Böyrəklərinizin təhlükədə olduğunu bildirən 8 ƏLAMƏT
Bürclər - 28 MAY
Alimlər keçəlliyin səbəbini tapdılar
9-cu sinif şagirdini maşın vurdu

«Azəriqaz»dan vətəndaşı qəzəbləndirən tələb

«Azəriqaz»dan vətəndaşı qəzəbləndirən tələb
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
11/1/2017 [00:15]
Baxılıb :
14461 dəfə
Abonentlərdən borcları yeni tariflərlə tələb edilir
Ekspertlər qurumun bu iddiasını absurd, qanuna zidd sayırlar

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən “Azqazservis”-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

Mətbuata açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib: “Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:  “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”

Vəkil Fəxrəddin Mehdiyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, qərarın məntiqindən də onun qanunsuz olduğu məlumdur: “İctimai münasibətlərin bütün sahələri qanunla nizamlanmır. Ancaq insanların hüquqi vəziyyətini, hüquqi statusunu ağırlaşdıran qanunun geriyə qüvvəsi ola bilməz. Əlbəttə yeni tarifi borclara tətbiq etmək olmaz. Köhnə köhnə ilə, yen yeni tariflə hesablanmılıdır. Tamamı ilə qanunsuz haldır. Abonentlər vəziyyətlə bağlı məhkəməyə müraciət edə bilərlər”.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, əslində qərar tamamilə qanunsuzdur: ““Azəriqaz”ın nə deməyindən asılı olmayaraq yeni verilmiş qaydalar, qanunlar geriyə tətbiq edilə bilməz. Bu hüququn, dünya praktikasının əlifbasıdır. Ona görə də “Azəriqaz”ın atdığı addım tamamı ilə qeyri-qanunidir. Mənə elə gəlir ki, belə köhnə borcu olan vətəndaşlar həmən məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qərarı vasitəsi ilə “Azəriqaz”ın verdiyi məntiqsiz qərar ləğv edilməlidir. Çünki məhkəmələrə müraciət olunsa, əminəm ki, bununla bağlı normal izah olmalıdır. Qanunun geriyə tətbiqi ümumiyyətlə mümkün deyil. Bu hüquq anlayışına ziddir. Əgər hər hansısa bir insan müəyyən bir hərəkət edirsə və keçmişə aid olan hərkətə görə yeni qaydalarla o nə cəzalandırıla, nə də cərimələndirilə bilməz. Məntiqlə belə çıxır ki, məsələn mən 3 ay öncə hər hansı bir yol hərəkəti qaydasını pozmuşam və 30 manat cərimələnmişəm. Ancaq yeni qaydalara görə həmin qayda pozuntusu 60 manatdırsa, mən 60 manat ödəməliyəm. Belə bir şey yoxdur. Həmin qayda pozarkən cərimə nə qədər idisə, onun məsuliyyətini daşıyıram”. 

“Yəni, həmin qaydalar köhnə borclara da tətbiq olunmalıdır. Köhnə borclar heç vaxt yeni qaydalarla hesablana bilməz. Ən azından burda belə bir bəsit məntiq var ki, əgər köhnə qiymətlər yeni qiymətlərlə olsa idi, mən o zaman bu qədər qaz işlətməzdim. Daha ciddi qənaət rejiminə keçərdim. Əgər mən bunu bilmirdimsə, vətəndaş olaraq məni bu qədər yükləmək olmaz. Bu qanuna ziddir. Ona görə də köhnə borcu olan vətəndaşlara “Azəriqaz” tərəfindən belə bir iddia irəli sürüləcəksə və yenidən hesablanacaqsa, vətəndaşlar ya qrup, ya da fərdi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qaydasında bu qərarın ləğvinə çalışılmalıdır” - deyə ekspert bildirib.

