Məşhur İmanov qardaşlarına aldanan vətəndaş elə mətləbləri ortaya çıxardı ki...
Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI
Maaşı kimlər kartla alacaq?
Hücumçu rəqib komandanın qapıçısının həyatını xilas etdi - VİDEO

İcbari tibbi sığorta tarifləri “bazar”a görə formalaşıb

İcbari tibbi sığorta tarifləri “bazar”a görə formalaşıb
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
10/1/2017 [23:14]
Baxılıb :
355 dəfə
Həkimlərə qeyri-rəsmi nə qədər ödəyirdiksə, rəsmi ödəniş də eyni olacaq

Yeni il ərəfəsində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri açıqlandı. Pilot layihədə göstərilən xidmətlərə ilkin səhiyyə xidməti, təcili tibbi yardım, ambulator xidmət, stasionar müayinə-müalicə, fizioterapiya, həyatı vacib-dəyəri yüksək olan əməliyyatlar daxildir.

Pilot layihə adıçəkilən şəhərlərin ərazisinə şamil olunur, 2017-ci il yanvarın 1-dən başlayır və 2018-ci il fevralın 1-i tarixində başa çatır. Tibb təchizatçılarının vəzifələri sırasına azadolma nəzərə alınmaqla, sığorta olunanlara baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlər göstərmək, tibb işçisinin təqsiri üzündən şəxslərin sağlamlığına dəymiş zərərin əvəzini ödəmək, ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb təchizatçısı tərəfindən sığorta olunanları bu xidməti göstərən və Agentliklə müqavilə bağlamış digər tibb təchizatçısına göndərməkdir. Sığorta ödənişi ilkin səhiyyə xidməti, TTTY, ambulator və stasionar tibbi xidmət üzrə sığorta ödənişinin məbləği və ödənilmə şərtləri pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarından (adambaşı sığorta ödənişi metodu və xidmətə görə sığorta ödənişi metodu ) istifadə etməklə Agentlik və tibb təchizatçısı arasında bağlanan müqavilə ilə müəyyən edilir.

“Tibbi sığorta haqqında” Qanuna görə, icbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığortalının (mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi, icbari tibbi sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

İcbari tibbi sığorta sistemində sığortalılar işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. Đcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. Đşləməyən pensiyaçılar, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir. Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

İlkin səhiyyə xidməti üçün 18 manat müəyyənləşib

Pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarının tətbiqi qaydası Agentlik tərəfindən müəyyən edilir. Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə qurumlarının xərclər smetasında nəzərdə tutulmuş məbləğ ilə Agentlik tərəfindən həmin qurumlara verilmiş sığorta ödənişlərinin məbləği arasında fərq yarandığı halda, həmin fərqin aylıq əsaslarla maliyyələşməsi Agentlik tərəfindən təsdiq edilmiş pilot layihə büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. Pilot layihə ilə əhatə olunmayan şəxslərə tibbi xidmətlər göstərildikdə, baza zərfinə daxil olan və baza zərfinə daxil olmayan tibbi xidmətlər öz vəsaitləri hesabına göstərilir.

Siyahıya əsasən ilkin səhiyyə xidməti təminatı üzrə hər təhkim olunmuş şəxsə görə illik 18 manat ödənir. Bu xidmətə əhalinin ixtisas həkiminə qədərki müayinəsi, tibbi göstərişlərə əsasən müvafiq ixtisas həkimlərinə və əlavə müayinələrə göndərilməsi, qan alma, USM (abdominal, ginekoloji, uroloji), EKQ, görmə qabiliyyətinin yoxlanılması, ilkin terapevtik tibbi yardım xidməti, əzələ daxili, damar daxili, dərialtı inyeksiyaların olunması, burun tamponadası, yara sarğısı, təmizləyici imalənin olunması, mədənin yuyulması kimi xidmətlər daxildir. Ancaq vəsaitin hansı hissəsinin sığorta olunan, hansı hissəsinin dövlət tərəfindən ödəniləcəyi qeyd edilmir. 

