Azərbaycanda hökumət burada yaşadıqlarına görə onlara pul verir - VİDEOREPORTAJ
Trampa dəstək reytinqi antirekord vurub
Bürclər: 30 mart
Sirkə turşusu içərək intihar etdi

Londonda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb

Londonda  azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
28/11/2016 [12:13]
Baxılıb :
332 dəfə

Son üç il ərzində dünya turu edən “Evə aparan beş yol” (“Five Roads Back Home”) adlı fotosərgi, nəhayət, noyabrın 24-də Londona da ayaq açdı. 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) “Bizim Yol” bildirilib ki, sərgidə məşhur alman fotoqraf Filip Ratmerin əsərləri sərgilənir. Londondakı “Old Truman Brewery” qalereyasında nümayiş etdirilən fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.

Sərginin ziyarətçiləri arasında deputat Bob Bləkmanın rəhbərlik etdiyi Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dörd üzvü də olub. Qrupun üzvləri dəfələrlə Azərbaycana səfər edərkən qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə, yaşayış məntəqələrinə baş çəkib, onların həyat şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, fotosərginin açılış mərasimi “London Live”, türk və Azərbaycan televiziya kanallarında işıqlandırılıb.

Tədbirdə çıxış edən TEAS-ın London ofisinin direktoru Cek Peqoraro deyib: “Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Ermənistan Azərbaycana hücum edərək Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal edib. Bütün etnik azərbaycanlılar ya Xocalı kimi qırğınlar zamanı öldürülüb, ya da öz evlərindən qaçaraq Azərbaycan ərazisində məcburi köçkün və qaçqın düşərgələrində məskunlaşmağa məcbur olublar.

Bu günə qədər heç kəs öz doğma torpağına qayıda bilməyib. Mən yeddi il ərzində Azərbaycana səfər etmişəm. Hər dəfə məcburi köçkün düşərgələrini ziyarət etməyi özümüzə borc bilmişik. Dünya ictimaiyyəti tərəfindən tamamilə unudulmuş insanları görmək ürək dağlayır. Onlar hələ də ümid edirlər ki, Böyük Britaniya kimi nüfuzlu ölkələr onların məsələsi ilə məşğul olacaq və evlərinə qayıtmalarına yardım edəcək. Avropa Azərbaycan Cəmiyyətinin vəzifəsi bu insanların hüquqları uğrunda mübarizə aparmaqdır”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qeyd edib ki, gələn ilin fevral ayında biz erməni işğalçılarının ən böyük vəhşiliyi olan, 613 mülki şəxsin qətlə yetirildiyi Xocalı qırğınının 25 illiyini yad edəcəyik.

Diplomat TEAS tərəfindən təşkil olunan sərgini uğurlu layihə kimi dəyərləndirərək deyib: “Bu sərgi ona görə uğurludur ki, burada insan faktoru ortaya qoyulur. İnsanların yalnız bu simalara baxmağı kifayətdir. Bütün bu insanlar, təəssüf ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı ermənilərlə qonşu olublar. Onların hamısı öz evlərindən zorakılıqla qovulublar”.
Səfir vurğulayıb ki, Azərbaycan qan və ya intiqam istəmir, Azərbaycan bu cür insan faciələrinin bir daha təkrarlanmamasını istəyir.

Filip Ratmer çıxış edərək deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın unudulmuş münaqişələrindən biridir. Ötən əsrin sonlarında Ermənistan və Azərbaycan arasında başlanan münaqişə minlərlə insanın həyatına son qoymuş müharibəyə çevrildi. O deyib: “Atəşkəs çox kövrək bir sülhü qoruyur. 2012-ci ildə mən münaqişə qurbanlarının yaşadığı düşərgələri ziyarət etmişəm. Bu insanlar mənə öz taleləri, ümidləri və qorxuları haqqında danışıblar, bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə.

Bu şəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyir”.

