BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!

“350 manata müalicə alım ya ev tikdirim?" – Dünya çempionu od püskürdü

“350 manata müalicə alım ya ev tikdirim?
Bölmə :
Müsahibə
Yayım tarixi :
14/4/2017 [12:41]
Baxılıb :
955 dəfə

Daha bir tanınmış yerli idmançı diqqətsizlikdən şikayətçidir. Belə ki, Avropa çempionu, hərbiçilərin və tələbələrin Dünya çempionu, bir çox beynəlxalq turnirlərin qalibi Rahib Bəylərov uzun müddətdir ki, Azərbaycan Boks Federasiyası tərəfindən heç bir kömək görmür.

14 ilini boksa qurban verən, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirmək üçün sağlamlığını fəda edən idmançı bu cür laqeydliyi anlaya bilmir.

Tanınmış idmançı Yeniçağ.az-a verdiyi müsahibəsində qurum daxilindəki qohumbazlıqdan, masaj edənin hakim postu tutmasından və pul yeyintisindən danışıb.

– Rahib bəy, uzun müddətdir ki, nə mətbuatda, nə də idmanda görünmürsüz. Haralardasız?

– Hər günüm işdə keçir. Hazırda FHN-nin xüsusi xilasetmə xidmətində çalışıram.

İddialara görə, sizi idmandan uzaqlaşdıran səbəblər var. Doğrudan da kimə ya da nəyəsə görə sevdiyiniz idmanı tərk etmisiz?

– 14 dəfə Azərbaycan çempionu olmuşam. Avropa çempionu adını qazanmışam. Demək olar ki, boksa aid bütün turnirləri udmuşam. Hərbiçilərin Dünya çempionu və tələbələrin Dünya çempionuyam. Sizcə daha idmana davam etməyim üçün səbəb var? Onsuz da başa yumruq dəyməkdən ağıl lap az qalıb. Olan -qalanı da qorumaq qərarına gəldim (gülür)

Eşitdiyimizə görə boksdan sizi uzaqlaşdıran səbəblər olub.

– Bu qədər nəticələrin qarşısında mənim və mənim kimi bir çox boksçunun məişət probleminin həllinə çalışmadılar, kömək edilmədi. Mən də idmanı atıb işləmək məcburiyyətindəyəm. Mənim çəkimdə olan hazırkı boksçuların nəticələrinə baxın heç nə yoxdur.

– Boksu tamamı ilə nə vaxtdan tərk etdiz?

– 2012-ci ildə son dəfə 81 kq. çəki dərəcəsində Azərbaycan çempionu oldum. Ümumilikdə isə 5 çəkidə çempion adını qazanmışam. 63, 67, 69,75, 81 kq. çəki dərəcələrində də çempion olmuşam.

– Azərbaycan Boks Federasiyası ilə əlaqəniz necədir?

– Heç bir maddi və mənəvi dəstək yoxdur. Tamamilə ilə bizi idmandan iyrəndirdilər. Amma biz köhnə boksçularla tez-tez görüşürük.

– Federasiyanın üzvləri ilə münasibətiniz necədir?

– Hər kəslə “salam-sag ol” var. 14 il bütün dünyada bayrağımızı qaldırdığım üçün mənə federasiyadan bayraq verdilər. (gülür)

Azərbaycanda boksun bugünkü vəziyyəti sizi qane edir?

– Əlbəttə yox. Bu gün bizdə boks yoxdur. Olan hamısı kiminsə qohumudur, irəli çəkməyə çalışırlar. Hamısı Kəmaləddin müəllimin (ABF prezidenti Kəmaləddin Heydərovun- red.) pullarıdır. Federasiyadakılar da özününkülərə xərcləyir. Mən Federasiyadan razı olan bokscu tanımıram.

Onlar kimdir?

– Hakimlər 30-a yaxındır. Hamısı yaltaqdırlar. Federasiya kimi tapşırırsa qalib o olur. Belə hakim olar? Masaj edənlər hakim olublar.

Sizcə Azərbaycanda yerli boksçulara niyə bu qədər az yer verilir. Özümüzün M.Məcidov, L.Sotomayor kimi boksçularımız yoxdur?

– Onlarla mənim nəticələrimi müqayisə edin. Cavabı biləcəksiz. Mənim nəticələrimin yarısı qədər onlarda nəticə yoxdur.

Sizin bir müddət əvvəl ev məsələniz vardı. Almaqda çətinlik çəkirdiz. Onun sonu necə oldu?

-14 illik əziyyətin qabağında mənə metronun “Xalqlar dostluğu” stansiyası tərəfdə tikilmiş binanın 12-ci mərtəbəsində ikiotaqlı, təmirsiz mənzil verdilər. Bu günə kimi hələ heç əhəng vurdura bilməmişəm. O ev sadəcə “kubik” və sementdən ibarətdir. Nə orada yaşaya bilirəm, nə də təmirinə gücüm çatır. Aylıq 350 manat maaşa işləyirəm. Bununla ailə saxlayım, boksdan qalan zədələrimi sağaldım, ya ev təmir etdirim?

Probleminlə bağlı yenidən federasiyaya və ya aidiyyatı idman qurumlarına müraciət etməmisiniz?

– Min dəfə… Bizdəki federasiya ancaq göstəriş üçündür. Kömək edilməsi üçün gərək kiminsə qohumu olasan.

– Bəs Ağacan Abıyevlə münasibətiniz necədir? Axırıncı dəfə nə vaxt görüşmüsüz?

– Bir həftə əvvəl… Bir Ağacan müəllimdən razıyam, başqa hamı yalandır. ( YeniÇağ)


Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com