Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nüfuzlu “Football Times” jurnalı "Qarabağ" klubu barədə geniş məqalə
Nüfuzlu “Football Times” jurnalı "Qarabağ" futbol komandası barədə geniş məqalə dərc edib.

Yazıda "Qarabağ"ın doğma şəhəri olan Ağdamın Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisinin isə şəhəri tərk etdiyi deyilir. Məqalənin müəllifi Azərbaycan və İrlandiyanın xarici işlər üzrə məsləhətçisi Fuad Ələkbərovdur.

Məqalədə, həmçinin Qarabağın keçmiş baş məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov barədə məlumat verilib. Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan Şotlandiyalı yazar klubun doğma məkanda son matçını 1993-cü ildə "İmarət" stadionda keçirdiyini, klubun azarkeşləri, Qurban Qurbanovun uğurları, futbolçu Rəşad Sadıqovun və Qara Qarayevin həyatı, Tomas Qoltsun “Qarabağ” qaçqın futbol komandası haqqında çəkdiyi “On Aggregate” (“Məcmu”) filmi qeyd olunan məlumatlar sırasındadır.

Məqalənin orijinalını, ingilis dilində buradan oxuya bilərsiz:

http://www.planetfootball.com/in-depth/story-fk-qarabag-refugee-club-providing-hope-million/

olke.az

Son xəbərlər
Bütün xəbərlər »