BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!

Səməd Vurğun bağında fahişə bazarı

Səməd Vurğun bağında fahişə bazarı
Bölmə :
Müsahibə
Yayım tarixi :
14/4/2017 [11:04]
Baxılıb :
88762 dəfə

Günorta vaxtı yolumu Səməd Vurğun parkından saldım. Ətrafda xeyli insanlar vardı; ən çox da qadınlar… Onlardan bəziləri diqqətimi çəkdi. Vulqar makiyajlı bu qadınlar həm vətəndaşların istirahət etdikləri skamyaların yanında, həm də bağın yaşıllıq massivində o yan-bu yana vurnuxurdular. Onlara baxanda yalnız bu məsəl beynimdə dolaşırdı, necə deyərlər, "həm ziyarət, həm də ticarət”…
 
Daha sonra skamyada oturub , "işə” çıxan qədim peşə sahiblərini müşahidə etməyə başladım. Onların hamısı müştəri gəzirdi, kişilər də parkda əyləşir, bu "zəhmətkeşləri” müşahidə edirdilər. "İşə” çıxan qadınları heç də yaraşıqlı adlandırmaq olmazdı. Hamısının yaşı 30-dan yuxarı idi. Müşahidə zamanı gözümə qarayanız, dolubədənli, bəstəboy qadın dəydi. O, heç kimdən və heç nədən çəkinmədən skamyada tək oturan kişiyə yaxınlaşdı. Onun kişiyə nə dediyini eşitmədim, ancaq kişinin yüksək səslə, "rədd ol başımdan, pozğun. Səninlə it də bir yerdə durmaz. Heç güzgüdə özünə baxmısan ki, nə gündəsən, gəlib mənə də qiymət oxuyursan?!”, dediyini eşitdim. O, təxminən 45 yaşlı qadını əli ilə itələyib ayağa qalxdı. Bu zaman onlar arasında mübahisə yarandı. Kişi qadının hay-həşirindən qorxub ara qarışmasın deyə, parkı tərk etmək istəyəndə, ona yaxınlaşdım. Soruşdum ki, "nə baş verir, sizə nə deyirdi?”. Kişi isə cavabında, "səncə nə deyəcək, elələri nə istəyir?! Gəlib qiymət oxuyur, elə bilir ki, dünyadan xəbərimiz yoxdur. 5 manat dəyəri yoxdur, 50 manat pul istəyir, əxlaqsız”- dedi.
 
Kişi ilə sağollaşıb, parka bir də göz gəzdirirəm. Skamyaların birində qulaqcıqla mahnı dinləyən sarıbuğdayı, qısa saçlı, təxminən 35 yaşlı qadının yalnız oturduğunu gördüm. Yaxınlaşıb, yanında oturdum. Qulaqcığı çıxarıb, üzümə baxıb gülümsədi. Adını öyrəndim: Günel idi (ad şərtidir – red).
 
– Hər gün burdan keçirəm. Bu gün işdən tez çıxdığım deyə, dedim bir az burda oturum.
 
– Harda işləyirsən?
 
– Şirkətlərin birində inspektoram.
 
– Ailəlisən?
 
– (gülür) Yox, neynirəm ərə getməyi? Ərə gedənlərin əli bala batıb, mən qalmışam? Bacılarım ərə gedib də, görürəm çəkdikləri əzab-əziyyəti. Özümçün kef çəkirəm də, neynirəm əri? Yaxşı kişi var ki, indi?

 
Söhbətin şirin məqamında bayaq kişiylə qiymət danışan qadın yanımızdan keçir və gülə-gülə "Günel, bu gün nə əcəb tez gəlmisən”, – deyə soruşur. Günel isə "bu gün işdən tez çıxdım, bir az hava almaq üçün gəldim”, dedi. Qadın tərs-tərs baxıb, heç nə demədən uzaqlaşdı. Günel söhbətdən yayınmaq istəsə də üzündən və davranışından "işə” çıxanlardan olduğu gün kimi aydın idi. Nəsə üstünə çox getmədən söhbətə davam etdim…
 
– Əslin haralıdır?
 
