Masallıda molla həbs edildi - FOTO
Bakıda saxta viza qalmaqalı
Azərbaycanda orta məktəbin həyətindən tank mərmisi tapıldı - FOTO
Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ

Azərbaycanın ən gözəl 10 gölü - FOTOLAR

Azərbaycanın ən gözəl 10 gölü - FOTOLAR
Bölmə :
Kuryoz
Yayım tarixi :
26/10/2016 [12:37]
Baxılıb :
13061 dəfə

Bir müddət öncə Azərbaycanın ən gözəl kəndləri və şəlalərini təqdim etmişdik. Növbəti araşdırmamız isə göllərlə bağlıdır. Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir.

Sey-yah.com Azərbaycanın ən gözəl 10 gölünü təqdim edir:

1.Göygöl, Göygöl rayonu


Göygöl Gəncə şəhərindən 25 km məsafədə, dağların və yaşıl meşələrin qoynunda yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə şəffaf suyu olan Göygöl yaranıb. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800 metr, dərinliyi isə 96 metrdir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin gölüdür.

2.Sarısu gölü, İmişli-Sabirabad


Azərbaycanın ən böyük gölü, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Gölün maksimal dərinliyi 6 m-dir. Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu , bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.


3.Maralgöl, Göygöl rayonu


Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maralgöl Göygöldən bir az aralıda yerləşir. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsi ilə birləşir.


4.Batabat gölü, Naxçıvan


Batabat gölünün uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal olunur. Bu göl Naxçıvan şəhərindən 62 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir. Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz yerini dəyişir.

5.Ağ göl, Ağcabədi


Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb.

6.Əmbil gölü, Şabran


Şabran çayının yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb dilindəki  “əm” (camaat, icma), tat dilindəki “bil” (bataqlıq) sözlərindən ibarət olub icma, camaat gölü mənasını verir. Əmbil gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ehtimallara görə, gölün dərinliklərində bulaq qaynayır. Gölün suyunun duru olması da bununla bağlıdır.


7.Nohur gölü, Qəbələ


Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ildə bu gölün cənub hissəsində – Güllüburun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8-10 m, eni 4-6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılıb. Maksimum dərinliyi 24 m-dir. Qəbələ-İsmayıllı-Bakı avtomabil yolunun kənarında yerləşən göl yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır.


8.Xanbulan, Lənkəran


Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Gölün ərazisində 1976-cı ildə su anbarı istismara verilib.


9.Candargöl, Ağstafa


Ağstafa rayonunda yerləşir. Azərbaycanın qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir.

10.Çənlibel gölü, Quba


Quba rayonunun İkinci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km. məsafədə yerləşir. Sıx Qəçrəş meşəlikləri ilə əhatə olunub.

