BÜRCLƏR - 27 APREL
Həkimlər ayağını tərs tikdilər
İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
“Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan islam dünyasının həmrəyliyi üçün səy göstərir

Azərbaycan islam dünyasının həmrəyliyi üçün səy göstərir
Bölmə :
KİVDF
Yayım tarixi :
12/4/2017 [22:04]
Baxılıb :
177 dəfə
Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Ekspertlər İslam Həmrəyliyi Oyunlarının barışa və həmrəyliyə töhfə verəcəyini bildirirlər

Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Ümumiyyətlə bu  ölkədə keçirilən ilk belə tədbir deyil. Azərbaycanda bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Azərbaycan beynəlxalq numanitar forumlara, BMT-nin Svilizasiyalar Alyansına, Mədəniyyətlərarası Dialoq Forumuna, YUNESKO və İSESCO-nun mötəbər tədbirlərinə ev sahibliyi edir. Eyni zamanda, dünya dinləri nümayəndələrinin təmsil olunduğu ali məclislər-MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir.

Ölkəmi İslam həmrəyliyinə böyük töhfələr vermək əzmindədir. Azərbaycanın inkişaf perspektivləri, dünyadakı yeri, yüksək imici respublikamızın bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan ölkəmiz tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib.

Deputat  Siyavuş Novruzovun fikrincə, İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir.  “Ölkəmizdə islam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricilərindən biridir. S.Novruzov bildirib ki, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir:

"Bu cür addım atanlar insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq islam həmrəyliyi elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra islam ölkələrinin idmançıları burada bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birilərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb, bunun böyük mənası var. Su - islam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".

Ekspert Elşad Mirinin sözlərinə görə, qlobal əhəmiyyətli məslələrin  beynəlxalq səviyyədə müzakirəsi çox  önəmlidir. «Bu kimi  müzakirələrin aparılması yalnız öz  aramızda, öz əhatəmizdə deyil, başqa din və icma nümayəndələrinin iştirakı ilə müzakirəsi təqdirəlayiq haldır. «Bu yeni ideyaların  yaranmasına, mövcud ideyaların təbliğinə kömək edir. Bu gün dövlət mövcud  tolerantlığın qorunmasına  səy göstərir. Bəzən kənardan  Azərbaycandakı sabitliyi,  dini harmoniyanı pozmaq istəyən qüvvələr baş qaldırır, lakin dövlət bu qüvvələrin qarşısını almağa qadirdir və alır da”.

Din əslində ən güclü və ən qədim təsir vasitəsidir.  Son 20 ildə  dünyada baş verənlər onu göstərdi ki, bəzi qüvvələr dindən alət kimi istifadə edərək bundan  millətlər  arası  savaş kimi istifadə  edirlər. Hətta yalnış dini təbliğat dünyada İŞİD adlı yeni bəlanın yaranmasına, Şərq dünyasında tərəqqi etməkdə olan dövlətlərin məhvinə gətirib çıxardı.  Ömrü boyu alma görməmiş bir insana  armudu  alma deyərək  təqdim etsən, o armudu alma biləcək. Bu misalı təsadüfən çəkmədim . İŞİD-in Yer üzündə tüğyanından sonra   cəmiyyətdə dindar kimi tanınmaqdan qorxanlar da meydan  gəldi,  yalnış dini cərəyanlara qoşulub həyatını məhv edənlər də. Bu mənada düzgün dini təbliğat da bu gün hava, su qədər  lazımlıdır. Bu mənada Azərbaycanda “ İslam Həmrəyliyi” ilinin elan edilməsi bir növ bu müqəddəs və vacib missiyaya da xidmət etmiş oldu».

Baş nazirin müavini Əli Əhmədov  çıxışlarında qeyd edib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirdi. Baş nazirin müavini qeyd etdi ki, İslam cəmiyyətlərinin gələcəyi, transformasiya problemi ilə əlaqədar modellər üzərində iş aparılarkən Azərbaycan xüsusilə diqqət mərkəzində olacaq. İslam cəmiyyətlərinin gələcəyi necə olmalıdır, İslam müasir dünyaya necə uğurla transformasiya edilməlidir, onun qəbul etdiyi bir parçaya necə çevrilməlidir kimi suallara cavab axtararkən Azərbaycan modelini əminliklə nümunə göstərmək mümkündür.

