Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənclər şəhərciyinin bitməyən dərdləri - Sakinlər yay günü susuz qalıblar
"Adamı su ilə sınağa çəkməzlər, bunu heç düşmən də etməz, amma "Azərsu" edir"

Bu gün "Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərə xəbərdarlıq etmədən "Abşeron" Gənclər Şəhərciyində suyun verilməsini dayandırıb və bu hal şəhərcik sakinlərinin ciddi narazılığına səbəb olub.

Bu barıdə Sherg.az -a kompleksin bir qrupup sakini məlumat verib. Xəbərə görə, şəhərcikdə sakinlər susuzluqdan çox əziyyət çəkir:

" Şəhərciyə gün ərzində cəmi 6 saat- 3 saat gündüz, 3 saat gecə su verilir. Biz də su gələn kimi çənlərimiz dolduruq və gün boyu ondan istifadə edirik. Yay mövsümü olduğu üçün çəndəki su da bəzən çatmır və suyun gəlməsini gözləyirik. İndi də xəbərdarlıq etmədən suyun verilməsini dayandırıblar. Camaat susuzluqdan "qırılır". Azərsu" ASC- nin şəhərcikdəki nümayəndəsi Zahid müəllim isə bunu kompleksdəki su hovuzlarının təmizlənməsi ilə izah edir.

Amma gün boyu müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, şəhərcikdəki hovzularda heç bir təmizləmə prosesi aparılmayıb. Sadəcə, problemi ört-basdır etmək üçün bu cür yalan iddialarla çıxış edirlər. Problemin əsl səbəbi doğru izah olunmur. Hazırda şəhərcikdə hər kəs küçədədir. Yayın qızmarında insanları susuz qoymaq onları öldürməyə bərabərdir. Burada yaşayanların əksəriyyəti gənc ailələrdir. Evində 2-3 körpəsi olan ailələr var. Axı körpə uşaq "su yoxdur" sözünü anlamır, dərk etmir. Biz indi hara gedək bilmirik. Aidiyyatı şəxslərdən məsələyə müdaxilə edib, problemi həll etmələrini istəyirik".

Sakinlər onu da diqqətə çatdırıb ki, suyun verilməsi bərpa olunmasa, Bakı-Sumqayıt yolunu bağlayacaqlar:

"Adamı su ilə sınağa çəkməzlər, bunu heç düşmən də etməz, amma "Azərsu" edir". Sularımız verilməsə, yolu bağlayacağıq. Başqa çarəmiz yoxdur. Bəlkə onda məcbur qalıb, bizə bir gün ağlayarlar"

Son xəbərlər
Bütün xəbərlər »