Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
Azərbaycanda bu saytlara giriş qadağan olunur
Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI

Neft Fondunun qaydasız idarəçiliyi bizə nə vəd edir?

Bölmə :
Köşə
Yazar :
Qubad Ibadoğlu
Təqdimat :
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri,iqtisadçı ekspert
Yayım tarixi :
11/1/2017 [16:19]
Baxılıb :
519 dəfə

Yanvarın 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Azərbaycan Prezidenti Fərman verib. Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat məbləğində təsdiq edilib. 

ARDNF-nin 2017-ci il üçün büdcəsi ilə əlaqədar aşağıdakı məqamlara diqqət çəkmək istərdim. 

1) Fondun büdcəsinin təsdiqi proseduru pozulur. Bu il üçün də ARDNF-nin büdcəsi 1 ay 10 gün gecikdilərək təsdiq edilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”. Təəssüf ki, qanunvericiliyin bu tələbi ARDNF yaranandan bu günədək heç vaxt yerinə yetirilməyib. 

2) Fondun büdcəsinin kəsiri kəskin artır. İlk dəfədir ki, ARDNF-nin büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu i il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da xərclərin 42,2 faizinin Fondun aktivləri hesabına maliyyələşdiriləcəyinə deməyə əsas verir. Bu il ilk dəfədir ki, o Fondun illik gözlənilən gəlirləri onun planlaşdıırlan xərclərinin 57,8 faizini örtə biləcək. 

3) Fondun mədaxilinin təminatında tükənən və azalan gəlirlər üstünlük təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri əsasən Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər hesabına formalaşacaq. Bu il üçün proqnoza görə, bu mənbədən Fondun büdcəsinə 7 milyard 550 milyon 705,3 min manat vəsait daxil olacaq ki, bu da ümumi gəlirləri 90,2 faizini təşkil edəcək. Bu məbləğ neft və qaz hasilastının səviyyəsidən və dünya bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. 

4) Fondun aktivlərinin idarəolunmasından gəlirləri manatla artır. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, Fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq. 

5) Böhranın xərcləri Fonddan maliyyələşdirilir. İlk dəfə olaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub. Onun yuxarı həddi 7,5 milyard manat müəyyən edilib ki, bu da Fondun cari ildə proqnozlaşdıırlan gəlirlərin 90 faizə qədərini təşkil edir. Halbuki, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”nın qüvvədə olduğu dövrdə “daimi real xərclər” prinsipi əsasında müəyyənləşdirilmiş xərc hədlərinə riayət olunmalıdır. Bu qayda yenə də pozulub. Strategiyaya görə, ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə (neft sektoru istisna olmaqla, ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərqə) əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır. Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və nəzərə almaq lazımdır ki, qeyri-neft kəsiri belə sürətlə ani dəyişə bilməz.

6) Fiskal qaydalar olmadan Fondun gəlirlərinin dördə üçündən çoxu xərclənir. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb. Bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Lakin, hətta bu qaydalar bu il hazırlansa da növbəti ildən qüvvəyə minəcək, bu isə o deməkdir ki, bu il də nəzərə alınmaqla hökümət fiskal qaydalrı Fondun gəlirlərinin 80 faizə qədərini xərcləyəndən sonra tətbiq edəcək. Bu isə o deməkdir ki, indiyə qədər qaydasız xərclənən neft gəlirləri tənzimlənməyib. Təbii sərvətlərdən gəlirlərin idarə olunmasında fiskal qaydalar və fiskal çərçivə çox vacib olsa da bununla əlaqədar olaraq, hökümətə dəfələrlə təkliflər versək də indiyə qədər nəzərə alınmayıb. 

Tərəfimizdən sonuncu belə təklifi 2012-ci ildə Maliyyə Nazirliyinə təqdim olunub. Hazırda yenə də aşağıdakı suallar açıq qalır:

• Hər il Fonddan gəlirlərin neçə faizi çıxarıla bilər?
• Uzun müddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə idarə olunur?
• Hansı xərc maddələri Fonddan maliyyələşdirə bilər, hansılar maliyyələşdirilə bilməz?

