Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial binaların həyətinə şəxsi maşınlar buraxılmayacaq - VİDEO
Yasamal Yaşayış Kompleksindəki binaların həyətinə şəxsi nəqliyyat vasitələrinin girişi qadağan olunacaq.

Bizimyol.info-nun Xezer TV-yə istinadən məlumatına görə, bu açıqlama Mənzil İnşaatı Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkil etdiyi mətbuat konfransında verilib.

Bildirilib ki, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təkliflər hazırlanıb. Təkliflərə əsasən şəhərcikdaxili salınan küçələr funksional zonalara bölünəcək. Onların da bir çoxu Bakı şəhəri üçün yenilik hesab edilir.

Layihə hazırlanarkən bütün hərəkət iştirakçılarının, o cümlədən yaşlılar, əlillər, uşaqların, eləcə də nəqliyyat vasitələrinin xüsusiyyətləri nəzərə alınıb. Yasamal Yaşayış Kompleksində nəqliyyat vasitələrin hərəkət hissəsi üzrə ayrıca adacıqlar və bütün binaların qarşısında müvafiq parklanma zonaları olacaq. Təklifə əsasən binaların həyətinə şəxsi avtomobillərin girişi qadağan ediləcək.

Şəhərciyin bütün yol kəsişmələrində əlillər üçün panduslar olacaq. Şəhərcik daxilində velosiped yolları da salınacaq.

İlkin olaraq 4 marşrut xəttinin şəhərcik ərazisindən keçməsi nəzərdə tutulub. Yaşayış Kompleksi üçün hazırlanan təkliflərin gələcəkdə paytaxtın bütün ərazisində, eləcə də ölkənin digər iri yaşayış məntəqələrində reallaşdırılması planlaşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »