Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

Cahangir Hacıyevin 250 milyonluq iddiasının sirri açılır

Cahangir Hacıyevin 250 milyonluq iddiasının sirri açılır
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
26/8/2016 [21:40]
Baxılıb :
1275 dəfə
“Azərinşaatservis”-də “yeyilən” pullardan Maliyyə Nazirliyinin də xəbəri olub

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev maliyyə naziri Samir Şərifovu müttəhimlər kürsüsündə əyləşdirmək üçün əlindəki “kart”ları yavaş-yavaş istifadə etməkdə qərarlıdır. Bu dəfəki məhkəmədə keçmiş bankir hazırda onunla birlikdə məhkəmə qarşısında cavab verən, “yaxın adamı” olduğu söylənən Mehdi Əliyevin rəhbərlik etdiyi “Azərinşaatservis” MMC-yə dövlət büdcəsindən yönəldilən pulların yerini öyrənmək üçün ipucu verib. O. yenə barmağını S.Şərifova tuşlayıb. Deyib ki, hələ 2013-cü ilə qədər dövlət büdcəsindən adıçəkilən şirkətə 250 milyon manat vəsait ayrılıb. Amma reallıqda həmin vəsait şirkətə çatmayıb. Büdcə pulları başqa yerə yönəldilib və istintaqda da bu məsələ sübuta yetirilib. C.Hacıyev: “Tələb etdik ki, “Azərinşaat”ın rəhbəri olmuş Bülent Karani dindirilsin. O, demişdi ki, məndə vəsait yoxdur, pullar Samir Şərifovdadır”. C.Hacıyev bu məsələdə özünü təqsirli bilmədiyini deyib. 

Şirkət necə «əl dəyişdirib»?

Bizimyol.info portalı qeyd edir ki, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbəri Mehdi Əliyev ötən ilin may ayında həbs olunub, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Bu, C.Hacıyevin həbsindən əvvəl baş vermişdi, sabiq bankirin həbsi xəbəri ötən ilin dekabr ayının 5-də yayılmışdı. Əliyev Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunurdu. C.Hacıyev türk iş adamının adını çəkir, lakin müəssisənin qısa bir zamanda necə «əl dəyişdirdiyini» açıqlamır. "Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Naziri Ziya Məmmədov və iş adamı "Hafka” ləqəbli Hafiz Məmmədovun nəzarətində olub. Müəssisəyə rəhbərlik edən B.Karaninin nəqliyyat nazirinin biznes ortağı olduğu bildirilir. Deyilənə görə son 10-12 ildə ölkəmizdə həyata keçirilən dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi bu şirkət çıxış edib. Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb. Onun Amerikaya getdiyi söylənirdi.

Mətbuatda yayılan məlumatlara görə Beynəlxalq Bankın rəhbərliyinin adamları ertəsi gün şirkətə gələrək Dərnəgüldə yerləşən ofisini, ərazisini, bütün əmlakına «əl qoyublar». ABB-nin rəhbəri C.Hacıyev həmin vaxtdan şirkətə öz adamı M.Əliyevi rəhbər təyin edib. Təsdiqlənməmiş məlumatlara görə H.Məmmədov da şirkətə 285 milyon dollar dəyərində yatırım edib və pulunu C.Hacıyevdən tələb etsə də geri ala bilməyib. Şirkətdəki dəyişikliklərdən sonra “Azərinşaatservis” MMC-nin fəaliyyəti iflic olub. Hətta işçilərinə də pul verə bilmirdi. Bir müddət əvvəl məvacibini ala bilməyən əməkdaşları da etiraz aksiyası keçirmişdilər. “Azərinşaatservis” MMC-nin o vaxtkı  rəhbərliyinin Beynəlxalq Bankdan nə qədər vəsait götürdüyü və onu geri qaytarıb-qaytarmadığı bilinmirdi. C.Hacıyev isə  büdcədən götürülən 250 milyondan bəhs edib. Məhkəmədə “Azərinşaatservis”in “Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri” olduğunu ifadə edən C.Hacıyev “hələ “səhnəarxası söhbətlər”i bir kənara qoyduğunu” deyib. Bu da onu göstərir ki, Hacıyev “səhnə arxası”nda özü də iştirak etdiyinə görə söylədikləırindən daha artığını bilir. 