7) Fondun büdcəsinə Hesablama Palatası rəy vermir. “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə görə, Hesablama Palatası Neft Fondunun büdcəsi ilə bağlı rəy verməlidir. Belə ki, Nizamnamənin 4-cü bəndinin 12-ci maddəsində qeyd olunur ki, “Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (institutlarının) büdcə layihələri ilə bağlı rəy vermək. Bu, Hesablama Palatasının əsas öhdəliklərindən biridir. Bundan əlavə, 29 dekabr 2000-ci il tarixli 434 saylı Prezident Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 1.3-cü maddəsində qeyd olunur ki, “Fond büdcədənkənar institutdur”. Ona görə də Hesablama Palatası Neft Fondunun büdcəsinə dair rəy verməlidir. Hesablama Palatası tərəfindən Neft Fondunun budcəsinə rəy verilməməsi, eləcə də ali audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçılı rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.

8) Fondun fəaliyyətinə ictimai nəzarət yoxdur. Dövlət Neft Fondunun Əsasnaməsinin 5.4-cü maddəsində deyilir: “Müşahidə Şurası” Fondun fəaliyyəti üzərində ümumi rəhbərliyi təmin etmək üçün müvafiq dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılır.” (Fondun Müşahidə Şurasında vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsinin təmsil olunması) əməl olunmadığı üçün onun idarə olunmasında vətəndaş iştirakçılığı və ictimai nəzarət imkanları məhdudlaşdırır və bu da Müşahidə Şurasının formal fəaliyyətini şərtləndirir.
Yekun olaraq onu qeyd etmək istərdim ki, bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir. Eyni zamanda, Hesablama Palatasını, parlamenti və vətəndaş cəmiyyəti təşkilatlarını bu prosesdən kənarda qoymaqla bir tərəfdən xərcləmələrlə bağlı qərarların qəbul edilməsini icra hakimiyyətinin inhisarında saxlamağa səbəb olur, digər tərəfdən isə şəffaflığın və ictimai nəzarətin təmin olumamasına yol açır.

