digər platformalarda, məsələn feysbukda və s. də pul toplamaq kampaniyaları keçirilir. Belə kampaniyalar yalnız digər daha ixtisaslaşmış saytın fəaliyyətinin hissəsi kimi fəaliyyət göstərməlidirlər. Əks halda çox qısa müddətdən sonra istifadəçilər belə elanlardan yorulur və səhifələrdən qaçır. Bu da normaldır, çünki həmin platformaların məqsədi tamamilə fərqlidir”,-deyə E.Hüseynzadə bildirib.  

“Bununla da ictimai fikir formalaşdırıla bilinir” 

Samir Mehdi bildirib ki, sosial media-internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatların paylaşılması deməkdir: “Bura həm şəxslər, həm şirkətlər, hətta dövlət orqanları da aiddir. Sosial media vasitələri dedikdə əsasən sosial şəbəkələr, bloqlar (vloglar), ünsiyyət proqramları (whatsapp və s.) nəzərdə tutulur.

İnsanların günün böyük hissəsinin sosial mediada keçirdiyi hər kəsə bəllidir. Və bundan sözün yaxşı mənasında istifadə edərək sosial mediadakı kütləyə xitab edərək maddi vəsait toplamaq mümkündür və tətbiq olunur. Hətta bir çox ölkələrdə prezident və ya parlament seçkilərinə namizədliyini vermis şəxslər öz seçicilərindən ianə də toplayır.  Ölkəmizdə isə əsasən xeyriyyə məqsədli (müalicə, təhsil, maddi yardım və s.) ianə kampaniyaları keçirilir. Burada da bəzi hallarda fırıldaqçılığa rast gəlmək mümkündür. Ona görə insanlar bu tip kampaniyalara qoşularkən diqqətli olmalıdır. 

Bəli, sosial medianın insanlar üzərində çox böyük bir təsiri olduğu artıq qəbul edilib. Artıq insanlar rastlaşdıqları problemləri, yardım kampaniyasını, şad xəbərləri və digər məsələləri  anında sosial media vasitəsilə müzakirəyə çıxarır. Cəmiyyət bu barədə həm məlumat ala bilir, həm də öz fikrini bildirir. Bununla da ictimai fikir formalaşdırıla bilinir. 

Sosial mediadakı sərbəstlikdən sui-istifadə edilərək qeyri-dəqiq informasiyanın paylaşılması, sosial media istifadəçilərinin təhqir olunması kimi etika problemlərinə də rast gəlinir. Bu problemlərin həlli yolu zənnimcə həmin şəxslərin qanunverciliklə cəzalanması və bu cəzaların sərtləşdirilməsidir”.
 
Sosial media sizi fenomen edəcək

Günel Abduraxmanova da deyir ki, sosial medianın cəmiyyətə yox, cəmiyyətin sosial mediaya təsiri var: “Düşünürəm ki, burada olan nə varsa onu insan özü formalaşdırır. İlk növbədə ünsiyyət bacarıqlarının yazı bacarığına çevrilməsindən danışaq. Sosial media adamı öz fikrini sözlə yox, yazı ilə daha yaxşı ifadə edir. Bu da dolayı yolla olsa da sosial mediaya uyğun iş imkanlarını yaradır. 
Sosial media cəmiyyətin əsas vasitəsinə çevrilib. Bir çox insanlar bu kanaldan iş və şəxsi münasibətlərin yaradılması üçün istifadə edir. Lakin bir qrup insanlar var ki, onlara “fake” insanlar da demək olar, müəyyən hədəflər üçün sosial mediadan istifadə edir. Real həyatda da belə deyilmi? Sosial media sadəcə bizim yaşadığımız real həyatın tam formada qarşımızda dayanan halıdır. Sadəcə daha faydalı və  daha qorxulu.

