BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

Bölmə :
KİVDF
Yayım tarixi :
12/4/2017 [22:51]
Baxılıb :
190 dəfə

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracyönümlü yeni istehsal sahələrinin yaradılması, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlqədar dövlət başçısının verdiyi fərman və sərəncamlar, yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların əmtəə nişanları və ya coğrafi göstəricilərlə təchiz olunmasının, bu sahədə hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistem vasitəsilə qorunmasının, Azərbaycan brendlərinin xarici bazarlarda təşviqi və digər məsələlərin həlli yolunda əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyini şərtləndirir”.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) 2016-cı il üzrə illik hesabatında bildirilib. 

Hesabatda o da qeyd olunur ki, innovasiyanın əsas elementlərindən biri kimi yeni texnologiyaların, ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin yaradılmasının, inkişaf etdirilməsinin stimullaşdırılmasına, patentlərin tətbiqinə, bütövlükdə  innovasiyaların təşviqinə  yardım edilməsi məqsədilə ötən dövr ərzində müxtəlif tədbirlər həyata keçirilib. Əqli mülkiyyət məsələləri ilə bağlı şikayət məktublarının cavablandırılması ilə yanaşı, sahibkarları maraqlandıran bütün suallara operativ cavab verilməsi, şəffaflığın təmin edilməsi  məqsədilə AzPatentdə canlı olaraq “Açıq qapı”  və “Qaynar xət”  xidmətləri fəaliyyət göstərir. Müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən qaldırılan məsələlər AzPatentin mütəxəssisləri tərəfindən  cavablandırılıb, sənaye mülkiyyəti obyektləri üzərində mülkiyyət hüququnun əldə olunmasının və qorunmasının  əhəmiyyəti izah edilib. Mövcud olduğu yarım ildə bu xidmətlərdən onlarla şəxs yararlanıb. İnsan kapitalından istifadənin iqtisadi inkişafda əsas şərt olduğunu nəzərə alaraq, əqli fəaliyyətin nəticələrinin istehsalatda tətbiqinə yönələn işlərin həyata keşirilməsi, elmlə istehsalat arasında əlaqələrin genişləndirilməsi məqsədilə AzPatentin nəzdində tanınmış alimlərdən, ixtiraçılardan, sahibkarlardan ibarət Elmi Texniki Şuranın yaradılması istiqamətində də işlər davam etdirilir.   

“Sosial ədalətin, insan və vətəndaş hüquqlarının qorunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəldilmiş korrupsiya əleyhinə mübarizə son illər respublikamızın siyasi və iqtisadi inkişafının stimulverici amilinə çevrilmişdir. Yaradıcı əməyin mühafizəsi və həvəsləndirilməsi bu sahədə ən incə məqamlardandır. Yeni texnologiyalar və proqressiv innovasiyalar dövründə, sağlam rəqabətin önə çıxdığı bir zamanda ölkədən beyin axınının qarşısını almaq və onun üçün münbit şərait yaratmaq, yaradıcılığı stimullaşdırmaq ən vacib məsələlərdən biri hesab edilir”,-deyə AzPatentdən bildirilib. 

8 patentin sahibi: “Əqli mülkiyyətin vacib əhəmiyyəti var”
 
Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması anlayışını və Ekoloji Kənd Təsərrüfatı Hərəkatını ilk dəfə Azərbaycana gətirmiş alim, 8 patentin sahibi Amin Babayev “Bizim Yol”a bildirib ki, ölkəmizdə son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artıb: “Artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir. 

Hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və səmərəli idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılması və nəticədə yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şəraitin formalaşıb. 

İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib əhəmiyyəti vardır. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün ondan geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır”. 

“Elm-tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilir”

Kənd təsərrüfatı elmləri doktoru, professor A.Babayev onu da deyir ki, əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb. Bildirib ki, patent və əqli mülkiyyət hüquqlarının qorunmasından daha önəmi amil onların tətbiq edilə bilməsidir. Sevindirci haldır ki, alim və mütəxəssislərə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara faydalı modelə və sənaye nümunələrinə dair patentlər alıblar. Özüm də şahidiyəm ki, elm-tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilir”.  

Alim onu da bildirdi ki, o, bu günlərdə beynəlxalq Vahid Dünya Mükafatı  müsabiqəsinin laureatı seçilib. A.Babayev son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə dünya üzrə seçilmiş beş laureat arasında yer alıb. 