Paylaş:
26/4/2017 [20:54]: Azərbaycanda Makedoniyalı İsgəndərin dəfinəsi tapıldı - VİDEO
26/4/2017 [20:41]: Azərbaycanda bu saytlara giriş qadağan olunur
26/4/2017 [20:14]: Azərbaycanda daha bir qəribə toy baş veribmiş - Meymunla qız evlənib...
26/4/2017 [20:02]: Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
26/4/2017 [19:59]: XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur
26/4/2017 [19:28]: Qatar kişinin üstündən keçdi
26/4/2017 [19:21]: "Abşeron" Gənclər Şəhərciyində gənclərə "divan tutulur” - Sakinlərin etirazı
26/4/2017 [19:05]: 91 şagird yazıb-oxumağı bacarmır - IX və XI siniflərdə
26/4/2017 [19:01]: “Səhnədə gözlənilməz məqamlara hazır olmaq lazımdır”
26/4/2017 [18:36]: 3 ev çökdü - Ailələrə çadır verildi
26/4/2017 [18:31]: Abituriyentlərin yarıdan çoxu zəif bal toplayıb
26/4/2017 [18:17]: DİM: Ötən il ilkin mərhələdə ali məktəblərə qəbul planı 82% dolub
26/4/2017 [17:13]: Dolların sabaha olan məzənnəsi
26/4/2017 [17:05]: Əli İnsanova hökm oxundu
26/4/2017 [16:29]: Azərbaycanda körpələrə verilən qeyri-adi adlar – SİYAHI
26/4/2017 [16:28]: Nazirlik “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib
26/4/2017 [16:10]: Bakıda məktəblinin başı avtobusun qapıları arasında qaldı - FOTO
26/4/2017 [15:45]: Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi məlum oldu – RƏSMİ
26/4/2017 [15:33]: Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
26/4/2017 [15:17]: Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
26/4/2017 [14:59]: 26 yaşlı oğlan damarlarını doğradı
26/4/2017 [14:35]: Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama
26/4/2017 [14:27]: Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
26/4/2017 [14:21]: İtlərin toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu
26/4/2017 [14:13]: Gənc qızla ailə quran polkovnik: "Bu artıq sonuncu evliliyimdir"
26/4/2017 [13:55]: Bakının yeni prokuroru - DOSYE
26/4/2017 [13:29]: Azərbaycanda müəllim məktub yazıb damarlarını kəsdi - FOTO
26/4/2017 [13:14]: Ağır yol qəzası: 7 nəfər xəsarət alıb
26/4/2017 [12:56]: Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR
26/4/2017 [12:53]: Qazaxıstan modernləşdirməsinin yeni layihələri
26/4/2017 [12:22]: Aprelin 27-ə HAVA PROQNOZU
26/4/2017 [12:19]: Bakıya yeni prokuror təyin edildi
26/4/2017 [12:01]: Avtomobillə 4 piyadanı vurdu: Ölən və yaralananlar var
26/4/2017 [11:24]: 4 şəhər və rayonda ASAN Xidmət tikilir - SİYAHI
26/4/2017 [11:11]: 60 yaşlı azərbaycanlı polkovnik 5-ci dəfə evləndi - FOTOLAR
26/4/2017 [11:05]: Nazir müavini işdən azad edildi
26/4/2017 [11:03]: Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
26/4/2017 [10:55]: Cəbhədə gərginlik - Pulemyotlar dayanmayıb
26/4/2017 [10:54]: Bakının mərkəzində faciə: 32 yaşlı kişi yıxılıb öldü
26/4/2017 [10:53]: Daha bir ölkə qondarma "erməni soyqırımı"nı tanıdı
26/4/2017 [10:45]: Tanınmış türk aktyoru həbs edildi
26/4/2017 [10:28]: Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT
26/4/2017 [10:25]: İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi
26/4/2017 [10:22]: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
26/4/2017 [10:11]: Azərbaycan nefti bahalaşdı
26/4/2017 [10:06]: Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”
26/4/2017 [10:01]: Cəbhədən son xəbər
26/4/2017 [09:56]: 67 yaşlı kişi evində yanaraq öldü
26/4/2017 [09:51]: SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı
26/4/2017 [09:46]: İnkubator sexi yandı, içərisindəki quşlar tələf oldu
26/4/2017 [09:40]: Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu
26/4/2017 [00:07]: Bürclər - 26 APREL
25/4/2017 [23:01]: Dovşan sataraq ev və maşın aldı -VİDEO
25/4/2017 [22:50]: Sahibkar Putinə xiyar turşusu gətirdi
25/4/2017 [22:41]: Canlı yayımda körpəsini öldürüb arvadına izlətdi
25/4/2017 [22:37]: Azərbaycanda halal turizm standartı yaradılır
25/4/2017 [22:31]: Formula-1-ə bilet satışı başladı
25/4/2017 [22:27]: Strateji-hərbi əhəmiyyətli yol bərbad vəziyyətdədir
25/4/2017 [22:18]: Bu şəxslər ali məktəblərə müsabiqədənkənar daxil olacaqlar - SİYAHI
25/4/2017 [22:09]: "AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub"
25/4/2017 [21:44]: İlkin Həsəni evləndi - FOTOLAR
25/4/2017 [21:39]: Ölən şəxsin yaxınları tərəfindən döyülən tibb bacısı və sürücü ilə bağlı Açıqlama
25/4/2017 [21:32]: Gömrük işçisinin döyülməsi xəbəri yanlışdır
25/4/2017 [21:15]: Cəbhədə daha bir erməni hərbçi öldürüldü
25/4/2017 [21:13]: 76 yaşlı qadın özünü bıçaqlayıb
25/4/2017 [20:30]: “Neftçi” futbol klubunun muzeyi açılıb
25/4/2017 [20:10]: Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI
25/4/2017 [20:05]: Avropa rouminqi ləğv edir
25/4/2017 [19:52]: Bakı küçələrində ticarət məşğul olanlara qarşı REYD
25/4/2017 [19:30]: 459 mobil telefon yandırıldı - FOTO
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com