Aysel İsgəndərli

Paylaş:
28/5/2017 [00:22]: Böyrəklərinizin təhlükədə olduğunu bildirən 8 ƏLAMƏT
28/5/2017 [00:05]: Bürclər - 28 MAY
27/5/2017 [23:06]: Alimlər keçəlliyin səbəbini tapdılar
27/5/2017 [22:56]: "Həkimə dedim, qızıl dişlərimin hamısını sök " - Bir atanın ürəkdağlayan HEKAYƏSİ
27/5/2017 [22:49]: 9-cu sinif şagirdini maşın vurdu
27/5/2017 [22:28]: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək
27/5/2017 [22:16]: Nəhəng ayı tamaşaçılara hücum etdi - VİDEO
27/5/2017 [22:12]: Ərəb biznesmen Trampın evli qızına elçi düşdü - VİDEO
27/5/2017 [22:01]: Ramazan ayının 2-ci gününün duası və təqvimi
27/5/2017 [21:48]: Ana ola bilməyən qadın həyatına son qoydu
27/5/2017 [21:41]: Azərbaycanın təklifi NATO PA-nın iclasında qəbul olundu
27/5/2017 [21:35]: Qonşu ölkə silkələndi
27/5/2017 [21:24]: Oğul anasını qətlə yetirdi
27/5/2017 [21:19]: 4 metrlik gürzə öldürüldü
27/5/2017 [21:04]: Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO
27/5/2017 [20:42]: Məktəblilərin davası ölümlə bitdi
27/5/2017 [19:57]: Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN!
27/5/2017 [19:54]: Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər - XƏBƏRDARLIQ
27/5/2017 [19:23]: Pasportların rəngi hansı mənanı verir? - Cavab veririk
27/5/2017 [19:10]: Xəstənin yumurtalığından 37 kq-lıq şiş xaric olundu - Əlcəzairdə
27/5/2017 [18:54]: Tanınmış teleaparıcının gözəl səsi varmış - VİDEO
27/5/2017 [18:44]: Paytaxtda “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçirilir
27/5/2017 [18:36]: Məşhur müğənninin mediadan gizləmək istədiyi xanımının görüntüləri - VİDEO
27/5/2017 [18:28]: Azərbaycan snayperlərinin praktiki atış bacarıqları yoxlanılır
27/5/2017 [16:43]: İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək
27/5/2017 [16:09]: "Neft Daşları"na gedən helikopter qəza enişi edib, xəsarət alan yoxdur
27/5/2017 [15:50]: Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər
27/5/2017 [15:13]: Silahlı insident - yaralanan var
27/5/2017 [15:12]: Məşhur dietoloqdan oruc tutanlara RAMAZAN MƏSLƏHƏTİ
27/5/2017 [14:19]: Şamaxıda qədim kütləvi məzarlıq aşkar edildi
27/5/2017 [14:17]: Əli Məsimli: “Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər”
27/5/2017 [13:43]: Azərbaycanda siqaret istehsalı kəskin azalıb
27/5/2017 [12:59]: Azərbaycanın ucqar dağ kəndində replə keçən dərs keçən müəllim - VİDEO
27/5/2017 [12:47]: Sabaha olan hava proqnozu
27/5/2017 [12:32]: Bakıda hoteldə faciə: ölən var
27/5/2017 [12:27]: Azərbaycanda faciəvi hadisə - Ata 1 yaşlı oğlunu öldürdü
27/5/2017 [11:48]: Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi
27/5/2017 [11:44]: İlham Əliyev Misir Prezidentinə başsağlığı verib
27/5/2017 [11:09]: XDMX-dən xəbərdarlıq: "Kompüterinizə müdaxilə edə bilərlər"
27/5/2017 [11:06]: Bakıda avtoqəza: Qadın yaralandı - FOTO
27/5/2017 [11:04]: Kişi voleybolçularımızdan biabırçı məğlubiyyətlər
27/5/2017 [10:54]: Zorla ərə vermək istədikləri bacıları başqasına qoşulub qaçdı - "Adətə görə öldürdük"
27/5/2017 [10:14]: Bakının tanınmış gecə klubunda kütləvi dava
27/5/2017 [10:12]: Generallar bulvardakı yürüşdə - FOTOLAR
27/5/2017 [10:08]: Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
27/5/2017 [10:02]: Mədət Quliyev: "Azərbaycanda casuslar var"
27/5/2017 [00:05]: Bürclər -27 MAY
26/5/2017 [23:37]: Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi
26/5/2017 [23:33]: Moskvada Respublika Günü münasibəti ilə təntənəli qəbul keçirilib
26/5/2017 [23:24]: Ramazan ayının təqvimi – CƏDVƏL
26/5/2017 [23:21]: Ramazan ayının ilk gününün – DUASI VƏ TƏQVİMİ
26/5/2017 [23:13]: Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT!
26/5/2017 [23:03]: Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə şüşə ilə saç kəsdi - VİDEO
26/5/2017 [22:49]: "Bəs özünüz niyə xaricə qaçırsınız?!"
26/5/2017 [22:20]: Naməlum şəxslər tərəfindən bıçaqlandı
26/5/2017 [22:18]: Xərçəng xəstəsi intihar etdi
26/5/2017 [21:45]: Baş nazirin kişi “xanımı” NATO liderlərinin xanımları ilə birgə
26/5/2017 [21:37]: Misirdə xristianlara hücum -çoxlu sayda ölən var
26/5/2017 [21:06]: Yadplanetlilər əslində bizik - ŞOK İDDİA
26/5/2017 [20:40]: 13 yaşlı uşaq ağacdan yıxılaraq ölüb
26/5/2017 [20:27]: "Toyuma telefonsuz gəlin!"
26/5/2017 [20:20]: Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq
26/5/2017 [20:17]: "Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" — QAN DONDURAN İFADƏ
26/5/2017 [20:11]: Hacı Nuran Könül Xasıyevanın elə görüntüsünü paylaşdı ki... — ŞOK FOTO
26/5/2017 [19:28]: Məşhur türk müğənnisini ilan sançdı - Vəziyyəti ağırdır
26/5/2017 [18:58]: Təhsil Nazirliyindən aşağı bal toplayan müəllimlərin ixtisar olunacağı xəbərinə AÇIQLAMA
26/5/2017 [18:38]: Dövlət Gömrük Komitəsindən RƏSMİ AÇIQLAMA
26/5/2017 [18:35]: 14 yaşlı işçisini zorlayan kişiyə AĞIR CƏZA
26/5/2017 [18:22]: “Nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”
26/5/2017 [17:54]: "Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik" - İlham Əliyev
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com