Bürclər: 29 aprel
Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
49 yaşlı kişini ilan vurdu
Məktəbdən gələn şagirdi avtomobil vurub

Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi

Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
6/12/2016 [15:11]
Baxılıb :
1297 dəfə
“İlin memarı” adını almış Muxtarın Vəliyevin həbsindən 7 il keçir

Hazırda həbsdə olan memar Muxtar Vəliyev cəzaçəkmə müəssisəsindən “Bizim Yol” qəzetinə məktub göndərib. O bildirir ki, dekabrın 7-də məhbus həyatı yaşamasının 7 ili tamam olur. Muxtar cəzaçəkmə müəssisəsində öz peşə fəaliyyəti ilə yanaşı, “XƏZƏR” Televiziyasının “REZONANS” proqramının aparıcısıdır. O, gənclərimizin maarifləndirilməsinə və cinayətkarlığa qarşı mübarizəyə xidmət edən silsilə verilişlər hazırlayır. 

Avropada təhsil aldığını deyən Muxtar bildirir ki, babası və atasının memarlıq irsi ənənələrinin davamçısıdır. “Hələ 24 yaşımda ikən, 2005-ci ildə Azərbaycanda ilk dəfə peşəkar memarlıq studiyası təsis edərək, inşaat sahəsində xüsusi biliklərə yiyələnmiş kreativ düşüncəli memar və dizaynerləri şirkətə cəlb etmişəm. Qısa müddət ərzində onlarla orijinal layihələrə imza atdıq. Layihələri yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilərək mükafatlara da layiq görülmüşəm. Bir Azərbaycanlı gənc memar olaraq məqsədim müasir dünya layihələrini ölkəmizdə tətbiq etmək deyil, Azərbaycanı müasir memarlıq incisi kimi bütün dünyaya tanıtmaqdır. Əsas məqsədimiz Azərbaycanın Milli Memarlıq İrsinin fundamental bazasına öz töhvələrimizi vermək, onu inkişaf etdirmək və müasir memarlıq incisi kimi bütün dünyaya tanıtmaq idi. Biz bu hədəfə doğru inamla irəliləyirdik” - deyə məhbus yazır. 

 “İlin Memarı” oldu, MTN həbs etdi...

Muxtar əlavə edir ki, çalışmalarının nəticəsini 2009-cu ildə görməyə başlayıb. “Nəhayət, 2009-cu ildə “Gülüstan” Sarayında 200-dən çox xarici və yerli qonaqların iştirakı ilə keçirilən “İlin Layihəsi” müsabiqəsində dünya memarlıq inciləri sırasına yeni nəfəs verən, Şərq və Qərb memarlıq mədəniyyətinin sintezi olan “ZÜMRÜD QALASI” layihə kompleksini təqdim etdim. Bu layihə müsabiqə iştirakçıları arasinda 1-ci yeri tutdu,  yerli və xarici münsiflər heyyətinin yekdil qərarı ilə o, “İLİN MEMARI” fəxri adına layiq görüldüm”.

O vurğulayır ki, gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu ərəfədə keçmiş MTN əməkdaşları tərəfindən müəmmalı şəkildə həbs olunur, şirkət bağlanır, layihələrin böyük bir qismi “itir”, əməkdaşlar işsiz qalır... “.

Çalışmalar məhbəsdə davam edir...

Muxtar bildirir ki, çox ağır - 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, öz peşəkarlıq və ictimai fəaliyyətini dar məhbəs divarları arasında olduqca məhdud şəraitdə davam etdirib. “Ruhdan düşmədim, kreativ düşüncə və bacarıqlarımı, milli ruha sadiqliyimi məhdud çərçivədə belə sübut etməyə çalışdım. Dünyada analoqu olmayan yeni memarlıq inciləri yaradaraq, möhtəşəm tarixi incəsənət əsərlərinə imza atdım. Xalqımızın milli təfəkkürünün daşıyıcısı kimi əsərlərimdə milli simvollarımızı, xalqın milli ruhunu, şəhid qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunu, türkçülüyü, mədəniyyətimizi və tariximizi əks etdirən bir-birindən möhtəşəm layihələr işləyib hazırladım. “BUTA ADASI” memarlıq simfoniyası yarandı. Bu kompleksdə 100-ə yaxın bir-birindən gözəl layihələr - hündürlüyü 1062 metr olan dünyanın ən hündür qülləsi-“AZƏRBAYCAN QALASI”,  Milli Qəhrəmanlarımız Çingiz Mustafayev və Mübariz İbrahimova həsr olunmuş, hündürlüyü 203 metr olan “ÇİNGİZ QALASI”, hündürlüyü 240 metr olan “MÜBARİZ QALASI”, türkçülüyün simvolu olan, hündürlüyü 241 metr olan “TURAN QALASI”, tarixi kökümüzün simvolu olan hündürlüyü 171 metr olan “QORQUD QALASI” kimi tarixi əks etdirən müasir layihələr yer almışdır. Kütləvi informasiya vasitələri ilə geniş şəkildə ictimaiyyətə çatdırılan bu layihələr nəinki Azərbaycanda, eyni zamanda dünyada böyük əks-səda doğurdu. 10 saylı Cəzaçəkmə Müəssisəsində Ədliyyə Nazirliyinin nümayəndələri və digər qonaqların iştirakı ilə bu əsərlərin ilkin təqdimatı keçirildi və tqdimat respublika televiziyaları və digər KİV-də yayımlandı” - deyə Muxtar yazır.

1000-dən artıq ictimaiyyət nümayəndəsi prezidentə müraciət etdi

Muxtar Vəliyevin atası Seyfəddin Vəliyev “Bizim Yol”a bildirib ki, mindən artıq Azərbaycan vətəndaşı, icrimaiyyət nümayəndəsi Muxtarın taleyinə biganə qalmayaraq, ölkə başçısına imzalı müraciət göndəriblər. Müraciətdə qeyd edilir: “Cəzaçəkmə müəssisəsinin çox məhdud şəraitində dünyada analoqu olmayan belə bir memarlıq incisinin yaradılması halı özlüyündə bir möcüzədir. Bu əsərin bir adı var-MEMARLIQ SİMFONİYASI. Təəssüflər olsun ki, bu cür fenomenal qabiliyyətə, fitri istedada malik bir gənc bu gün məhkumluq həyatı yaşamaqdadır. Bizə məlumdur ki, Muxtar ziyalı ailəsində doğulub boya-başa çataraq tərbiyə almış bir gəncdir. Biz inana bilmirik ki, bu cür saf ailədən çıxan, qəlbində böyük Vətən sevgisi olan, milli təfəkkürə, kreativ düşüncəyə malik bu gənc cinayət törədə bilər. Hətta törətmiş olsa belə, bizcə onu bağışlamağa dəyər! Axı bu gənc azadlıqda olarsa, heç şübhəsiz daha böyük xarüqələr yarada bilər!

Artıq o, məhkum olunduğu 13 illik cəzasının yarıdan çoxunu-7 ilini çəkib! Bizcə, bu gəncin azadlığa çıxması təkcə onun və axınlarının deyil, onu tanıyan hər kəsin, bizim-ictimaiyyət nümayəndələrinin də ümdə arzusudur. Çünki belə gənclərə xalqımızın və dövlətimizin hər zaman ehtiyyacı var! Hesab edirik ki, dövlət də, cəmiyyət də, Muxtar kimi gənclərə dəstək olmalı, onları millətimizin gələcəyi naminə qorumalı, ondan faydalanmalıdır. Danılmaz bir faktdır ki, hər hansı dövlət o zaman güclü olur ki, digər vacib faktorlarla yanaşı, onun dövlətini sevən və ona dəstək olan güclü vətəndaşları və vətəndaş cəmiyyəti mövcud olsun. Biz əminik ki, əgər Muxtar Vəliyev əfv edilərsə, ona göstərilən etimadı yüksək qiymətləndirərək onu doğruldacaq və daha möhtəşəm layihələri ilə öz təbirincə desək “ AZƏRBAYCANI dünyanın memarlıq incisi kimi tanıdacaqdır”! Biz Muxtara inanır və böyük səbirsizliklə onu azadlıqda gözləyirik!” - deyə müraciətdə qeyd edilir.

