BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!

“Mahir bacımı qaçırmışdı namusumu təmizləyirdim”

“Mahir bacımı qaçırmışdı namusumu təmizləyirdim”
Bölmə :
Reportaj
Yayım tarixi :
18/4/2017 [17:13]
Baxılıb :
20383 dəfə
Bacısını qçırdığına görə dayısı oğlunu öldürənin məhkəməsində gərginlik
“Əgər namus davası edirdisə, bacısının telefonda danışdığı oğlanı öldürərdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesin əvvəlində zərərçəkmiş tərəflə təqsirləndirilən şəxsin arasında mübahisə yaranıb. Mərhum Mahir Quliyevin qardaşı Səxavət Quliyev təqsirləndirilən şəxsə hədə-qorxu gəlib, qardaşının qisasını alacağı ilə hədələyib. Hakim tərəfləri sakitləşdirib və bildirib ki, qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülücək. 

Daha sonra məhkəmə istintaqının başlanıldığı elan edilib və çıxış etmək üçün söz prokurora verilib. Prokurorun səsləndirdiyi ittihamdan məlum olub ki, ötən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlan Quliyevin bacısını qaçırıb. Nurlan Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra Mahir Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. Nurlan Quliyev dünyasını dəyişib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nurlan Quliyev tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə ifadə verən Nurlan Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Mahiri mən öldürmüşəm, bunu da qisas məqsədilə etmişəm. Mahir bacımı qaçırmışdı, bu da mənə pis təsir etmişdi. Bacımın başqa sözlüsü var idi. Həmin sözü də ailələrimiz arasında kəsmişdik. Dayım oğlu Mahir bundan sonra bacımı qaçırıb”. 

Nurlan Quliyevin sözlərinə görə, bacısı Mahiri sevməsi, onların arasında sevgi münasibətinin olmasından xəbəri olmayıb. Prosesə sədrlik edən hakim təqsirləndirilən şəxsi belə cinayət törətməsinə görə cahil adlandırıb: “Burada hər iki şəxs bir-birini seviblər. Bacını da məcbur qaçırmayıb, könüllü şəkildə bacın  dayın oğluna qoşularaq qaçıb. Buna görə də adam öldürərlər? Bacını da bədbəxt edibsən, onun günahı nə idi ki, onun bədbəxt edibsən?”.
Təqsirləndirilən şəxs hakimin ittiham dolu suallarına cavab verə bilməyib. Bu zaman hakim təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə maraqlanıb. Bildirib ki, normal adam belə bir iş üstündə adam öldürə bilməz. Təqsirləndirilən şəxs deyib ki, istintaq zamanı psixoloji ekspertizadan keçirilib və psixi durumu normaldır. 

Hakim bildirib ki, belə bir iş üstündə cinayət törədən şəxsin olmasını heç vaxt eşitməyib: “Eşitməmişəm ki, iki gəncin sevgisi üstündə adam öldürsünlər. Sizin bu hərəkətiniz səylikdir”. 
Hakim təqsirləndirilən şəxsdən indiyə kimi sevgilisi olub-olmammasını soruşub. Nuraln  Quliyev deyib ki, bu yaşına kimi sevdiyi qız olmayıb. Təqsirləndirilən şəxsin bu cavabına hakim belə cavab verib: “İndiyə kimi heç kimi sevməmisiz, heç kimi istəməmisiz. Bu hislər də sizdə olmayıb. Amma iki gənci bədbəxt edibsiz”. 

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran Nurlan Quliyev bildirib ki, əvvəllər dayısı oğlu ilə heç bir ədavəti-düşmənçiliyi olmayıb: “Məqsədim Mahiri öldürmək idi. Çünki o, bacımı qaçırmışdı, buna görə də ondan qisas alırdım. Namusumu təmizləyirdim”. 
Hakim isə bildirib ki, bu hadisə namus məsələsi ilə heç bir əlaqəsi olmayıb. Bildirib ki, iki gəncin sevgi münasibəti olub, sonda da evləniblər. 

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Səxavət Quliyev bildirib ki, mərhum onun qardaşıdır. O, ifadəsinin əvvəlində təqsirləndirilən şəxsin namus məsələsi ilə bağlı səsləndirdiyi ifadəsinə belə münasibət bildirib: “Nurlan bacısının namusunu çəkən oğlan deyil. Onun bacısı əvvəllər başqa bir oğlanla telefonda danışıb. Bunu da Nurlan bilib. Amma heç nə etməyib. Əgər namus davası edirdisə, bacısının telefonda danışdığı oğlanı öldürərdi”.
Hakim zərərçəkmiş şəxsin hüquqi varisinə ittiham verilən çərçivədə danışmasını məsləhət bilib. Qeyd edib ki, əlavə ifadələr səsləndirməyə ehtiyac yoxdur. 

Səxavət Quliyev bildirib ki, hadisədən bir gün əvvəl Nurlan Quliyev ona zəng edib: “Həmin vaxt həm mən, həm də qardaşım Mahir işdə olub. Buna görə də tələsik evə gəldim. Məndən bir neçə dəqiqə sonra Mahirdə işdən qayıtdı. Bir qədər keçəndən sonra Nurlan bizə gəldi, o, qardaşımı soruşdu. Bildirdim ki, qardaşımı neynirsən, nə sözün var, mənə de. Amma Nurlan israrla qardaşımla görüşmək istədiyini bildirdi. Amma onu qardaşımla görüşdürmək istəmədim. Nurlanla birlikdə kafeyə getdik. Orada Nurlanı başa saldım ki, bacısını heç kim məcbur qaçırmayıb. Ona dedim ki, sənin də atan, mənim də atam qız qaçırıb. Biz tərəfdə qız qaçırmağa pis baxmırlar. Bu zaman Nurlan dedi ki, heç bir problem yoxdur”. 

Səxavət Quliyevin sözlərinə görə, həmin vaxt Nurlan Mahirlə 10 dəqiqəlik belə görüşmək istədiyini bildirib: “Ona dedim ki, qardaşım evdə yoxdur. Bu zaman Nurlan dedi ki, Mahiri səhərə qədər gözləyəcək. Fikirləşdim ki, evdə olmağım vaxt qardaşımla görüşər, buna görə də onları görüşdürmək qərarına gəldim. Zəng edərək qardaşımı olduğumuz yerə çağırdım. Qardaşım ora gəldi. Bu zaman Nurlan dedi ki, dayımın qəbrini ziyarət etmək istəyirəm. Bildirdim ki, problem yoxdur. Biz birlikdə qəbristanlığa getdik. Orada olduğum zaman mənə zəng gəldi. Telefonla danışandan sonra baxdım ki, qardaşımla Nurlan yoxdur. Qardaşıma zəng elədim, dedi ki, qəbristanlığın ortasındadırlar. Sonra onların yanına getdim”.

Səxavət Quliyev qeyd edib ki, onlar birlikdə qəbristanlıqdan çıxablar bə Pirşağı körpüsünün yanına gəliblər: “Həmin vaxt mənə əmim zəng elədi. Onunla telefonla danışan zaman Nurlanla Mahir məndən kənarlaşdı. Tələsik onların yanına getdim. Orada Nurlana dedim ki, rayona, Ağdam rayonunun Quzanlı qəsəbəsinə qayıt. Fikirləşdim ki, rayondan gəlib, pulu olmaz. Buna görə də onun cibinə 15 manat qoydum. Sonra taksi saxlatdırdım, onu avtovağzala göndərdim. Bir neçə dəfə Nurlan ilə əlaqə saxladım, bildirdi ki, avtovağzaldayam, rayona gedirəm”. 
Səxavət Quliyevin sözlərinə görə, səhərə yaxın Nurlan onun mobil telefona zəng edib: “Nurlan dedi ki, qardaşını öldürmüşəm, meyiti qamışlıqdadır, gəl apar. Mən də tələsik evdən çıxdım. Onun dediyi yerə getdim. Qardaşımın meyitini orada gördüm”.
Şahid qismində ifadə verən Gözəl Quliyeva qeyd edib ki, oğlunu öldürən Nurlan Quliyevə ömürlük cəzanın verilməsini istəyir. 

Proses aprelin 25-də davam edəcək.  

Rəşad VAQİFOĞLU

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com