Bürclər: 29 aprel
Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
49 yaşlı kişini ilan vurdu
Məktəbdən gələn şagirdi avtomobil vurub

Dərmanın da “qara bazar”ı yaranır

Dərmanın da “qara bazar”ı yaranır
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
11/1/2017 [14:04]
Baxılıb :
7252 dəfə

Ən çox işlənən dərmanlar apteklərdə tapılmır; ekspert ölkədə bütün məhsulların bahalaşmasına təsir edən faktorları açıqladı 

Ölkədə ciddi bahalaşma gözlənilir. Daha çox ərzaq mallarının qiymətinin bahalaşacağı bildirilir. Həmçinin dərman preparatlarının qiymətının də kəskin şəkildə artacağı ehtimal edilir. Artıq bazar-dükanlarda, marketlərdə  bahalaşma müşahidə olunur. Ekspertlər isə qarşıda da növbəti bahalaşma dalğasının ola biləcəyini narahatlıqla vurğulayırlar. 

Ekspert Qubad İbadoğlu musavat.com-a bildirib ki, hazırda bahalaşmaya təsir edən bir neçə faktorlar var: “Onların sırasında öndə mövsümi amillər gəlir. Mövsümi amillərin təsiri ilə hər il ənənəvi olaraq kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, eyni zamanda digər məhsulların qiymətində olur, bu da davam edəcək. Yəqin ki, yalnız qış aylarında deyil, yazın əvvəlində də bahalıq müşahidə olunacaq. İkinci faktor manatın devalvasiyasından qaynaqlanan bahalaşmadır. Çünki manat dəyər itirdikcə, idxal mallarının qiymətinin daxili bazarda bahalaşmasını müşahidə edəcəyik. Çünki ölkə bazarında tələbat mallarının bir hissəsi idxal hesabına təmin olunur və bu idxal mallarının siyahısında özümüzün də gündəlik istifadə etdiyimiz ərzaq məhsulları var. Ət və ət məhsulları, süd məhsulları, digər bu tip məhsullar var, o cümlədən un və un məmulatları var, bu tip idxal mallarının bahalaşması gözləniləndir və bu, davamlı şəkildə müşahidə olunacaq”. 

Q.İbadoğlunun sözlərinə görə, üçüncü faktor qiymətlərin bahalaşmasına Tarif Şurasının təsiridir: “Tarif Şurasının qərarından qaynaqlanan bahalaşma da var. Çünki ötən aydan qazın və işığın qiymətinin bahalaşması artıq öz təsirini göstərir. Əhali qrupu üzrə istehlakçılar ötən aydan elektrik enerjisinin, bu aydan da qazın qiymətinin bahalaşmasını ciddi şəkildə müşahidə edəcəklər. Həm qazın, həm elektrik enerjisinin yanacaq kimi istehsal olunan məhsulların maya dəyərində də xərci kifayət qədər yüksəkdir. Bu yanacaq həmçinin ayrı-ayrı xidmətlərdə və yaxud da istehsalda, hətta tədavüldə də qiymətə təsir edəcək. Tutaq ki, supermarketlər özləri istifadə etdikləri soyuduculardan tutmuş, kassada avtomatlaşdırılmış əməliyyatlara kimi hamısı elektrik enerjisi sərfinin artımına gətirib çıxaracaq. Təbii ki, bu, son nəticədə ticarət əlavəsinin bahalaşmasına və təklif olunan məhsulların qiymətinin artımına gətirib çıxaracaq. Və yaxud digər sektorlarda, çörəkbişirmə və digər sahələrdə də elektrik enerjisinin sərfinin artması, istehlakın çoxalması məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək”.

Həmsöhbətimiz qeyd edib ki, qiymət artımına məruz qalacaq sahələrdən biri də dərman və dərman preparatlarıdır: “Son zamanlar bir sıra dərmanların qiyməti artıb, hətta bir çox dərman preparatlarının əldə olunması çətinləşib. Çox işlənən dərmanların qıtlığı yaranıb. Digərləri də orta hesabla iki dəfə bahalaşıb. Artıq Azərbaycanda dərmanların da ”qara bazarı" formalaşır. Qeyd edim ki, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir. 

Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır. Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılıb, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni “qara bazar”ı formalaşıb. 

Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtı ilə 50 manata olan Albumin hazırda 110 manata, 12 manata olan Paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. 

Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə, bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsinə daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman preparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər".

Ekspertin fikrincə, gözlənilən qiymət artımları da var: “Bu da Tarif Şurasının növbəti qərarları ilə bağlıdır. Bu, kommunal sektorda və digər sahələrdə qiymət artımının davam edəcəyini ehtimal etməyə əsas verir. Bahalaşma gözləniləndir. Düşünürəm ki, yaxın zamanlarda belə qərarlarla da üzləşəcəyik. Mənim gözləntilərim daha çox ərzaq məhsullarının bahalaşacağından ibarətdir. Qeyri-ərzaq məhsullarının isə qiymətinin ucuzlaşmasını görə bilərik. Söhbət geyimdən, müəyyən dəbdəbəli mallardan, mebel satışından gedir. Bu kimi sahələrdə qiymətlərin ucuzlaşması mümkündür”.

