Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada quldurluq edən azərbaycanlılara 86 İL HƏBS
Moskva vilayət məhkəməsində beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərə qarşı quldurluq hərəkəti edən azərbaycanlılara hökm oxunub. Lent.az-ın məlumatına görə, Seymur Zeynalovun başçılıq elədiyi 6 nəfərlik dəstə Moskva və Moskva vilayətində yük avtomobili sürücülərinə basqın edərək onların pullarını, bəzi hallarda isə yüklərini əllərindən alıblar.

Məhkəmə istintaqı sübut edib ki, dəstə üzvləri quldurluq yoluyla bir milyon dollara yaxın vəsait əldə ediblər.

Moskva vilayət məhkəməsi Seymur Zeynalovun 16, digər dəstə üzvləri Hüseyn Hüseynovun 15, Fuad İsgəndərov, Namiq Abbasov, Qafar Əliyevin 14, Şamo Salmanovun isə 13 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Son xəbərlər
Bütün xəbərlər »