Masallıda molla həbs edildi - FOTO
Bakıda saxta viza qalmaqalı
Azərbaycanda orta məktəbin həyətindən tank mərmisi tapıldı - FOTO
Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ

Böhrandan çıxmaq üçün real imkanlar…

Böhrandan çıxmaq üçün real imkanlar…
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
10/1/2017 [18:56]
Baxılıb :
8986 dəfə
Maliyyəçi ekspert hökuməti əlindəki resurslardan istifadə etməyə çağırır
Zaur Əhmədov: «Manatı üzən məzənnə rejiminə buraxmaq olmaz»

Azərbaycanın milli valyutası öz bazar dəyərini tapması üçün bu il nə qədər ucuzlaşa bilər? Ümumiyyətlə, manatın bazar dəyəri nə qədərdir? Hansı gəlirlər hesabına manatın kursunu sabit saxlamaq mümkündür?

Azərbaycanda az qala hər kəsi düşündürən bu suallarla bağlı maliyyəçi ekspert Zaur Əhmədov «Bizim Yol» qəzetinə və bizimyol.info saytına öz fikirlərini açıqlayıb.  

Ekspert bildirir ki, manatın sabitləşdirilməsi istiqamətində aparılan işlər milli valyutanın bu günkü dəyərini reallığa yaxınlaşdırsa da, hələ bu sahədə sabitlik əldə olunmayıb. Buna görə də indiki vəziyyətdə manatın dollara nisbətdə real dəyərini tapması üçün daha çox ucuzlaşacağı labüddür. Z.Əhmədovun sözlərinə görə, faktiki valyuta alqı-satqısı zamanı qoyulmuş məhdudiyyətlərə baxmayaraq Mərkəzi Bankın təyin etdiyi kurs ilə valyuta alqı-satqı əməliyyatlarının mümkün olmaması buna sübutdur. «Bundan başqa sərt valyuta nəzarəti siyasəti bazar iqtisadiyyatı üçün xarakterik olmasa da hazırda iqtisadiyyatımız məhz bu siyasətlə idarə olunur.  İdxal əməliyyatları minimuma qədər azaldılıb. Digər tərəfdən, banklar cari hesabında manat olan müştəriləri üçün də xaricə pul köçürmələri zamanı müştərilərindən xarici valyuta tapıb gətirərək hesaba mədaxil etməsini tələb edirlər. Əlbəttə bu bütün banklarda böyük həcmdə idxal əməliyyatları aparan müştərilərə tətbiq olunmasa da xırda ticarət əməliyyatları aparan, yaxud da xaricdə təhsil alan tələbələrin valideynlərinə pul köçürmələri zamanı bəzi banklar tərəfindən tətbiq edilir. Sual ortaya çıxır ki, əgər qara bazardan dollar əldə etmək mümkün deyilsə va yaxud bu hansısa formada qanunsuzluq hesab edilirsə, banklar da dollar satışına məhdudiyyət  qoyursa, müştəri həmin vəsaiti qanuni şəkildə necə və haradan əldə etməlidir. Bir sözlə hazırda ölkədə sərt valyuta nəzarəti həyata keçirilir və valyutanın kənara axınının qarşısı maksimal səviyyədə alınıb. Bütün bu məhdudiyyətlər çərçivəsində əgər manatın indiki məzənnəsi 1.77 səviyyəsində müəyyən edilibsə, azad alqı-satqı əməliyyatları zamanı məzənnənin 2 manatdan az olmayacağı qaçılmazdır. Perspektivdə isə məzənnənin 2.30-a qədər qalxması mümkündür». 

Ekspertin qənaətincə, hökumət manatı tam üzən məzənnəyə buraxmadan da indiki vəziyyəti idarə edə bilər. Z.Əhmədov fikirlərini belə izah edir: «Çünki, manat üçün ən çətin dövr mart ayının ortalarına qədərdir. Bu ayın sonlarında müəssisələrin illik vergi borcları üzrə son dəqiqləşdirmələr apararaq borclarını ödəməsi səbəbindən kommersiya strukturlarının dollarda olan rezervlərini də manata çevirərək büdcəyə ödənişləri həyata keçirmək məcburiyyətində qalması manata tələbi artıracaq. Eyni zamanda mart ayında bayram tətillərinin olması əhalinin də xarici valyutada saxlamış olduqları dolları evlərdən çıxaraq iqtisadiyyata qayıtmasını təmin edəcək. Bu bayramda əhalinin bazarlıq zamanı ehtiyac duyduğu bir çox məhsullar məhz yerli məhsullar olduğundan idxal əmtəələrinə böyük ehtiyac duyulmayacaq. 

Ötən ilin təcrübəsinə nəzər salsaq görərik ki, ilin birinci yarısında ölkədə idxalın azalması müşahidə olunur. Buna görə də təbii olaraq xarici valyutaya da ehrtiyac azalacaq. Ən çox ehtiyac isə iyul-avqust aylarında və dekabr ayında olur ki, bu da idxalın da müvafiq olaraq artmasının nəticəsidir. Bu səbəbdən manatın dəyərini itirməsini səngitmək üçün çox da vəsait tələb olunmayacaq». 

Z.Əhmədov bildirib ki, bu ildən turizm sahəsində işlərə daha çox önəm verilə və ölkəyə daha çox turistlərin gətirilməsi istiqamətində siyasət yürüdülə bilər. «Qonşu Gürcüstan ötən il 5 milyon yarımdan çox turistin cəlb edilməsinə məhz düzgün turizm siyasəti və ədalətli xidmət qiymətləri ilə nail ola bilib. Bu təcrübədən nəyə görə təxminən eyni üstünlüklərə malik olan turizm infrastrukturumuz bəhrələnməsin? Düzgün yürüdülən turizm siyasəti hazırkı gücü ilə ölkəyə ən azı 5 milyard dollar vəsait hədiyyə edə bilər». 

Ekspertin sözlərinə görə, Rusiya rublunun sabitlik tapması və öz dəyərini bütün xarici valyutalara nisbətdə artıra bilməsi, ümumilikdə Rusiya iqtisadiyyatının böhrandan çıxması qonşu ölkədə çalışan vətəndaşlarımız tərəfindən ölkəyə gətirilən pulun miqdarına təsir edəcək. «Amma biz Rusiya ilə münasibətlərdə daha çox kənd təsərrüfatı potensialımıza da güvənməliyik. Çünki hər il Rusiyaya göndərə biləcəyimiz kənd təsərrüfatı məhsullarından, əsasən təzə meyvə-tərəvəz olmaqla 2-3 milyard dollar vəsait əldə edə bilərik. Rusiyanın Avropaya tətbiq etdiyi anti-sanksiyalar nəticəsində Avropa kənd təsərrüfatı məhsulları istehsalçılarının itirdiyi mövqelərdə biz öz iqlimimizin və ənənəvi məşğuliyyətimizin verdiyi üstünlüklərdən yararlanaraq möhkəmlənə bilərik». 

Z.Əhmədov hesab edir ki, bütün bunlarla yanaşı hökumətin böhran iqtisadiyyatı üçün nəzərdə tutduğu proqramların reallaşdırılmağa başlaması, həmçinin iri özəlləşdirmənin həyata keçirilməsi rabitə, nəqliyyat, elektrik təchizatı, və s. təbii inhisarçı müəssisələrin özəlləşdirilməsi sahəsində iqtisadiyyata çoxlu xarici investisiya cəlb edilə bilər. «Nəzərdə saxlamaq lazımdır ki, hazırda manatın dollara nisbəti əslində xarici investorlar üçün az cəlbedici deyil. Əgər özəlləşdirmə zamanı sözügedən müəssisələrimizn uğurlu özəlləşdirilməsinə nail ola bilsək, həm xarici investorların da cəlb olunmasından əldə olunan valyuta gəlirlərimizi artıra bilərik,  həm də həmin müəssisələrin özəlləşdirildikdən sonra fəaliyyətinin indikindən fərqli olaraq zərərsiz işləməsinə nail ola bilərik ki, bu da davamlı iqtisadi inkişafa təkan vermiş olar». 

Ekspert onu da qeyd edib ki, artıq Mərkəzi Bankın rezervlərinin azalması prosesi dayanaraq artım müşahidə olunmağa başlayıb. «Bizim valyuta gəlirlərimizin əsas mənbəyi olan neft hazırda 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfə baha qiymətə satılır. Dünyada neftin qiymətinə ABŞ-ın siyasi təsiri azalıb və neft ixrac edən ölkələrin hasilatı azaltması haqqında razılıqlar əldə edilib. 

 Perspektivdə neft gəlirlərimizin artması həm rezervlərimizin artmasına, həm də manatı tamamilə üzən məzənnəyə buraxmadan daha təkmil iqtisadi siyasət yürütməyə imkan verir. Əgər indiki vəziyyətdə  manat tam üzən məzənnəyə buraxılacaqsa,  iqtisadiyyatımızın istehsal həlqələrinin zəif olması, ya da olmaması səbəbindən əhali, biznes, həm də dövlətimiz üçün daha pis nəticələr ortaya çıxa bilər. Bu gün manatın məzənnəsinin möhkəmlənməsi üçün vaxtaşırı dövlətin bazara valyuta təklif edərək iqtisadiyyatın inkişafı istiqamətində  təxirəsalınmaz işlər görməsi, daha məqsədəuyğundur.  Ən vacibi isə hökumətin sahibkarlarda və adi vətəndaşlarda əminlik yaratmaq məqsədilə vəziyyətə nəzarət etdiyini, manatın sabit məzənnəsini, ümumilikdə isə maliyyə sabitliyini qoruyacağını bəyan etməsi ola bilər ki, bu həm manatı psixoloji təzyiqlərdən xilas edər, həm də böhrana yuvarlanan iqtisadiyyatımızı inkişafa istiqamətləndirə bilər»-deyə Zaur Əhmədov vurğulayıb.  

Bizimyol.info

Paylaş:
23/2/2017 [20:21]: Masallıda molla həbs edildi - FOTO
23/2/2017 [20:01]: İcra başçısı saxta sənəd verdi: sahibkar 700 min ziyana düşdü
23/2/2017 [19:44]: Bakıda saxta viza qalmaqalı
23/2/2017 [19:23]: Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
23/2/2017 [18:52]: Azərbaycanda orta məktəbin həyətindən tank mərmisi tapıldı - FOTO
23/2/2017 [18:20]: Güclü külək Ucarda yanğınlara səbəb olub
23/2/2017 [17:55]: Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ
23/2/2017 [17:55]: Britaniya parlamentində “Xocalı Sülh Mükafatı” nın təqdimatı olub
23/2/2017 [17:54]: “Azərbaycan beynəlxalq aləmdə ciddi mövqe sahibidir”- Elçin Süleymanov
23/2/2017 [17:35]: İlham Əliyev: “Niyə vaxt itirək, vaxt pul deməkdir”
23/2/2017 [17:28]: Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş
23/2/2017 [17:10]: Dolların sabaha olan məzənnəsi açıqlanıb
23/2/2017 [17:05]: "Arşın mal alan" yenidən gəlir
23/2/2017 [17:00]: Flora Kərimovadan Aygün Kazımovaya sərt cavab: "Dünənki cücə..."
23/2/2017 [16:48]: Ötən il 800 nəfər dərman, 500 nəfər dəm qazı zəhərlənməsi ilə xəstəxanaya müraciət edib
23/2/2017 [16:47]: Azərbaycandakı bəzi orta məktəbləri 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçir
23/2/2017 [16:29]: İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır
23/2/2017 [16:23]: Belçikada Xocalı müzakirələri
23/2/2017 [16:15]: "NASA-nın aşkarladığı planetlərdən 3-ü Yer kürəsinə oxşayır"
23/2/2017 [15:58]: Rezidenturanı bitirənlərə hansı ixtisaslar üzrə diplomların veriləcəyi açıqlandı
23/2/2017 [15:51]: Vasif Talıbovun vitse-prezident məsələsinə aydınlıq - "Yanlışlığa yol veriblər"
23/2/2017 [15:38]: Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə telefonla zəng etdi
23/2/2017 [15:36]: Dinini dəyişən azərbaycanlılar: Onlar kimdir və nə istəyirlər?
23/2/2017 [15:26]: Azərbaycanda 240 uşağı valideynləri dilənməyə məcbur edib
23/2/2017 [15:24]: Cəbhədə vəziyyət gərginləşib, nazir ön xəttə getdi
23/2/2017 [15:16]: Trump hökuməti tualet qaydalarını dəyişdi
23/2/2017 [15:07]: WoWoman platforması iki illiyini qeyd etdi - VİDEO
23/2/2017 [15:02]: Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq etdi
23/2/2017 [14:55]: Brüsseldə Xocalı soyqırımına həsr olunan fotosərgi keçirilir
23/2/2017 [14:42]: Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq
23/2/2017 [14:34]: Prezident: “Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının yaxından iştirakı əhəmiyyətli olacaq”
23/2/2017 [14:34]: Dövlət yeni şərtlərlə 500 nəfərə ipoteka krediti verib
23/2/2017 [14:28]: Azərbaycanın şəhid olan əsgəri dəfn edildi - FOTO
23/2/2017 [14:28]: Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olundu
23/2/2017 [14:15]: Azərbaycan prezidenti İtaliya XİN rəhbəri ilə görüşdü
23/2/2017 [14:03]: Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda
23/2/2017 [13:50]: Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub
23/2/2017 [13:41]: Fevralın 26-da Bakıda bəzi yollar bağlanacaq - SİYAHI
23/2/2017 [13:19]: Polis Bakıda əməliyyat keçirdi: 8 nəfər tutuldu
23/2/2017 [13:17]: Sığındıqları vaqonları yanan qaçqın ailəsi 11 gündür çöldədir - VİDEO
23/2/2017 [13:10]: Ermənistan Müdafiə Nazirliyinin binasına hücum edildi
23/2/2017 [13:10]: Azərbaycanda qar uçqunu: 5 nəfər öldü
23/2/2017 [13:03]: Fevralın 26-da bu ilin ilk Günəş tutulması baş verəcək
23/2/2017 [12:51]: MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı açıqlama
23/2/2017 [12:50]: Dolların hərrac məzənnəsi açıqlandı
23/2/2017 [12:25]: NASA TRAPPIST-1 adlı sistemdə 7 Yerölçülü ekzoplanet kəşf etdi
23/2/2017 [12:23]: Bayram gəlməmiş bahalaşma başladı - VİDEO
23/2/2017 [12:14]: ANAMA-nın direktoru: “Türkiyə ordusu bizim minalardan təmizlədiyimiz ərazidən Suriyaya daxil olub”
23/2/2017 [12:11]: Toyota Land Cruiser Prado-dan özəl Novruz hədiyyəsi
23/2/2017 [12:10]: “Bu hiss məni hamının qarşısında rəzil edir” - Xanım deputat - VİDEO
23/2/2017 [12:01]: Bu kəndddə 11 illik təhsil ləğv edildi
23/2/2017 [11:46]: Hava poqnozu
23/2/2017 [11:42]: Gürcüstan prezidenti Azərbaycana səfər edəcək
23/2/2017 [11:26]: Eldar Sultanov: "Avropa parlamentinin deputatlarına qarşı cinayət işi açılıb" - VİDEO
23/2/2017 [11:23]: Prezident nazirlərin toplantısında iştirak edir
23/2/2017 [10:56]: Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradıldı - SİYAHI
23/2/2017 [10:42]: Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün böyük tələ hazırlanır
23/2/2017 [10:40]: Müəllimlər 4 aydır ki, maaş almır
23/2/2017 [10:31]: Bakıda iki sərnişin avtobusu toqquşdu - FOTOLAR
23/2/2017 [10:16]: Ermənilər artilleriya sistemini və iriçaplı texnikanı ön xəttə yığır - Nazirlikdən açıqlama (FOTOLAR)
23/2/2017 [10:08]: Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlandı
23/2/2017 [09:41]: Erməni silahlılarından cəbhədə növbəti təxribat
23/2/2017 [09:29]: 60 yaşlı kişi özünü ağacdan asdı
23/2/2017 [09:26]: Bu maska ilə ayaq ağrısını aradan qaldırın
23/2/2017 [09:09]: Azərbaycanda göl daşdı: evləri su basdı
23/2/2017 [09:06]: Balıq bazarında qiymət artımı - VİDEO
23/2/2017 [00:46]: İnstaqramda yeni və faydalı funksiya
23/2/2017 [00:42]: Bloqqer Lapşinə yeni vəkil
23/2/2017 [00:03]: Bürclər - 23 FEVRAL
22/2/2017 [23:46]: "Mançester Yunayted" növbəti mərhələdə - VİDEO
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
(050) 416 85 05
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com