BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Postsovet məkanında birgə inteqrasiya imkanı

Postsovet məkanında birgə inteqrasiya imkanı
Bölmə :
KİVDF
Yayım tarixi :
13/4/2017 [21:53]
Baxılıb :
190 dəfə
GUAM çərçivəsində əməkdaşlıq üzv dövlətlərə siyasi üstünlüklər vəd edir
Təşkilata üzv dövlətlərinin hökumət başçılarının görüşünə hazırlıq gedir

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev Energetika Nazirliyində olub.

Bu barədə nazirlikdən «Bizim Yol» qəzetinə verilən məlumata görə, energetika naziri Natiq Əliyevlə keçən görüşdə təşkilatın gündəliyində olan, o cümlədən 27 mart 2017-ci il tarixində Kiyevdə keçirilmiş GUAM üzvü olan dövlətlərin hökumət başçılarının görüşündən irəli gələn və enerji sahəsində işçi qrupunun iclası ilə bağlı məsələlər müzakirə edilib.

GUAM çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını vurğulayan Altay Əfəndiyev inkişaf etmiş nəqliyyat sistemi, nəqliyyyat dəhlizi kimi bir çox üstünlüklərə malik Azərbaycanın bu imkanlardan yararlanmasının vacibliyini bildirib. O, enerji sahəsində iktərəfli Ukrayna-Azərbaycan, Gürcüstan - Azərbaycan əməkdaşlığının təşkilat formatında daha da genişləndirilməsini, bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.

Energetika naziri Natiq Əliyev isə bildirib ki, GUAM çərçivəsində enerji əməkdaşlığı təşkilat üzvlərinin ümumi marağında olan hər hansı bir layihə əsasında səmərə verə bilər. Bu məqsədlə qurum bu ölkələrin hər birinin cəlb oluna biləcəyi layihələrlə bağlı təklifləri dəqiqləşdirməli və müzakirə formatını müəyyənləşdirməlidir. Yalnız bundan sonra sentyabr-oktyabr aylarında təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığını konkret istiqamətdə  inkişaf etdirmək üçün xüsusi iclas keçirilə bilər.

GUAM-ın baş katibi Altay Əfəndiyev məsələ ilə bağlı təşkilatın digər üzvləri ilə qısa müddətdə müzakirələrə başlanılacağını bildirib.

Qeyd edək ki, Azərbaycan bu təşkilat daxilində inteqrasiyaya, çoxtərəfli əməkdaşlığın dərinləşməsinə mühüm əhəmiyyət verir.  Azərbaycan üzv dövlətlərlə ikitərəfli siyasi, iqtisadi, mədəni, hərbi əlaqələrə malikdir. Bununla belə vahid təşkilat çərçivəsində beynəlxalq qurumlarla əməkdaşlıq, regional problemlərin birgə müzakirəsi, onların həllinə birgə səylərin göstərilməsi Bakının xarici siyasət istiqamətlərinə daxildir.   Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu barədə danışarkən bildiriböki, GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib.

Nazir qeyd edib ki, GUAM təşkilatı, həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. E.Məmmədyarov GUAM üzv ölkələrinin BMT Baş Assambleyasında “uzanmış münaqişələr” üzrə qətnamə layihələrinin irəli sürülməsi bağlı səyləri artırmasının vacibliyini vurğulayıb:

“GUAM üzv ölkələrinin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində əraz bütövlüyünün bərpası üzv ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Biz münaqişələrin həlli yolunda səylərimizi birləşdirməliyik”.

E.Məmmədyarovun sözlərinə görə Azərbaycan GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edib.

O qeyd edib ki, GUAM-a üzv ölkələr - Ukrayna, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşib. GUAM-ın nüfuzunun gündən günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib: "GUAM-a üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal və münaqişə faktından qurtulmalıdır. GUAM-a üzv olan 4 ölkə demək olar ki, oxşar problemdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlığı daha da gücləndirməliyik. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq”-deyə nazir vurğulayıb.

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq regional təşkilatdır. İlk öncə GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna Prezidentlərinin 10 oktyabr 2007-ci ildə Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd dövlətlərin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmünikedə Prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar.
 
7 iyun 2001-ci ildə Yalta təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.

22 may 2005-ci il tarixində GUAM-ın Kişineuda keçirilmiş Zirvə Toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar  GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.

Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat - GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-gn Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar olunması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişlənməsi Təşkilatın başlıca məqsədlərini təşkil edir.

Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul olunmuş -“Demokratiya və İqtisadi inkişaf naminə Təkilat  GUAM-gı yaradılması haqqında Kiyev Deklarasiyası”nda aşağıdakı məqamlar və vəzifələr qeyd olunmuşdur:

Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;

GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;

Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tam miqyaslı demokratik islahatları həyata keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Avro inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq;

Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, və həmçinin onunla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;

İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi;

Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;

GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.
GUAM çərçivəsində həyata keçirilən layihələr:
 
GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-Təhlil Sistemi (VM/DGTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardfm (TNY) layihəsi  həyata keçirilməkdədir. TNY GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyırsa, VM/DİTS məlumat mübadiləsi və digər operativ xarakterli tədbirləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə təminat verir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının  əsas elementləri hesab olunaraq bir-birini tamamlayır və onların paralel şəkildə həyata keçirilməsin nəzərdə tutulur. VM/DİTS layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli İnformasiya-Təhlil Mərkəzi və İşçi qruplar yaradılmış və hüquq-mühafizə orqanlarının müvafiq ekspertləri bu istiqamətdə ilkin məlumat mübadiləsi aparırlar. TNY layihəsinin həyata keçirilməsi məqsədilə hər bir GUAM dövləti milli planları əsasında dördtərəfli əməkdaşlıqlarını davam etdirirlər.

Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıları Kiyev Zirvə Toplantısı zamanı Azad Ticarət Zonası haqqgnda Sazişin həyata keçirilməsinin başlanmasını elan etmişlər və buna dair müvafiq işlər görülməkdədir.
 
İlhamə

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com