Dediklərini elədilər: təcili yardım pulludur

Icbari tibbi sığrtaya keçən şəhərlərdə təcili tibbi yardım da rəsmi olaraq pullu xidmət göstərir. Əslində əvvəllər də qeyri-rəsmi olaraq xidmət üçün onlara hamımız pul ödəmişik. Amma indi bu pullar kimlərinsə ciblərinə getməyəcək, rəsmi şəkildə sığorta paketinin qiymətinə daxil olacaq. Ambulans xidməti şəhər içi 30 manat, tibbi təxliyyə feldşer müşayəti ilə 20, şəhərdən kənara təcili yardım briqadasının çağırılması (60 km məsafəyadək) 50, 160 km məsafəyadək 100, 500 km məsafəyadək və artıq 200 manat təyin olunub. Yaxşı ki, bunu da dərman vasitələri kimi dolların kursuna uyğun proqramlaşdırmayıblar. 

Ambulator xidmətdə tariflər çox müxtəlifdir. Misal üçün, ixtisaslı həkim müayinəsi 8 manatdır. Ginekoloqun müayinəsi, üstəgəl ultrasəs müayinəsi (USM) də bir o qədərdir. Gözün müayinəsində 3 manatdan tutmuş, 42 manatadək olan qiymətlər mövcuddur. Daha çox müraciət olunan eynək müayinəsi 9, konyuktivadan yad cisim çıxardılması, göz yaşı kanalının yuyulması və kompyuterlə görmə sahəsinin müayinəsinin hər biri 12, uşaqlarda göz yaşı kanalının acılması 30 manat, qulaq kiri tıxacı (yuyulma və manipulyasiya) 12.5, ventilyasiya borusunun çıxarılması 30, burun sümüyü qırığının düzəldilməsi 50, tez-tez rast gəlinən (daha çox uşaqlarda) burun boşluğundan yad cismin çıxarılması 30, udlaqdan yad cismin çıxarılması 50 manat müəyyən edilib. İki saatlıq EEQ monitorizasiyası 45, kompyuter EMQ 50, bir saatlıq EEQ monitorizasiyası 30 manatdır. Ambulator xidmətdə yüksək tariflər də var. Ezofaqus varikozunun skleroterapiyası 150, üst və ya alt qis qanamalarında koaqulyasiya və inyeksiya terapiya 300 (ayrılıqda), endoskopik perkutan qastrostomiya 210, endoskopik kisto-duodenostomiya 270, ezofaqus varikozun müalicəsi (skleroterapiyası, həlqə qoyulması) 330 manat təşkil edir. 

Yenə ambulator xidmətə daxil olan koksid tipli gips sarğısı (iki tərəfli) 75, bir tərəfli olan 65, gips çıxardılması 10, yaranın təmizlənməsi (orta) 100 manat, kiçik olanın tarifi də onun yarısı qədərdir. Müxtəlif bədən üzvlərinin rentgenoqrafiyası əsasən 10-15 manat arasında dəyişir. Ezofaqus-mədə-duodenum (EMD) ikili kontrastı 60, əzələ daxili inyeksiya 2 (xidmətə daxil olmayan tibbi vasitələr - dərman), damar daxili inyeksiya 2,5, yara sarğısı (yaranın həcmindən asılı olmayaraq) 17.5, serum taxılması 5, mədənin yuyulması 10, təmizləyici imalə 5, süd vəzinin biopsiyası (USM kontrolunda) - sahə sayından asılı olmayaraq 50, abses və hematomların drenaj olunması 75, yara tikilməsi 17.5, yad cismin çıxarılması 15, dirnağın çıxarılması (hissəvi) 25, qaraciyər iynə biopsiyası - USM altında 85 manat təyin olunub. Bəziləri sadəcə bir seansın qiymətidir. Bu tariflər Mingəçevir və Yevlax üçün keçərli olduğundan qiymətlərin paytaxta görə dəyişəcəyi istisna deyil. 