Paylaş:
23/2/2017 [20:21]: Masallıda molla həbs edildi - FOTO
23/2/2017 [20:01]: İcra başçısı saxta sənəd verdi: sahibkar 700 min ziyana düşdü
23/2/2017 [19:44]: Bakıda saxta viza qalmaqalı
23/2/2017 [19:23]: Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
23/2/2017 [18:52]: Azərbaycanda orta məktəbin həyətindən tank mərmisi tapıldı - FOTO
23/2/2017 [18:20]: Güclü külək Ucarda yanğınlara səbəb olub
23/2/2017 [17:55]: Naxçıvan Konstitusiyası dəyişdi - RƏSMİ
23/2/2017 [17:55]: Britaniya parlamentində “Xocalı Sülh Mükafatı” nın təqdimatı olub
23/2/2017 [17:54]: “Azərbaycan beynəlxalq aləmdə ciddi mövqe sahibidir”- Elçin Süleymanov
23/2/2017 [17:35]: İlham Əliyev: “Niyə vaxt itirək, vaxt pul deməkdir”
23/2/2017 [17:28]: Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş
23/2/2017 [17:10]: Dolların sabaha olan məzənnəsi açıqlanıb
23/2/2017 [17:05]: "Arşın mal alan" yenidən gəlir
23/2/2017 [17:00]: Flora Kərimovadan Aygün Kazımovaya sərt cavab: "Dünənki cücə..."
23/2/2017 [16:48]: Ötən il 800 nəfər dərman, 500 nəfər dəm qazı zəhərlənməsi ilə xəstəxanaya müraciət edib
23/2/2017 [16:47]: Azərbaycandakı bəzi orta məktəbləri 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçir
23/2/2017 [16:29]: İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır
23/2/2017 [16:23]: Belçikada Xocalı müzakirələri
23/2/2017 [16:15]: "NASA-nın aşkarladığı planetlərdən 3-ü Yer kürəsinə oxşayır"
23/2/2017 [15:58]: Rezidenturanı bitirənlərə hansı ixtisaslar üzrə diplomların veriləcəyi açıqlandı
23/2/2017 [15:51]: Vasif Talıbovun vitse-prezident məsələsinə aydınlıq - "Yanlışlığa yol veriblər"
23/2/2017 [15:38]: Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə telefonla zəng etdi
23/2/2017 [15:36]: Dinini dəyişən azərbaycanlılar: Onlar kimdir və nə istəyirlər?
23/2/2017 [15:26]: Azərbaycanda 240 uşağı valideynləri dilənməyə məcbur edib
23/2/2017 [15:24]: Cəbhədə vəziyyət gərginləşib, nazir ön xəttə getdi
23/2/2017 [15:16]: Trump hökuməti tualet qaydalarını dəyişdi
23/2/2017 [15:07]: WoWoman platforması iki illiyini qeyd etdi - VİDEO
23/2/2017 [15:02]: Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq etdi
23/2/2017 [14:55]: Brüsseldə Xocalı soyqırımına həsr olunan fotosərgi keçirilir
23/2/2017 [14:42]: Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq
23/2/2017 [14:34]: Prezident: “Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının yaxından iştirakı əhəmiyyətli olacaq”
23/2/2017 [14:34]: Dövlət yeni şərtlərlə 500 nəfərə ipoteka krediti verib
23/2/2017 [14:28]: Azərbaycanın şəhid olan əsgəri dəfn edildi - FOTO
23/2/2017 [14:28]: Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olundu
23/2/2017 [14:15]: Azərbaycan prezidenti İtaliya XİN rəhbəri ilə görüşdü
23/2/2017 [14:03]: Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda
23/2/2017 [13:50]: Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub
23/2/2017 [13:41]: Fevralın 26-da Bakıda bəzi yollar bağlanacaq - SİYAHI
23/2/2017 [13:19]: Polis Bakıda əməliyyat keçirdi: 8 nəfər tutuldu
23/2/2017 [13:17]: Sığındıqları vaqonları yanan qaçqın ailəsi 11 gündür çöldədir - VİDEO
23/2/2017 [13:10]: Ermənistan Müdafiə Nazirliyinin binasına hücum edildi
23/2/2017 [13:10]: Azərbaycanda qar uçqunu: 5 nəfər öldü
23/2/2017 [13:03]: Fevralın 26-da bu ilin ilk Günəş tutulması baş verəcək
23/2/2017 [12:51]: MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı açıqlama
23/2/2017 [12:50]: Dolların hərrac məzənnəsi açıqlandı
23/2/2017 [12:25]: NASA TRAPPIST-1 adlı sistemdə 7 Yerölçülü ekzoplanet kəşf etdi
23/2/2017 [12:23]: Bayram gəlməmiş bahalaşma başladı - VİDEO
23/2/2017 [12:14]: ANAMA-nın direktoru: “Türkiyə ordusu bizim minalardan təmizlədiyimiz ərazidən Suriyaya daxil olub”
23/2/2017 [12:11]: Toyota Land Cruiser Prado-dan özəl Novruz hədiyyəsi
23/2/2017 [12:10]: “Bu hiss məni hamının qarşısında rəzil edir” - Xanım deputat - VİDEO
23/2/2017 [12:01]: Bu kəndddə 11 illik təhsil ləğv edildi
23/2/2017 [11:46]: Hava poqnozu
23/2/2017 [11:42]: Gürcüstan prezidenti Azərbaycana səfər edəcək
23/2/2017 [11:26]: Eldar Sultanov: "Avropa parlamentinin deputatlarına qarşı cinayət işi açılıb" - VİDEO
23/2/2017 [11:23]: Prezident nazirlərin toplantısında iştirak edir
23/2/2017 [10:56]: Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradıldı - SİYAHI
23/2/2017 [10:42]: Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün böyük tələ hazırlanır
23/2/2017 [10:40]: Müəllimlər 4 aydır ki, maaş almır
23/2/2017 [10:31]: Bakıda iki sərnişin avtobusu toqquşdu - FOTOLAR
23/2/2017 [10:16]: Ermənilər artilleriya sistemini və iriçaplı texnikanı ön xəttə yığır - Nazirlikdən açıqlama (FOTOLAR)
23/2/2017 [10:08]: Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlandı
23/2/2017 [09:41]: Erməni silahlılarından cəbhədə növbəti təxribat
23/2/2017 [09:29]: 60 yaşlı kişi özünü ağacdan asdı
23/2/2017 [09:26]: Bu maska ilə ayaq ağrısını aradan qaldırın
23/2/2017 [09:09]: Azərbaycanda göl daşdı: evləri su basdı
23/2/2017 [09:06]: Balıq bazarında qiymət artımı - VİDEO
23/2/2017 [00:46]: İnstaqramda yeni və faydalı funksiya
23/2/2017 [00:42]: Bloqqer Lapşinə yeni vəkil
23/2/2017 [00:03]: Bürclər - 23 FEVRAL
22/2/2017 [23:46]: "Mançester Yunayted" növbəti mərhələdə - VİDEO
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
(050) 416 85 05
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com