Azərbaycanda dinlər arası harmoniya, tolerant və multikultural mühitin inkişaf etdirilməsində  ölkə ərazisində fəaliyyət göstərən dini icma rəhbərlərinin  də rolu var. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı İcmasının sədri Gennadi Zelmanoviç, Alban-udi Xristian dini İcmasının sədri Robert Mobili başqaları arasında mövcud olan yüksək səviyyəli münasibətlər onların rəhbərliuk etdikləri icmalar arası əlaqələrə də  yaxşı mənada təsir göstərir.

Ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanıtmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bununla belə  bütün dünyada islamafobiya meyllərinin artması  fonunda Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu həm Şərq , həm də Qərb dünyasına mesa xarakteri daşıyır.

Ölkəmizdə “İslam Həmrəyliyi” ilinin elan olunması bir çox tanınmış xarici ekspertlər tərəfindən yüksək dəyərləndirilib. 

İran İslam Şurası Məclisinin (parlament) deputatı, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xodadadi: «Dünyada baş verən siyasi proseslər bu gün İslam həmrəyliyini zərurətə çevirib. Azərbaycan Prezidenti tam səmimiyyətlə İslam ölkələrinin birliyini arzulayan böyük siyasi xadimdir. Birlik, həmrəylik, əməkdaşlıq həmişə inkişafa və tərəqqiyə səbəb olur. Prezident İlham Əliyev də dünya xalqlarının sülh və sabitlik şəraitində yaşamasını istəyən bir lider kimi İslam dünyasını birliyə səsləyir. Azərbaycan Prezidenti əməli fəaliyyəti ilə də birliyin və həmrəyliyin tərəfdarı olduğunu sübuta yetirib. İslam humanizm, insanpərvərlik dinidir. Prezident İlham Əliyevin siyasəti də məhz humanizmə əsaslanır».

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev: Məhz 2015-ci ildə birinci Avropa Oyunlarının paytaxtı olmuş Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarının paytaxtı olması dərin rəmzi məna daşıyır.  Məhz bu ölkə dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir. Bunun sayəsində əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, məsələn bugünkü Avropanın üzləşdiyi onlarla problemlə heç vaxt qarşılaşmayıb. Hüquq bərabərliyi, bütün millətlərin və dinlərin dostluğu və sülh - budur Azərbaycan. İdman isə böyük birləşdirici qüvvədir. Bu il may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları azarkeşlərə də güclü təsir bağışlayacaq. Özü də təkcə ona görə yox ki, Azərbaycan bu cür tədbirləri həqiqətən möhtəşəm səviyyədə təşkil etməsi ilə ad çıxarıb, həm də Bakının fantastik gözəlliyi, onun sakinlərinin mehribanlığı, səmimiliyi sayəsində. Aralarında rusların, osetinlərin, gürcülərin, yunanların, polyakların da olduğu Bakı sakinlərinin hamısı qürurla özlərini multikultural Azərbaycanın vətəndaşları adlandırırlar”.

Dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə etdi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlət başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi.

İlham Əliyevin də bildirdiyi kimi,“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.

Ölkəmiz dünyanın bütün dinlərinə, irqlərinə, millətlərinə, mədəniyyətlərinə öz ağuşunu açıb və göstərmək istəyir ki, bu cür də yaşamaq olar və bu cür də yaşamaq lazımdır. Dostluq, bərabərlik, həmrəylik, qardaşlıq dünyanı xilas edəcək.

İlhamə Rəsulova

Paylaş:
27/4/2017 [00:03]: BÜRCLƏR - 27 APREL
27/4/2017 [00:01]: Həkimlər ayağını tərs tikdilər
26/4/2017 [23:42]: İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
26/4/2017 [23:33]: “Zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!
26/4/2017 [23:27]: Prezidentin əvf sərəncamı ilə bağlı ŞOK! – “Adı əfvə düşən oğlumun əvəzinə başqasını buraxdılar!”
26/4/2017 [23:09]: Azərbaycanda kütləvi dava olub - yaralılar var
26/4/2017 [22:55]: Velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verdi
26/4/2017 [22:46]: Xalq artistinin səsi batıb
26/4/2017 [22:25]: Putinin qızı evini satışa çıxardı - FOTOLAR
26/4/2017 [22:06]: 2040-da neft bitəcək - 50 acı həqiqət
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com