Laborator müayinələrdə qiymət anormallığı

Laborator müayinələr də dəyişikdir, amma maraqlı məqamlar orataya çıxır. Misal üçün Anti- HCV (express) 3 manat müəyyənləşib. Təsərrüfat hesablı olmayan dövlət tibb müəssisəsində də elə bu qiymətə müayinə aparılır. Bu rəqəmlər qeyri-rəsmi alınan məbləğlərdən götürülüb. Bilirubin (total) 4 manat müəyyənləşib. Bu test üçün yaxınlarda dövlət müəssisəsində ikiqat ödəniş etmişəm. Hepatit C- Anti HCV 8 manat təyin olunub. Amma özəl və dövlət müəssisələrində bundan iki dəfədən də artıq tarif tətbiq edirlər.   

Nəzərə alsaq ki, bu ödənişlərin əsas hissəsi hökumət və ya işəgötürən tərəfindən ödəniləcək, tibbi sığorta cəlbedici görünür. Sadalanan qiymətləri biz özəl tibb müəssisələrində rəsmi, ödənişsiz olan dövlət tibb müəssisələrində də həkimlərə qeyri-rəsmi olaraq tam şəkildə ödədiyimizi nəzərə alsaq tariflər o qədər də qorxulu deyil. 

Doğuşun rəsmi tarifləri də “bazar”a uyğunlaşdırılıb

Stasionar müayinə və müalicə təminatı yüksək qiymətlərlə müşaiyət olunur. Sağ və sol ürək kameralarının kateterizasiyası, 3 yaşa qədər uşaqlarda 330 manat, perkutan translyuminat koronar anqioplastika (ilk stent tətbiqi və digər tibbi sərflər daxil edilməklə)  1800, növbəti stent 800, trombekstraksiya 2000, uşaqlarda beyin damarları anomaliyalarının (AVM və AVF) embolizasiyası 1500 manat təşkil edir. Hər kəsi daha çox maraqlandıran doğuş qiymətləri də “bazar qiymətləri”ndən geri qalmır. Normal doğuş 300, normal doğuş (çoxdöllü hamiləlik) 400, keysəriyyə 400, keysəriyyə (çoxdöllü hamiləlik) 500t, Hamiləliyin 14 -20 həftələri arasında düşüklər 210, süni abort 50 manat təyin olunub. 

Bahalı əməliyyatlardan mastoidektomiya ilə petroz apeks rezeksiyası 2450, xarici qulaq keçəcəyi atreziyasının ləğvı 1750, stapedektomiya  2100, lateral temporal sümük rezeksiyası 1400, medial maksillektomiya 2800, traxeyanın uc -uca anastomozu 1400, rekonstruksiyası 980, sistektomiya radikal 3500, likvoreya fistulası əməliyyatları: transkranial yolla 3200, laporaskopik kolopeksiya 700, kəskin appendisit (ağırlaşmış) 630, kəskin appendisit - (ağırlaşmış, laporaskopik) 840, tonzillektomiya (xalq arasında boğazda artıq ət əməliyyatı) 196 manatdan (tək tərəfli) 350 manatadəkdir. Yayda az qala bu əməliyyata girəcəkdim, “pulsuz” xəstəxanada həkimlə “razılaşma yolu ilə” rüşvəti də bu qədər idi. İlkin “qiymət” isə 450 manat söyləmişdi.  

Bahalı əməliyyatların pulunu kim ödəyəcək?