Paylaş:
29/4/2017 [00:03]: Bürclər: 29 aprel
28/4/2017 [23:59]: Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
28/4/2017 [23:50]: 49 yaşlı kişini ilan vurdu
28/4/2017 [23:21]: Məktəbdən gələn şagirdi avtomobil vurub
28/4/2017 [22:50]: Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib
28/4/2017 [22:30]: Yəməndə “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib
28/4/2017 [21:57]: Əziz Seyidov yeni vəzifəsinə başladı
28/4/2017 [21:33]: Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən möcüzəvi resept
28/4/2017 [21:00]: Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA
28/4/2017 [20:45]: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – XİN rəsmisi
28/4/2017 [20:21]: Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
28/4/2017 [20:13]: Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ
28/4/2017 [19:50]: “Sovetski”də söküləcək evlərin sayı açıqlanıb
28/4/2017 [19:33]: Ən yaxşı baş məşqçilər - SİYAHI
28/4/2017 [19:30]: "Ovçular evi" ərazisində park salınır - FOTOLAR
28/4/2017 [19:20]: Bakının bu qəsəbəsində su olmayacaq
28/4/2017 [19:03]: Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
28/4/2017 [19:00]: Azərbaycanda tikinti sektoru ilə bağlı vacib yenilik
28/4/2017 [18:46]: "ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28/4/2017 [18:29]: Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra intihar etdi
28/4/2017 [18:10]: Rusiya Ukraynanın sabiq baş nazirini beynəlxalq axtarışa verdi
28/4/2017 [17:45]: “British Film Spring” festivalı Bakıda
28/4/2017 [17:28]: Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxundu
28/4/2017 [17:10]: Dolların yeni məzənnəsi
28/4/2017 [17:03]: Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi
28/4/2017 [16:51]: Sürücülərin nəzərinə: bu yollarda təmir gedir - SİYAHI
28/4/2017 [16:31]: “Neftçi” baş məşqçi axtarışına başladı
28/4/2017 [16:15]: ABŞ-da son 8 gündə 4 məhbus edam olunub - Səbəb çox qəribədir
28/4/2017 [16:04]: Ərlərini zəhərləyib öldürdüyü iddia olunan qadınların məsələsi araşdırılır
28/4/2017 [15:59]: İngiltərədə polislə azarkeşlər arasında qarşıdurma - VİDEO
28/4/2017 [15:58]: Biri 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır - Biri 29-cu dəfə gedir
28/4/2017 [15:46]: Çoxuşaqlı ailələrin sayı və veriləcək uşaqpulunun məbləği açıqlandı
28/4/2017 [15:31]: Pedro Aqramunt bəyanat yaydı
28/4/2017 [14:50]: Bakıda bir-birinə bitişik 11 ev yandı
28/4/2017 [14:43]: XİN rəhbərlərinin görüşü başa çatdı - BƏYANAT
28/4/2017 [14:42]: Qadın hər kəsin gözü önündə intihara cəhd etdi
28/4/2017 [14:28]: Hansı nazirlə görüşmək istəyirsiniz? - Qəbul cədvəli
28/4/2017 [14:15]: "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlandı
28/4/2017 [14:00]: "Pul qıtlığı yaranıb" - Ziyad Səmədzadə
28/4/2017 [13:58]: Sabaha olan HAVA PROQNOZU
28/4/2017 [13:55]: "AŞPA prezidentinə etibar etmir"
28/4/2017 [13:40]: Atəşkəsi pozan erməni əsgər cavab atəşi ilə məhv edildi
28/4/2017 [13:09]: Moskvada XİN başçılarının görüşü keçirilir
28/4/2017 [12:58]: Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT
28/4/2017 [12:43]: May ayının HAVA PROQNOZU
28/4/2017 [12:39]: İcmal büdcənin kəsiri 1,1 mlrd. manatı ötdü
28/4/2017 [12:30]: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə etdi - RƏSMİ MƏLUMAT
28/4/2017 [12:17]: MSK partiyalarla bağlı geniş araşdırmalara başladı
28/4/2017 [12:03]: ABB: intihara cəhd bankın fəaliyyətinə aid deyil
28/4/2017 [11:58]: XİN Zaxarovanın Azərbaycan jurnalistləri təhqir etməsinə münasibət bildirdi
28/4/2017 [11:38]: Azərbaycan-İran sərhədində zəlzələ
28/4/2017 [11:37]: 930 tələbənin diplomu tanınmadı
28/4/2017 [11:23]: Telman İsmayılov kriminal müharibədə ittiham olunur
28/4/2017 [11:21]: Azərbaycanda dəhşətli hadisə: qadın yanaraq oldü
28/4/2017 [11:13]: Macarıstan Azərbaycana 100 min avro ayırdı
28/4/2017 [11:07]: Prezident Sumqayıta səfər etdi
28/4/2017 [10:56]: Rusiyada Azərbaycan vətəndaşı öldürüldü
28/4/2017 [10:52]: 7 yaşlı Ayana dəstək məqsədi ilə xeyriyyə konserti keçirilir
28/4/2017 [10:40]: Bankın qarşısında özünü yandırmaq istədi
28/4/2017 [10:35]: İki rayonun polis rəisi dəyişdi
28/4/2017 [10:06]: Daha bir dəhşətli intihar hadisəsi
28/4/2017 [09:51]: Atəşkəs rejimi 120 dəfə pozuldu
28/4/2017 [09:44]: Azərbaycanda kişi özünü qatarın altına atdı
28/4/2017 [09:39]: AMB-nin rəsmi valyuta məzənnələri
28/4/2017 [09:27]: Mariya niyə dingildəyirsən ki?
28/4/2017 [09:09]: Turizm şəhərində spirtli içkilər qadağan edilir
28/4/2017 [08:48]: Şəhid polkovnikin xanımına vəzifə verildi
28/4/2017 [08:32]: Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü
28/4/2017 [00:06]: Bürclər - 28 APREL
27/4/2017 [23:49]: Dünyanın ən dəhşətli görücüsündən qandonduran Proqnozlar
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com