Yüz milyonlarla büdcə vəsaiti tenderdən kənar istifadə olunub

Hakim də bu barədə ondan soruşmayıb, amma sorğu hələ qabaqdadır və ümid edək ki, sabiq bankir “Azərinşaat”da baş verənlərə aydınlıq gətirəcək. Biz isə öz növbəmizdə araşdırdıq. Maliyyə Nazirliyinin büdcə arxivində C.Hacıyevin adını çəkdiyi şirkətə 250 milyon manat ödəndiyi barədə heç bir məlumata rast gəlmədik. “Azərinşaatservis” MMC-nin adı yalnız 2013-cü ildə keçirilən tenderdə çəkilir. Onda da şirkət Şirvan şəhər İcra Hakimiyyətindən 113 800 manat dəyərində abadlıq işləri satın alıb. Vəssalam. Söhbəti gedən 250 milyonun nə büdcədə izi-tozu var, nə də tender yolu ilə alınıb. Belə çıxır ki, büdcə vəsaitləri tenderdən kənar istifadə olunub. Hacıyev məhkəmədə B.Karani haqqında “o, demişdi ki, məndə vəsait yoxdur, pullar Samir Şərifovdadır”, söyləyib. Qaçaq iş adamı bunu C.Hacıyevə hansı şəraitdə deyib və keçmiş bankir hay-küyü o zaman niyə qaldırmadığını açıqlamayıb. Bununla yanaşı, onun ifadəsində maraqlı bir məqam da var. Hacıyev barəsində söhbət gedən məbləğin şirkətə çatmadığının, büdcə vəsaitinin başqa yerə yönəldildiyinin istintaqda sübuta yetirildiyini iddia edib. Amma “başqa yer”in hara olduğunu da hələlik söyləməyib. Bu çıxışı da deməyə əsas verir ki, o, Şərifovu təzyiq altında saxlamaq niyyətindədir. Bununla belə, nazir istintaqa cəlb olunub dindirilməyib. C.Hacıyevin ittihamları ilə bağlı nazirliyə göndərdiyimiz əvvəlki sorğunun cavabı isə hələ də gəlməyib.

Pullar bankdan çəkilib, sonra təzədən banka qaytarılıb

Dövlət qurumların saytında olmasa da mətbuatda həmin 250 milyonun “izi” var. Keçən il Ələt-Astara-İran dövlət sərhədi avtomobil magistralının Masallı-Astara yolunun A hissəsinin tikintisi “Azərinşaatservis” MMC-dən alındı. Məlumata görə, yolun bu hissəsinin layihə dəyəri 80 mln. manat civarında idi. Şirkət işin 70%-ni həyata keçirmişdi. Nəqliyyat Nazirliyindən bildirilirdi ki, artıq onlarla əməkdaşlığa rəsmən xitam veriblər. Yolun qalan hissəsinin inşası başqa şirkətə həvalə olunub. Ötən ilin iyunun 30-da “Azərinşaatservis”lə bağlanmış müqavilənin müddəti başa çatıb və şirkət inşa etməli olduğu 22,15 km. yolun tikintisini başa çatdıra bilmədiyi üçün müqavilənin müddəti uzadılmayıb. Keçən ilin dekabrında isə mətbuata ötürülən məlumatlara görə Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və tikintisi üzrə işlərin görülməsi məqsədi ilə Maliyyə Nazirliyindən “Azərinşaatservis” MMC-yə verilməsi üçün “Azəryolservis” ASC-yə 253 milyon manat köçürülüb. Lakin həmin məbləğdən “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 166 655 manat köçürülüb. Qalan 82 833 345 manat isə şirkətin hesabına daxil olmayıb. “Azərinşaatservis” MMC-nin rəhbəri B.Karani “Azəryolservis” ASC-nin zəmanət məktubu ilə 2010-cu il sentybarın 9-da 10 milyon manat, noyabrın 11-də 9,5 milyon manat, noyabrın 19-da isə 15 milyon manat kredit alıb. Həmin məbləğləri dərhal Kapital Bankın “Rabitə” filialında nəğdləşdirib. Kreditlər alındıqdan bir neçə gün sonra “Azəryolservis” ASC həmin məbləği banka geri ödəyib. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və qeyd olunan 253 milyon manatdan ödənildiyini iddia edib. Lakin “Azəryolservis” ASC zamin kimi çıxış etsə belə kredit borcu “Azərinşaatservis” MMC-nin hesabına köçürülməli və oradan ödənilməli idi. Həmin vəsait layihə üzrə “Azərinşaatservis” MMC-yə köçürülərək nəğdləşdirilsəydi dövlətə 5 milyon manat ƏDV ödənilməli idi. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi 253 mln. manatdan qalan 48,3 mln. vəsaitin Xaçmaz layihəsi üçün “Azəryolservis” ASC-nin 1 saylı Idarəsinə köçürüldüyünü bildirib. Həmin dövrdə 1 saylı Idarənin rəisi olmuş, “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədov isə bildirib ki, bu miqdarda vəsait idarəyə köçürülüb, lakin həmin pulun təyinatı ölkə daxili yolların saxlanılması və təmirindən ibarətdir. Onun sözlərinə görə, bu vəsaitin Xaçmaz layihəsinə yönəldilməsi mümkünsüzdür. 

