Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

«Moskva Suriyada ABŞ-a toqquşmağa hazır deyil»

«Moskva Suriyada ABŞ-a toqquşmağa hazır deyil»
Bölmə :
Siyasət
Yayım tarixi :
14/4/2017 [22:44]
Baxılıb :
555 dəfə
Rövşən Əliyev: «ABŞ hələ bir müddət Dağlıq Qarabağ münaqişəsini prioritetləri arasında görmür»
«Siyasi üfüqdə Suriya, İran, Şimali Koreya, Əfqanıstan və Rusiyanın zəiflədilməsi prossesləri görünür»

ABŞ-ın Dövlət katibi Reks Tillersonun Rusiya səfəri kifayət qədər maraqlı məqamlarla zəngin oldu. Rusiyanın terrorla mübarizədə özünün “Qırmızı xətti” kimi qəbul etdiyi Suriyanı ilk dəfə açıq şəkildə hədəf alan Vaşinqton ardınca, nümayəndəsini Moskvaya göndərməklə əməlinin hansı reaksiya doğurduğunu öyrənməyə çalışdı. Səfərin detalları və Azərbaycana təsirlərini öyrənmək üçün beynəlxalq məsələlər üzrə ekspert Rövşən Əliyevə müraciət etdik. 

- İlk olaraq, ABŞ prezidenti Donald Trampın Suriya siyasəti barədə danışaq. Trampın əsas hədəfi nədir? 

- Əvvəla qeyd etmək lazımdır ki, Donald Trampın Suriya, Şimali Koreya, İran və s. kimi prinsipial məsələlərdə sələfi Barak Obama qədər yumşaq davranmayacağı məlum idi. Bunun bir neçə səbəbi var. İlk olaraq qeyd etmək lazımdır ki, Tramp Respublikaçılar partiyasının namizədidir. Respublikaçılar isə Amerikanın gələcəyini müharibələrdə görən partiyadır. Demokratlardan bu məsələdə kəskin fərqlənən Respublikaçıların yeni münaqişə ocaqları yaradacaqları və axtaracaqları qaçılmaz idi. İkincisi, Trampın özünün şəxsiyyəti ilə bağlı olan nüans var. Ağ Evin yeni sahibi iş adamıdır. Deməli, onun üçün ülvi hisslər yox, praqmatik yanaşma ön plandadır. Şübhəsiz ki, onun Çin prezidenti Şi Cinpin ilə görüşü zamanı Suriyanı bombalamaq əmri verməsi yuxarıda deyilənləri təsdiq edir. Fikir verin, Tramp raketlərin atılmasını belə xatırlayır. “Biz Çin prezidenti ilə heç vaxt dadına baxmadığımız şokoladlı tort yeyirdik və mənə komandanlığın hər şeyin hazır olması barədə məruzəsi təqdim olundu. Mən “vurun” əmri verdikdən sonra Cinpinə raket zərbələri barədə məlumat verdim. O isə “Əsəd rejimi vurulmalı idi” reaksiyasını verdi”. Bu fakt özlüyündə Trampın nə qədər soyuqqanlı biri olduğunu görməyə bəs edir. Deməli, qlobal böhranlarda açıq-aşkar konfrantasiyadan yayınmayan liderin komandasının da aqressiv siyasət xəttini tutacağı gözləniləndir.   

- Dövlət katibi Reks Tillersonun Rusiya səfəri və bu səfərin təfərrüatları barədə mətbuatda hələ də müzakirələr davam edir. Səfərin arxasında nə dayanırdı?

- İlk olaraq, səfərin vaxtına nəzər salmaq vacibdir. Baxın, Rusiyanın şimal paytaxtı Sankt Peterburqda 14 nəfər dinc insanın ölümü ilə nəticələnən metro partlayışları törədilir. Ardınca, ABŞ Rusiyanı Suriyada heçə sayaraq, 59 “Tomoqavk” raketini “Şayrat” bazasına atır. Daha sonra Tillersonun Rusiya səfəri başlayır. Xronoloji ardıcıllığa nəzər salsaq, hadisələrin bir-biri ilə sıx bağlılığı ortaya çıxır. Deməli, Rusiyanın ən sakit şəhərlərindən biri və keçmiş paytaxtında törədilən terrorla Vaşinqton Vladimir Putinə hər şeyin özünün nəzarətində olması ismarıcını verdi. Düzdür, birbaşa olaraq, ABŞ-ı terrorun arxasında olduğunu demək düzgün olmazdı. Amma İŞİD qruplaşmasıının Yaxın Şərqin başına bəla edilməsində amerikalıların rolu şübhəsizdir. Suriyadakı hava bazası bombalanır və Rusiya Hava Hücumundan müdafiə sistemlərinin flaqmanları olan S 300 və S 400 zenit-raket kompleksləri heçə sayılır. Bu həmçinin Vaşinqtonun Moskvanın nəbzini yoxlaması demək idi. Putinin sərt bəyanatlardan yayınması və ümumi ifadələrlə amerikalıları qınaması səssiz razılıq əlaməti idi. Başqa sözlə, Putin raket zərbələrinə “soyuqqanlı” yanaşmağa məcbur edilir. Onun ən böyük üsyanı Tillersonla görüşdən imtinası idi ki, bu vədini də sona qədər tuta bilmədi. Tillersonun isə istər, həmkarı Serqey Lavrovla, istərsə də Putinlə görüşdə ultimativ dillə danışası diqqətdən qaça bilməz. Görüşlərdən sonra verilən bəyanatlara da nəzər salsaq, Rusiya tərəfinin daha çox təslimçi ifadələrə yer verdiyi görünür. Bunun başlıca səbəbi isə Moskvanın Suriyada ABŞ-la birbaşa üz-üzə gələcək qədər ciddi ssenarilərə hazır olmamasıdır. Fikir verin, Tramp Tillersonun Moskva səfərini açıq şəkildə Amerika diplomatiyasının uğuru kimi səciyyələndirdi. Rusiya isə ancaq əməkdaşlıq perespektivlərindən dəm vurur. 

