Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
80 ölkə arasında 1-ci yerə çıxdı - Azərbaycanlı şagirdin qızıl uğuru
Azərbaycanlı məktəbli Ramin Babazadə 2006-cı ildən sonra ilk dəfə olaraq Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Qafqazinfo xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, R. Babazadə dünyanın 80 ölkəsi arasında qızıl medala layiq görülərək fərqlənib.

Qeyd edək ki, R. Babazadə Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir.

Son xəbərlər
Bütün xəbərlər »