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi
Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi
Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi
Mindən çox insan Muxtar Vəliyevin əfv edilməsi üçün prezidentə müraciət etdi
29/4/2017 [00:03]: Bürclər: 29 aprel
28/4/2017 [23:59]: Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib
28/4/2017 [23:50]: 49 yaşlı kişini ilan vurdu
28/4/2017 [23:21]: Məktəbdən gələn şagirdi avtomobil vurub
28/4/2017 [22:50]: Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib
28/4/2017 [22:30]: Yəməndə “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib
28/4/2017 [21:57]: Əziz Seyidov yeni vəzifəsinə başladı
28/4/2017 [21:33]: Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən möcüzəvi resept
28/4/2017 [21:00]: Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA
28/4/2017 [20:45]: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür” – XİN rəsmisi
28/4/2017 [20:21]: Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
28/4/2017 [20:13]: Nikah və boşanmaların ən çox qeydə alınandığı şəhər və rayonlar - RƏSMİ
28/4/2017 [19:50]: “Sovetski”də söküləcək evlərin sayı açıqlanıb
28/4/2017 [19:33]: Ən yaxşı baş məşqçilər - SİYAHI
28/4/2017 [19:30]: "Ovçular evi" ərazisində park salınır - FOTOLAR
28/4/2017 [19:20]: Bakının bu qəsəbəsində su olmayacaq
28/4/2017 [19:03]: Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
28/4/2017 [19:00]: Azərbaycanda tikinti sektoru ilə bağlı vacib yenilik
28/4/2017 [18:46]: "ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28/4/2017 [18:29]: Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürdükdən sonra intihar etdi
28/4/2017 [18:10]: Rusiya Ukraynanın sabiq baş nazirini beynəlxalq axtarışa verdi
28/4/2017 [17:45]: “British Film Spring” festivalı Bakıda
28/4/2017 [17:28]: Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxundu
28/4/2017 [17:10]: Dolların yeni məzənnəsi
28/4/2017 [17:03]: Milli Qəhrəmanın qardaşına DTX-da iş verildi
28/4/2017 [16:51]: Sürücülərin nəzərinə: bu yollarda təmir gedir - SİYAHI
28/4/2017 [16:31]: “Neftçi” baş məşqçi axtarışına başladı
28/4/2017 [16:15]: ABŞ-da son 8 gündə 4 məhbus edam olunub - Səbəb çox qəribədir
28/4/2017 [16:04]: Ərlərini zəhərləyib öldürdüyü iddia olunan qadınların məsələsi araşdırılır
28/4/2017 [15:59]: İngiltərədə polislə azarkeşlər arasında qarşıdurma - VİDEO
28/4/2017 [15:58]: Biri 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır - Biri 29-cu dəfə gedir
28/4/2017 [15:46]: Çoxuşaqlı ailələrin sayı və veriləcək uşaqpulunun məbləği açıqlandı
28/4/2017 [15:31]: Pedro Aqramunt bəyanat yaydı
28/4/2017 [14:50]: Bakıda bir-birinə bitişik 11 ev yandı
28/4/2017 [14:43]: XİN rəhbərlərinin görüşü başa çatdı - BƏYANAT
28/4/2017 [14:42]: Qadın hər kəsin gözü önündə intihara cəhd etdi
28/4/2017 [14:28]: Hansı nazirlə görüşmək istəyirsiniz? - Qəbul cədvəli
28/4/2017 [14:15]: "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlandı
28/4/2017 [14:00]: "Pul qıtlığı yaranıb" - Ziyad Səmədzadə
28/4/2017 [13:58]: Sabaha olan HAVA PROQNOZU
28/4/2017 [13:55]: "AŞPA prezidentinə etibar etmir"
28/4/2017 [13:40]: Atəşkəsi pozan erməni əsgər cavab atəşi ilə məhv edildi
28/4/2017 [13:09]: Moskvada XİN başçılarının görüşü keçirilir
28/4/2017 [12:58]: Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT
28/4/2017 [12:43]: May ayının HAVA PROQNOZU
28/4/2017 [12:39]: İcmal büdcənin kəsiri 1,1 mlrd. manatı ötdü
28/4/2017 [12:30]: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə etdi - RƏSMİ MƏLUMAT
28/4/2017 [12:17]: MSK partiyalarla bağlı geniş araşdırmalara başladı
28/4/2017 [12:03]: ABB: intihara cəhd bankın fəaliyyətinə aid deyil
28/4/2017 [11:58]: XİN Zaxarovanın Azərbaycan jurnalistləri təhqir etməsinə münasibət bildirdi
28/4/2017 [11:38]: Azərbaycan-İran sərhədində zəlzələ
28/4/2017 [11:37]: 930 tələbənin diplomu tanınmadı
28/4/2017 [11:23]: Telman İsmayılov kriminal müharibədə ittiham olunur
28/4/2017 [11:21]: Azərbaycanda dəhşətli hadisə: qadın yanaraq oldü
28/4/2017 [11:13]: Macarıstan Azərbaycana 100 min avro ayırdı
28/4/2017 [11:07]: Prezident Sumqayıta səfər etdi
28/4/2017 [10:56]: Rusiyada Azərbaycan vətəndaşı öldürüldü
28/4/2017 [10:52]: 7 yaşlı Ayana dəstək məqsədi ilə xeyriyyə konserti keçirilir
28/4/2017 [10:40]: Bankın qarşısında özünü yandırmaq istədi
28/4/2017 [10:35]: İki rayonun polis rəisi dəyişdi
28/4/2017 [10:06]: Daha bir dəhşətli intihar hadisəsi
28/4/2017 [09:51]: Atəşkəs rejimi 120 dəfə pozuldu
28/4/2017 [09:44]: Azərbaycanda kişi özünü qatarın altına atdı
28/4/2017 [09:39]: AMB-nin rəsmi valyuta məzənnələri
28/4/2017 [09:27]: Mariya niyə dingildəyirsən ki?
28/4/2017 [09:09]: Turizm şəhərində spirtli içkilər qadağan edilir
28/4/2017 [08:48]: Şəhid polkovnikin xanımına vəzifə verildi
28/4/2017 [08:32]: Bu ölkədə parlament binası ələ keçirildi, deputatlar və jurnalistlər girov götürüldü
28/4/2017 [00:06]: Bürclər - 28 APREL
27/4/2017 [23:49]: Dünyanın ən dəhşətli görücüsündən qandonduran Proqnozlar
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com