Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat benzinin qiyməti ilə bağlı narazılığını bildirdi
"Rusiyada bezninin qiyməti bizdən 26% aşağıdır, amma əmək haqqı 2,1 дəfə yüksəkdir. Qazaxıstanda isə 6% bizdən ucuzdur, əmək haqqı isə 1,5 dəfə bizdən yüksəkdir",- deyə deputat Əli Məsimli  Bizim Yol-a bildirib.

"Mən, Milli Mclisin dünənki iclasında dedim ki,benzinin qiymətini qaldıranda rəsmilər çox vaxt deyir ki,bizdə benzinin qiyməyi ucuzdu.Qiyməti qaldırıb benzinin keyfiyyətini yaxşılaşdıracağıq.Qiymət qalxır,amma benzinin keyfiyyəti yaxşılaşmır.Düzdü, bizdə benzinin qiyməti orta dünya göstəricisindən(1,1 dollar) və inkişaf etmiş ölkələrdəkindən ucuzdu.Amma biz özümüzü Rusiya və Qazaxıstanla müqayisə etsək və bizdə benzinin keyfiyyətinin aşağı olduğunu və orta gəlirləri də da ora əlavə etsək,onda bizdə qimət bahadır.Rusiyada bezninin qiyməti bizdən 26% bahadır, amma əmək haqqı 2,1 дəfə yüksəkdir. Qazaxıstanda isə bizdəkindən 6% ucuzdur, əmək haqqı isə bizdəkindən 1,5 dəfə yüksəkdir.Deməli keyfiyyət də, gəlirlərimiz də onlardakından aşağı olduğundan,bizdə Aİ -92 benzinin1 litrinin qiyməti rəsmən 90 qəpik olsa da,əslində bundan yüksək çıxır və həmin ölkələrdəkindən bahadır".- deyə o əlavə edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »