Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qardaşlaşmış şəhərlər inteqrasiyaya mühüm tövhə verir

Qardaşlaşmış şəhərlər inteqrasiyaya mühüm tövhə verir
Bölmə :
KİVDF
Yayım tarixi :
20/4/2017 [00:21]
Baxılıb :
2198 dəfə
Ekspert Arzu Nağıyev: «Azərbaycan bu ideyadan uğurla istifadə edir»
Elxan Mirhəşimli: «Tezliklə Sumqayıt və Hollandiyanın Leeuvarden şəhərləri arasında qardaşlıq münasibətləri qurulacaq»

Qloballaşan dünyada özünə layiqli yer  tutmaq istəyən ölkələr digər ölkələrlə  iqqtisadi, siyasi mədəni əlaqələrin yüksək səviyyədə saxlanılmasına önəm verməlidir. Bu mənada dünyaya  inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı  faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərəsə də xalq  diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif  ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.

Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni - iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur. Qeyd edək ki, Ümumdünya Qardaşlaşmış  Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradılıb. Hələ I Dünya müharibəsi zamanı Avropada antihitler koalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq, 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu. 1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı.  Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Böyük Britaniyada Twintowns - yəni  “Əkiz şəhərlər” deyə bu anlayışdan istifadə edilir. Bu məfhum Avropa və Amerika ölkələri arasında geniş yayılıb. Avropada bu söz müxtəlif variantlarda səslənir. Adətən ekiz, dostluq və partnyor şəhərlər deyə də adlandırılır. Şimali Amerika, Asiya və Avstraliyada sister cities, yəni bacı şəhərlər, Avropa və Amerikada isə brothers cities, yəni qardaş şəhərlər ifadəsindən istifadə olunur.
Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə 1-ci dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub. Bu təcrübə 2-ci dünya müharibəsindən sonra da davam edib.

Avropada qardaşlaşmış şəhərlər Avropa Birliyi tərəfindən təmin olunur. Qeyd edək ki, bu təminat sxeminin əsası 1989-cu ildə qoyulub. 2003-cü ildə Avropa İttifaqının illik büdcəsinin 12-milyon avrosu bu sahədə 1300 layihənin reallaşdırılmasına yönəldilmişdi. Beynəlxalq aləmdə aprel ayının sonucu həftəsi qardaşlaşmış şəhərlər günü kimi qeyd olunur. Azərbaycan paytaxtı Bakı da bu ümumdünya tendensiyasından geri qalmayıb və tarixi boyu fərqli qitələrdə yerləşən şəhərlərlə qardaşlaşıb. Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.
1970-c iillərdə Bakı İtaliyanın Neapol (1972-ci il), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır. 

Sonrakı illərdə İraqın Bəsrə (1972), ABŞ-ın Hyuston (1976) şəhərləri də Bakı ilə qardaş şəhər olublar.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.

Azərbaycan şəhərləri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır.  Bu  şəhərlər aşağıdakılardır.

Bakı
1. Honolulu, Havay adaları, ABŞ
2. Hyuston, Texas, ABŞ
3. Mayns, Almaniya
4. Sarayevo, Bosniya və Herseqovina
5. Yohanesburq, Cənubi Afrika Respublikası
6. Bordo, Fransa
7. Bəsrə, İraq
8. Amman, İordaniya
9. Təbriz, İran
10. Neapol, İtaliya
11. Kiyev, Ukrayna
12. Sankt-Peterburq, Rusiya
13. Dakar, Seneqal
14. Ciddə, Səudiyyə Ərəbistanı

Gəncə
1. Moskva, Rusiya Federasiyası
2. Rustavi, Gürcüstan
3. Olomouc, Çexiya
4. Kutaisi, Gürcüstan
5. İzmir, Türkiyə
6. Dərbənd, Rusiya Federasiyası
7. Qars, Türkiyə
8. Bursa, Türkiyə
9. Ankara, Türkiyə
10. Elazığ, Türkiyə
11. Nyuark, Nyu Cersi, ABŞ
12. Dnepropetrovsk, Ukrayna
13. Düşənbə, Tacikistan
14.   İzmir, Türkiyə
15.  İstanbul, Türkiyə
 16.  Konya, Türkiyə
 17.  Ordu , Türkiyə
18.  Vunqtau, Vyetnam
19.  Moskva, Rusiya 

Sumqayıt
1. Lüdviqşafen, Almaniya
2. Bari, İtaliya
3. Çerkassı, Ukrayna
4. Cu Cou, Çin Xalq Respublikası
5. Ceyhan, Türkiyə
6. Rustavi, Gürcüstan
7. Mogilyov, Belarus
8. Lints, Avstriya
9. Piteşti, Rumıniya
10. Aktau, Qazaxıstan
11. Genuya, İtaliya

Şəki
1. Giresun ,Türkiyə
2. Qabrovo, Bolqarıstan 
3. Slutsk,  Belarus 
4. Lapseki,  Türkiyə
5. Jmerinka,  Ukrayna
6. Telavi, Gürcüstan

Xankəndi
1. Ağrı, Türkiyə
2. Kazan, Rusiya Federasiyası
3. Saratov, Rusiya Federasiyası
4. Həsənli, İran

Şirvan 
5. Etimesqut, Ankara, Türkiyə 

Mingəçevir
6. Tolyatti, Rusiya
7. Gölbaşı, Ankara, Türkiyə 
8. Polotsk, Belarus 

Şamaxı
1. İğdır, Türkiyə

Şərur
1. İğdır, Türkiyə

Lənkəran
1. Monterrey, Kaliforniya, ABŞ

Xocalı
1. Lidiçe, Çexiya

Bu siyahı ildən- ilə artmaqdadır. Ekspert Arzu Nağıyevin fikrincə, qardaşlaşmış şəhərlər anlayışı əslində sosializm ideyasının məhsuludur. Buna baxmayaraq bu gün də öz aktuallığını qorumaqdadır. “Yer üzərindəki müxtəlif mədəniyyətlərin tanış olmasına, onlar arasında mədəni, sosial , iqtisadi əlaqələrin qurulmasında qardaşmış şəhərlər anlayışı da müəyyən rol oynayır və bu xalq diplomatiyasıdır. Şəhərlər qardaşlaşmadan öncə onlar arasında iqtisadi, coğrafi, mədəni uyğunluqlar nəzərə alınarsa, bu daha gözəl nəticə verə bilər. Məsələn, kənd təəsrrüfatı sahəsində ixtisaslaşmış hər hansı bir rayonumuz başqa bir dövlətin kənd təsərrüfatı sahəsində inkişaf etmiş bir bölgəsi ilə dostluq, qardaşlıq əlaqələri qurarsa, bu həm faydalı təcrübə mübadiləsinə çevrilər, həm də barter əməliyyatları rahat şəkildə həyata keçirilə  bilər. Bu iqtisadi, turistiq və təşviq əhəmiyyətli bir layihədir. Ümumilikdə götürsək bu prosesin insanlara yalnız faydası toxuna bilər. Qoy insanlar bir-birlərini tanısınlar, sevsinlər, bir-birlərinin mədəniyyəti, tarixi  ilə daha yaxından tanış olsunlar. Burda pis heç bir şey yoxdur”. 

Hollandiyada yaşayan «Azərbaycan Evi» diaspor təşkilatının sədri Elxan Mirhəşimlinin “Bizim Yol”a verdiyi məlumata görə tezliklə Sumqayıt və Hollandiyanın Leeuvarden şəhərləri arasında  qardaşlıq münasibətlərinin qurulması  gözlənilir. Bu barədə   Hollandiyada yaşayan  soydaşımız özü şəxsən  təşəbbüs irəli sürüb və əlaqədar təşkilatlarla danışılar aparıb. Elxan bəy bildirdi ki, qardaşlaşmış şəhərlər məfhumu hər iki şəhər üçün faydalı olacaq, iqtisadi mənfəət gətirəcək. Leeuvardenin də sənaye şəhəri olduğunu diqqətə çatdıran Elxan  Mirhəşmilinin sözlərinə görə,  təşkilat Azərbaycanın  Hollandiyada tanıdılması istiqamətində  tədbirlər  həyata keçirir.  Elə yaxın günlərdə  təşkilat  Xocalı soyqırımı və Novruz bayaramı ilə əlaqədar müxtəlif tədbirlər keçirib, bu tədbirə şəhər sakinləri də dəvət edilib. O həmçinin Leeuvardendə bir küçənin Bakının adını daşıdığını da vurğuladı.

Həmsöhbətim maraqlı bir xatırlatma da etdi : “Orda öz qədim tarixləri ilə öyünən ermənilərin qarşısına belə bir fakt çıxartdıq. Bizim  Novruz bayramımızın 5 min illik tarixi var.  Şəkərbura sünbülü, qoğal günəşi, paxlava  səmanı təmsil edir. Bu qədim  tarix, yaşayan milli irsidri. Bəs ermənilərin də belə bir qədim tarixə malik mədəniyyətləri varmı? Varsa göstərsinlər , biz də görək. Hollandiyalılar bizim şirniyyatlarımızda gizlənmiş bu sirli və qədim  nüanslara heyranlıqla yanaşdılar”.

Uzun illərdir Gəncə ilə Kutaisi qardaş şəhərlərdirlər. Kutaisinin  meri Şota Murquliani bildirib ki, bu şəhərlərin turizm potensialı, iqtisadiyyatı, hətta əhalinin yaşayış tərzində də oxşarlıqlar var və Gəncə ilə Kutaisi qardaş şəhərlər olduğunu əməli işləri ilə göstərəcək.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov isə bildirib ki, iki ali təhsil müəssisəsinin professor, müəllim və tələbələrinin əməkdaşlığı uğurla davam etdirilir, eyni zamanda, aqrar sahədən bəhs edən birgə elmi jurnalın nəşri də həyata keçirilir. Bu kimi tədbirlər   qardaşlaşma axınına qoşulmuş digər əyalət şəhərləri ilə də həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.  Bu mənada  multikultural ideyaları ilə dünyaya çağırış edən Azərbaycan  təhsil   istiqamətində də bir sıra tədbirlər həyata keçirir, qardaşlaşmış şəhərlərin aili məktəbləri arasında  tələbə və müəllim mübadiləsi aparılır. 

Qardaşlamış şəhərlər arasında ən  çox mədəni əlaqələrin inkişaf etdiyini söyləmək olar. Çünki mədəniyyətin sərhədi və dili yoxdur. Buna görə onun üzünə bütün qapılar açıqdır.  Bu günlərdə Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət işçiləri Azərbaycanda qonaq olaraq mədəni ongünlük təqdim etdilər.  Analoji tədbirləri Azərbaycanın incəsənət ustaları da müxtəlif ölkə və şəhərlərdə həyata keçirməklə Azərbaycanın adət və ənənələrini dünyaya tanıdırlar.

İlhamə Rəsulova

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com