130 milyon manatın mənimsənildiyi təsdiqlənib

Eyni zamanda məlum olub ki, B.Karani şirkətə rəhbərlik etdiyi dövrdə Xaçmaz layihəsi üzrə 122 milyon manat vəsait daxil olub. Karani şirkəti təhvil verərkən görülmüş işlər 93 milyon manat miqdarında göstərilib. Lakin aparılmış audit yoxlaması nəticəsində ümumilikdə 74 milyon manat miqdarında işin görüldüyü və nəticədə 48 milyon manat vəsaitin mənimsənildiyi məlum olub. Ümumilikdə 253 milyon manat vəsaitdən 130 milyonu mənimsənilib. Bununla yanaşı məlum olub ki, Xaçmaz layihəsinin başlanılması üçün “Azərinşaatservis” MMC-yə 118 801 678 manat avans ödənilməli idi. Maliyyə Nazirliyi həmin avansın ödənilmədiyini bildirsə də, şirkətdən 22 852 983 manat avansdan geri tutulma olub. Avans barədə nazirlik rəsmi məlumat verməməklə ödənilən vəsaitin mənimsənildiyini gizlətməyə çalışıb. Lakin, MN-nin dəstəyi olmadan qeyd olunan maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Belə ki, dövlət büdcəsindən ayrılmış bütün xərclər və ödəmələr birbaşa nazirliyin nəzarəti altında həyata keçirilir və vaxtaşırı yoxlamalar aparılır, rüblük və illik hesabatlar tərtib olunur. Qanunsuz olaraq xərclərin təyinatının dəyişdirilməsi və bir ay müddətində lüzumsuz olaraq 34,5 mln. manat kreditin alınması, nəğdləşdirilməsi və qaytarılması, ayrılmış məqsədli vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi MN-nin razılığı olmadan qeyri-mümkündür. DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində aparılan araşdırma prosesinə maliyyə məsələlərinin yoxlanılması üçün nazirliyin ekspertləri cəlb olunub. Ehtimal var ki, qurum məsələdə maraqlı tərəf olduğundan cəlb edilmiş mütəxəssislər vəsaitlərin mənimsənilməsi məsələsini araşdırmır və cinayət əməllərini gizlədirlər. Sadalanan mənimsəmə faktları yalnız Xaçmaz layihəsinə aiddir.

Bu məlumatlar C.Hacıyevin həbsindən 20 gün sonra mətbuatda dərc olunması təsadüfi görünmür. İnternet resurslarında B.Karaninin adına hələ 2009-cu ildə təsis edilmiş “Baltech Company İnc” offşor şirkət ortaya çıxır.  

Bizimyol.info

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com