Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Bölmə :
Mədəniyyət
Yayım tarixi :
24/10/2016 [12:13]
Baxılıb :
1261 dəfə
“Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filmin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində “Gənc səslər, qədim nəğmələr” adlı etnoqrafik sənədli filmin nümayişi keçirilib.

Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş sənədli filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale Heydərov, rejissorları Keti-Robin Qarton və Cefri Verbokdur.

Filmin nümayişindən öncə çıxış edən T.Heydərov muğamın Azərbaycanın milli dəyərlərindən biri olduğunu vurğulayıb: “Azərbaycanın şah əsəri sayılan muğam mədəniyyətimizdə xüsusi yer tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın Azərbaycanda və xaricdə tanınması sahəsində çoxlu işlər görüb. 2008-ci ildə muğam sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması Siyahısına daxil edilib. Muğam sənətinin inkişafı sahəsində ölkəmizdə bir sıra işlər görülüb. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi tikilib, eləcə də muğam antologiyası və “Qarabağ xanəndələri” lbomu hazırlanıb”.

T.Heydərov bildirib ki, AAC-nin bu filmi ərsəyə gətirməkdə əsas məqsədi Qarabağ  münaqişəsinin xaricə düzgün çatdırılması və bu sahədə çoxlu müxtəlif metodlardan istifadə olunmasıdır: “Buna beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, Qarabağ haqqında kitabların rus, fransız, ingilis və digər dillərə tərcümə olunması, sənədli filmlərin çəkilməsi, müxtəlif televiziya proqramlarının hazırlanmasını, misal çəkmək olar. Əsas məqsədlərimizdən biri də bu proqramların beynəlxalq kanallarda göstərilməsinə nail olmaqdır.

Qarabağ münaqişəsi yalnız humanitar problemlərə gətirib çıxarmayıb, eyni zamanda mədəniyyətin beşiyi sayılan müxtəlif tarixi abidələrin dağıdılmasına, yox olmasına səbəb olub. Bu nəinki ölkəmizə, beynəlxalq mədəniyyət irsinə böyük zərbə vurub. Biz bütün həqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün sənədli filmin çəkilməsinə qərar verdik və Azərbaycanı çox illər əvvəl tanıyan Cefri Verboku bu işə cəlb etdik. O, Azərbaycan muğamını sadə vətəndaşdan daha yaxşı bilir və peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində biz filmin ərsəyə gəlməsinə çalışmışıq. Bu, bizim ən uzunmüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt sərf olunub.

AAC-in sədri vurğulayıb ki, bu film bir daha işğala, çətinliklərə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşamasını göstərir: “Bunu yaşadan Qarabağdan olan məcburi köçkünlərdir, köçkün gənclərdir. Onların, eyni zamanda, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır.

“Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmin ilk premyerasının Londonda uğurla baş tutduğunu söyləyən T.Heydərovun sözlərinə görə, bu cür təqdimatlar Avropanın digər ölkələrində də təşkil olunacaq.

Daha sonra filmin rejissorlarından biri olan, kamança ifaçısı Cefri Verbok filmin ərsəyə gəlməsindən danışıb. O, çıxışında filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb. O, 16 il bundan qabaq Azərbaycan uşaqlarının muğam ifa etdiyini eşidəndə inanmadığını və bura gəlib bunun həqiqət olduğunu gördüyünü söyləyib. Rejisor, 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrindən birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına heyran qaldığını söyləyib: “ABŞ-a qayıtdıqdan sonra çəkdiyim kadrları izləyərkən, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnıdan möhkəm təsirləndim. Burada 14 yaşlı bir yeniyetmə itirdiyi doğma yurduna sevgisini ifadə edərək öz hisslərini göstərməsi ilə seçilirdi. Bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycan gəldim və illlər əvvəl məni heyran edən gənc muğam ifaçısını tapdım”.

İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Daha sonra film nümayiş olunub.

Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları öz əksini tapıb. Göstərilir ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır, qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi qoruyur.

Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğamın qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan (Avropa operasındakı kimi) mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqi olduğu vurğulanır.
Ekran əsərində muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs edilir. Bunlar sadəcə bir neçə istedadlı uşaq deyil, daxilində möhtəşəm muğam gücü yaşayan yüzlərlə uşaqlardır.

Daha sonra muğamın beşiyi olan Qarabağın itirilməsindən bəhs olunur. Bu uşaqlar - muğam ifaçıları Qarabağ regionunda, Ermənistan tərəfindən işğal olunmazdan əvvəl həmin ərazilərdə dünyaya göz açıblar. Ermənistanın təcavüzü işğal olunmuş ərazilərdəki mədəni irsə də mənfi təsir göstərib.
Filmdə həmçinin, 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Cefri Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqqında da məlumat verilib. Əvvəllər Qərb musiqisi sahəsində çalışmış bəstəkar və musiqiçi olan Verbok Zevulon Avşalomobla rastlaşır. Onun Azərbaycan muğamının simli aləti olan kamançadakı emosional və ecazlar ifasını eşidir. Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub muğam ifa etməyi öyrənmək qərarına gəlir və bu məqsədlə Bakıya üz tutur.

Bu film göstərir ki, Ermənistanın işğalı nəinki humanitar fəlakətə yol açmış, tarix və mədəniyyət abidələrini, maddi resursları dağıtmış, muğam sənətinə qarşı da yönəlmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır. Muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın işğal edilmiş rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar şəraitində belə muğam sənətinə yeni uğurlar gətirməyi bacarırlar. Azərbaycan dövlətinin bu sahədəki siyasəti onlara böyük dəstəkdir.
54 dəqiqəlik film həm Azərbaycan, həm də ingilis dillərində titrlərlə verilib.

Təqdimat mərasiminin sonunda filmin müəllifi Cefri Verbok  filmdə barəsində bəhs edilən 14 yaşlı yeniyetmə, Füzuli rayonundan məcburi köçkün olan Nizami Paşayevi təqdim edir və kamançada Azərbaycan muğamını  ifa edir. 

Ramid İBRAHİMOV

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com