Onu da deyim ki, sosial şəbəkə istifadəçilərin şikayətləri əsasında xoşagəlməz paylaşımlar, istərsə də qeyri-etik şəxsi hesablar müəyyən çərçivədə izlənilir və lazımı anda tədbirlər görülür. Lakin buna tam olaraq olaraq nəzarət qeyri-mümkündür. Bu problem sadəcə sosial medianın deyil, cəmiyyətin problem olduğunu düşünürəm. Həll yolu isə təbii ki, düzgün və davamlı maarifləndirmədədir”.
Günel Abduraxmanova bildirir ki, sosial media sizi fenomen edə biləcək gücə sahib bir platformadır və insanlar “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” və s. kimi platformalar vasitəsilə pul qazana bilirlər. 

“Paylaşmalarımda verdiyim mesaj sosial ədaləti qorumaqdır” 

“Facebook” sosial şəbəkəsində fenomenə çevirilən Qəbələ sakini, 1960-cı il təvəllüdlü Nazlı Ağayeva hesab edir ki, sosial fenomen olmağı düşünməyənlər sosial fenomen ola bilərlər: “Məncə, sosial fenomen statusu xüsusi xüsusiyyətlər tələb etmir. Mən özümü sosial fenomen hesab etmirəm, sadəcə özüm olmaq mənə bu məkanda çox dəyərlər qazandırdı. Çoxlu sevənlərimi və ondan da artıq sevdiklərimi. Bir də “Meydan” Tv-dən təklif aldım, bunun üçün də Marka minnətdaram. Paylaşmalarımda verdiyim mesaj sosial ədaləti qorumaqdır”. 

Nazlı Ağayeva deyir ki, onun “facebook”da paylaşdığı və maraqla qarşılandığı statusları Cəvahir xala ilə arasında olan dialoqla bağlıdır. Məsələn:
-Qarabağ çox uzaqdadı, a bala? 
-Yox, Cəvahir xala, Yevlaxdan o tərəf Qarabağdı da. Nolmuşdu ki? 
-Heç a bala, bəs onda bunlar Qarabağı almağa Lissabona-missabona, Soçiyə-moçiyə, Brüsselə-mrüsselə niyə gedirlər?