Həyatı vacib-dəyəri yüksək olan əməliyyatlar sırasında anevrizma: çoxsaylı anevrizma (ayrı kəsik) 8000 (bir anevrizma 4160 manat), torakal aorta anevrizması əməliyyatı (ağır riskli) 6400, torakoabdominal aorta əməliyyatı (yüksək riskli) 8480, aorta-koronar şuntlama əməliyyatı (aşaği riskli) 4720, orta riskli 5200, ağır riskli 6320, qapaq protezləşdirilmə əməliyyatı (ağır riskli) yenə 6320, aorta disseksiyası (ağır riskli) 7840, ciddi sol mədəcik disfunksiyası+AKŞ+qapaq protez+torakal aorta əməlliyatı 8480, pnevmonektomiya və böyük damar cərrahiyyəsi 9600, torakotomiya, həcm azaldıcı əməliyyat, tək tərəfli  7040 manat və s. qiymətlər mövcuddur. 200 manat məvacib alan vətəndaş üçün bu əməliyyatların heç olmasa yarısını hansı işəgötürən ödəyəcək, çox maraqlıdır. Son vaxtlar ölkədə xəstəliklərin sayının sürətlə artdığını nəzərə alsaq, icbari tibbi sığortaya getmək böhranı daha dərin yaşayan sahibkarların marağında olmamamlıdır. Büdcədən maliyyələşənlərə gəlincə, yəqin onların da çoxunu bir bəhanə tapıb təmin etməyəcəklər. Necə ki, ölkədə səhiyyə sisteminin böyük bir hissəsi pulsuz olduğu halda biz həmişə pul ödəmişik, bu sistemin işləyəcəyi şübhə doğurur.