– Qazaxdanam, elə bu tərəflərdə anamla kirayə yaşayıram.
 
– Mən də iş axtarıram. İşlədiyin şirkətdə işə düzələ bilərəm?
 
– Ailəlisən, yoxsa subay?
 
– Sənə hansı sərf edir?
 
– (güldü) Elə-belə soruşuram. İstəsən səni gecə növbəsinə düzəldərəm. Gecə növbəsində kişilər çox olur. Mən gecə növbəsində işləyə bilmirəm də, yoxsa kişilərlə səhərə qədər adam laqqırtı vurub, gecəni yola verər. Yuxusuz qala bilmirəm e, qala bilsəm nə var ki, heç o smeni də heç kimə vermərəm, elə özüm işləyərəm.
 
– Bəs sənə yaxınlaşan o qadın kim idi?
 
– "Quş”du. Məni burda görüb, bir-iki dəfə də əlüstü söhbət eləmişik. Elə bilir onun tayıyam. Kül onun başına, qadın da özünü satıb pul qazanar? Hələ mənimlə söhbətləşəndə elə də fərəhlə deyirdi ki, "hər gün bura "iş”ə gəlirəm”. Tüpürüm o pula, mən o yolla pul qazanmaram. Gün ərzində 100 kişi ilə əlaqədə olurlar. 5-10 manata bədənini satır.
 
Bu sözləri dedikcə baxışlarını məndən yayındırıb, ətrafa baxırdı. Sanki öz əməllərini gözlərində gizlədərək utanırmış kimi davranırdı.
 
– Burda işləmək asandır?
 
– Hə, əvvəl-əvvəl asan olur, çünki təzə gəldiyin üçün müştərilərin də bol olur. Özünü qiymətli hesab edirsən, "pula çıxan” biri kimi yox. Zamanla dəyərini itirirsən. Sənin işləmək fikrin dəqiqdir? Dəqiqdirsə, vaxt deyim burda görüşək, gedək.
 
– İş hardadır?
 
– Elə bu parkdan bir az aşağı düşürsən, o tərəfdə.
 
Söhbətin bu yerində parkda təmizlik işlərinə baxan Xalidə nənə bizə yaxınlaşır:
 
– Günel, bu qız kimdir?
 
Günel məni tanımadığını və iş üçün ona müraciət etdiyimi deyir. Nənə gülümsəyib "bu, yaxşı qıza oxşayır. Onu da öz yoluna çəkmə, yazıqdır”, – deyir. Günel ikinci dəfə pərt oldu və artıq həqiqəti gizlədə bilmədiyi üçün çıxıb getməyə qərar verdi. Mən isə Güneli daha ətraflı tanımaq və onun dediklərini dəqiqləşdirmək üçün nənə ilə söhbətə başladım…
 
– Ay nənə, Güneli tanıyırsan?
 
– Hə, çox gözəl tanıyıram.
 
– O harda işləyir?
 
– Harda işləyəcək? Nazirlikdə (gülür). Əlbəttə ki, bu bağda. Elələrinin iş yeri yalnız buradır. Üzünə-gözünə bax, kim olduğunu, halını xəbər al da. Görmürsən kimdi?! Eh a qızım, illərdir burda tum satıram, neçə-neçə üzlər görmüşəm. Sən bura axşam gəl e. İndi günün günorta çağıdır, elə də adam yoxdur. Axşamüstü gəl, gör burda nələr baş verir. Söyüşün biri bir qəpikdən… Açıq aşkar bazar olur bura… Can bazarı…
 
– Günel barəsində danışa bilərsən?
 