Ramid

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Londonda  azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb
Londonda  azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb
Londonda  azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb
Londonda  azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş foto sərgi açılıb
30/3/2017 [00:32]: Azərbaycanda hökumət burada yaşadıqlarına görə onlara pul verir - VİDEOREPORTAJ
30/3/2017 [00:12]: Trampa dəstək reytinqi antirekord vurub
30/3/2017 [00:02]: Bürclər: 30 mart
29/3/2017 [23:56]: Sirkə turşusu içərək intihar etdi
29/3/2017 [23:22]: Azərbaycan Ukraynadan 10 təyyarə alır
29/3/2017 [23:09]: Bloqçunun apellyasiya şikayəti baxışa təyin edildi
29/3/2017 [22:37]: Tikintidə və mənzil bazarında canlanma var
29/3/2017 [22:19]: 50 litirlik çənə 54 litr benzin necə vurulur?
29/3/2017 [22:13]: Pul tələbi öz işini gördü, qəbul planı dolmayacaq
29/3/2017 [21:12]: “Rasimin qabırğasını xəstəxanada sındırıblar”
29/3/2017 [21:10]: «İnteqrasiya vizasız rejimdən keçmir»
29/3/2017 [21:06]: Nüfuzlu beynəlxalq yarışların ev sahibi…
29/3/2017 [21:04]: Fikrət Fərəməzoğlunun vəsatəti təmin edildi
29/3/2017 [20:56]: 84 yaşlı kişi məktub yazaraq intihar etdi
29/3/2017 [20:22]: Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO
29/3/2017 [20:18]: Dünənki yanğında aparıcıya da ziyan dəyib - FOTO
29/3/2017 [20:15]: Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər - VİDEO
29/3/2017 [19:43]: Uşağını öldürən atanın tükürpərdici qətl mesajı - FOTOFAKT
29/3/2017 [19:16]: Bu şəhərin sakinləri yalnız qadınlardır - FOTO
29/3/2017 [19:01]: “Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim” - 7 yaşlı uşağını öldürən ata
29/3/2017 [18:25]: Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı
29/3/2017 [18:17]: Fikrət Qocadan Elza Seyidcahana sərt reaksiya: "Utanıb, xəcalət çəksinlər"
29/3/2017 [18:09]: Şərurlu İsfəndiyar: Nə oxuya, nə də yaza bilirəm
29/3/2017 [18:01]: 7 yaşlı övladı öldürülən qadın: "Qatilin ya başı kəsilsin, ya güllələnsin" - VİDEO
29/3/2017 [17:44]: Bakının mərkəzi yolları mərhələli şəkildə bağlanacaq
29/3/2017 [17:31]: "Muğanbank"ın saytına haker hücumu olub
29/3/2017 [17:12]: Arda Turan zədələndi
29/3/2017 [17:08]: Dolların sabaha olan məzənnəsi
29/3/2017 [16:46]: Planetin ən yaxşı komandası ünvanının sahibi dəyişir
29/3/2017 [16:24]: "Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"
29/3/2017 [16:12]: Daltoniklər necə görür? - FOTOLAR
29/3/2017 [16:06]: Bilal Əliyevin ingilis dilində ifası izlənmə rekordu qırır - VİDEO
29/3/2017 [15:43]: Ucuz aviabilet almaq üçün…
29/3/2017 [15:33]: Valensa, Navalnı və Azərbaycan müxalifəti...
29/3/2017 [15:19]: Seçkilərdə başqalarının əvəzinə səs verilməsinə şərait yaratma əməlinə görə cəza sərtləşdirilir
29/3/2017 [15:01]: Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə verilib
29/3/2017 [14:50]: Hava xəbəri
29/3/2017 [14:49]: Bazarda hər beşinci smartfon saxtadır
29/3/2017 [14:21]: Nazir: “Azərbaycanda 65 yaşdan yuxarı olanlar 67,3 faiz artıb”
29/3/2017 [14:19]: Azərbaycana gələn əcnəbilərlə bağlı cinayət statistikası
29/3/2017 [13:57]: Azərbaycanda polis iti döydü - VİDEO
29/3/2017 [13:43]: Mehman Hüseynovun şikayəti təmin edilmədi
29/3/2017 [13:43]: “Fast-food” restoranlarının 6 hiyləsi - FOTOLAR
29/3/2017 [13:39]: Fikrət Fərəməzoğlunun vəsatəti təmin edildi
29/3/2017 [13:27]: Azərbaycanda "körpü bank"lar yaradılacaq
29/3/2017 [13:02]: Serebral iflic nədir? - VİDEO
29/3/2017 [13:01]: “Rabitə işi”ndə təqsirləndirilən şəxs əməliyyat olunub
29/3/2017 [12:55]: Ginnesin Rekordlar Kitabına düşmüş erməni əsgəri ölüdürüldü
29/3/2017 [12:53]: Putin Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayını artırdı
29/3/2017 [12:45]: Körpəni asan yatırtmağın qaydaları
29/3/2017 [12:41]: Teymur Məmmədov Avropa çempionu oldu
29/3/2017 [12:27]: Ermənilər Ağdamın işğal olunmuş ərazilərində hərbi təlim keçir
29/3/2017 [12:26]: İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib
29/3/2017 [12:07]: Azərbaycanda günün 3-cü intiharı
29/3/2017 [12:05]: Avropa Parlamenti "Brexit" sazişini dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq etdi
29/3/2017 [12:02]: "Bazar günü Rusiya dərin yuxudan ayıldı" - Der Spiegel qəzeti
29/3/2017 [11:38]: Azərbaycanda növbəti intihar
29/3/2017 [11:21]: Yaponiyadan darmadağın - VİDEO
29/3/2017 [11:19]: Bitməyən tıxacların şəhəri Bakıda nə qədər avtomobil var?
29/3/2017 [10:56]: Hadi Rəcəbli: “Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər”
29/3/2017 [10:51]: Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu
29/3/2017 [10:42]: Prezident: "Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq"
29/3/2017 [10:40]: Lənkəranda müəlliməni qətlə yetirən əri saxlanılıb
29/3/2017 [10:37]: Braziliyadan növbəti qələbə - VİDEO
29/3/2017 [10:33]: Bu il magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlanıb
29/3/2017 [10:31]: Çin ən böyük qızıl yatağını kəşf edib
29/3/2017 [10:20]: Ermənistanın sabiq prezidenti: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır
29/3/2017 [10:06]: Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
29/3/2017 [09:56]: Pitonun qarnından 25 yaşlı dostları çıxdı - VİDEO (16+)
29/3/2017 [09:55]: 57 yaşlı kişi damarlarını kəsərək intihar etdi
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
(050) 416 85 05
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com