Bizimyol.info

Paylaş:
28/2/2017 [00:55]: Arıqlamağa kömək edən 5 ən yaxşı içki
28/2/2017 [00:25]: Məşhur İmanov qardaşlarına aldanan vətəndaş elə mətləbləri ortaya çıxardı ki...
28/2/2017 [00:04]: Bürclər - 28 FEVRAL
28/2/2017 [00:01]: "Ermənilərin itkiləri barədə videolar var" - Polkovnik
27/2/2017 [23:53]: Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI
27/2/2017 [23:46]: Avstriyalı nazirdən Ərdoğana sərt sözlər
27/2/2017 [23:21]: Azərbaycan Avropadan necə görünür?
27/2/2017 [22:58]: Vəkil “Medi-Sina”nın sahibinə bəraət istədi
27/2/2017 [22:29]: Maaşı kimlər kartla alacaq?
27/2/2017 [21:48]: Sabahın hava proqnozu
27/2/2017 [21:23]: Hücumçu rəqib komandanın qapıçısının həyatını xilas etdi - VİDEO
27/2/2017 [20:52]: Tramp: “ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara 6 trilyon dollar xərcləyib, amma heç nəyə nail olmayıb”
27/2/2017 [20:23]: “Müşfiqin abidəsin dağıdan məmur cəzalandırılsın” - Nərgiz Paşayeva
27/2/2017 [20:20]: Şengen vizası üçün tələb olunan sənədlər hansılardır?
27/2/2017 [19:24]: Sabah bu prospekt avtomobillər üçün bağlanacaq
27/2/2017 [19:09]: Ronaldodan penalti rekordu
27/2/2017 [18:49]: Ölkədə tibbi avadanlıqlarla müayinələr pulludur
27/2/2017 [18:21]: Xocalı faciəsi ilə bağlı yaradılmış haştaq “Twitter”də 5-ci olub
27/2/2017 [17:35]: “Volfsburq” baş məşqçisini qovdu
27/2/2017 [17:09]: Dolların sabaha olan məzənnəsi
27/2/2017 [16:55]: Həlak olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından təxliyə edilib
27/2/2017 [16:39]: MTRŞ-dən kabel televiziyaları ilə bağlı maraqlı açıqlama
27/2/2017 [16:28]: MN: Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki, onlar da bizə qaytarsınlar
27/2/2017 [16:11]: Mikayıldan Rasim Balayevin iradlarına cavab: “Gülməyək?”
27/2/2017 [15:57]: 11 ayda 3 uşaq dünyaya gətirdi - FOTOLAR
27/2/2017 [15:55]: Mikayıl Müşfiqin büstünün yeni fotoları
27/2/2017 [15:46]: Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə proses baş tutmadı
27/2/2017 [15:40]: Bakı-Sumqayıt yolunda maşın od tutub yandı - VİDEO
27/2/2017 [15:26]: Kosmosa gedәn ilk meymun
27/2/2017 [14:48]: Güclü külək Bakıda avtomobilləri yararsız vəziyyətə saldı - VİDEO
27/2/2017 [14:42]: Diktatorun qardaşını realiti-şou üçün öldürdülər – ŞOK İFADƏ
27/2/2017 [14:35]: “Spiegel”: "Eks-prezident 45 illik həyat yoldaşından ayrılıb"
27/2/2017 [14:27]: Ermənilər Parisdə keçirilən Xocalı anım konsertini pozmağa cəhd edib - FOTO
27/2/2017 [14:22]: Alkoqolizmin qurbanı olmuş məhşurlar
27/2/2017 [14:10]: Akif Çovdarov məhkəmədə zərərçəkmişləri təhqir etdi
27/2/2017 [14:03]: Mart ayı üçün qeyri-iş günlərinin sayı açıqlandı
27/2/2017 [14:02]: Güclü külək sakinləri ölümlə üz-üzə qoydu - çox sayda evə ziyan dəydi - VİDEO
27/2/2017 [13:51]: “Azəravtoyol” Mikayıl Müşfiqin büstü ilə bağlı açıqlama verdi - FOTOLAR
27/2/2017 [13:24]: Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
27/2/2017 [13:20]: Azərbaycanda 330 polis cəzalandırıldı
27/2/2017 [13:04]: Ramil Usubovdan yeni təyinat
27/2/2017 [13:03]: La Liqada baş məşqçi istefası
27/2/2017 [12:47]: Azərbaycanda boğazında həb qalan uşaq boğularaq öldü
27/2/2017 [12:46]: Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - FOTO
27/2/2017 [12:42]: Sabaha olan hava proqnozu
27/2/2017 [12:35]: Votsapda narazılıq yaradan funksiya ləğv olunur
27/2/2017 [12:33]: “Evimdə 14 ermənini gizlətmişdim...” - Afaq Bəşirqızı
27/2/2017 [12:17]: Lənkəranda tank əleyhinə minalar tapıldı
27/2/2017 [12:13]: Bakıda boğularaq qətlə yetirilmiş qadın meyiti tapılıb
27/2/2017 [12:03]: Hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib
27/2/2017 [12:01]: Simeone 300-ə çatdı
27/2/2017 [11:54]: Bakı sakininin qəribə ölümü
27/2/2017 [11:42]: Köçürülmə zamanı ev verilməyəcək məcburi köçkünlərin kateqoriyaları açıqlandı
27/2/2017 [11:25]: Şəhid olan hərbçilər - FOTOLAR
27/2/2017 [10:52]: “Qaçqınkom” məcburi köçkünlərə müraciət etdi
27/2/2017 [10:47]: Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı
27/2/2017 [10:43]: Bankir Azərbaycanda İslam bankçılığının inkişafını zəiflədən amili açıqladı
27/2/2017 [10:36]: Qərib Azər : “Bu, o demək deyil ki, evli kişi gözəl xanıma baxmasın”
27/2/2017 [10:34]: Nazir: "Azərbaycanda işsizliyin səviyyəsi bir çox Avropa ölkələrindən aşağıdır"
27/2/2017 [10:27]: Azərbaycan Müdafiə Nazirliyinin məlumatı
27/2/2017 [10:21]: “İnter” “Roma” ilə bacarmadı - Video
27/2/2017 [10:04]: PSJ-dən darmadağın - Video
27/2/2017 [10:01]: Bu ölkə Azərbaycanla keçiriləcək yarışı izləmək üçün 800 bilet sifariş etdi
27/2/2017 [09:56]: Neft bahalaşdı
27/2/2017 [09:53]: Qoğal satan kişi dispetçerin qulağını kəsdi
27/2/2017 [09:41]: Mehriban Əliyeva: "Siyasət – bu yalnız kişi işi deyil" - VİDEO
27/2/2017 [09:37]: İran filmi "Oskar"la mükafatlandırıldı
27/2/2017 [09:37]: Bakıda 54 yaşlı kişi özünü zəncirlə asdı
27/2/2017 [09:35]: Binəli Yıldırım: “Xocalı qətliamı türk millətinin ortaq dərdidir”
27/2/2017 [09:31]: 10-11-ci siniflər ləğv olunur? - Rəsmi açıqlama
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
(050) 416 85 05
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com