Professor A.Babayevin Azərbaycandakı fəaliyyəti ilə tanış olmaq məqsədilə IFOAM təşkilatı və RAPUNZEL şirkətinin nümayəndələri ölkəmizdə səfərdədirlər. Aprelin 13-dək davam edəcək səfər çərçivəsində Bakı, Gəncə və Qaxda bir sıra görüşlər keçiriləcək, qonaqlar alimin elmi və pedoqoji fəaliyyəti ilə tanış olacaqlar.

2004-cü ildən etibarən iki ildən bir keçirilən müsabiqənin qalibləri dünya üzrə ekologiya, iqtisadiyyat və sosial sahələrdə ən mühüm nailiyyətlərin xüsusi meyarlar əsasında qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Cari müsabiqənin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada baş tutacaq. 


İxtiralar, hüquqi pozuntular və görülən tədbirlər 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyimiz informasiya sorğusuna cavabında bildirilib ki, 1997-ci il 2 avqust tarixindən qüvvəyə minən “Patent haqqında” qanuna əlavələr və dəyişikliklər barədə qanun layihəsi hazırlanıb: “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlaqədar, eləcə də patentin alınması üçün iddia sənədlərini sadələşdirən və iddiaçılar üçün daha da rahatlaşdıran ÜƏMT-nin "Patent hüququ" sazişinə qoşulmaq üçün qanuna dəyişiklər layihəsi hazırlanıb. Layihədə həmçinin patent sahəsində bəzi anlayışların beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, patentlə mühafizə olunan obyektlərin dairəsində dəqiqləşmələr, ekspertizanın aparılması müddətləri ilə bağlı məsələlər nəzərə alınıb”.

Qurumdan bildirilib ki, sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi və qorunması üçün Azərbaycan Respublikası normativ-hüquqi bazaya malikdir. Onlar “Patent haqqında” qanun, “Əmtəə nişanları və coğrafi  göstəricilər haqqında” qanun, “Əmtəə nişanlarının qeydiyyata alınması barədə iddia sənədinin verilməsi və ekspertizası” qaydalar, “Haqsız rəqabət haqqında” qanun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, eləcə də, “Ümumdünya əqli mülkiyyət təşkilatını təsis edən” Konvensiya, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə” Paris Konvensiyası, “Patent  Kooperasiyası haqqında” müqavilə (PCT), “Əmtəə nişanlarının Beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişi və Madrid Sazişinə Protokol, Patent prosedurası məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında” Budapeşt Müqaviləsi, “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı” haqqında Haaqa Müqaviləsi və Avrasiya Patent Konvensiyasıdır.  

Dövlət Komitəsindan o da bildirilib ki, patent hüququ mühafizəsi obyektlərinə ixtira, faydalı model və sənaye nümunələri aiddir: “Son 5 il ərzində Komitə tərəfindən 505 ədəd ixtira, 57 ədəd faydalı model və 138 ədəd sənaye nümunələri qeydiyyata alınıb. 

2012-2016-cı illər ərzində ixtiralara patent verilməsinə dair 795 iddia sənədi, milli iddiaçılardan - 685, xarici iddiaçılardan - 113, o cümlədən PCT prosedurası üzrə - 20 iddia sənədi daxıl olub.
PCT prosedurası yalnız ixtiralara aiddir. Sənaye nümunələrinin mühafizəsi “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsi” çərçivəsində həyata keçirilir.

Son 5 ildə qeydiyyata alınan ixtiralar kimya və metallurgiya, insanın həyatı tələbatlarının təmin edilməsi, həmçinin tikinti və dağ-mədən işləri ilə əlaqədar sahələrdə ən bö­yük aktivliyini əks etdirir. Qeydiyyata alınan ixtiraların əksəriyyəti  Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutları, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Texniki Universiteti və digər hüquqi və fiziki şəxslər tərəfindən verilib”.
İnformasiya sorğumuza cavabda o da bildirilir ki, bu sahədə hüquq pozuntularına rast gəlinib: “Əqli mülkiyyət obyektlərinin hüquqi mühafizəsi ilə bağlı etirazlar Apellyasiya şurasına və məhkəməyə verilir və onların cox hissəsi əmtəə nişanları ilə bağlı olur”.

Ramid İBRAHİMOV

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com