Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Alim "Facebook dostu" olan 18 yaşlı qıza təcavüz etdi

Alim
Bölmə :
Kriminal
Yayım tarixi :
6/1/2017 [16:35]
Baxılıb :
1239 dəfə

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A.Ş. ilə sosial şəbəkələrdən birində tanış olub.

Publika.az xəbər verir ki, Alim Mehdiyev 18 yaşlı qızla evlənəcəkləri barədə də söhbət aparıb. Sonra qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Qız da buna etiraz etməyib. Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada qızla cinsi əlaqədə olub.
Sonra Alim Mehdiyev qıza ailə quracaqlarını desə də, qız aldadıldığını, nəhayət ki, anlayıb. Başına gələnləri anasına danışıb. Hadisə araşdırılır.

Müşahidələr də göstərir ki, son hadisədə olduğu kimi aldadılan əsasən azyaşlılar, sosial şəbəkəyə yeni-yeni "addım" atanlar olur. Özünü qoruma, insanları tanıma bacarığı formalaşmayanlar, sosial şəbəkəyə məlumat mənbəyi deyil, yalnız tanışlıq, söhbət kimi baxanları ələ almaq "professional"lar üçün elə də çətin deyil.

"Təmiz Dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalova təşkilata bu problemlə bağlı hər il bir neçə müraciətin daxil olduğunu deyir. Onun sözlərinə görə, təsir altına düşənlər, əsasən, azyaşlılardır: "Sosial şəbəkə iş, maraqlı məlumatlar öyrənmək üçün əlverişlidir. Lakin tanışlıq dost mərhələsinə keçəndə əksər hallarda buna diqqətsiz yanaşırıq. Hətta üzünü görmədiyimiz, xasiyyətinə bələd olmadığımız insanları "facebook dostlarımız" deyə həvəslə təqdim edirik. Həm də kiminsə haqqında məlumat toplamağı özümüzə rəva bilmirik. Bilməliyik ki, ünsiyyətdə olduğumuz şəxsləri araşdırmaq təbii haqqımızdır".

Onun sözlərinə görə, qurbana çevrilmək üçün qızlar özləri şərait yaradır: "Ailədə ünsiyyət azalıb, bu da valideynlərin məşğulluğu ilə bağlıdır. Buna görə də insanlar kənardan dəstək axtarışına çıxırlar. Sosial şəbəkə isə ən əlverişli vasitədir. Valideyn övladının bütün günü evdə oturması, ona mənfi təsir edəcək insanlarla ünsiyyətdə olmamasına sevinir. Ancaq övladının sosial şəbəkədə böyük çevrədə əlaqələrindən xəbərsiz qalır. Azyaşlının isə qarşısındakının hansı məqsəd güddüyünü anlamaq bacarığı olmur. Bəzi istifadəçilərin əsas işi məhz sosial şəbəkədə insanları tora salmaq, pul qazanmaqdır. Əslində istifadəçilər olaraq biz də onlara kömək edirik. Gün ərzində əhvalımız, getdiyimiz yer, istirahət etdiyimiz məkanlar barədə detallı məlumatlar paylaşırıq. Yaxşı araşdırmaçı kiçik bir axtarışla istədiyi şəxs barəsində məlumat toplaya, siqnal sözlərlə onu ələ ala bilər. Valideynlər övladlarının sosial şəbəkədə davranışlarını diqqətdə saxlamalı, ona lazımi tövsiyə verməlidir. Özləri də sosial şəbəkədə istifadədə diqqətli olmalıdır. Xarici ölkələrdə valideynlər övladının oxuduğu məktəbi işarələməklə onun insan alveri qurbanına çevirməsinə dəfələrlə səbəb olub".

Problemdən əziyyət çəkənlərin az olmadığını deyən M.Zeynalova eyni rəqəmi hüquq mühafizə orqanları və digər mərkəzlərə müraciətdə müşahidə etmədiklərini deyir: "İnsanlar öz məxfiliyini açmaq, düşdüyü vəziyyəti bildirməkdən çəkinir. Qarşı tərəf onu valideyn və yaxınlarının bilməsinin nə qədər dəhşətli nəticəsi olacağı ilə hədələyir. Qarşısındakını yaxşı tanıdığından hədələməsinin nəticə verəcəyinə əmin olur. Bizə bir nəfər xanım yarımçılpaq şəkilləri ilə hədələndiyinə görə müraciət etmişdi. Həmin xanıma kömək etmişdik. İstənilən halda bu, şəxsin etibarından sui-istifadədir".

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bu halla qarşılaşanların hüquqları qorunur: "Bu problemi əsasən azyaşlılar yaşayır. Bunun qarşısını almaq yalnız maarifləndirmə, valideyn və müəllimlərin diqqəti ilə mümkündür. Sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən zorakılığa məruz qalan, şantaj edilən şəxslərin ilk müraciət edəcəyi ünvan hüquq mühafizə orqanları olmalıdır. Göndərdiyi şəkil, video ilə şantaj edilmək şərəf və ləyaqətin alçaldılması deməkdir. Burada hətta cinayət məsuliyyəti də var".

M.Hacıyev bildirir ki, obyektiv və subyektiv səbəblər çox zaman müraciətlərin sayını azaldır: "Çünki müraciət edən şəxsə yaxınları, ailəsi, hətta işi aparan hüquq mühafizə orqanı əməkdaşları tərəfindən də irad tutulacaq. O, şəkil, videonu öz istəyi ilə göndərməkdə ittiham ediləcək. Buna görə ya müraciət olmur, ya da çox az olur. Şantaj çox pis həddə çatanda, ya da zorakılıq olandan sonra müraciət edirlər. Qanunlar həmin şəxsin hüquqlarını qoruyur. Ona görə də hüquq mühafizə orqanlarından bu məsələdə xüsusi yanaşma tələb edilir".

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com