– Nə danışım? Abrı, həyası olmayan bir adamdır. Onunla yerliyəm deməyə də utanıram. Özü Xırdalanda qalır, hər gün axşamtərəfi gəlir kişi "tutmağa”. Bir də görürsən tez gəlir. "Kliyenti” olanda danışır, günorta vaxtı burdan da gedirlər. 4-5 ildir ki, o da bura dadanıb. Əvvəl-əvvəl heç kimə uyuşmurdu, sonralar sırtıldı. Müştərisi olmayanda özü kişilərə sataşır. O həyasız burda olanlardan ən gözəgəlimlisidir. Demək olar ki, elə ən çox "kliyent” tutan da odur. Bura gələn kənd kişilərinin çoxunu o "tutur”. Həmişə də mənə kişiləri necə soyduğunu danışıb gülür.
 
– Deyirdi, "subayam, şirkətdə inspektor işləyirəm”…
 
– Qələt edir. O ancaq Vurğun parkının inspektorudur, gələn-gedən kişiləri "tutur” (istehza ilə danışır). O deyir "subayam”? O subaydırsa, mən də onda qız uşağıyam. O ki bu cür yalan danışır, mən də bildiklərimi deyəcəm. Demək, bu Günel kənddə imkanlı bir ailəyə gəlin köçür. Oğlan da yaxşı oğlan, bunun hər nazı ilə oynayır. Bu, ifritə oğlanın bibisi oğluna göz dikər və başlayar onunla "çaşka-lojkalıq” etməyə. Görüşər, neyniyər nə eləməz, daha o onların öz işləri… Bir müddət sonra oğlan məsələdən xəbər tutar. Bibi oğlu da başını götürüb kənddən qaçar, oğlan da bunu boşayar. Sonra bu dədəsigilin qonşuluğunda 5 uşağın atasıyla oynaqlaşar. Kişinin arvadı xəbər tutar, bütün kəndə hay salar. Bunu kənddə hamı hoydu-hoyduya götürər. Bu da baş götürüb Bakıya qaçar və ərinin bibisi oğlu ilə tapışar. Bir müddət onunla bir yerdə yaşayar, sonra oğlan da bunu atıb gedər. Günel qalır məəttəl, dolana bilmədiyini bir qadına deyər. O qadın da onu bura dadandırar. O da işləmək adı ilə artıq 5 ildir ki, bura gəlir. Heç ailəsi onun burda əxlaqsızlıq etdiyini bilmir. Elə bilirlər ki, hardasa işləyib halal pulunu qazanır.
 
– Sən bunları hardan bilirsən, ay nənə?
 
– O bura təzə-təzə gələndə, ondan kim və hardan gəldiyini soruşmuşdum. Mənə hər şeyi sənə dediyi kimi danışmışdı. Bir dəfə təsadüfən bacımın qızı kənddən bizə gəlmişdi. O kəndə qayıdanda pul göndərməli idim. O da gedəndə yanıma gəldi, bunu gördü. Və onun bütün həyat tarixçəsini danışdı. Heç kimin babalını yumaq istəmirəm. Ancaq burda düz-əməlli qadın yoxdur. Bu yolla pul qazanmaq heç kimə xeyir gətirməz. Bu da müvəqqətidir. Onlar indi dərk etmirlər, bir az sonra öz əməllərinə peşman olacaqlar. Onlara tamah salan kişilərdə də ağıl yoxdur axı. Bütün günü içki içir, siqaret çəkir, səs-küy salırlar burda. Heç polislər də onlara heç nə deyə bilmirlər. Elə bilirsən bunlar özbaşınadır? Burda onların himayəçiləri var. Deməyim odur ki, bu, bir yol deyil, onlar tutublar. Ona qalsa o vaxt kişim məni atdı, uşaqlarıma həm ana, həm ata oldum. Ev yığışdırdım, süpürgəçi işləməklə onları böyütdüm. O vaxt bunlardan da gözəl idim, küçəyə çıxanda ən azı 5-10 kişi çönüb, mənə baxırdı. Onda gərək, mən də əxlaqsızlıq edərdim? Mən özümü satmağı ən alçaq addım bildim. İndi də şükür, küçə süpürsəm də əxlaqım, namusum yerindədir. Heç kimin yanında gözüm kölgəli deyil.

Yenicag.az

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com