Ramid İBRAHİMOV

Paylaş:
29/4/2017 [00:03]: Bürclər: 29 aprel
28/4/2017 [23:59]: Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
28/4/2017 [23:50]: 49 yaşlı kişini ilan vurdu
28/4/2017 [23:21]: Məktəbdən gələn şagirdi avtomobil vurub
28/4/2017 [22:50]: Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib
28/4/2017 [22:30]: Yəməndə “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib
28/4/2017 [21:57]: Əziz Seyidov yeni vəzifəsinə başladı
28/4/2017 [21:33]: Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən möcüzəvi resept
28/4/2017 [21:00]: Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA
28/4/2017 [20:45]: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – XİN rəsmisi
28/4/2017 [20:21]: Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
28/4/2017 [20:13]: Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ
28/4/2017 [19:50]: “Sovetski”də söküləcək evlərin sayı açıqlanıb
28/4/2017 [19:33]: Ən yaxşı baş məşqçilər - SİYAHI
28/4/2017 [19:30]: "Ovçular evi" ərazisində park salınır - FOTOLAR
28/4/2017 [19:20]: Bakının bu qəsəbəsində su olmayacaq
28/4/2017 [19:03]: Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
28/4/2017 [19:00]: Azərbaycanda tikinti sektoru ilə bağlı vacib yenilik
28/4/2017 [18:46]: "ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28/4/2017 [18:29]: Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra intihar etdi
28/4/2017 [18:10]: Rusiya Ukraynanın sabiq baş nazirini beynəlxalq axtarışa verdi
28/4/2017 [17:45]: “British Film Spring” festivalı Bakıda
28/4/2017 [17:28]: Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxundu
28/4/2017 [17:10]: Dolların yeni məzənnəsi
28/4/2017 [17:03]: Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi
28/4/2017 [16:51]: Sürücülərin nəzərinə: bu yollarda təmir gedir - SİYAHI
28/4/2017 [16:31]: “Neftçi” baş məşqçi axtarışına başladı
28/4/2017 [16:15]: ABŞ-da son 8 gündə 4 məhbus edam olunub - Səbəb çox qəribədir
28/4/2017 [16:04]: Ərlərini zəhərləyib öldürdüyü iddia olunan qadınların məsələsi araşdırılır
28/4/2017 [15:59]: İngiltərədə polislə azarkeşlər arasında qarşıdurma - VİDEO
28/4/2017 [15:58]: Biri 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır - Biri 29-cu dəfə gedir
28/4/2017 [15:46]: Çoxuşaqlı ailələrin sayı və veriləcək uşaqpulunun məbləği açıqlandı
28/4/2017 [15:31]: Pedro Aqramunt bəyanat yaydı
28/4/2017 [14:50]: Bakıda bir-birinə bitişik 11 ev yandı
28/4/2017 [14:43]: XİN rəhbərlərinin görüşü başa çatdı - BƏYANAT
28/4/2017 [14:42]: Qadın hər kəsin gözü önündə intihara cəhd etdi
28/4/2017 [14:28]: Hansı nazirlə görüşmək istəyirsiniz? - Qəbul cədvəli
28/4/2017 [14:15]: "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlandı
28/4/2017 [14:00]: "Pul qıtlığı yaranıb" - Ziyad Səmədzadə
28/4/2017 [13:58]: Sabaha olan HAVA PROQNOZU
28/4/2017 [13:55]: "AŞPA prezidentinə etibar etmir"
28/4/2017 [13:40]: Atəşkəsi pozan erməni əsgər cavab atəşi ilə məhv edildi
28/4/2017 [13:09]: Moskvada XİN başçılarının görüşü keçirilir
28/4/2017 [12:58]: Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT
28/4/2017 [12:43]: May ayının HAVA PROQNOZU
28/4/2017 [12:39]: İcmal büdcənin kəsiri 1,1 mlrd. manatı ötdü
28/4/2017 [12:30]: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə etdi - RƏSMİ MƏLUMAT
28/4/2017 [12:17]: MSK partiyalarla bağlı geniş araşdırmalara başladı
28/4/2017 [12:03]: ABB: intihara cəhd bankın fəaliyyətinə aid deyil
28/4/2017 [11:58]: XİN Zaxarovanın Azərbaycan jurnalistləri təhqir etməsinə münasibət bildirdi
28/4/2017 [11:38]: Azərbaycan-İran sərhədində zəlzələ
28/4/2017 [11:37]: 930 tələbənin diplomu tanınmadı
28/4/2017 [11:23]: Telman İsmayılov kriminal müharibədə ittiham olunur
28/4/2017 [11:21]: Azərbaycanda dəhşətli hadisə: qadın yanaraq oldü
28/4/2017 [11:13]: Macarıstan Azərbaycana 100 min avro ayırdı
28/4/2017 [11:07]: Prezident Sumqayıta səfər etdi
28/4/2017 [10:56]: Rusiyada Azərbaycan vətəndaşı öldürüldü
28/4/2017 [10:52]: 7 yaşlı Ayana dəstək məqsədi ilə xeyriyyə konserti keçirilir
28/4/2017 [10:40]: Bankın qarşısında özünü yandırmaq istədi
28/4/2017 [10:35]: İki rayonun polis rəisi dəyişdi
28/4/2017 [10:06]: Daha bir dəhşətli intihar hadisəsi
28/4/2017 [09:51]: Atəşkəs rejimi 120 dəfə pozuldu
28/4/2017 [09:44]: Azərbaycanda kişi özünü qatarın altına atdı
28/4/2017 [09:39]: AMB-nin rəsmi valyuta məzənnələri
28/4/2017 [09:27]: Mariya niyə dingildəyirsən ki?
28/4/2017 [09:09]: Turizm şəhərində spirtli içkilər qadağan edilir
28/4/2017 [08:48]: Şəhid polkovnikin xanımına vəzifə verildi
28/4/2017 [08:32]: Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü
28/4/2017 [00:06]: Bürclər - 28 APREL
27/4/2017 [23:49]: Dünyanın ən dəhşətli görücüsündən qandonduran Proqnozlar
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com