Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobustan rayonuna ekspedisiya yürüşü təşkil edilib - FOTO
Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin və Həmkarlar İttifaqının təşkilatçılığı ilə regionların inkişafına alternativ enerji ilə töhvə vermək məqsədilə media nümayəndlərinin və Dövlət Agentliyinin əməkdaşlarından ibarət 50 nəfərlik nümayəndə heyəti ilə Qobustan rayonuna ekspedisiya yürüşü təşkil edilib.

Qobustan Eksperimental Poliqonu və təlim-tədris mərkəzindən başlayaraq Qobustan rayonunun ən yüksək zirvəsi adlanan Xilə dağına qədər 8 km məsafəni əhatə edən yürüşdə jurnalistlər həm müəyyən olunmuş marşrut üzrə hərəkət edərək ətraf əraziləri, coğrafi landşaftı müşahidə edərək qeydlər etmiş, həm də alternativ enerji qaynaqları haqqında ABOEMDA-nin əməkdaşlarından ibarət olan ekspedisiya qrupu üzvləri ilə təbii göllərin, çayların və digər təbii resursların gələcəkdə məqsədyönlü istifadəsi üzrə araşdırmalar aparmış, o cümlədən, sözügedən ərazidə müasir infrastrukturun yaradılması və sosial yönümlü layihələrin həyata keçirilməsi potensialı haqqında fikir mübadiləsi aparmışlar. KİV nümayəndələri və DA-nın əməkdaşları təxminən 1200 m hündürlükdə yerləşən dağın zirvəsinə qalxaraq günəş enerjisi ilə işıqlanan gecə fənərini və Dövlət Agentliyinin (DA) bayrağını sancıblar.

Qobustan rayonu ərazilərini əhatə edən yürüşün son dayanacaq nöqtəsi Xilmilli kəndi oldu. KİV nümayəndələri orada cari yarımillikdə DA-nin ölkəmizdə yenilənə bilən enerji potensialının artırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barəsində agentlik sədrinin müavini Cəmil Məlikovun təqdimatında hesabatı dinlədilər.

Sonda sədr müavini bərpa olunan enerji sahəsində jurnalistlərin suallarını cavablandırıb, bundan sonra da qarşılıqlı şəffaf çalışmalarımızın davam etdirilməsindən məmnunluq duydugunu bildirdi.

[gallery columns="1" ids="17532,17533">

Son xəbərlər
Bütün xəbərlər »