- Tillersonun səfəri sözsüz ki, bütün region üçün böyük əhəmiyyətə malikdir. Necə düşünürsünüz, Vaşinqtonun Moskva ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət dəyişikliklər gözləməyə dəyər?

- Tillersonun Rusiyaya ilk səfəri zamanı bir çox regional məsələlərə də yer ayrılıb. Hazırda formalaşan beynəlxalq siyasi vəziyyət istənilən münaqişə ocağının bir anda yenidən gündəmə gələ biləcəyini deməyə əsas verir. Suriya ilə yanaşı Ukraynadakı vəziyyət və NATO-Rusiya münasibətləri gündəmə gətirilib. Amma təəssüflər olsun ki, Dağlıq Qarabağ, Cənubi Osetiya və Dnestryanı münaqişələr kimi böhralı vəziyyətlər barədə danışıqların aparılmasına dair fikirlərə rast gəlinmədi. Deməli, ABŞ hələ bir müddət Dağlıq Qarabağ münaqişəsini prioritetləri arasında görmür. Sözzsüz ki, müasir dünyada siyasi prosseslər çox sürətlə inkişaf edir. Bu konteksdən baxılarsa, sabah ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyaya təzyiqlərinin artacağını istisna etmək olmaz. 

- Sizin fikrinizcə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli Vaşinqton üçün o qədər də əhəmiyyətli deyil?

- ABŞ üçün əhəmiyyətsiz prosses yoxdur. Ümumi siyasi mənzərə nəzərə alınarsa, hələlik Tramp administrasiyası Suriya, Şimali Koreya, Əfqanıstanın öözünün təsir dairəsinə salınması ilə məşğuldur. Burda Rusiyanın da nə qədər adekvat olcağı mühümdür. Əgər Putin Amerikanın liderliyində Qərb dünyasına meydan oxumağa davam edərsə, onda “Ağ Ev” Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı kimi münaqişə ocaqlarından da Kremlə qarşı istifadə edə bilər. Əslində Amerika-Azərbaycan münasibətləri iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı məktub mübadiləsində özünü göstərdi. Dövlət Departamentindən göndərilən məktubda rəsmi Bakının münasibətlərə verdiyi önəm, Əfqanıstanda aparılan anti-terror əməliyyatlarına dəstəyi yüksək qiymətləndirildi. Amma əsas vurğu enerji sahəsinə vuruldu. Yəni hazırda Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ikinci plana atılmış oldu. Tərəfləri şablon olaraq, güc tətbiqindən çəkinməyə, münaqişənin sülh yolu ilə həll edilməsinə dair çağırışlar proioritet təşkil etdi. Bakının haqlı mövqeyi, BMT kimi ali qurumun 4 qətnamməsi, 1 milyondan artıq vətəndaşın doğma yurd-yuvalarından didərgin salınması barədə Departament susmağa üstünlük verdi. Məktubda qoşunların təmas xəttindəki gərginlikdən ciddi narahatlığın olması, ötən ilin aprel hadisələri barədə heç bir şey deyilmədi. Halbuki, atəşkəs rejimi ilə bağlı 1994-cü ildə imzalanan hüquqi sənəd mövcuddur. Ötən ilin aprel hadisələri zamanı həmsədrlərdən ancaq Rusiyanın tərəfləri danışılar masasına əyləşməyə məcbur etməsi, Sankt Peterburq və Vyana danışıqları əsas rıçaqların hələ də Moskvanın əlində olmasına işarədir. Lakin Bakının 2016-cı ili hadisələrində təmas xəttində monitorinq aparılması və beynəlxalq müşahidəçilərlə bağlı müstəqil qərarları Tramp administrasiyası üçün münaqişəyə nəzarətin Moskvanın əlindən çıxması üçün şans sayılmalı idi. Dağlıq Qarabağ münaqişəsini şərh edərkən Lavrov “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi olmaqdan çıxıb” ifadələrini işlətməsi də təsadüfi deyildi. Bakının prinsipiallığına qarşılıq olaraq işlədilən bu ifadə bir növ cəza kimi başa düşülməlidir. Bu isə o deməkdir ki, münaqişə artıq beynəlxalq müstəviyə çıxarılıb və Vaşinqton bundan maksimum yararlana bilər. Amma hələlik siyasi üfüqdə Suriya, İran, Şimali Koreya, Əfqanıstan və Rusiyanın zəiflədilməsi prossesləri görünür.   
   
Elmar

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com